Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

 
96
8. Müharibə vaxtı (1941-45-ci illərdə) ilk zabit rütbəsini nə vaxt alıb? -  İnqilab illərində. 
9. Səhhəti: -  Sağlamdır. 
10. Müharibədən  əvvəl xidmət etdiyi hissə  və vəzifəsi: - Şimali Qafqaz hava Dairəsində 55-ci 
atıcı diviziyasının, 641-ci atıcı polkunun komandiri. 
11. Təltifləri: - İki Qırmızı Bayraq ordeni, ikinci dərəcəli Suvorov ordeni, ikinci dərəcəli 
Kutuzov ordeni, ikinci dərəcəli Boqdan Xmelnitski ordeni, birinci dərəcəli Böyük Vətən 
müharibəsi ordeni    və “Qafqazın müdafiəsinə görə” medalı ilə
17

 
 
12. Müharibə vaxtı yaralanıb, kontuziya olubmu? - Üç  dəfə yüngül yaralanıb və üç dəfə  də 
yüngül kontuziya olub. 
13. Nə vaxtdan diviziya komandirinin müavini olub? -  1943-cü il noyabrın iyirmi birindən. 
1941-ci ildə  Vətən ağır günlər keçirəndə xalqımızın sayseçmə  oğullarından milli 
diviziyalar təşkil olundu. Həmin il oktyabrın on səkkizində  qırx altıncı ordunun yüz altmış 
səkkizinci ehtiyat polku nəzdində 223-cü atıcı diviziyasının təşkilinə başlandı.  Əsasən 
azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin iyulunadək hazırlıq keçdi. Diviziyanın 
siyasi rəhbəri, komissar və komandirləri xalqımızın qabaqcıl ziyalıları idi. 
İki yüz iyirmi üçüncü diviziyanın ilk komandiri polkovnik Heybət Heybətov təyin 
olundu. 
Baxış Mehdiyev: - 1942-ci ilin sentyabrında döyüşə tam hazır olan diviziya Buynakskda 
dayanmışdı. Mir Cəfər Bağırov diviziyanın  əsgərləri ilə görüşə  gəldi. Elə  sıraların qarşısında 
kinayə ilə Zuvanova - Heybətova dedi ki, bu milli birləşmədir, komandiri də Azərbaycan 
millətinin nümayəndəsi olmalıdır. Familini gərək dəyişəsən... 
Polkovnikin qəzəbdən gözləri  böyüdü.   Sərkərdələrə        məxsus sərt sifəti qayış kimi 
dartılıb qaraldı. Zabitlər, əsgərlər ürək ağrısı ilə sevimli komandirlərinə heyfsiləndilər ki, cəllad 
əlinə keçdi. Həmin günü Bağırov qonşu diviziyada bir neçə” fərarilərin özlərinə qəbir qazdırıb 
içində güllələtmişdi... Ona görə də o, çox hirsliydi. 
Polkovnikin heç kəsin gözləmədiyi cavabı Bağırovu sarsıtdı: 
- Mən, -  dedi, -  Azərbaycan    xalqının əsgəriyəm.    Xalqıma sidq ürəklə xidmət edirəm, 
son nəfəsiməcən də edəcəyəm. O ki qaldı familiya məsələsinə, bu mənim şəxsi işimdir. Bunun 
mətləbə  dəxli yoxdur. Ən başlıcası   bütün   varlığımla,      ürəyimlə azərbaycanlıyam. Vaxtilə 
mənə ata əvəzi olmuş   insana   nankor çıxmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni 
xoşbəxt edən adama sadiq qalmaq borcundur. 
Ta Xarkova qədər Heybətov bizim diviziyanın komandiri oldu.. 1943-cü ilin iyun ayı idi. 
Dyaçkino stansiyası  uğrunda vuruşurduq.  Əmr gəldi ki, general-mayor Heybətov 416-cı 
diviziyaya komandir müavini göndərilir.  Əlbəttə, belə gözəl, mahir komandir üçün müavinlik 
aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki, general Heybətovu polkovnik Sızranova müavin təyin 
etmişdilər. Bağırov ondan heyfini belə çıxdı. 
1943-cü ilin iyunundan 416-cı atıcı diviziyanın komandir müavini təyin olunan general 
Heybətovu döyüşçülər ürəkdən sevir və ona dərin hörmət bəsləyirdilər. 
General-mayor Heybətov - Zuvanovla Qafqazdan Berlinədək döyüş yolu keçən yazıçı 
Məmməd Aranlının “Cəbhə gündəliyi”ndən: 
“9 mart 1944-cü il... Bizimkilər hücuma keçmişdilər. Çox-qanlı vuruşmalar getdi. 
Nəhayət, faşistlər qaçmağa məcbur oldu.. Bəxtiyar  Əfəndiyevlə uzun-uzadı  dərdləşdik. 
Diviziyanın tarixi haqqında düşünürdük. 
General-mayor Zuvanov bizə  gəldi. O, keçirdiyi günlər haqqında danışırdı. Xüsusilə 
Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər öz məsləhətləri ilə bir çox hərbi əməliyyatlarda 
generala kömək etmişdi. General Zuvanov çox sadə, təvazökar və baməzə adamdır. Familinin 
rus olmasına baxmayaraq, tipik bir azərbaycanlıdır. Söhbəti çox sevir. Yaşayışı da çox qəribədir.. 
Yağ, ət yeməz...” 
                                                 
17 General Heybət Heybətov döyüş xidmətlərinə görə Lenin ordeni ilə də təltif olunmuşdur 
 


 
97
Döyüşçü yazıçı  Məmməd Aranlının gündəliyində adı  çəkilən Bəxtiyar  Əfəndiyevi 
axtardım. Öyrəndim ki, istefada olan kapitan 416-cı diviziyanın veteranı, hazırda Nərimanov 
rayonundakı otuz doqquz nömrəli beynəlmiləl orta məktəbin direktorudur.. General Heybətovla 
qələbəni Berlində qarşılayan Bəxtiyar müəllim döyüş dostu haqqında xoş xatirələr söylədi: 
- Polkovnik Sızranov general Heybətovun ona müavin göndərilməsini  ədalətsizlik kimi 
qəbul edirdi. Ona görə  də generala hədsiz dərəcədə hörmət və  məhəbbət göstərirdi. Bir dəfə 
diviziyanın siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi: 
- Hiss edirəm ki, general sıxıntı keçirir. Çox nahaq. Mən yaxşı bilirəm ki, onun vəzifəsini 
niyə  aşağı salıblar. Heybətov gözəl sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm - çıxdıya 
salıblar.  Şəxsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baxıram. O, mənə burada 
çox lazımdır. Çünki əsgərlərin dilini və xasiyyətini ondan yaxşı bilən yoxdur. 
Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi və qayğıkeşliyi ilə 
əsgərlərin, zabitlərin hörmət və  məhəbbətini qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı 
göstərərdi. Azərbaycan dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-yerində 
işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın özü azərbaycanlı ola-ola bəs, ad-famili 
niyə başqadır? Mən də zarafata salıb deyərdim, tale belə  gətirib, deyirlər, cavanlığında sevgi 
oduna yanıb. 
Beşinci zərbə ordusu hərbi  şurasının keçmiş üzvü, ehtiyatda olan general-leytenant 
Fyodor Yefimoviç Bakovun xatirələrindən: 
“1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o cümlədən dörd yüz on altıncı 
diviziya üçün unudulmaz gün idi. Dörd yüz on altıncı diviziya Berlinin xarici və daxili müdafiə 
xətlərini yararaq aprelin iyirmi birində  şəhər uğrunda döyüşə girişdi. Diviziya komandirinin 
müavini, Azərbaycan xalqının mərd oğlu general-mayor Heybətovun rəhbərliyi altında min üç 
yüz yetmiş üçüncü polk hamıdan  əvvəl  şəhərə daxil oldu. General Heybətov döyüşdə  həlak 
olmuş polk komandiri podpolkovnik Z.Səidbatalovu müvəqqəti  əvəz edirdi. General Heybətov 
diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti haqqında ətraflı məlumat verdi. 
Min üç yüz yetmiş üçüncü polkun qarşısında saraya, sonra isə Berlinin əsas küçəsi olan 
Unter-den Linden küçəsi ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi 
qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyüşə başladı. 
Mən döyüşü müşahidə edirdim. General Heybətov və onun döyüşçülərinə demək 
istəyirdim: “Siz xoşbəxt adamlarsınız! Sizə Almaniyanın ürəyi olan Berlinin özündə çox mühüm 
dövlət və hərbi obyektlərə hücum etmək şərəfi nəsib olmuşdur”. 
Böyük Vətən müharibəsinin ağır günlərində  vəfalı dostum general Heybətovla yüzlərlə 
hadisənin şahidi olmuşam. Onlardan sizə yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki, 
Brandenburq darvazası önündə tankın üstünə qalxan general Heybətov necə alovlu bir nitq 
söylədi. İnanıram ki, general Heybətovun həmin çıxışı azərbaycanlı dostlarımın hələ də yadından 
çıxmayıb. Döyüşçü həmyerlilərinin misilsiz qələbəsinə sevinən general deyirdi: 
- Mən xoşbəxtəm ki, bu tarixi qələbə günündə Azərbaycanın mərd oğulları ilə çiyin-
çiyinə vuruşaraq, oddan-alovdan keçib gəlmiş azərbaycanlı  qızlarını da Berlin torpağında 
salamlayıram. Böyükxanım Mircavadova, Rəşidə Qasımzadə, Zəhra Səlimova, Tahirə Dadaşova 
ulu Azərbaycanımızın qarşısında müqəddəs borclarını kişi qeyrəti ilə yerinə yetirdilər. Bu sinəsi 
orden-medallı  qızlar ulu nənələri Məhsətinin, Natəvanın, Həcər xanımın, Nigar xanım 
Şıxlinskayanın döyüş xidmətlərini qeyrətlə davam etdirdilər. Bu gün Berlin uğrunda tarixi 
vuruşmalar gedərkən son atəşi Brandenburq darvazası önündə  məhz dörd yüz on altıncı 
Azərbaycan atıcı diviziyasının igidləri açdılar. Yer üzünü fəlakətə düçar etmək istəyən faşist 
Almaniyasının məğlub olmasında mərd Azərbaycan oğullarının da misilsiz döyüş xidmətləri 
olduğuna biz hədsiz dərəcədə sevinirik. Biz o tarixi hücumun iştirakçıları və müharibənin necə 
qurtarmasının  şahidləriyik. Qafqazdan Berlinədək döyüş yollarında canlarından keçmiş 
igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. 
1985-ci il sazaqlı fevral ayının yarıdan çoxunu “hünər” verilişinin çəkiliş qrupu Kuban 
torpağında ezamiyyətdə keçirdi. Məqsədimiz general Heybət Heybətovun komandir olduğu iki 
yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər hazırlamaq idi. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə