Giriş. Elektron qurğularının təsnifatı. Elektronika



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix30.12.2023
ölçüsü1,09 Mb.
#167950
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
Giri . Elektron qur ular n n t snifat . Elektronika

 FOTOREZİSTORLAR 
 
Fotorezistorlar EDK olmayan, işıq selinin təsiri ilə müqavimətini dəyişən yarımkeçirici cihazlardır.
Fotorezistorlara işıq enerjisi təsir edəndə ondakı yarımkeçiricidə əlavə yükdaşıyıcılar – deşiklər və 
elektronlar – yaranır, yəni əlavə keçiricilik əmələ gəlir və onun müqaviməti azalır. Buna yarımkeçiricinin 
fotokeçiriciliyi deyilir.Yarımkeçiricinin daxilində sərbəst elektronların yaranması üçün az enerji tələb 
olunduğundan fotorezistorun həssaslığı böyükdür. Fotorezistorlarda bismutun, kadmiumun, qurğuşunun 
kükürdlü və selenli birləşmələri istifadə olunur. Fotorezistor dielektrik altlıq (şüşə) 1 üzərinə çəkilmiş 
fotohəssas yarımkeçirici plastinkadan (və ya plyonkadan) 2 ibarətdir. Fotorezistoru elektrik dövrəsinə 
qoşmaqdan ötəri plastinkadan metal cıxış ucları 3 çıxarilir və o pəncərəsi olan plastmas korpusda 
yerləşdirilib. Əgər fotohəssas plastinkanın ucları arasına e.h.q.-si mənbəyi birləşdirilərsə, dövrədən bir 
neçə mikroamperdən çox olmayan kiçik cərəyan axar. Bu cərəyana 
qaranlıq cərəyan ( 
 

deyilir. 
Qaranlıq cərəyan yarımkeçirici - plastinkada bir qədər sərbəst elektronların olması ilə izah olunur. 
Fotorezistora işıq düşdükdə elektromaqnit şüalanmasının kvantları elektronları həyacanlandırır və onları 
valent zonadan keçiricilik zonasına keçirərək dövrədən axan cərəyanı əhəmiyyətli dərəcədə artırır. 
Ümumi cərəyanla qaranlıq cərəyan arasındakı fərqə
 fotocərəyan
deyilir.
 
 
 
 
 
 
 
Fotorezistorların üstünlükləri kiçik ölçülərə, yüksək həssaslığa və hüdudsuz işləmə müddətinə malik 
olmasıdır. Onların çatışmazlığına qaranlıq cərəyanın olması, xarakteristikalarının qeyri-xəttiliyi, işinin 
temperaturdan 
aslılığı, 
ətalətliliyi və s. 
daxildir 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə