Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə44/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

 
90
pərən-pərən düşüb ölkənin hər yerinə dağılmışdı. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana 
soxulmaq istəyirdilər. Qusarda yerləşən ikinci alay gecə-gündüz vuruşaraq düşməni 
Azərbaycana buraxmadı. 
İyirminci ilin baharında Tərlan Əlyarbəyov Bakı hərbi idarə rəisinin müavini idi. O, heç 
vaxt inqilabi ənənələr şəhəri Bakını belə qaynar, belə təlatümlü görməmişdi. 
Döyüşlərdə böyüyüb-bərkimiş Tərlan Əlyarbəyov könüllü olaraq ordu sıralarına yazıldı. 
Bir neçə qolçomaq Şuşanın yalçın qayaları arasına sığınaraq başına quldur dəstələri 
yığmışdı. Tez-tez kəndlərə hücum edir, kənd soveti sədrlərini, komsomolçuları öldürürdülər. 
Kapitan Tərlan  Əlyarbəyovun 1920-21-ci illərdəki böyük fəallığı ilə bu quldur dəstələri ləğv 
edildi. 1922-ci ildə respublika Xalq Komissarlığı qərargahında hərbi dəniz işləri üzrə rəis işləyən 
Əlyarbəyova yeni bir tapşırıq verildi: 
“Kürdəmir və Qaraqoyunlu ərazilərində baş qaldıran quldur dəstələrini məhv etməli”. O, 
cəsur silah yoldaşları ilə yorğunuq və yuxusuzluq nə olduğunu bilmədən az bir vaxtda düşməni 
məğlub etdi.  
Azərbaycan Sovet Sosialist Respublikası hərbi Dəniz Xalq Komissarlığının 1922-ci il 9 
dekabr tarixli 525 nömrəli əmrində deyilirdi: 
“Mənə etibar olunmuş Komissarlığın qərargah rəisi Tərlan  Əlyarbəyov yoldaş 
Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk günlərdən məsul vəzifələr daşımış, vicdanlı, səliqəli 
olması, ona tapşırılan vəzifələri can-başla yerinə yetirməsi və proletar hakimiyyətinə sədaqəti ilə 
fərqlənmişdir. 
Hərbi işi tam bildiyini göstərmiş və Azərbaycan SSR-də mahal hərbi komissarlıqlarının 
təşkili işinə böyük qüvvə  və qayğı  sərf etmişdir. 1920-ci ildə Bakı  qəzasında və 1921-ci ildə 
bütün respublikada səfərbərliyi yüksək bacarıqla keçirmişdir. 
Hazırda HDXK-nın qərargahı  ləğv edildiyi üçün Əlyarbəyov yoldaşı Azərbaycan SSR 
Hərbi Komissarlığının müavini vəzifəsinə  təyin etməklə inanıram ki, onun öz biliyi və Sovet 
hakimiyyətinə  sədaqəti sayəsində Azərbaycanda səfərbərlik işi həmişə yüksək səviyyədə 
olacaqdır. 
Təxminən üç il müddətində  hərbi idarədə birgə çalışdığımız vaxtlar gənc Sovet 
Azərbaycanının yaradılması işinə böyük zəhmət və enerji sərf etdiyinə görə Tərlan Əlyarbəyova 
rəhbərlik adından təşəkkür elan edir və əmr edirəm ki, şəxsi xidmət kitabçasına yazılsın. 
Hərbi Dəniz Xalq Komissarı  və  Əlahiddə Qafqaz Ordusu Hərbi  İnqilab  Şurasının üzvü 
Əliheydər Qarayev. 
Qərargah rəisi əvəzi Məğrubov. 
Gənc sovet respublikası  Tərlan  Əlyarbəyovu hansı sahəyə göndərirdisə o, namuslu bir 
zabit kimi çalışır, verilən tapşırığı  ləyaqətlə yerinə yetirirdi. 1927-ci ildə Frunze adına hərbi 
Akademiyada Ali komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əlyarbəyov hərbi 
istedadını milli hərbi kadrların yetişdirilməsinə  sərf etmişdir. O, ikinci dəfə bu hərbi 
Akademiyanı bitirən ili ölkəmizi faşizm taunu bürüdü. 
Böyük Vətən müharibəsi başlananda polkovnik Tərlan  Əlyarbəyov 416-cı atıcı 
diviziyanın komandir müavini, üç ay sonra isə onun komandiri təyin edildi. 
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düşmənlə ilk dəfə döyüşə 
girdi.  İki günlük döyüşdən sonra İşşorsk rayonunda faşistlərin müdafiə  xətti yarıldı, Novo-
Lednev və Kapustino yaşayış məntəqələri azad edildi. 
Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dekabrın altısında inamla vuruşaraq 
düşmənin möhkəmləndirilmiş daha bir atəş nöqtəsini məhv etdi. Hücumu müvəffəqiyyətlə 
genişləndirən polkovnik Tərlan  Əlyarbəyov həmişə ön cəbhədə olur, döyüşçülərdə  qələbəyə 
sarsılmaz inam yaradırdı. 
44-cü ordunun tərkibində yerləşən bu diviziya 1942-ci ilin qışında Şimali Qafqazda 350 
kilometrlik döyüş yolu keçərək, onlarla şəhər və  kəndi düşməndən azad etdi. Dəfələrlə ordu 
komandanlığının təşəkkürünə layiq görüldü. 
Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya başçılıq edən və 58-ci korpusun 
komandir müavini kimi məsul vəzifələrdə çalışan Tərlan  Əlyarbəyov özünün komandirlik 


 
91
bacarığını parlaq şəkildə nümayiş etdirdi. O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza 
və hörmətə malik idi. 
Müharibə illərində  Əlyarbəyovun döyüş xidmətlərini yüksək qiymətləndirən 
hökumətimiz 1944-cü il fevralın 9-da onu general-mayor rütbəsi, ilə təltif etmişdir. 
1956-cı ildə  vəfat edən generalın iki oğlu qalıb. General atasının sənədlərini qayğı ilə 
qoruyub saxlayan Nadir Əlyarbəyovun xatirələrindən: 
- Atamın söhbətləri yaxşı yadımdadır. Danışardı ki, 1908-ci ildə  Şamaxıdakı altı illik 
şəhər məktəbini bitirəndən sonra Vladiqafqaza gedib kadet korpusuna daxil olmaq istəyirdim. 
Lakin babam Abdullanın qəfil ölümü onun hərbi məktəbə getməsinə mane olur. Atam yalnız 
1910-cu ildə Tiflisə gedib Mixaylovsk hərbi piyada məktəbinə daxil olur. 
Atam özü haqqında çox az danışardı. Evdə də az olardı. O, daim əsgərlərin yanında olar, 
onların ailə həyatı ilə, güzəranı ilə maraqlanardı. 
Yadımdadır, atamın ölümündən sonra bizə bir jurnalist gəlmişdi. Atam haqqında yazmaq 
istəyirdi. Anam Lətifə xanımdan atam haqında danışmağı xahiş etdi. 
Anamsa, nə deyim, nə danışım, ay oğul, - dedi, - bir doyunca üzünü gördüm ki... Qonaq 
kimi gəlib-gedərdi. 
Anam - “Tərlan bizə  gələndə belə oldu, Tərlan belə dedi”, - deyə danışanda qonşular 
gülərdilər. 
Atamı tanıyanlar - döyüş yoldaşları, dostları  həmişə deyərdilər ki, Tərlan özü üçün 
yaşamadı, eli, obası üçün yaşadı. O, məzuniyyət, istirahət nə olduğunu bilməzdi. Onun 
xidmətləri Lenin ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif 
olundu. Doğma Şamaxıda adına abad küçə qoyuldu. 
Şahidi olduğum bir xatirəni heç vaxt unuda bilmirəm. Atam hərbi qulluqda idi. Anamla 
mən bir dəfə onun yanına getmişdik. Bizim gəlişimiz günorta vaxtına düşmüşdü. Aşpaz üç qabda 
yemək gətirdi. Atamın bərk acığı tutdu. Aşpazı geri çağırıb dedi: 
- Bunlar buraya yeməyə  gəlməyiblər ki?.. Sən niyə  əsgərin payından kəsib bunlara 
gətirirsən. Bu saat qaytar... Sonra anama “niyə nahar vaxtı gəlmisiniz?” - dedi. 
İllər keçib, evimizdə bir Tərlan da böyüyüb. Atamın adını daşıyan oğlum Tərlan bu il 
Bakıdakı Azərbaycan SSR Ali Soveti adına hərbi məktəbi bitirib, zabit rütbəsi ilə qulluğa 
başlayıb, babasının yolunu seçib. 
  
 
GENERAL HACIBABA ZEYNALOV 
 
Hələ Böyük Vətən müharibəsindən  əvvəl də Sovet ordusunun hissə  və birləşmələrində 
döyüş hazırlığı  və siyasi hazırlıq məktəbi keçmiş azərbaycanlı zabitlər az deyildi. Onlar 
M.V.Frunze adına hərbi Akademiyada, V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyada, Baş 
Qərargahın Akademiyasında və başqa ali hərbi məktəblərdə təhsil almışdılar. 
Cəmşid Naxçıvanski, Məmməd Veysov, Qambay Vəzirov, Tərlan Əlyarbəyov, Mahmud 
Əbilov, Heybət Heybətov, Yaqub Quliyev, Məmmədşərif Həmidov, Hüseyn Rəsulbəyov, Həzi 
Aslanov və başqaları milli hissə və birləşmələr üçün yetişdirilmiş sərkərdələr idi. 
Belə hərbi xadimlərdən biri də Hacıbaba Məmməd oğlu Zeynalov olmuşdur. 1906-cı ildə 
qədim Gəncədə yoxsul ailədə dünyaya gələn Hacıbaba orta təhsilini də doğma şəhərdə almışdır. 
O, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gəlib, gənc komandirlər məktəbinə qəbul olunur. 
Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov Serqo Orconikidze adına 
Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına vzvod komandiri təyin edilir. Az bir 
vaxtda onu komandirlik məharətinə görə alayın rabitə rəisi vəzifəsinə təyin edirlər. 
Böyük Vətən müharibəsi başlananda podpolkovnik Hacıbaba-Zeynalov Pribaltika Hərbi 
Dairəsində “N” diviziyasının  şöbə  rəisi kimi məsul vəzifədə çalışırdı. Kommunist komandirin 
sinəsini “Qırmızı Ulduz” ordeni və bir neçə medal bəzəyirdi. O, bu orden və medallara iki il 
əvvəl ağ finlərə qarşı döyüşlərdə göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1939-cu ildə 
M.V.Frunze adına hərbi Akademiyanı  əla qiymətlərlə bitirən Hacıbaba hərb sahəsində yaxşı 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə