220
Xarici ticarət üzrə statistik məlumat idxal və ixracın miqdarı və dəyəri, xarici ticarət
balansının saldosunu əks etdirir; malın mənşə ölkəsi, təyinat ölkəsi, göndəriş şərtləri,
qiyməri və s. barədə təsəvvür yaradır.
Xarici ticarətin gömrük statistikasının formalaşdırılmasında aşağıdakı göstəricilərdən
istifadə olunur:
- hesabat dövrü;
- yük axınının istiqaməti;
- idxalda mənşə ölkəsi;
- ixracda təyinat ölkəsi;
- statistik dəyər;
- malın kodu və adı;
- xalıs çəkisi (netto);
- əlavə ölçü vahidlərinin kodu və adı;
- əlavə ölçü vahidləri ilə miqdar;
- sövdələşmənin xüsusiyyətləri;
- gömrük prosedurların növü;
- mal göndərənin kateqoriyası.
Bu göstəricilər xarici ticarətin gömrük statistikası üzrə dövri nəşrləri hazırlamağa,
müxtəlif analıtık tədqiqatlar aparmağa, xüsusilə xarici ticarətin inkişafını öyrənməyə, idxal-
ixrac əməliyyatlarının xarici iqtisadi əlaqə iştirakşılarının müxtəlif kateqoriyaları üzrə analizi
imkan verir.
Xarici ticarətin gömrük statistikası və gömrük ödəncləri statistikasının göstəricilərinin
ə
sas mənbəyi Yük Gömrük Bəyannaməsidir. YGB Az R-nın dövlət sərhədindən keçirilən
yüklər barədə operativ məlumatlar almağa imkan verir. Gömrük bəyannaməsi xarici iqtisadi
fəaliyyətinin dövlət tənzimlənməsinin üsullarından biridir. Bəyanetmə xarici iqtisadi
fəaliyyət iştirakçıları tərəfindən həyata keçirilir, gömrük orqanalrı isə həm bəyanetmə
prosesinə, həm də bəyannamədə göstərilən məlumatlarının dəqiqliyinə dövlət nəzarəti həyata
221
keçirir. Yük gömrük bəyannaməsində göstərilən məlumatlar xarici ticarət statistikası üçün
rəsmi ilkin məlumatlardır.
Xarici ticarət dövriyyəsinin statistikasının formalaşdırılmasının başlancı üçün YGB-nin
aşğıda qeyd edilən göstəriciləri əsas götürülür. YGB-nin tərtibatında istifadə edilən
təsnifatlandırıcıların kodlaşdırılması göstəricilərin yığılmasını avtomatlaşdırmağa imkan
verir. Xarici ticarət dövriyyəsi statistikasının asasını kodu təsnifatlandırıcıya – xarici iqtisadi
fəaliyyətin əmtəə nomenklaturasına (XİFƏN) uyğun olaraq təyin edilən mallar təşkil edir.
31-ci qrafada malların ticarətdə istifadə olunana adları və onların modelləri, tipləri,
ölçüləri və s. daxil olmaqla texniki xarakteristikaları göstərilir. Onlar bəyan olunan malları
XİFƏN üzrə təsnifat qaydalarına uyğun olaraq, müəyyən mal mövqeyində təsnifinə imkan
verir.
33-cü qrafada birinci yarımbölmədə malların 9 rəqəmli kodları göstərilir.
38-ci qrafada malların qablaşdırma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi
kiloqramla göstərilir.
Digər ölçü vahidlərindən istifadə edildikdə 31-ci qrafada bu əlavə vahidinin qısa adı
göstərilir və təsnifatlandırışıya uyğun olan kodu nəzərə alınmaqla 38-ci qrafada “kq”, 41-ci
qrafada isə əlavə ölçü vahidinin kodu yazılır.
Idxal və ixracın dəyər qiyməti 46-cı qrafada ABŞ dolları ilə ifadə edilməklə göstərilir.
Gömrük ödənişlərinin ödənilməsi, gömrük dəyəri göstərilən valyutadan fərqli olan
hallarda ödənmiş gömrük ödənclərinin məbləği 47-ci qrafanın “məbləğ” sütununda göstərilən
məbləğin ödəniç valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu
gündən Mərkəzi Bank tərəfindən müəyyən edilən valyutanın məzənnəsinə görə yenidən
hesablanır.
Ə
gər 47-ci qrafanın “ÖÜ” (ödəniş üsulu) sütununda “05” öşarəsi göstərilərsə, belə
hallarda bu gömrük ödəniş növü üzrə “B” qrafası doldurulmur. “B” qrafasının doldurulması
222
zamanı bütün elementlər bir-birindən defis işarəsi ilə ayrılır və elementlər daxilində simvol
tərtibində boş yer qoyulmasına yol verilmir.
Gömrük ödənişlərinin ödənilməsi zamanı, bu əməliyyatlar üzrə məlumatlar “B”
qrafasında aşağıdakı sxem üzrə formalaşır
99 - 9999999999 0 – 99
1-ci element yük gömrük bəyannaməsinin doldurulması qaydalarında göstərilən gömrük
ödənişlərinin təsnifata uyğun olan ödəniş növünün ikirəqəmli kodunu;
2-ci element ödəniləcək məbləği;
3-cü element isə valyutanın kodunu göstərir.
YGB-nin doldurulması və qəbulu əməliyyatları bitdikdən sonra ilkin statistik hesabat
formaları və çıxış formaları hazırlanır.
Gömrük statistikası göstəricilərinin araşdırılması və işlənməsi üsulları aşağıdakılardır:
1) statistik cəmləmə və qruplaşdırma;
2) qrafik üsul;
3) balans üsulu;
4) indeks üsulu;
5) amil üsulu.
223
13. Gömrük orqanlarınnı hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati-
prosessual formaları.
Suallar:
1.Hüquq-mühafizə fəaliyyəti anlayışı.
2. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin formaları.
3. Gömrük qaydalarının pozulması anlayışı.
4. Gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh növləri.
5. Gömrük qaydalarının pozulmasına görə məsuliyyəti ağırlaşdıran və yünğülləşdirən
hallar.
6. Gömrük qaydalarının pozulması işləri üzrə inzibati icraatın mərhələləri.
1.Dövlətin hüquq-mühafizə fəaliyyəti qanunçuluğun müdafiəsini, cinayətkarlıqla və
digər hüquqpozmalarla mübarizəni, ictimai maraqların, vətəndaşların hüquqlarının və qanuni
mənafelərinin qorunmasını təmin etməkdən ibarətdir.
İ
ctimai münasibətlərin tənzimlənməsinə yönəlmiş, dövlət tərəfindən müəyyən edilən,
yaxud sanksiyalaşdırılan qorunan hüquq normaları – ümumilikdə riayət edilməsi məcburi
olan davranış qaydalarıdır. Bu normalar da özlüyündə:
- nizamlayıcı (requlyativ) – yəni hüqqi münasiət iştirakçılarını qanun çərçivəsində
davranışını tənzimləyən;
- hüquq mühafizə yəni hüquqi münasibət iştirakçılarının qeyri-qanuni
hərəkətlərini təmzimləyən normalara bölünür.
Tətbiq edilən hüquq normaları şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarını həm
ifadə edir, həm müəyyən edir, həm də müdafiə edir.
Dostları ilə paylaş: |