Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə46/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

 
94
GENERAL HEYBƏT HEYBƏTOV 
 
General Heybət Heybətovdan söz düşəndə çoxları etinasızlıq göstərirlər. Xüsusilə, 
müharibə görməyən cavanlar. Səbəbi də budur ki, guya bu general doğma ad-familini atıb, 
arvadının (Zuvanovanın) familini qəbul edib
16
, hətta dinini belə dəyişib. 
 
 
Yalnız general-mayor Heybətovun döyüş dostları - polkovnik Baxış Mehdiyev, yazıçı-
jurnalist İbrahim Novruzov, müharibə veteranı Əbdüləli Mürsəlov, Bəxtiyar Əfəndiyev və onu 
tanıyan başqa veteranlar general dostlarından söz düşəndə ondan fəxrlə danışırlar. 
Qəribədir, əsl həqiqət qalıb kölgədə, amma mənasız bir fakt belə gözəl insanın, görkəmli 
sərkərdənin  şəxsiyyətinə yersiz bir ağ  ləkə salıb. General Heybətov bizim xalqın oğludur. Və 
mən bu unudulmuş, haqqında söz düşəndə bir çoxlarının ağız büzdüyü generalı bizə özümüzə 
“qaytarmaq” üçün dəridən-qabıqdan çıxmaq istəmirəm. Buna ehtiyac da yoxdur. Uzun 
axtarışlardan sonra general Heybətovun səksən altı yaşlı doğma bacısı Saraxanım Heybətovanı 
tapa bildim. 
Əvvəla onu deyim ki, indiyədək hansı qəzet və jurnalda, radio və televiziya verilişlərində 
generalın ad-familini çəkirlərsə, atasının adını  səhvən Heybət yazırlar. Onun əsl ad-famili 
belədir: - Heybət Atamoğlan oğlu Heybətov. Bu barədə generalın bacısı Sara xanımın söhbəti 
oxucular üçün də maraqlı olar. 
- Ailəmiz çox böyük idi. Yeddi uşaqdıq: Heybət, Həzi, Cahangir, Nəcəf, Sara, Salman 
(Leninqrad mühasirəsində həlak oldu), Rəhman. Atam maştağalı idi, anam Tutixanım isə Saray 
kəndindən. Atamı zorla, çox dumanlı  şəkildə xatırlayıram. Onu 1918-ci ildə erməni-müsəlman 
davasında heç nədən daşnaklar güllə ilə vurub öldürdülər. Atamdan sonra ailəmizin dolanacağı 
çox çətin olduğundan anam böyük qardaşım Heybəti Zuvanov familiyalı bir hərbçinin yanında 
işə düzəltdirir. Qardaşımın işgüzarlığı, fərasəti, yaxşı hafizəsi Zuvanovun xoşuna gəlir və buna 
görə onu hərbi məktəbə qəbul etdirir. Zuvanov həm də sonsuz idi. Anamdan təvvəqqe edir ki, 
Heybəti öz familinə keçirməyə, onu oğulluğa götürməyə icazə versin. 
Anam bizi güç-bəla ilə saxlayırdı. Ağır ehtiyac və generalın şirnikləndirici vədləri anamı 
məcbur edir  ki, belə   bir güzəştə getsin. Qardaşım Heybətin başqa bir familiyanı götürməyinin 
belə bir tarixçəsi olub. 
General Heybətovun ailəsini axtardım. Dedilər ki, oğlu Boris Əhmədli qəsəbəsində 
yaşayır. Üzümə qapını ortayaşlı bir qadın açdı. Nadejda Yevgenyevna təəssüflə bildirdi ki, Boris 
1983-cü ildə vəfat edib. General qayınatasından isə evdə heç bir sənəd, fotoşəkil qalmayıb. Elə 
qapının ağzındaca hara, kimə müraciət etməyi “planlaşdırdıq”. Ondan generalın bacısı 
Saraxanımın ünvanını aldım. Bir də polkovnik Baxış Mehdiyevə müraciət etməyi məsləhət 
gördü. - Respublika hərbi Komissarlığında şəxsi işi qalmalıdır, - dedi. 
“Qalmalıdır, saxlanılmalıdır”. Təəssüf ki, nə Nadejda Yevgenyevnanın dediyi kimi oldu
nə  də  mənim düşündüyüm kimi. Respublika hərbi komissarlığında mayor Çebunin Nikolay 
Mixayloviç dörd günlük axtarışdan sonra bildirdi ki, general-mayor Heybət Heybətovun şəxsi işi 
1971-ci ildə  məhv edilib. Vaxtilə generalın yaşadığı  ərazinin rayon hərbi komissarlığına 
müraciət edin, bəlkə orda surəti saxlanılır, - dedi. Ordan da sevindirici cavab ala bilmədim: 
“Bizdə general Heybətovla bağlı heç bir sənəd, fotoşəkil saxlanılmır, vəssalam!” - cavabını 
alanda təəccübləndim. Axı bu adam general olub, adi, sıravi  əsgər yox. Zənnimizcə, hər bir 
generalın həyat yolu onun mənsub olduğu xalqın tarixinin solmaz bir səhifəsidir. 
Məni sevindirən təkcə polkovnik Baxış Mehdiyev oldu. Sən demə, polkovnikdə generalın 
zəngin “xəzinəsi” varmış. Heybətovun nadir fotoşəkillərinə (bu fotolar müharibə illərində 
səngərdə, döyüş dostları ilə, Krasnoarmeysk stanitsasında, 223-cü atıcı diviziyasında əla döyüş 
xidmətlərinə görə ona respublika Ali Sovetinin Keçici Qırmızı Bayrağı  təqdim edilərkən, 
müharibədən sonra iş otağında çəkilib) baxdıqca ürəyimi fərəh hissi bürüyürdü. 
                                                 
16 Bundan sonra generalın ad-famili hər yerdə Heybətov kimi   işlənəcək. 
 


 
95
Baxış Mehdiyevin qoruyub saxladığı sənədlərin içərisində ən qiymətlisi 1945-ci il iyunun 
dördündə Sovet İttifaqı  Qəhrəmanı, qvardiya general-leytenantı Cerebinin, beşinci zərbə 
ordusunun komandanı general-polkovnik Berzarinin, hərbi  şuranın üzvü general-leytenant 
Bokovun, 416-cı Taqanroq diviziyasının komandiri general-mayor Sızranovun general-mayor 
Heybət Heybətova verdikləri “attestasiya” sənədidir. Bu qədər  əziyyətdən sonra general 
haqqında bircə sənəd tapdığıma görə sevinirdim. 
Polk komandiri Baxış Mehdiyev müharibənin ilk günündən sonuna kimi diviziya 
komandiri general Heybətovla çiyin-çiyinə vuruşub. Ona görə  də generalın müharibə dövrünü 
yaxşı xatırlayır. 1983-cü ildə  nəşr etdirdiyi “İki yüz iyirmi üçüncü Qırmızı Bayraqlı Belqrad 
diviziyası” hərbi memuarında komandir dostundan iftixarla söhbət açır: 
“... General Heybətov tibb məntəqəsinin rəisi  Şükür  Əhmədovun müşayiətilə yaralılara 
yaxınlaşdı. Yaralının üzünu görən kimi Əhmədovun rəngi qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı 
döyüşçü Bəyqulov da gözlərini açıb Şükürü tanıdı, gülümsəməyə çalışdı.   General   Heybətov   
şinelin   küncündən möhkəm yapışmış yaralının əlinə ehtiyatla toxundu: 
  
- Möhkəm ol, oğul... 
  
- Eybi yoxdu, yoldaş general, mən hələ...- Bəyqulov nəsə demək istədi. Onu soyuq tər 
basdı, ağrıdan dişlərini möhkəm    sıxdı. 
General Heybətov yaralı əsgərin ipək kimi yumşaq saçlarını ata nəvazişi ilə sığalladı. 
- Eybi yoxdu, oğlum, indi qospitala aparıb səni müalicə edərlər. Tezliklə qayıdarsan, biz 
hələ səninlə yeni döyüşlərə  gedəcəyik...” 
Polkovnik Baxış Mehdiyevin general haqqında kitabında yazmadığı  şəxsi xatirələri, 
söhbətləri də çoxdur. Bacısı Sara xanımdan sonra Baxış ikinci adamdır ki, general Heybətovdan 
ürəklə, yana-yana danışdı: 
- 1959-cu ildə general Heybətov vəfat edəndə bir cümə axşamı arvadı Anna Fyodorovna 
çəkinə-çəkinə mənə yanaşdı.  
- Baxış, - dedi, - mənə yaxşı məlumdur ki, həyatda   Heybətin   sizdən yaxın ikinci bir 
dostu yox idi. Mən çox istərdim ki, onun attestasiyası sənədi sizdə qalsın. Sizə daha çox etibar 
eləyirəm. Çünki bir dəfə Heybət xəstəykən sənədlərindən söhbət düşəndə arzu elədi ki, 
attestasiya sənədi sizdə qalsın. 
Mən Annanı da yaxşı tanıyırdım. Müharibənin ilk günündən sonunadək bizim diviziyada 
şəfqət bacısı  işləyirdi. Diviziyamızda Heybətovlar ailəsindən üç nəfər vuruşurdu. General ata, 
zabit oğul və  hərbi  şəfqət bacısı olan ana. Döyüşlərin birində  oğlu düşmən gülləsindən həlak 
oldu. Anna oğul itkisindən bir müddət özünə gələ bilmədi. Əlbəttə, ata kimi general Heybətovda 
yanıb-yaxılırdı. Amma çalışırdı ki, döyüşçülər yanında ümidsizliyini, kədərini büruzə verməsin. 
Bir dəfə  kəşfiyyatdan “dil” gətirmişdik. Ondan lazım olan məlumatları alandan sonra 
qazmadan çölə çıxartdıq. Anna əsir alman zabitini görən kimi qızmış şirə döndü, cumub mənim 
əlimdən naqanı zorla aldı. (Naqan əsir alman zabitinin idi). - Onlar mənim oğlumu güllələyiblər, 
mən də bu frisi öz silahı ilə güllələyəcəm, - deyib alman zabitini güllədən keçirdi. 
Generalın adına verilən attestasiya sənədi onun 1943-cü il noyabrın 21-dən 1945-ci il 
iyulun 4-nə qədər hərbi fəaliyyətini əhatə edir. Həmin dövrdə general Heybət Heybətov Qırmızı 
Bayraqlı Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasında komandir müavini olub. 
“Attestasiya” sənədi on üç bənddən ibarətdir. Onu olduğu kimi sizə təqdim edirəm: 
Təvəllüdü: 1898-ci ilin sentyabrı. 
Milliyyəti: azərbaycanlı. 
Partiyalılığı: 1931-ci  ilin   avqustundan    Ümumittifaq Kommunist (b) Partiyasının üzvü. 
4. Təhsili; orta, səkkizinci sinfi 1922-ci ildə bitirib, 
b) hərbi təhsili: 1922-ci ildə ikiillik Azərbaycan hərbi piyada məktəbini və 1929-cu ildə birillik 
süvari qoşunun nəzdindəki “Vıstrel” kursunu bitirib. v) siyasi təhsil almayıb. 
5. Fəhlə-Kəndli    Qızıl    Ordu sıralarına    nə    vaxt   qəbul olub? -  1920-ci ilin oktyabr ayında. 
6. Böyük Vətən müharibəsi cəbhələrində iştirak etmə  müddəti  -  1941-ci il, oktyabrın 13-dən. 
Cəmisi üç il yeddi ay və on yeddi gün iştirak edib. 
7. Döyüşən ordu zabitidir,   yoxsa    ehtiyatdadır?  - 1922-ci ildən döyüşən ordu zabitidir. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə