243
Hüquqi və fiziki şəxslərin ərazisində və ya binasında, yaxud onlara məxsus olan nəql.
vasitələrində, gömrük qaydalarının pozulmasının bilavasitə obyekti olan malların və
nəqlityyat vasitələrinin, əşyaların, həmçinin gömrük qaydalarının pozulması haqqında işin
icraatı və ya bu işə baxılma üçün zəruri olan sənədlərin olması barədə kifayət qədər əsaslar
oldugda, gömrük orqanlarının vəzifəli şəxsləri bu cür ərazilərin, binaların və nəqliyyat
vasitələrinin gömrük müayinəsini keçirə bilər. Gömrük müayinəsinin keçirilməsi barədə
gömrük qaydalarının pozulması haqqında işin icraatını aparan və ya bu işə baxan şəxsi
tərəfindən əsaslandırılmış qərar çıxarılır.
244
Gömrük orqanlarında idarəetmənin əsasları.
Suallar:
1. İdarəetmə anlayışı.
2. İdarəetmə qanunları.
3. İdarəetmənin prinsipləri, funksiyaları və metodları.
4. İdarəetmənin təşkilati strukturlarının növləri.
5. İdarəetmə prosesinin mahiyyəti və məzmunu.
6. İdarəetmənin psixoloji aspektləri.
Ayrı-ayrı icraçılar və ya insanlar qrupu şəkilində insan amilindən ibarət hər bir sistemin
səmərəli fəaliyyəti yalnız onu idarə edən – sistemin bu tərkib hissəsinin fəallığını
istiqamətləndirən və tənzimləyən müəyyən təşkiledici başlanğıc olduqda mümkündür.
Gömrük orqanlarının bütün əməkdaşlarının hərəkət birliyinə nail olunması gömrük
orqanlarında idarəetmə sisteminin başlıca məqsədidir. Sistem bi istiqamətdə işləməli və
qarşısında qoyulmuş vəzifələrin həllini təmin etməlidir. Bunun üçün onun daxilində dəqiq
idarəetmə tələb olunur.
Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan idarəetmə bəzən gömrük
orqanlarında əməliyyat-xidməti fəaliyyətində xeyli səhvlərlə nəticələnir, dövlətin iqtisadi
təhlükəsizliyinin təmin edilməsi və onun iqtisadi mənafelərinin qorunması işinə müəyyən
ziyan vurur.
Ədəbiyyatda gömrük orqanlarının aid olduğu sosial-iqtisadi sistemlərlə “idarəetmə”
anlayışının çoxsaylı tərifləri vardır. gömrük orqanlarında idarəetməyə xaş olan əlamətləri
nəzərə alaraq müxtəlif xülasə edilmiş fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək
olar.
245
İdarəetmə - gömrük orqanları əməkdaşlarına elə fasiləsiz informasiya təsiri prosesidir
ki, idarəçilik qərarlarının qəbul olunması və həyata keçirilməsi vasitəsilə dəyişən xarici və
daxili şəraitdə onların məqsədyönlü davranışını təmin edir.
Məcmu halda idarəetmə subyekti, idarəetmə obyekti və onlar arasında qarşılıqlı
əlaqələr gömrük orqanlarında idarəetmə sistemini əmələ gətirir. Gömrük orqanlarında
idarəetmə subyektlərinə idarəetmə qərarları qəbul etmək, tabeliyindəki əməkdaşlara və
kollektivlərə tapşırıq vermək və onların icrasını tələb etmək səlahiyyəti olan bütün
rəhbərlər, yəni məqsədyönlü təsiri həyata keçirən gömrük postunun, gömrük idarəsinin və
DGK-nin bütün elementləri və yarımsistemləri aiddir.
İdarəedən yarımsistemin qərarlarının, əmrlərinin, tapşırıqlarının icraçıları, gömrük işi
mütəxəssisləri gömrük kollektivləri, təşkilati strukturlar, texnoloji gömrük proseduraları,
eləcə də gömrük orqanlarının üzərinə qoyulmiş funksiyaların həyata keçirilməsi üzrə bütün
fəaliyyat növləri, gömrük fəaliyyəti resursları və s. gömrük orqanlarında idarəetmə
obyektləri kimi çıxış edir.
İdarəetmə subyekyti və obyekti haqqında məsələnin aydınlaşdırılması üçün dərk
etmək vaçıbdir ki, gömrük orqanlarında idarəemə - struktur olaraq, mərhələli, iyerarxik
xarakter daşıyır. İdarəetmənin müxtəlif səviyyələri gömrük sistemində eyni vaxtda
idarəetmənin həm subyekti, həm də obyekti kimi çıxış edir. İdarəetmənin hər pilləsinə və ya
səviyyəsinə öz idarəetmə subyekti və ya obyekti uyğun gəlir.
İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici
mühit haqqında informasiya alır. Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki,
bunun da nəticəsi olaraq qərar qəbul edilir. Məzmunu birbişa əlaqə kanalı üzrə idarəetmə
obyektinə ötürmək üçün həmin qərara idarəetmə obyektinə ötürmək üçün həmin qərara
idarəçilik qəranının formalarından (əmr, göstəriş, qətnamə və s.) biri verilir. Bu qərarın
içrası haqqında informasiya və eləcə də idarəetmə obyektinin (idarəedilən sistemin) yeni
246
vəziyyəti haqqında informasiya yenidən əks əlaqə kanalı üzrə idarəetmə subyektinə daxil
olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir.
İdarəetmə prosesinin fasiləsizliyi onun dövriliyi haqqında, yəni müxtəlif idarəetmə
həlqələri tərəfindən və müxtəlif formalarda icra edilən eyni növ idarəçilik işlərinin və ya
idarəetmə mərhələlərinin icra edilməsinin müəyyən ardıcıllığı və təkrarlanması haqqında
danışmağa imkan verir.
Gömrük orqanlarında idarəetmə sistemi aşağıdakı komponentlərdən ibarətdir:
idarəetmə mexanizmi, idarəetmə strukturları, idarəetmə prosesi və idarəetmə sisteminin
təkmilləşdirilmə mexanizmi.
İdarəetmənin mexanizmini aşağıdakılar təşkil edir: idarəetmə qanunları, prinsipləri,
məqsədləri, metodları və funksiyaları.
İdarəetmə orqanları, idarəetmə kadrları və texniki idarəetmə vasitələri idarəetmənin
strukturuna daxildir.
İdarəetmə prosesi - idarəetmənin məqsədlərinə çatmaq üçün bütün idarəetmə
həlqələrinin göstərdiyi fəaliyyətdi.
İdarəetmə ssiteminin təkmilləşdirilmə mexanizmini idarəetmə obyektinin inkişafı
nəticəsində ona edilən dəyişiklər təşkil edir.
Gömrük orqanlarında idarəetmə həm obyektiv iqtisadi qanunlara və idarəetmə
qanunlarına, həm də onların əsasında formalaşan əməliyyat-ximət fəaliyyətinin bütün
iştirakçılarının ictimai, kollektiv və şəxsi maraqlarının vahid ssiteminə əsaslanır.
2.İdarəetmə qanunları idarəetmə ssitemi elementləri və yarımsistemləri, onda baş
verən proseslər və xarici mühit arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələri əks etdirir.
Onlar obyektivdir və insanların çüurundan və idarəsindən asılı deyildir. İdarəetmə
qanunlarını bilmək idarəetmə ssitemlərinin yaradılmasında və onların fəaliyyətinin təşkil
edilməsində idarəetmə qanunlarınnı tələblərini nəzərə almağa imkan verir.
247
Onlara aşağıdakılar aiddir: idarəetmə sisteminin vahidliyi qanunu, mütanasiblik
qanunu, idarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal nisbəti qanunu,
idarəedən və idarə olunan sistemlərin nisbəti qanunu və s.
İdarəetmə sisteminin vahidliyi qanununun təsiri dövlət idarəetmə ssiteminin yuxarı
orqanlarından onun aşağı həlqələrinə qədər idarəetmə münasibətlərinin qırılmaz
zəncirində; idarəetmə prosesinin bütün səviyyələrinin, əməliyyatlarının və mərhələrinin
arasıkəsilməzliyində, ritmikliyində və uzlaşmasında; insanların qlobal məqsədlərinin və
mənafelərinin bütün tərkib hissələri ilə idarəetmənin vahidliyində; idarəetmə
funksiyalarının və metodlarının vahidliyində; idarəetmə aparatı əməkdaşlarına tələblərin
vahidliyində təzahür edir.
Professional fəaliyyətin və idarəetmənin mütənasibliyi (proporsionallığı) qanunu
müəyyən edir ki, idarəetmənin ən mühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin
fəaliyyətinin optimal proporsionallığını təmin etmək, sistemin tərkib hissələrinin fasiləsiz
əlaqəsini təşkil etməkdir. mütanasiblik onunla ölçülür ki, sistemin əsas fəaliyyəti – gömrük
rəsmiləşdirilməsi və gömrük nəzarəti, digər funksiyaların həyata keçirilməsi idarəetmə ilə
nə dərəcədə tam və dəqiq təmin olunur ki, minimal mümkün məsrəflərlə lazımi effekti
versin.
Mərkəzləşdirmənin optimal nisbəti qanunu elə idarəetmə sisteminin qurulmasını və
onun fəaliyyətinin elə təşkilini nəzərdə tutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı
həlqəsinin mərkəzi idarəetmə orqanlarına arasıkəsilməz və kifayət qədər sabit tabeliliyi
mövcud olsun.
Idarə edən və idarə olunan sistemlərin nisbəti qanununun mahiyyəti idarə edən
sistemin idarə olunanla uyğunluğunun təmin edilməsi tələbindən ibarətdir.
Bu nisbətin dəyişməsi müxtəlif, başlıca olaraq, təşkilati və iqtisadi faktorların
təsiri ilə baş verir. Hər şeydən öncə, idarə edən sistemin inkişaf və fəaliyyət səviyyəsi
idarə olunan sistemin əməliyyat-xidmət fəaliyyəti səviyyəsinə uyğun gəlməlidir.
248
Qanunlar vasitəsiylə idarəetmə nəzəriyyəsinin məzmunu, idarəetmə prosesinin
əsas funksiyaları, metodları və strukturları, eləcə də xüsusiyyətləri üzə çıxarılır. Buna
görə də, sistemli yanaşma idarəetmə qanunlarının istifadəsində əsasdır. Sistemli
yanaşma onların tələblərini sistemli şəkildə ifadə etməyə və bütün sistemin optimal
fəaliyyət və inkiçaf variantını müəyyən etməyə imkan verir.
3. İdarəetmənin prinsipləri dedikdə, idarə edən sistemin əsaslandığı rəhbər
ideyalar, qaydalar, əsas müddəalar və davranış normaları başa düşülür.
Idarəetmə təcrübəsində gömrük orqanları tərəfindən ümumi, xüsusi və təşkilati-
texnoloji prinsiplər tətbiq edilir.
Idarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalardır və onlar gömrük
orqanlarının bütün sahələrində və yarımsistemlərində fəaliyyət göstərir.
Ümumi prinsiplər – sistemlik, əks əlaqə, informasiyanın kafiliyi, optimallıq,
bərabər tabelilik və b.
Sistemlilik idarəetmənin aparıcı prinsipidir. Gömrük orqanlarlının idarə
edilməsində sistemlilik sistemin struktur və funksional vahidlıyını təmin edir və
təkmilləşdirir.
Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər mürəkkəbdirsə,
sistemin əks əlaqə prinsipi o qədər böyük əhəmiyyət kəsb edir. Informasiya idarəetmə
subyektinə, sistemə təsir etmək və idarəçilik qərarlarının icrasını təmin etmək
məqsəsilə hər bir zaman anında sistemin vəziyyəti haqqında, qoyulmuş məqsədin əldə
edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.
Informasiyanin kafiliyi prinsipi o deməkdir ki, gömrük sistemində. O cümlədən
idarəçilik sistemində informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində
informasiya proseslərinin intensivləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
249
Qarşıya qoyulmuş məqsədin mümkün olan daha qısa müddətlərdə ən az maddi,
maliyyə və əmək məsrəfləri ilə əldə ediməsi gömrük orqanlarında idarəetmənin
optimallığı prinsipinin mahiyyətini təşkil edir.
Idarəetmənin optimallığı gömrük sistemində müxtəlif metodlarla və vasitələrlə
təmin edilir.
Gömrük orqanlarında idarəetmənin xüsusi prinsipləri iki böyük qrupa bölünür:
gömrük fəaliyyətinin iqtisadi, sosial-siyasi, və mənəvi sahələrində tətbiq edilən
prinsiplər və Az R-nın iqtisadi təhlükəsizliyini öz səlahoyyətləri çərçivəsində təmin edən
dövlət hüquq mühafizə təşkilatı olaraq gömrük orqanları sistemində mövcüd olan
prinsiplər.
Idarəetmənin xüsusi prinsiplərinə: qanunçuluq, səmərəli mərkəzsizləşdirmə ilə
birgə mərkəzləşdirmə, son nəticəyə istiqamətlənmə və b.aid edilir.
Idarəetmənin təşkilati-texnoloji prinsipləri gömrük orqanları rəhbərlərinin
təşkilati-sərəncamverici və inzibati-idaraedici fəaliyyətinin əsasında dayanır.
Onlara aşağıdakı idarəetmə prinsipləri aiddir: vahid rəhbərlik, konkretlik. əməyin
bölgüsü, skalyar, iyerarxiya, sərəncamvermənin vahidliyi və tək rəhbər, səlahiyyətlərin
ötürülməsi, idarəetmə diapazonu və s.
Vahid rəhbərlik prinsipinin əhəmiyyəti xüsusi olaraq qeyd edilməlidir. Bu prinsip,
bir tərəfdən, idarəetmənin kollegiallığını, digər tərəfdən isə, icraedici funksiyalara görə
ciddi fərdi məsuliyyətin müəyyən ediməsinin nəzərdə tutur. Kollegiallıq tapşırılan işə
görə hər bir gömrük əməkdaşının məsuliyyətini istisna etmir, əksinə onun ücün şəxsi m
əsuliyyət nəzərdə tutur.
Gömrük orqanlarının idarə ediməsində müvəffəqiyyət idarəetmədə iştirak edən bütün
gömrük sistemi vəzifəli şəxslərinin, orqanlarının və təşkilatlarının fəaliyyət birliyi ilə təmin
edilir. Bu zaman ümumi işdə hər birinin yerinin və rolunun spesifikasının dəqiq müəyyən
250
edilməsi, onların səlahiyyətlərinin, funksiyalarının və hüquqlarının aydın bölüşdürülməsi
olduqca mühüm əhəmiyyət kəsb edir.
İdarəetmənin konkretliyi prinsipi situasiyanın konkret təhlilini tələb edir ki, bunu üçün
idarəetmə sistemi haqqında və onun xarici mühiti haqqında keyfiyyətli elmi informasiya
lazımdır.
Əməyin bölgüsü prinspində nəzərdə tutulur ki, idarəetmənin təşkili üzrə bütün
fəaliyyət icrası idarəetmə sisteminin konkret həlqələrinə tapşırılan ən sadə əməliyyatlara
ayrılır. Gömrük orqanı idarəetmə sisteminin hər bir həlqəsinin dəqiq, konkret vəzifəsi
olmalıdır.
Skalyar prinsipi müəyyən edir ki, hər bir təşkilat (o cümlədən gömrük orqanı) dəqiq
müəyyən olunmuş iyerarxik struktura malik olmalıdır.
İyerarxiya prinsipi aşağı əməkdaşın və ya bölmənin yuxarıdakına tabe olmalı olduğunu
nəzərdə tutur. İnzibati uyerarxiyanın hər bir əməkdaşı yuxarıdakının qarşısında təkcə
özününkü yox, həm də özünün tabeliyində olan bütün əməkdaşların qərarlarına və
hərəkətlərinə görə cavab verir.
Səlahiyyətlərin ötürülməsi (verilməsi) prinsipi nəzərdə tutur ki, rəhbərin fəaliyyət
sahəsindən vəzifənin tabe şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməlidi,
tabe şəxs isə onlara görə məsuliyyəti öz üzərinə qəbul etməlidir.
İdarəetmənin funksiyası – həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri
(əməliyyatları) tələb olunan konkret idarəçilik fəaliyyəti növüdür.
Gömrük orqanlarının idarə edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur,
çünki onlar bütün səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və məzmununu açıqlayır
və idarəetmə sahəsində vəzifələrin bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə
etmək üçün onların həyata keçirilməsini zamanı müəyyən növbəlilik və fəaliyyət birliyi tələb
edir.
251
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif etməklə, onları idarəetmə
prosesinin mərhələlərini əks etdirən ümumi idarəetmə funksiyalarına və gömrük
orqanlarının əməliyyat-xidmət fəaliyyətinin konkret növlərinin spesifik (konkret) idarəetmə
funksiyalarına bölmək olar. İdarəetmənin ümumi funksiyaları idarəetmənin mahiyyətini üzə
çıxarır; onlar istənilən obyektin idarə edilməsi prosesini xarakterizə etdiyinə görə
universaldır.
İdarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir:əməliyyat-xidmət şəraitinin
təhlili və proqnozlaşdırılması, planlaşdırma, təşkiletmə, tənzimetmə, üşot və nəzarət.
Gömrük orqanlarının obyektiv imkanları idarəetmənin ən mühüm funksiyalarından biri
kimi əməliyyat-xidmət şəraitinin təhlili və proqnozlaşdırılması əsasında üzrə şıxarıla bilər.
Sistemi hissələrə bölməklə onun strukturunu üzə şıxarmaqla təhlil nəinki sistemin
komponentlərinin vəziyyətini müəyyən etməyə, həm də onların qarşılıqlı münasibət və
qarşılıqlı asılılığını üzə şaxarmağa imkan verir. Həm də təhlil idarəetmə ssitemində təkçə
bütövlükdə sistemə deyil, eyni zamanda idarəçilik dövrünün hər bir komponentinə də şamil
edilir.
Gömrük əməliyyat-xidməti şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və
digər şərtlərlə (faktorlarla) inkişafda olan, gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir
edən qarşılıqlı əlaqəli elementlər məcmusu nəzərdə tutulur.
Gömrük əməliyyat-xidməti şəraitinin əsas elementləri bunlardır:
- xarici iqtisadi fəaliyyətin xidmət edilən iştirakçıları – Az və xarici fiziki və hüquqi
şəxsləri, gömrük orqanının fəaliyyət zonasında mal axınının növləri, həcmləri və
istiqamətləri, onların zaman, məkan, nəqliyyat növləri üzrə bölğüsü;
- gömrük qanunvericiliyinin qəsdən pozan XİF iştirakçılarının və onların
köməkçilərinin; qaçqamalçıların və onların köməkçilərinin gömrük orqanlarına
mənfi təsir göstərməyə cəhd edən gömrükətrafı kriminal strukturların və
onların köməkçilərinin olması; gömrük qaydalarının pozulması və cinayətlərin
252
törədilməsində onların məqsədləri, planlarş, niyyətləri, vaxtı, yeri, strateğiya və
taktikası haqqında məlumatlar;
- gömrük orqanlarının qüvvə və vasitələrə, onlara həvalə edilmiş funksiyaların və
vəzifələrin icra edilməsində onların imkanları;
- Az R-nın iqtisadi təhlükəsizliyinin təminatının və iqtisadi mənafelərinni
qorunmasınnı ümumdövlət tədbirləri;
- gömrük orqanlarının fəaliyyət zonasında qaçaqmalçılıqla və gömrük
qaydalarının pozulması üzrə digər hüquq-mühafizə orqanlarınnı, idarələrin və
təşkilatların olması, gömrük orqanları vəzifələrinin həlli üçün onlardan istifadə
imkanları;
- gömrük fəaliyyətinin həyata keçirildiyi mühit.
Planlaşdırma idarəetmənin elə əsas funksiyasıdır ki, onun vasitəsilə gömrük
qaydalarında gələcək fəaliyyətin təşkilatı balanğıcı işlənib hazırlanır.
Planlaşdırma vasitəsilə sisteminin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir,
mövcüd problemləri realizə edilməsi vasitəri olan metodlar işlənib hazırlanır, sistemin
inkişaf təmpi müəyyən edilir.
Təşkilati planlaşdırma idarəetmənin bütün səviyyələrində strateji (Az DGK); taktiki
(gömrük idarələri, postları) səviyyəsində həyata keçirilir.
Təşkiletmə dedikdə idarəetmənin elə əsas funksiyası nəzərdə tutulur ki, onun
reallaşdırılması vasitəsilə planlaşdırma prosesində işlənib hazırlanmış planların yerinə
yetirilməsi üçün şərait yaranır. Bu funksiyanın reallaşdırılması prosesində idarəetmə
subyekti tərəfindən qəbul olunmuş qərarların, o cümlədən təstiq edilmiş planların uğurlu
həyata keçirilməsi üçün zəruri olan şərait yaradılır.
Tənzimetmə dedikdə idarəetmənin elə əsas funksiya başaa düşülməlidir ki, onun
vasitəsilə tabelikdə olan şəxslərin fəaliyyətinin səməliliyi yüksəlir və ya planlaşdırma zamanı
verilmiş parametrlərdən kənaraçıxmalar aradan qaldırılır. Tənzimetmə əks əlaqənin
253
nəticələri əsasında həyata keçirilir. O ayrı-ayrı əməkdaşların və kollektivlərin qarşılıqlı
əlaqələrinin saxlanması, əlaqələndirilməsi, qüvvələrin yenidən bölgüsü, eləcə də
motivasiyası və stimullaşdırılması yolu ilə reallaşdırıla bilər.
İdarəetmənin tənzimetmə funksiyasının reallaşdırılması nəzarətin nəticələrinin
təhlili; tənzimetmə qərarlarının qəbulu, qərarların vəzifələr şəkilində icraçılara çatdırılması;
tənzimetmənin təşkili; tənzimetmənin aparılması; tənzimetmənin təsirinin yoxlanması kimi
idarəçilik işlərinin icra edilməsindən ibarətdir.
Uçot funksiyasının mahiyyəti idarə olunan ssitemin cari vəziyyəti haqqında onun
hərəkət istiqamətləri və templəri, əldə edilən nəticələr və dəyişən probləmlər haqqənda
informasiyanın toplanması, sitemləşdirilməsi və ilkin işlənməsi təşkil edir. Planların yerinə
yetirilməsinin düzgünlüyünü, onların icrasının şərait və nəticələrinin necə olduğunu
müəyyən etmək üçün nəzarət mövcuddur.
Nəzarət idarəetmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük
orqanlarının vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya
digər zaman momentində tabelikdə olanların fəaliyyətinin gedişi, şəraiti, vəziyyəti və
nəticələri haqqında məlumatlar toplanır.
Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə obyektinə təsis
yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır.
İdarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına və təsir formasına görə
təsnif edilir.
Gömrük orqanlarında idarəçilik fəaliyyətinin miqyasına görə ümumi və xüsusi
metodlar fərqləndirilir.
İdarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin, strateji
məsələlərinin həllinə yönəlmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və
fəaliyyət göstərməsi məsələlərin əldə olunması üsullarını müəyyən edir.
254
İdarəetmənin xüsusi metodları, başlıca olaraq, operativ və cari idarəetmə
sistemlərində istifadə edilir.
Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları
tətbiq edilir.
5.İdarəetmə sisteminin mühüm komponenti idadəetmə prosesidir. İdarəetmə prosesi
müvafiq metodlarından və prinsiplerindən istifadə edilməklə müəyyən funksiyaları
reallaşdırmaq yolu ilə sistemdə birləşdirilmiç idarəetmə subyektlərinin (xətti və funksional
rəhbərlərin, eləcə də digər idarəçilik heyətinin) idarə edilən obyektin keyfiyyət
vəziyyətlərinin dəyişdirilməsinə, kollektivin məqsərlərinin əldə edilməsinə yönəldilmiş
fəaliyyətdir.
Dostları ilə paylaş: |