Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

Fototranzistorlar 


Fototranzistorlar aktiv çevricidir, çünki bu cihazlar işıq enerjisini elektrik enerjisinə çevirməklə yanaşı, 
həm də fotocərəyanı gücləndirə bilir. Ona görə də fototranzistoru fotodiodla adi tranzistorun birləşməsi 
kimi təsəvvür etmək olar. Fototranzistorların 
konstruksiyası iki p-n kecidinə malik
və 
tipli tranzistorlarda olduğu kimidir. 
Onlarda da üç elektrod var: emitter, baza və 
kollektor. Baza şüalanma enerjisinə məruz qalır. 
Konstruksiyasına görə fototranzistorlar şüşə 
pəncərəsi olan metal korpusda hazırlanır.
Praktikada fototranzistorların iki qoşulma sxemi
Şəkil1.Fototranzistorun qoşulma sxemləri (a və b)
tətbiq edilir: sərbəst bazalı sxem şəkil 1a və bazaya sürüşmə gərginliyinin verilməsi sxemi şəkil 1b
Fototranzistorlar elə hazırlanır ki, işıq seli bazaya düşür. Adətən fototranzistorlar ümumi emitterli sxem 
üzrə qoşulur və işıqlanma olmadıqda onun kollektor keçidindən qaranlıq cərəyan axır. Baza 
işıqlandırıldıqda onda əlavə elektron-deşik cütlərinin generasiyası baş verir. Bu zaman baza üçün qeyri-
əsas yükdaşıyıcılar olan deşiklər kollektor keçidi vasitəsilə cəzb olunaraq kollektor sahəsinə keçir və 
kollektor keçidindəki əks cərəyanı yüksəldir. Baza üçün əsas yükdaşıyıcılar olan elektronlar bazada qalır 
və bu halda emitter keçidinin potensial səddinin hündürlüyü azalır. Baza sahəsi şüalandırıldıqda orada 
əmələ gələn əlavə həcmi yüklənmə fototranzistorda fotocərəyanın güclənməsini təmin edir. 
Fototranzistorun əsas göstəricilərinə daxildir: qaranlıq cərəyan, fotocərəyana görə güclənmə əmsalı, 
cərəyanın həssaslığı, buraxıla bilən cərəyan, şüalanma gücü və büraxma zolağının eni. 
Sahə fototranzistorları daha yüksək fotohəssaslığa və buraxma zolağına malikdir idarəedici 

keçidli 
hazırlanır və üç elektrodu var: mənbə, mənsəb və idarəedici elektrod. 
Fototranzistorlar fotodiodlar kimi avtomatika və ölçmə texnikası qurğularında, hesablama 
texnikasında, fotometriyada, optoelektron cütlərində və s. sahələrdə tətbiq olunurlar. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə