227
qablaşdırma zədələrinin düzəldilməsi, prob və nümunələr götürülməsi, göstərilən malların və
nəql.vasitələrinin saxlandığı binaların və yerlərin açılmasıdır. Bu hərəkətlərdən hər hansı
birinin törədilməsi hüquq-pozmanın faktiki törədilmiş hesab olunması üçün kifayətdir.
Hüquqpozmanın subyekti gömrük rəsmiləşdirilməsi zəruri olan mal və nəql.
vasitələrinə münasibətdə səlahiyyətləri olan şəxslərdir. Əgər daşıyıcı malların məhv olacağı,
həmişəlik itiriləcəyi və ya xarab olacağı barədə real təhlükə olduğunu sübut edərsə, yuxarıda
göstərilən əməliyyatlara görə məsuliyyətdən azad edilir.
4.Gömrük qaydalarınnı pozulmasına görə inzibati tənbehlər – gömrük
hüquqpozmalarına görə məsuliyyət tədbirləridir.
Gömrük qaydalarının pozulmasına görə inzibati tənbəhlər həmişədövlətin
hüquqpozmaya cavab reaksiyasını törədilmiş hüquqpozmaya və hüquqpozucusuna mənfi
münasibət şəklində ifadə edirlər.
Gömrük qaydalarınıın pozulmasına görə tənbəh müəyyən hüquqi nəticələrə gətirib
çıxarır – gömrük qaydalarının pozulmasına görə inzibati qaydada tənbəh edilmiş şəxs
tənbəhin qoyulduğu vaxtdan etibarən bir il müddətində inzibati qaydada cəzalanmış sayılır.
Bir il ərzində təkrar gömrük qaydalarının pozulması məsuliyyəti agırlaşdırıcı hal hesab
edilir və özlüyündə daha ciddi nəticələr səbəb olur, yəni daha ciddi cəza tətbiq edilir.
Gömrük qaydalarının pozulmasına görə aşağıdakı tənbəhlər tətbiq edilə bilər:
1) xəbərdarlıq;
2) cərimə;
3) Az-can R-sı gömrük orqanı tərəfindən verilən və Məcəllə ilə nəzərdə tutulan
müəyyən fəaliyyət növlərini həyata keçirmək hüququ verən lisenziyaların və
ixtisas attestatlarının geri alınması;
4) bilavasitə gömrük qaydalarının pozulması obyekti olan malların və nəqliyyat
vasitələrinin, yaxud bilavasitə gömrük qaydalarının pozulması obyekti olan
əş
yaların gizlədilərək Az R-sı gömrük sərhədindən keçirilməsi üçün istifadə
228
olunmuş xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerlərinə malik malların və
nəqliyyat vasitələrinin müsadirəsi;
5) bilavasitə gömrük qaydalarının pozulması obyekti olan malların və nəqliyyat
vasitələrinin, yaxud bilavasitə gömrük qaydalarının pozulması obyekti olan
əş
yaların gizlədilərək Az r-nın gömrük sərhədindən keçirilməsi üçün istifadə
olunmuş xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerlərinə malik malların və
nəqliyyat vasitələrinin dəyərinin tutulması;
6) bilavasitə gömrük qaydaların pozulması obyekti olan malların daşınması üçün
istifadə olunmuş nəqliyyat vasitələrinin müsadirəsi.
Az R-nın qanunvericiliyində nəzərdə tutulan gömrük qaydalarının pozulmasına görə
tənbəh növlərini üç qrupa ayırmaq olar:
1) əsas tənbəhlər (xəbərdarlıq və cərimə);
2) əlavə cəzalar (lisenziya və ya ixtisas attestatının geri cağırılması bilavasitə
hüquqpozma obyektlərinin daşındığı nəql vasit-nin müsadirəsi);
3) həm əsas, həm də əlavə cəzalar kimi tətbiq edilən tənbəhlər.
Buraya gömrük qaydaları pozulmasının blavasitə obyektləri olan mal və nəqliyyat
vasitələrinin müsadirəsi, yaxud həmin mal və nəqliyyat vasit-nin dəyərinin tutulmasını aid
etmək olar.
İ
nzibati tənbəhlərin nisbətən yumşaq növlərindən biri xəbərdarlıqdır. Xəbərdarlııq –
bilavasitə qanunpozucusunun şəxsiyyətinə yönəlir, onun tətbiqi, əsasən, mənəvi xarakter
daşıyır və təqsirkar şıxsin hər hansı şəkildə hüquqlarının məhdudlaşdırılması ilə bağlı
deyildir. Xəbərdarlıq cüzi mənfi hərəkətlərə görə və ilk dəfə, yaxud ehtiyatsızlıq üzündən
gömrük qaydalarını pozanlara tətbiq edilir.
Hallar müəyyənləşdirildikdən sonra, Az R-sı gömrük orqanının vəzifəli şəxsi ciddi
maliyyə hesabatlı sənəd olan tənbəhetmə haqqında akt tərtib edir.
Ə
mlak xarakterli məsuliyyət tətbiqi cərimə - pul tənbəhidir və qanun pozuncusundan
dövlətin xeyrinə müəyyən pul məbləğinin alınması ilə şərtləndirilir.
229
Cərimə bütün hallarda əsas tənbəh tədbiri kimi təyin olunur. Gömrük orqanlarının
vəzifəli şəxslərinə icraata götürülən işin materialları və konkret şərait nəzərə alınmaqla və
Gömrük Məcəlləsinin müvafiq maddələrini rəhbər tutmaqla cərimənin məbləgini müəyyən
etmək hüququ verilir.
Lisenziya və ya ixtisas attestatının geri çağırılması, yaxud ləğv edilməsi gömrük
qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarında ttəbiq edilir.
Bu tənbəh növü yalnız əlavə tənbəh kimi və həmin lisenziya və ya attestatla nəzərdə tutulan
fəaliyyəti həyata keçirməklə bağlı gömrük qaydalarının pozduqda tətbiq olunur.
Gömrük qaydalarının pozulmasına görə tətbiq edilən tənbəh növlərindən daha çox
təsadüf ediləni bilavasitə GQP obyektləri olan mal və nəqliyyat vasitələrinin, ələcə də Az R-
nın gömrük sərhədindən malları gömrük nəzarətindən kənar keçirmək məqsədi ilə gizli
saxlama yerləri düzəldilmiş mal və nəql. vasitələrinin müsadirəsidir. Tənbəhin bu növü
göstərilən əmlakın əvəzsiz olaraq dövlət xeyrinə özgəninkiləşdirilməsi ilə ifadə olunur. bu
zaman müsadirə olunan əmlakın bilavasitə gömrük qaydalarını pozan şəxsin mülkiyyətində
yaxud işin icraatı gedişində müəyyən edilmiş və ya edilməmiş digər şəxslərin mülkiyyətində
olçmasının əhəmiyyəti yoxdur.
Gömrük orqanlarının fəaliyyətindən malların və nəqliyyat vasitələrinin həmçinin,
bilavasitə GQP obyekti olan və gömrük sərhədindən malların gömrük nəzarətindən kənar
keçirilməsi üçün xüsusi gizli yerlər düzəldilmiş mal və nəql. vasitələrinin dəyərinin
tutulması da ttəbiq edilir. bu növ tənbəhin mahiyyəti dövlətin xeyrinə məcburi qaydada GQP
obyektinin hüquqpozma gününə sərbəst bazar qiymətləri ilə dəyərinə bərabər məbləğin
alınmasıdır.
Malların və nəqliyyat vasitələrinin dəyərinin tutulması həm əsas, həm də əlavə inzibati
tənbəh kimi tətbiq edilə bilər.
Gömrük qaydalarının pozulmasına görə hər hansı tənbəh novü tətbiq edərkən gömrük
orqanları vəzifəli şəxslərinin əsaslanmalı olduqları mühüm prinsip tənbehin
fərdiləşdirilməsi, yəni tənbehin icraatdakı işin materialları və şərtlərinin araşdırılması
ə
sasında yünğülləşdirilməsi, yaxud ağırlaşdırılmasıdır.
Dostları ilə paylaş: |