Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

(St. 2.1.2) 
Mətndə məcazi mənada verilmiş söz və ifadələrin mənası
üzərində iş aparılır. 
Müəllimin nəzərinə! Şagirdlər bəzən nəzm şəklində ifadə olunmuş fikri
qavramaqda çətinlik çəkirlər. Şeirdə inversiyanın olması, cüm lələrdə
söz sırasının pozulması, epitetlərin işlənməsi kimi hallar buna səbəb
olur. Ona görə tövsiyə edilir ki, belə məqamlar açıqlansın. Məsələn:
• “Verimli torpaq” deyəndə nə nəzərdə tutulur?
• “Quzğun dəniz” ifadəsinin mənasını izah edin.
• “İşıq saçar nefti torpaqlarında” misrasının mənasını izah edin.
• “Yanar dağ” deyəndə nə nəzərdə tutulur?
• “Ölkəm azad yaşarmış” misrasında Azərbaycanın hansı tarixi dövründən
danışılır?
Mətn üzərində iş tamamlandıqdan sonra dərsin refleksiya mərhələsində
şeirlə bağlı təəssüratlar müəllim və şagirdlərə artıq V sinifdən yaxşı tanış olan
Sinkveyn üsulu ilə ümumiləşdirilir. 
Yazı
(St. 3.1.1)
5-ci tapşırıqda şagirdlərə “Söz mücrüsü”ndən istifadə etməklə
“Vətənim” mövzusunda mətn yazmaq tapşırılmışdır. Mətnin tipləri haqqında
əvvəlki dərslərdə keçilmiş bilikləri yoxlamaq və möhkəmləndirmək məqsədi
ilə belə bir tapşırıq verilir:
Verilmiş fikirləri tamamlamaqla hər üç tipdə yazı yazın. Mətnin sonluğuna
fikir verin.
Təsviri: Azərbaycan qədim və zəngin ölkədir. Onun tarixi, təbiəti, insanları
haqqında çox danışmaq olar...
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
____________________________________________________________
...Bax mənim Vətənim belə ölkədir!
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
82
III BÖLMƏ 
  Çap üçün deyil


Nəqli: Azərbaycanın müstəqilliyi ona övladlarının qanı hesabına başa
gəlib. İndi biz sizə onlardan biri haqqında danışacağıq...
____________________________________________________________
____________________________________________________________
____________________________________________________________
____________________________________________________________
...Ona görə deyiblər: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”
Mühakimə: Azərbaycan həmişə başqa dövlətlərin diqqət mərkəzində olub.
Niyə məhz Azərbaycan?..
_____________________________________________________________
_____________________________________________________________
_____________________________________________________________
____________________________________________________________
...Buna görə də zaman-zaman yadellilər torpaqlarımızı ələ keçirməyə
çalışmışlar.
Dil qaydaları
(St. 4.1.2)
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Şagirdlər göy hərflərlə verilmiş sözlərə sual verirlər, uyğun gələn sözlə
əvəz edirlər. Nə üçün əvəz etməyin mümkün olduğunu müəyyənləşdirirlər.
Әlavə tapşırıq (şagirdlərə mətn yazılmış iş vərəqləri paylanır):
Aytənin inşasından əvəzlikləri seçin və növünü müəyyənləşdirin.
MӘSTAN
Mənim ad günümün səhəri idi. Mən hələ yuxuda ikən vali deynlərim
sakitcə otağıma daxil oldular və stolun üstünə böyük, qə şəng bir qutu
qoydular. Oyanan kimi həmin qutunu açdım. Orada balaca pişik balası
var idi. Onun yaşıl gözləri par-par parıldayır, əlimə götürəndə yumşaq
tükləri əllərimi oxşayırdı. Həmişə belə bir pişiyimin olmasını arzula mı -
şam. Birinin əlində, evində pişik balası görəndə həsrətlə baxardım. 
Bir neçə həftə keçdi. Pişik balası böyüyürdü. Mən ona qulluq edir,
yedirdir və onunla oynayırdım. 
Bir gün dərsdən gələndə diqqətsizlik edib evin qapısını aralı qoy-
dum. İçəri girən kimi pişik balasının yanına qaçdım. Onu əzizlədim,
yeməyini verdim və qutudan çıxartdım. Özüm mətbəxə yemək yeməyə
keç dim. Bir qədər keçəndən sonra balaca Məstanımı çağırmağa baş -
la dım. Nə qədər çağırdımsa, o gəlmədi. Birdən fikir verdim ki, qapı
açıqdır. Ağlıma gələn fikirdən dəhşətə gəldim: pişiyim evdən getmişdi.
Hər şey ağlıma gələrdi, bir bundan başqa. Qanım qaraldı. Həyətə qa -
çıb pişiyimi axtarmağa başladım. Kimdən soruşdumsa, heç kim bir söz
demədi. Qayıtdım. Axşama kimi heç nə eləyə bilmədim. Fikrim Məsta -
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
83
DƏYƏRLƏR
  Çap üçün deyil


nı mın yanında idi. Evdə hamının kefi pozulmuşdu.
Gecə yatmağa hazırlaşanda qapının arxasından miyoltu səsi eşit -
dim. Qulaqlarıma inanmadım. Tez qapıya doğru qaçdım. Açanda gör -
düm ki, Məstan qapının ağzındakı balaca xalçanın üstündə oturub
sakit-sakit məni “çağırır”. Sevindiyimdən bilmədim, neyləyim. Tez onu
qucağıma götürüb evə apardım. 
O gündən sonra daha diqqətli oldum. Axı mən Məstanımı itirmək
istəmirəm...
Әvəzliklərin dildə işlənməsinin səbəbini izah etməyə çalışın. Әgər
mətn dəki bütün əvəzlikləri əvəz etdiyi sözlə dəyişsək, nə baş verər?
Sonuncu sual müzakirə olunarkən şagirdlər bu qənaətə gəlirlər ki, əvəz -
lik lər olmasa, mətnin dili ağırlaşar, tez-tez təkrarlara yol verilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
84
III BÖLMƏ 
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə