Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

IV BÖLMƏ
İNCƏSƏNƏT
Dərs 
№ 
Məzmun standartları
Mövzu
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
31.
2.1.1., 2.2.1., 3.1.2.,
4.1.2.
Unudulmaz obraz
Düzəltmə feillər
2
106-108 110-111
32.
2.2.1., 2.1.1., 4.1.2.
Sənət fədaisi
Mürəkkəb feillər
2
109-111 112-114
33.
2.2.1., 2.2.3., 2.1.2.,
4.1.2.
Heykəltəraş Mirəli
Mirqasımov
Feilin şəkilləri. Xəbər şəkli
4
112-114 115-116
34.
4.1.4.
Xəbər şəklində olan
feillərin yazılışı və
tələffüzü 
2
115-116
117
35.
2.2.1., 1.2.2.,
1.1.2., 3.1.3., 4.1.2.
Qoca aşpaz
Feilin əmr şəkli
2
117-120 118-120
36.
2.2.1., 3.1.2.,
2.1.1., 1.1.2.,
1.2.4., 4.1.2. 
Neman və Simnar
Feilin arzu şəkli
2
121-123 121-123
37.
2.2.1., 2.2.2.,
2.1.1., 1.2.4., 4.1.2.
Ustadın məsləhəti
Feilin vacib şəkli
2
124-126 124-125
38.
2.2.1., 3.1.1., 4.1.2.
Şeyx Səfi məqbərəsi
necə talan olundu
Feilin lazım şəkli
3
127-129 126-127
39
2.2.1., 2.1.1.,
2.1.2., 3.1.1., 4.1.2.
Qədim musiqi alətləri
Feilin şərt şəkli
3
130-133 128-130
40.
Ümumiləşdirici dərs
Kiçik summativ
qiymətləndirmə
1
134
131-132
Yekun
23
saat
109
İNCƏSƏNƏT
109
İNCƏSƏNƏT
109
İNCƏSƏNƏT
  Çap üçün deyil


31-ci dərs. 
UNUDULMAZ OBRAZ (2 saat) 
Motivasiya
Anlayışın çıxarılması. Müəllim lövhədə sxem çəkir.
Müzakirələrdən sonra mərkəzi çərçivədə “Üzeyir Hacıbəyli” yazılır.
Söz ehtiyatı
(St. 2.1.1)
3-cü tapşırıqda verilmiş sözlərlə iş aparılır. Bu sözlərlə tanış
olan şagirdlər onların mənalarını bildikləri kimi izah etməyə çalışırlar. Daha
sonra verilmiş izahlı lüğət vasitəsilə sözlərin mənalarını dəqiqləşdirirlər.
Oxu
(St. 2.2.1)
Mətnin qavranılması üzərində iş Cütlüklərlə oxuma – ümu -
miləşdirmə üsulu ilə aparılır. Mətndə elə abzaslar var ki, bir cümlədən iba -
rətdir. Belə abzasları özündən sonrakı və ya əvvəlki abzasla birləşdirmək olar.
Әgər sinifdə şagirdlərin sayı çox olarsa, bir abzası iki cütlüyə də vermək olar.
Şagirdlər hər abzasdakı fikri ümumiləşdirir və məntiqi sual qururlar. 
Cütlüklərin işi dinlənildikdən sonra mətndaxili suallar üzərində iş aparılır. 
Şagirdlər, yəqin ki, “natura” sözünün mənasını bilirlər. Şəkli naturadan çək -
mək insanı, təbiət mənzərəsini və ya hər hansı bir əşyanı təxəyyüldə can lan -
dırmaqla deyil, canlı şəkildə görərək çəkilməsini nəzərdə tutur.
2-ci tapşırıqla bağlı şagirdlərin mülahizələri dinlənilir. (Naturadan çəkmək
çox vaxt aparır, bəstəkar isə çox məşğul olduğundan buna vaxt ayıra bilmirdi.
Üzeyir Hacıbəyli təvazökar adam idi və s.)
Standartlar
Təlim nəticələri
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir.
Sözün mənası ilə bağlı öz izahını lü -
ğət də verilmiş izahla müqayisə edir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Bildiklərindən istifadə etməklə mətn -
dəki mühüm məqamlara əlavələr edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Mətndəki müəyyən məqamla bağlı
araş  dırma apararaq yazılı təqdimat
hazırlayır. 
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Düzəltmə feillərin hansı nitq hissə sin -
dən yarandığını müəyyən edir.
opera
operetta
“Arşın mal alan”
?
bəstəkar
110
IV BÖLMƏ
110
IV BÖLMƏ
110
IV BÖLMƏ
  Çap üçün deyil


Mətn oxunduqdan sonra 4-5-ci tapşırıqlar yerinə yetirilir. 4-cü tapşırıq
şagirdlərin ümumi dünyagörüşünü və intellektini inkişaf etdirməyə yönəlib.
Müəllim belə bir üsul da tətbiq edə bilər: Şagirdlər Üzeyir Hacıbəyli haqqında
bildiklərini mətnin müvafiq hissələrində yerləşdirir, bununla da mətni əlavə
məlumatlarla zənginləşdirirlər.
5-ci tapşırıqda mətnin sonuncu cümləsinin mənasını izah etmək tapşırıl -
mışdır:  “... portret özü müəllifsiz imtahandan çıxdı”. (Adətən, hər bir yaradıcı
şəxs öz əsərinin üstünlüklərini sübut etməyə çalışır. Lakin baş vermiş ha di -
sə də portretin yüksək sənət əsəri olduğunu sübut etməyə ehtiyac qalmadı.)
Sonda mətnin tipi (nəqli) və sxem üzrə mətnin mərhələləri müəyyənləşdirilir. 
Yazı
(St. 3.1.2)
6-cı tapşırıq: Bu tapşırıq şagirdlərdə mətnin məzmununu qısa
və lakonik ifadə etmək, eyni zamanda araşdırma yolu ilə mətn hazırlamaq
ba carığını inkişaf etdirir. Yazılı təqdimat həm elektron, həm də əlyazma şək -
lin də ola bilər. 
Dil qaydaları
(St. 4.1.2)
7-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Düzəltmə feillərlə bağlı dil qaydaları mənimsədildikdən sonra 8-10-
cu tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə! 8-ci tapşırığı yerinə yetirərkən müəllim şagirdlərin
diqqətini sancılanmaq və soyuqlamaq sözlərinə yönəltməlidir. Bu söz -
lərdə iki leksik şəkilçinin olduğu vurğulanır: sanc-ı-lan və soyu-q-la.
Deməli, düzəltmə söz başqa bir düzəltmə sözdən yaranmışdır. Mə -
sələn, sancılanmaq sözünün kökü sanc feili olsa da, bu düzəltmə feil
sancı (düzəltmə isim) sözündən yaranmışdır. 10-cu tapşırığın da
mürəkkəblik dərəcəsi kifayət qədər yüksəkdir. Şagirdlərə xatırlatmaq
lazımdır ki, düzəltmə sözlə sözün kökü arasında məna yaxınlığı olur.
Sınamaq, boyamaq, qınamaq sözləri ilə sın, boy, qın sözlərinin heç
bir məna yaxınlığı yoxdur. Ona görə də onları düzəltmə söz hesab
etmək olmaz. Qanamaq sözü isə qan sözündən yaranmışdır, çünki
bu iki söz arasında məna yaxınlığı var.
Bundan əlavə, şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, dilimizdə
bir sıra feillər var ki, zaman keçdikcə dəyişikliyə uğramış, söz kökü
təhrif və ya ixtisar olunmuşdur. Bunlar müasir dildə sadə feillər sayılır.
Məsələn, qov(u)r-ul-maq, sar(ı)-al-maq, kiç(ik)-il-mək, qı(rmızı)z(ı)-
ar-maq, uz(un)-an-maq.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
111
İNCƏSƏNƏT
111
İNCƏSƏNƏT
111
İNCƏSƏNƏT
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə