Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

 
100
darvazası qarşısında çəpik çalıb “Qaytağı” oynadığını gördülər. Dördillik döyüşlərin hesabatını 
verən birləşmə komandiri Azərbaycan diviziyalarından danışanda general-mayor Heybət 
Atamoğlan oğlu Heybətovun adını birinci çəkdi, ona cəbhə komandanı marşal Jukovun 
təşəkkürünü yetirdi. 
General bu tərifə, bu təşəkkürə layiq əsgər idi”. Bilmirəm, bütün bunlardan sonra general 
Heybətova - xalqına dönük çıxıb demək mümkündürmü? 
Əlbəttə, yox. Mən inanmırdım və indi də inanmıram ki, hardasa ad-familini dəyişməklə, 
general Heybətov öz elinə, obasına, xalqına dönük çıxıb, ondan üz döndərib. Bu addımın 
səbəbkarı yalnız ehtiyac olub. Tanrı heç kəsin bəxtini, döndərib, xurcununu əyməsin.  Əyəndə 
insan yerişini də itirir... Müdrik Səməd Vurğun demişkən ehtiyac qul eylər qəhrəmanı da. Əgər 
atası Atamoğlan kişi 1918-ci ildən nədən bir erməni daşnakının, namərd gülləsinin qurbanı 
omasaydı, Heybət bu səhv addımı atardımı? Ana Heybət adlı oğlundan keçərdimi? Əlbəttə yox! 
İbrahim Novruzovun “Yaşıdlarım” kitabındakı balaca bir epizodu oxuyanda qeyri-ixtiyari 
kövrəldim. 
“Bir səhər qəzetlər general Heybətovun Kiyevdə uzun sürən xəstəlikdən sonra vəfat 
etdiyini xəbər verdilər. 
Deyirlər ki, general Heybətov canını tapşırmamışdan qabaq bayatı çağırmışdır, “Ölməyə 
Vətən yaxşıdır” söyləyərək, cənazəsinin Odlar yurdunda dəfn olunmasını  vəsiyyət etmişdi...”. 
Qədirbilən xalqımız general oğlunun vəsiyyətinə  əməl etdi. O, Fəxri xiyabanda dəfn olundu. 
Doğma kəndi Maştağada    abad bir küçə onun adını daşıyır. 
 Əziz oxucu! İndi özün düşün, özün saf-çürük elə. Kimdir general Heybətov? Onunla fəxr 
eləmək olarmı? Bu suala özün cavab ver! 
 
  
GENERAL ƏJDƏR XASPOLADOV 
         
Ədliyyə generalı  Əjdər Xaspoladovun azərbaycanlı    olması haqqında ilk dəfə jurnalist 
dostum Cavad Xaspoladovdan eşitdim. Onun general haqqında cəmi bir   neçə məlumatı vardı: 
göyçaylı olub, Moskvada yaşayıb, Orta Asiyada işləyib. Duzü, inanmadım ki, bizim günlərdə 
yaşayan  generaldan, bizim xalqın xəbəri olmaya. Bəlkə  də  mənim bu inamsızlığımı duyan 
qələm dostum səhərisi generalın balaca bir şəklini də  gətirdi və  məsləhət gördü   ki, Bakı   
Dövlət Universitetinin professoru Əziz  Əsədovu tapım. O, vaxtilə general Əjdər Xaspoladovla 
görüşüb. 
Professor  Əziz  Əsədovu çoxdan tanıyırdım. Respublika mətbuatında maraqlı yazılarını 
çox oxumuşdum. Bizim “Hünər” verilişində müharibə veteranı kimi çıxış eləmişdi. 
Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyasında hərbi prokuror olan 
Əziz müəllimin Böyük Vətən müharibəsi illərində sosialist qanunçuluğunun təbliğ edilməsi 
sahəsində böyük xidmətləri var. Ağır oturub, təmkinlə danışan bir ağsaqqal kimi hamımız ona 
hörmət edərdik. Danışdığı döyüş epizodlarında heç vaxt “mən, mən” deməyən Əziz müəlim odlu 
səngərlərdə  gənc yaşlarında el-oba yolunda həlak olan silah dostlarını xatırlar, onların 
qəhrəmanlığını bugünkü gənclərə şirin bir dillə nəql edərdi. 
Qəfil görüşünə gəlməyim hiss elədim ki, onu təəccübləndirdi. Xoş-beşdən sonra mətləbi 
açdım. Gülümsünüb dedi: 
- Səməd Vurğun doğru deyib ki, könüldən-könülə yollar görünür. İki-üç gündü sənin 
telefonunu axtarıram. General Əjdər Xaspoladov haqqında özüm sənə  məlumat vermək 
istəyirdim. Gəlişin lap yerinə düşüb... 
 
* *  * 
 
... Yadımdadır, - deyib professor qırx səkkiz il əvvəl olan görüşünü xatırlayır. - 1940-cı 
ilin yayında Litvanın Olitus şəhərinin azad edilməsində bilavasitə iştirak edirdim. Məni xüsusi 
tapşırıqla Daşkəndə göndərdilər. Orta Asiya hərbi Dairəsi hərbi tribunalı sədrinin yanına getməli 


 
101
oldum. Sədrin qəbul otağına girərkən, otaqdan başına kəlağayı örtmüş bir azərbaycanlı qadın 
çıxdı. Bu qadın Orta Asiya hərbi Dairəsi hərbi tribunalının sədri, briqada hərbi hüquqşünası 
Əjdər Mahmud oğlu Xaspoladovun bacısı idi. Sədr məni mehribanlıqla qəbul etdi. Xidməti 
söhbətlərimiz qurtarandan sonra, ondan özü haqqında danışmasını xahiş  etdim.  O,  yalnız 
“azərbaycanlıyam, göyçaydanam” - deməklə kifayətləndi.  Şəxsi söhbətimiz və görüşümüz 
bununla bitdi. 1941-ci ilin axırlarında cəbhə qəzetlərində oxudum ki, Əjdər Xaspoladov ədliyyə 
general-mayorudur. Müharibə illərində general Əjdər Xaspoladov əlli altıncı ordunun hərbi 
tribunalının sədri kimi çox məsul bir vəzifədə çalışırdı. 
Müharibə qurtarandan sonra 1984-cü ildə bir məclisdə generallardan söhbət düşmüşdü. 
Mən istər-istəməz general Əjdər Xaspoladovu xatırladım.  İş elə  gətirdi ki, bir neçə ay sonra 
Moskvada ezamiyyətdə oldum. SSRİ Ədliyyə Nazirliyinə gedib generalın ad-familini söylədim. 
Xahiş etdim ki, onun ünvanını  mənə versinlər.  İstəyirdim mətbuatda çıxış edib, bu naməlum 
generalımızı xalqımıza tanıdım. Əvvəlcə evinə zəng eləyib 40-cı ildəki görüşümüzü xatırlatdım, 
çətinliklə  də olsa görüşməyə razılıq verdi. Məni evinə çağırdı. Xeyli söhbət etdik, haqqında 
yazmaq istədiyimi biləndə razılıq vermədi. Olmaz, - dedi mənim haqqımda yazmağa icazə 
verilmir. 
Məndən Göyçayı soruşdu. - Neçədi, - dedi, - abadlaşıbmı?  Ən çox yadımda qalan 
Şamaxıdır, ona görə ki, Şamaxı o vaxtlar qəza mərkəzi idi, uşaqlığım, ilk gəncliyim mənə xəyal 
kimi gəlir. Onda ürəkaçan heç nə yoxdu, aclıq, səfalət, bir də ehtiyac o vaxt məni bərk 
yaxalamışdı. Orda qalsam, bəlkə də ölüb-itmişdim. Ömrüm boyu Nəriman Nərimanova rəhmət 
oxumalıyam. 1919-cu ildə o məni Moskvaya oxumağa göndərməsəydi kim bilsin, yetim taleyimə 
harda nöqtə qoyulacaqdı. Ona görə  də o kişinin Kremlin həyətindəki məzarını tez-tez ziyarət 
edirəm. Uşaqlıqda nənəmin öyrətdiyi surəni o müqəddəs insanın məzarı önündə dayanıb 
oxuyuram. 
Ayrılanda soruşdum ki, bəlkə sizə  Vətəndən bir şey lazımdır. Çəkinməyin, yoldaş 
general, nə lazımsa deyin, göndərərəm.. Duruxdu. Utancaq bir təbəssümlə üzümə baxıb: 
-  Əgər mənə Mirzə  Ələkbər Sabirin “Hophopnamə”sini  ərəb  əlifbasında göndərə 
bilsəydiniz, sizə ömrüm boyu minnətdar olardım.  Şairlərdən  ən çox yadımda qalan Sabirdir. 
Qəribədir ki, son illər yuxuda onun şerlərini oxuyuram. Gündüzlər yaddaşıma zor verib onlardan 
xatırladıqlarımı  əzbərləyirəm. Atam, anam, yoxsul dünyam gözüm önündə durur, istər-istəməz 
kövrəlirəm. 
Bakıya qayıdanda kitab mağazalarını  ələk-vələk elədim. “Hophopnamə” tapılmadı. 
Məcbur olub professor dostum Abbas Zamanova müraciət etdim. Kitabı Abbas müəllimdən alıb 
göndərdim. Bir il sonra general Əjdər Xaspoladovdan bir bağlama aldım. Kitabı geri 
göndərmişdi. Səmimi, kövrək bir məktub yazmışdı. Yazırdı ki, mən “Hophopnamə”dən özümə 
lazım olan, xalqımla bağlı qidanı aldım, mənimsədim. Hazırda gözləri tutulub, ömrümün son 
günlərini yaşayıram. İstəmirəm ki, xalqımın bu misilsiz milli sərvəti yad əllərə keçsin, ona görə 
də böyük minnətdarlıq hissi ilə kitabı geri qaytarıram. 
 
* * * 
 
- Əziz müəllim, general haqqında daha ətraflı məlumat almaq üçün ailə üzvlərini görmək 
istəyirəm. Bəlkə sizdə onların ünvanı qalıb? 
 - 
Hazırda general Əjdər Xaspoladovun qızı Kamilla xanım Moskvada yaşayır. O, hüquq 
elmləri namizədidir. Moskva Dövlət Universitetində dərs deyir. Sənətdə atasının yolu ilə gedir. 
Hər dəfə Moskvaya gedəndə onunla görüşürəm. Məndə ev ünvanı   da var, telefonu da. 
Əziz müəllimdən Kamilla xanımın ünvanını və telefon nömrəsini aldım. 
Həmin günü generalın qızı Kamilla Xaspoladovaya zəng etdim. Aradan bir ay keçər-
keçməz Kamilla xanımdan məktub və iki şəkil aldım. 
Məktubdan sətirlər: Mənim atam ədliyyə general-mayoru Əjdər Mahmud oğlu 
Xaspoladov inqilabdan doğulmuş, ömrü boyu Leninin xatirəsinə  və ideyalarına sadiq, 
vətənpərvər birşəxs idi. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə