Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə59/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   52   53   54   55   56   57   58   59   60

 
121
ziyalılardan ibarət yuxarı təbəqənin bir hissəsini birləşdirir və sərhədin o tayının köməyinə, digər 
əksinqilabi qüvvələrin yardımına arxalanaraq SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozucu 
fəaliyyət göstərirmiş. Həmin iş üzrə bir çox məşhur aviasiya konstruktorları, təyyarəçi və 
mühəndislər həbs edildilər. 
İkinci azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya “sərhədin o tayının köməyinə” 
gələnlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-cı ildə  həbs edilib, 
Qazaxıstanın Qaraqanda şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrunün ilk qurbanlarından 
olan həmyerlimiz burda da fəaliyyətini dayandırmır. O, Qaraqandada yenicə açılan daş kömür 
mədənlərinin inkişafında yaxından iştirak edir. “Qaraqandakömür” mədənlərində müxtəlif məsul 
vəzifələrdə çalışan T.Mustafayev qaz generatorları qurğusunun hazırlanmasında və Böyük Vətən 
müharibəsi illərində cəbhə üçün avtomobillərin əsaslı təmirində böyük əmək sərf etmişdir. 
Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini nəzərə alaraq 
“Böyük Vətən müharibəsində  fədakar  əməyinə görə”, “Əməkdə  fərqlənməyə görə” və “Xam 
torpaqların istifadəyə verilməsinə görə” medalları ilə təltif etmişdir. Həmyerlimiz həm də üçüncü 
dərəcəli dağ mühəndisi fəxri adına layiq görülmüşdür. 
Ömrünün axırına kimi vətəndən uzaqlarda yaşayıb işləyən Teymur Mustafayevin 1976-cı 
ildə Qaraqanda ictimaiyyəti səksən illik yubileyini keçirmişdir. V.Jilkin familiyalı müəllif 
“İndustrialnaya Qaraqanda” qəzetinin 27 oktyabr 1976-cı il tarixli nömrəsində “Yaxşı insan” 
haqqında” məqaləsində yazır: 
“Ucaboy, çevik və  həmişə gülümsər sifətli T.Mustafayevi mədənçilər  şəhərində hamı 
qayğıkeş bir adam kimi tanıyır. O, kiməsə xeyirxah məsləhəti ilə, kiməsə də mənzil və məişət 
məsələlərinin həllində kömək edir. Artıq uzun illərdir ki, Teymur şəhər sovetinin xalq nəzarəti 
şöbəsində ictimai müfəttişdir. O, həm də rayon icraiyyə komitəsində  mənzil-məişət 
komissiyasının üzvudür. Bizim şəhərdə o, demək olar ki, yarım əsrdir yaşayır və işləyir. 
1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədəki ilk və fəal 
çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi illərində o, yük 
avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun təşəbbüsü ilə yük 
avtomobillərinin mühərrikləri qaz generatorları ilə  işləməyə uyğunlaşdırılmışdır. Bu təşəbbüs 
cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla benzin yanacağına qənaət etməyə imkan 
vermişdir. 
Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novomaykudski, Prişaxtinski 
avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik etmişdir”. 
Heç bir günahı olmadan sevimli təyyarəçilik sənətindən ayrılıb, doğma Azərbaycandan 
uzaqda yaşayan xalqımızın ikinci təyyarəçisi Teymur Mustafayev yetmişinci illərdə bir neçə dəfə 
öz vətəninə qonaq kimi gəlib qayıtmışdır. 
1981-ci ildə  vəfat edən Teymur Mustafayevin hazırda Qaraqanda şəhərində iki oğlu 
yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir, kiçiyi İsgəndər isə atanın ilk gəncliyində yarımçıq 
qalmış arzusunu davam etdirir. O, təyyarəçidir. 
  
 
İNTİZARIN SONU 
 
Payız girirdi. Artıq köç bayatıları  eşidilirdi. Duman binələrin  ətrafında cövlan eləyirdi. 
Tez-tez çiskin yağış yağır, qara buludlar aşağılara enir, buralardan çəkilmək istəmirdi. Bəylər 
nərmə-nazik xanımlarını arana köçürdüklərindən yurd yerləri qaralırdı. 
Sayadgilin sürüsü Atan dərəsini bulud kimi tutmuşdu. O üz bu üzə yayılan qoyunlar şirin 
yaylaq otunu acgözlüklə  qırpırdı. Sayad sağ  qılıncda çarıq tikirdi. Məhər isə zümzümə eləyə-
eləyə sürünün arxasında keşik çəkirdi. Dərənin girəcəyindən zəif səs eşidildi. Sayad başını 
qaldırdı. Aran yolundan yedəkli bir atlı  gəlirdi. Yaxınlaşan atlı sürüyə baxa-baxa əl eləyib 
qılında oturan Sayadı çağırdı. Hava duman olsa da Sayad onu səsindən tanıdı. Bu, Eminlərin 
nökəri çolaq İdris idi. Fikirləşdi ki, xeyir ola, ağam nə yaxşı buna iki at verib yaylağa göndərib. 
Yəqin kimisə vacib iş üçün arana aparacaq. Axı, dağda bəylərdən, ağalardan heç kəs qalmamışdı. 


 
122
Sağmal qoyun artıq yola düşüb, bir neçə günə biz də qısırları otara-otara aşağılara endirəcəyik. 
Bəlkə, görücü yenə ağamızı qorxudub ki, dağlarda bərk çovğun gözlənilir. İdrisi xəbərə göndərib 
ki, uşaqlara deyinən sürünü tez aşağıya endirsinlər. 
Dərənin bu tayından o tayına enib atlıya çatana kimi Sayad bunları fikrində götür-qoy 
elədi. Amma ürəyinə nəsə şübhə düşmüşdü. İdrislə soyuq görüşüb: 
- Əyə, ölmüş, bu zaman nə yaxşı gəlibsən, xeyirdimi? 
İdris irişdi. Tay gözü ilə yekəxana-yekəxana sürüyə  nəzər saldı. Ağasının tapşırığını xatırlayıb 
özünü daha ciddi tutdu. - Ağam səni ismarlayıb dedi ki, tez arana qayıtsın, vacib işim var onnan. 
Sayad zənlə onun üzünə baxdı.  İdrisin at üstündəki görkəmi peyinlikdə oturan qarğanı 
xatırladırdı. Başqa vaxt olsaydı, deyərdi ki, ayə, get ağlına dua yazdır, ağa hara, mən hara, onun 
mənnən nə vacib işi ola bilər. Mənimki də sənin kimi nökərçilikdi, onu da eləyirəm. Bircə fərqi 
var ki, sən qapı nökərisən, mən çöl. Emin ağa ildə iki cüt çarığa, iki ildə bir dəst paltara, bir qarın 
çörəyə səni də işlədir, məni də. Mənim dabanlarımı çöldə köşə kəsir, yorğan-döşək əvəzinə bir 
həsirdə yatıram. 
Sayad heç vaxt özünü çoban saymırdı. Çoban da, deyirdi, nökər kimi bir şeydi. Fərqi odu 
ki, ağa qapısında yox, yataq qapısında nökərçiliyini başa vurur. İnişil Qıraq Kəsəmənli çoban 
Əfqanın, Məşədi qızı Gülnazın toyunda yanıqlı-yanıqlı oxuduğu bu sözlər Sayadın nə  şad 
dəqiqələrində, nə də kədərli vaxtlarında dilindən düşmürdü. 
 
Bu necə əyyamdı, necə zamandı? 
Ürəklər qan ağlar, allah, amandı! 
İşləyən rəiyyət, kef çəkən xandı, 
Ağlayana bir inayət görünmür. 
 
Çoban Əfqan yazır dastan, a dostlar! 
Bax bu qəmdən, bax bu yasdan, a dostlar! 
Hardadı şir, bir də aslan, a dostlar?! 
Onda olan zor, şücaət görünmür. 
 
O gecə toydakı  ağalar cilov gəmirmişdilər. Bu sözlərə görə çoban Əfqanı öldürmək 
istəyirdilər. Çomaqların şaqqıltısı eşidiləndən sonra ağaların dişi qamaşdı. Dinəni, əl-ayaq atanı 
olmadı. 
  
- Binəyə qayıdaqmı, yoxsa elə burdan gedək? - Kal səslə Sayad soruşdu. 
- Binəyə gedib vaxtı niyə itirirsən. Bir də  binədə  nə      var.  Hayıf olub bəylik paltarın   
orda qalıb? - İdris   yersiz-yersiz elə irişdi ki, qarğıdalı dənəsinə bənzər saralmış eybəcər dişləri 
göründü. - Çağır, qoyunu Məhərə tapşır, elə burdan da geri qayıdaq. Ağam dedi, çatan kimi də 
qayıdın. 
Sayad  əl eləyib Məhəri yanına çağırdı. Sürünü ona bərk-bərk tapşırdı.  İdris çoxdan 
bozarmış çəp gözünü yumub seyrək dişlərini ağardaraq: 
- Məhər, mənə bir toğlu versənə, aparıb kənddə yeyəm. 
Məhər az qala gözünü örtən saçaqlı papağı başından götürüb: 
- Nə deyirsən, - dedi, - əyə? 
  
- Qağa, mamaoğlu-dayıoğlu döylükmü, neçə ildə bir dəfə - atüstü qonağınam, bir balaca 
quzu ver, aparım uşaqlarım... 
Məhərin aranda gündən, dağda borandan yanmış üzünə  sərt, amansız bir ifadə çökdü. 
Hirslə papağı başına basdı. Çomağını qaldırıb dişlərini qıcadı: 
- Maman da   ölsün, onun oğlu da, şuğul oğlu  şuğul, quzu sənnən ötrü qarpız kələyi-
zaddı? Yoxdu mənim quzum, yolun altından gəlibsən, üstündən də  cəhənnəm ol, ket, Göyçə 
küçüyü, get kimə xəbərçilik eləyirsən, o da sənə quzu versin. 
Məhərin İdrisə acıqlanmağı təsadüfi deyildi. Üç il qabaq Məhərin qardaşı Mədədi də bu 
qarğıdalıdiş çağırıb aparmışdı ki, ağam səni arana ot biçininə çağırır. Mədəd o gedən oldu. Onu 
iki ay Gəncə qalasında saxlayıb, birbaşa Sibirə göndərdilər. Adını da qoydular ki, yaylaqda 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə