161
Hümanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim
etməlidirlər.
“Aksizlər haqqında” Az R-nın qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Az R-
nın qanununa müvafiq olaraq müəssisələrin öz tələbatı üçün gətirilən xammal və materiallar
aksiz vergisinin ödənilməsindən azad olunurlar.
Az R-sı Nazirlər Kabinetinin 16 ujun 1997-ci il tarixli 61 saylı qərarına müvafiq olaraq
MDB üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə vergisindən azad
olunan malların siyahısı təsdiq edilmişdir. Aşağıda göstərilən mallar da əlavə dəyər vergisindən
azad olunublar:
- kənd təsərrüfatı üçün toxum, gübrə, yem, damazlıq heyvanlar, dərman preparatları,
baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq
ləvazimatları;
- qablaşdırılmış uşaq yeməkləri, şprislər, əczaçılıq məhsulları;
- Az R-da təmsil olunan diplomatik nümayəndəliklərin və onlara bərabər tutulan
təşkilatların yalnız rəsmi istifadəsi, habelə bu nümayəndəliklərin diplomatik və
inzibati-texniki heyəti üzvlərinin, o cümlədən onlarla birgə yaşayan ailə üzvlərinin
yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və əmlak;
- Beynəlxalq təşkilatların xətti ilə təmənnasız texniki, humanitar yardım kimi gətirilən
mallar;
- əlilliyin profilaktikası və müalicəsi məqsədləri üçün istifadə olunacaq (avtonəqliyyat
vasitələri istisna olmaqla) müxtəlif texniki vasitələr və onların istehsalı üçün xammal
və komplektləşdirici məlumatlar;
- müsadirə edilmə, sahibsizlik və həmçinin varislik hüquqi əsasında dövlətin
mülkiyyətinə keçirilməsi üçün gətirilən mallar;
- birgə müəssisənin nizamnamə fonduna xarici investoru əmanəti kimi və ya tamamilə
xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;
- Az R-sı ərazisinə müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən
olunmuş müddətdə dəyişiklik edilmədən gətirildiyi ölkəyə aparılası mallar;
- tranzit mallar;
- rüsumsuz ticarət mağazaları üçün gətirilən mallar;
- xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları
üçün Az R-na gətirdikləri əmlak;
- Maliyyə Nazirliyi və ya Mərkəzi Bankın təsdiqedici sənədi əsasında gətirilən qanuni
tədiyyə vasitələrindən olan valyuta, pullar, banknotlar (numizmatika məqsədilə
istifadə olunanlardan başqa), rəsmi dövlət sənəd blankları, vətəndaş paspotları,
habelə qiymətli kağızlar;
162
- təkrar ixrac məqsədilə, həmçinin emal edilməsi üçün müvəqqəti olaraq Az R-sı
ə
razisinə gətirilmiş mallar;
- dövlət büdcəsi hesabına idxal olunan mallar.
5.Gömrük ödəmələrini ödənilməsinə görə məsul şəxs gömrük ödəmələrinin
düzgün hesablanmasına və vaxtında ödənilməsinə, təqdim olunan sənədlərin
düzgünlüyünə məsuliyyət daşıyır.
Gömrük ödəmələri bilavasitə deklarant və ya gömrük qanunvericiliyinə uyğun olaraq
digər şəxslər tərəfindən ödənilir. Az R-sı gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna
edilməklə hər bir marağı olan şəxs gömrük ödənişlərini ödəyə bilər.
Gömrük ödəmələri müəyyən edilmiş müddətlərdə və müəyyən edilmiş qaydada
ödənilmədikdə, ödəmələrin məbləği gömrük orqanları tərəfindən onların ödənilməsinə məsul
şə
xslərdən tutulur. Az R-nın gömrük sərhədindən malları və nəqliyyat vasitələrini kəçirən
şə
xs deklarant olmadığı hallarda, bu çür şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə
deklarantla birgə məsuliyyət daşıyır. Ödənilməmiş gömrük ödənişləri ödəməmə faktını aşkar
edilməsi vaxtından asılı olmayaraq Az R-sı gömrük orqanları tərəfindən tutulur.
Borclu olma müddəti üçün ödənilmə günü də daxil olmaqla hər gəcikdirilən günə borc
məbləğının 0,3 %-zi miqdarında penya alınır ödəyicinin pul vəsaiti olmadıqda ödənilməli olan
məbləğ Az R-nın Qanunvericiliyinə əsasən ödəyicinin əmlakından tutulur.
Gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi aşkar edildikdə gömrük orqanları
tərəfindən DGK məlumat verilir. DGK həmin ödəyicinin faktiki ödənilmə anına qədər bütün
hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərar qəbul etmək hüququna
malikdirlər. Belə qərar banklar, kredit təşkilatları tərəfindən icra edilməlidir.
Az R-sı gömrük sərhədindən malları və nəqliyyat vasitələrini qanunsuz keçirən şəxs,
həmcinin belə malların və nəqliyyat vasitələrinin qanunsuz keçirildiyini bilən, bilməli olan və
qanunsuz keçirmədə iştirak edən şəxs, gətirmə zamanı isə gətirmənin qanunsuz olduğunu
bilən və ya bilməli olan, qanunsuz gətirilən malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə
və ya sərancamına götürülən şəxs gömrük ödənişlərinin ödənilməsi üzrə birgə məsuliyyət
daşıyır.
Yük gömrük bəyannaməsində göstərilən məlumatlar gömrük dəyərinin və beləliklə,
gömrük ödənişlərinin azalmasına səbəb olduqda, gömrük orqanı bəyannamə verəndən,
rüsumdan gizlədilən malın gömrük ödənişlərinin tam məbləğini qeyd-şərtsiz alır.
6.Gömrük borcu malların müəyyən olunmuş gömrük prosedurları altında yerləşdirilməsi
üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa
163
hallarda gömrük borcunun yarandığı yer, onun yaratmasına səbəb olan halların baş verdiyi
yer hesab edilir.
Idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük
proseduru, yaxud gömrük rüsumlarından və vergilərindən tamamilə və ya qismən azad
edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində və
gömrük bəyannaməsinin təstiq edildiyi vaxt yaranır.
Ixrac gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən
aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:
- malların ixracı ilə əlaqədar gömrük Məcəllə və gömrük işi üzrə digər qanunvericilik
aktlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə;
- malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə
və ya qismən azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə.
Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı 3 il
ə
rzində gömrük orqanları tərəfindən müəyyən edilmiş qaydada tutulur. Gömrük
bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən
edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını yüxarda
qeyd edilmiş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş
şə
bləğləri alırlar. (249 maddə)
Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi
ə
sasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş
qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Qanunla müəyyən edilmiş
hallarda DGK ödəyicinin banklardakı hesabla.ma, valyuta və digər hesablarına həbs
qoyulması barədə məhkəmədə iddia qaldırır.
Gömrük orqanları mövcüd, yaxud gələcəkdə yaranabiləcək gömrük borclarının
ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən Gömrük
Məcəlləsinin maddələrində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna
malikdirlər. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa
şə
xs tərəfindən də verilə bilər. Təminatın məbləği gömrük orqanları müəyyən edirlər.
Təminat verilməsi məcburi və fakültativ (məcburi olmayan) hallarını Az R-nın
Nazirlər Kabineti müəyyən edir.
Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq
müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük
borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər. Gömrük borcunun dəqiq
məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük orqanları
tərəfindən hesablanmış movcud və ya yarana biləcək gömrük borcunun ən yüksək
səviyyəsində müəyyənləşdirilir. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu
Dostları ilə paylaş: |