99
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq ticarətdə alqı-satqı
müqavilələri
Cərimə sanksiyaları və itirilmiş gəlirin (itkilərin) ödənilməsi
✓ Maksimal cərimələr adətən vaxtında çatdırılmamış malın qiymətinin 8-10% təşkil edir
✓ Kontraktda cərimə sanksiyaların
qeyd edilməsi, itirilmiş gəlirin və ya itkilərin ödənilməsi barədə
iddiaların irəli sürülməsinə maneələr törətmir
✓ Adətən cərimələr təchizatın ləngiməsi ilə bağlı böyüyür. Ödənişin ləngiməsi ilə bağlı da cərimələr
nəzərdə
tutulur
Diqqət!
Eyni zamanda müqavilənin şərtləri pozulanda tərəflər ya bəzi itkilərlə rastlaşırlar, yaxud gözlənilən
gəlirdən məhrum olurlar və bununla əlaqədar gələcəkdə məhkəməyə müraciət edirlər. Bu səbəbdən adətən
ixracatçılar müqavilədə dolayı itkilərin ödənilməməsini göstərən maddəni daxil etməyə çalışırlar.
Sığortalama
Müqavilədə göstərilməlidir sığortanın
predmeti, risklərin siyahısı və kimin xeyrinə mal sığortalanır.
Adətən bu bənd İnkoterms-də qeyd olunan malın çatdırılma şərtləri ilə uyğunlaşdırılır.
Diqqət!
Unutmayın ki, əgər alıcı tərəfindən xüsusi tələblər irəli sürülmürsə satıcı çalışır malı minimal məbləğdə
sığortalamaq (“A” bəndi ilə). Bu isə yalnız təbii fəlakətləri nəzərdə tutur.
Diqqət!
Sığorta müqaviləsi imzalanarkən sığorta şirkətinin tələbləri ilə tanış olmaq lazımdır. Sığorta hadisəsi baş
versə hansı müddətdə, hansı xəbərdarlıqlar və kimlərə göndərilməli və hansı addımlar atılmalıdır. Eyni
zamanda malı göndərərkən nəqliyyat şirkətinə bu məlumatlar mütləq çatdırılmalıdır.
Fors-major
Bu bənd kontraktın icra olunması müddətinin uzadılması və ya tam dayandırılması (tərəflərin öz
öhdəliklərindən azad edilməsi) hallarını nəzərdə tutur.
Diqqət!
Fors-major halları mütləq neytral təşkilat tərəfindən qeydə alınmalı və təsdiq edilməlidir.
Arbitraj
Tərəflər arasında yarana biləcək mümkün mübahisələrin həll edilməsi müddətləri və qaydaları göstərilir.
✓ Bundan əlavə arbitraj xərcləri hansı tərəf və hansı məbləğdə ödəniləcəyi qeyd olunur
✓ Adətən Arbitraj məhkəməsinin qərarları digər instansiyalarda təkrar baxışa çıxarılmır
Diqqət!
Tərəflər mübahisələrin hansı ölkənin arbitraj məhkəməsində baxılacağına aydınlıq gətirirlər. Arbitrların
seçilməsi və təyin edilməsi qaydası təsvir edilir, qərarların hansı müddətdə müəyyənləşdirilməsi qeyd edilir.
Hansı tərəf və hansı qaydada arbitraj xərclərini ödəməsi də müəyyənləşdirilir. Adətən razılaşdırılır ki,
arbitrajın nəticələri sonuncudur və məhkəmədə yenidən baxıla bilməz.
103
Malın çatdırılması
şərtləri
MODUL V. MALIN ÇATDIRILMASI ŞƏRTLƏRİ
Malın Çatdırılması Şərtləri (Incoterms – 2010)
Müəssisə və şirkətlər öz fəaliyyətləri zamanı hansı risklərlə qarşılaşa biləcəyini yaxşı anlamalıdır ki,
maliyyə itkiləri ilə üzləşməsinlər.
«Incoterms» abreviaturası ingilis dilindən tərcümədə «Beynəlxalq ticarət şərtləri» deməkdir.
«Incoterms» ixracatçının malların göndərilməsi zamanı nəqliyyat və sığorta öhdəliklərini tənzimləyən
beynəlxalq səviyyədə razılaşdırılmış ticarət şərtləridir.
1936-cı ildə Beynəlxalq Ticarət Palatası beynəlxalq ticarətdə praktiki üsulları standartlaşdıran tövsiyələri
qəbul etmişdir.
2010-ci ildə «Incoterms»ə son əlavə və düzəlişlər edilmişdir. Hazırda «Incoterms» şərtləri 4
qrupa və
11 ticarət bəndinə bölünür (Əlavə 5-1).
Xüsusiyyətlər üzrə qruplaşma:
E qrupu:
EXW – Ex Works Departure (…named plase)
İstehsal sahəsindən satış (…yeri göstərilməklə)
F qrupu:
Əsas daşınma xərclər ödənilmir
FCA – Free Carrier Main carriage unpaid
Malın daşıyıcıya təslim edilməsi (… yeri göstərilməklə)
FAS – Free Alongside Ship (… named port of shipment).
Malın limanda təhvil verilməsi (…göndərilmə limanı göstərilməklə)
FOB –
Free on Board
Malın gəminin göyərtəsində təhvil verilməsi (…göndərilmə limanı göstərilməklə)
C qrupu: Əsas daşınma xərcləri ödənilir
CFR – Cost and Freight. Main carriage paid (…named port of destination)
Dəyər və Daşınma xərci daxil (…çatdırılma limanı göstərilməklə
CIF – Cost,
Insurance and Freight
Dəyər, Sığorta və Daşınma xərcləri daxil (… çatdırılma limanı göstərilməklə)
CPT – Carriage Paid To (…named port of destination)
Daşınma xərci ödənilmişdir (… çatdırılma yeri göstərilməklə)
CIP – Carriage and Insurance Paid To
Daşınma xərci və sığorta ödənilmişdir (… çatdırılma yeri göstərilməklə)
104
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Malın çatdırılması şərtləri
D qrupu: Çatdırılma
DAT – Delivered At Terminal (…named place)
Terminala çatdırma (…adı və yeri göstərilməklə)
DAP – Delivered AT Point (…named place)
Məntəqəyə çatdırma (…çatdırılma məntəqəsi göstərilməklə)
DDP – Delivered Duty Paid (…named port of destination).
Rüsumlar ödənilərək çatdırılma (… çatdırılma yeri göstərilməklə)
Diqqət!
Bəzən tərəflər malın dəniz yolu ilə daşınması üçün istifadə olunan terminləri daşınmaların digər üsullarına
səhvən tətbiq edirlər.
CPT və CIP –şərtlərlə “adi nəqliyyat sənədləri”
CFR və CIF – “dəniz qaiməsi” olmalıdır
Diqqət!
Sərhəd deyərkən – həm satıcının, həm alıcının, yada hansısa ayrı ölkənin sərhədi ola bilər.
Mal ilə əlaqədar risklərin və xərclərin keçməsi
Satıcı malın göndərilməsi üzrə öhtəliklərini yerinə yetirdikdən sonra yükün itirilməsi (zədələnməsi)
riski, habelə bunlarla əlaqədar yaranan xərclərin ödənilməsi öhdəliyi alıcının üzərinə keçir.
Diqqət!
Belə ki mal yalnız yükləndikdən, göndərildikdən (ikinci və üçüncü qrup terminlər) və təyinatı üzrə
çatdırıldıqdan (dördüncü qrup) sonra alıcı üçün təyin olunmuş sayılır.