Girish son Layout 1


-cü dərs. SONUNCU DӘRS (3 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

23-cü dərs. SONUNCU DӘRS (3 saat) 
Motivasiya
Müəllimin yönəldici sualları ilə şagirdlər verilmiş sxemdəki boş xanaları
doldururlar. 
Әvvəlcə ümumi sual verilə bilər: Dilin məhvi xalq üçün nə ilə nəticələnə
bilər?
Bu sual ətrafında Beyin həmləsi keçirilir. Şagirdlərin fikirləri lövhədə yazılır.
Әgər müəllim nəzərdə tutduğu nəticələrin hamısını almayıbsa, yönəldici suallar
verə bilər:
1. Dilimizi itirsək, tariximizi öyrənə bilərikmi?
2. Әdəbiyyatımızı oxuya bilərikmi?
3. Milli mədəniyyət dedikdə nə nəzərdə tutulur?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir.
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Biliklərindən istifadə etməklə mətndəki
fikir və mülahizələri genişləndirir.
1.2.4. Problemlə bağlı mülahizə lərini
söyləyir.
Qazandığı biliklərdən istifadə etməklə
problemə öz münasibətini bildirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Mühakimə xarakterli mətnin tərkib his -
sə lərini müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Şəxs əvəzliklərində ismin xüsusiyyət -
lərini müəyyənləşdirir.
dilin məhvi
ədəbiyyatın
məhvi
tarixin məhvi
mədəniyyətin
məhvi
xalqın məhvi
dilin məhvi
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
85
DƏYƏRLƏR
  Çap üçün deyil


Şagirdlər fikirlərini əsaslandırırlar: Hər bir xalqın özünəməxsusluğu onun
ta rixi, mədəniyyəti ilə müəyyən edilir. Bunların kökündə isə milli dil dayanır.
Odur ki öz dilini itirən xalq məhv olunmuş sayılır. 
Oxu
(St. 2.2.1)
Mətn Proqnozlaşdırılma üsulu ilə oxunur.
Mətnin təklif olunan bölgüsü:
I hissə – ilk 2 abzas.
II hissə – 1-ci mətndaxili tapşırığa qədər. 
Fərziyyələr qeyd edildikdən sonra mətndaxili sual cavablandırılır. Bu tap -
şırıq şagirdlərdə əsas fikri müəyyənləşdirmək bacarığının formalaşmasına
xidmət edir.
Seçilməli olan 3 əsas məqam: 
• Meriyanın qarşısına vurulmuş elan.
• Sinifdəki sakitlik və müəllimin səsindəki hüzn (qəmginlik).
• Kənd ağsaqqallarının dərsdə oturması.
III hissə – “Müəllimimi bir daha görməyəcəyimi düşünəndə onun danlaqları
da, cəzaları da unuduldu” cümləsi daxil olmaqla.
IV hissə – hekayənin sonuna qədər.
Mətn şagirdlər tərəfindən ucadan oxunur. Hər bir hissə bitəndə şagirdlər
mətnin davamı ilə bağlı fərziyyələrini söyləyirlər, nə üçün belə düşündüklərini
əsaslandırırlar. Fərziyyələr qeyd edilir. Sonda “Әslində, nə baş verdi?” qrafası
doldurulur. 
2-ci mətndaxili tapşırıq üzərində iş aparılır. Şagirdlərin mülahizələri dinlə nilir.
(Mətn üzərində iş bitdikdən sonra bu mövzu ilə bağlı müzakirə apa rı lacaqdır.)
Söz ehtiyatı
(St. 2.1.1) 
Birinci hissə oxunduqdan sonra “meriya”, “komendant” söz lə -
rinin mənaları əvvəlcə kontekstə görə, sonra isə lüğətin köməyi ilə araşdırılır
(tapşırıq 3). 
(St. 2.2.3)
4-cü tapşırıqda mətnin ideyasını üzə çıxarmaq məqsədi ilə aşa -
ğı da kı sual və tapşırıqlar verilə bilər:
Sizcə, nə baş
verəcək?
Nə üçün belə
düşünürsünüz?
Әslində, nə baş
verdi?
Başlığı oxuduqdan
sonra
İlk hissəni oxu duq -
dan sonra
İkinci hissəni oxu -
duqdan sonra
Bütün hekayəni
oxu duqdan sonra
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
86
III BÖLMƏ 
  Çap üçün deyil


1. Hadisə hansı ölkədə, hansı dövrdə baş verir? 
2. Berlin hansı ölkənin paytaxtıdır?
3. Nəyə görə fransız dili əvəzinə alman dilinin tədris olunması tapşırılmışdı?
(Almanlar Fransanın bir çox əyalətlərini işğal etmişdilər.)
4. Nə üçün fransız dilinin tədrisinin dayandırılması müəllif tərəfindən “əllə -
rindən alınan Vətən” ifadəsi ilə assosiasiya edilir?
5. “Məktəbin damında quşlar astadan civildəşirdilər və mən onlara qulaq
asa-asa özümdən soruşurdum: Bəlkə, onları da almanca oxumağa məcbur
edəcəklər?” cümləsinin sətiraltı mənasını izah edin.
6. Mətnin ideyasını ifadə edin.
Dinləyib-anlama və danışma 
Fəndaxili inteqrasiya 
(st. 1.2.4).
Müzakirə. Mətn daxilində verilmiş “Nə
qədər ki əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının
açarını əlində saxlayır...” fikri Azərbaycanla əlaqələn dirilir. 
Şagirdlərin mülahizələri dinlənilir. Burada sovet dönəmində Azərbaycan
dilinin sıxışdırılması məsələləri, əlifbanın dəyişdirilməsi və bütün bunların
xalqa necə təsir etməsi müzakirə obyekti ola bilər.
Müzakirə zamanı aşağıdakı məsələlərə də münasibət bildirilir:
– Biz hamımız öz doğma dilimizdə sərbəst danışırıq. Buna görə hesab
etmək olar ki, biz dilimizi yaxşı bilirik?
– Adətən, xarici ölkələrə oxumağa gedən övladlarımız ana dilinə o qədər
də maraq göstərmirlər. Sizcə, onlar öz düşüncələrində haqlıdırlarmı? Nə
üçün? (Bu sual ətrafında debat da keçirmək olar.)
Yazı
(St. 3.1.1)
5-ci tapşırıqda verilmiş mövzu əsasında esse yazılır. Şagirdlərə
istiqamət verilərkən bu yazının mühakimə xarakterli olması tövsiyə edilə bilər.
Eyni zamanda şagirdlərə tapşırılmalıdır ki, yazını mühakimə xarakterli mətnin
hissələrinə uyğun bölsünlər və yazıda işarə etsinlər.
Şagirdlərə belə bir cədvəl təqdim edilir:
və ya 
Mətn
Mühakimə – izah
Giriş (başlanğıc)
İzah ediləcək fikir – fərziyyə
Әsas hissə
İzahlar
Sonluq
Nəticə, ümumiləşdirmə
Mətn
Mühakimə – sübut
Giriş (başlanğıc)
Sübut olunacaq fikir – fərziyyə
Әsas hissə
Sübutlar, dəlillər, əsaslandırma
Sonluq
Nəticə, ümumiləşdirmə
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
87
DƏYƏRLƏR
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə