224
Hər bir hüquqi norma məntiqi və faktiki quruluşa malik olur. Bu məntiqi quruluşu
hipoteza, dispozisiya və sanksiya yaradır: hipoteza hüquqi normanın tətbiqi üçün faktiki
şə
rtləri müəyyən edən hissəsidi; dispozisiyada hüquqi münasibət iştirakçılarının hüquq və
vəzifələri əks edirilir; sanksiyada mənfi nəticələr, hüquqi normanın pozulmasında günahkar
olan şəxslərin msuliyyt dərəcəsini göstərir.
Gömrük orqanlarının fəaliyyəti sahəsində hüquqi normalardan istifadə hüquqi
münasibət subyektlərinin, gömrük orqanlarının vəzifəli şəxslərinin və XİF iştirakçılrının bu
norma ilə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsidir. Hüquqi normanın icrası
dedikdə fiziki, hüquqi, vəzifəli şəxsin hüquqi norma ilə üzərinə qoyulmuş vəzifələrin yerinə
yetirilməsinə yönəlmiş hərəkətləri başa düşülür. Dövlət tərəfindən hüquqi normanın tətbiqi –
dövlət orqnlarının vəzifəli şəxslərin onun müddəalarının həyata keçirilməsi üzrə hakimiyyət-
requlyativ hərəkətləridir.
XİF-in tənzimlənməsində iştirak edən gömrük orqanları, hər seydən öncə Az-can və
digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini həyata keçirir, iqtisadi, maliyyə,
siyasi, sosial və digər məsələlərin həllini təmin edir. Bununla da gömrük orqanları Az R-nın
Gömrük Məcəlləsində, “Gömrük tarifi haqqında” Az R-sı qanununda, digər qanunlarda və
qanun qücündə olan fərman, sərəncam və qərarlarda nəzərdə tutulmuş funksiyaları həyata
keçirir. Onlar təşkilatı, dövlət idarəetmə, qaydalara nəzarət, hüquqi normalardan istifadə,
onun icrası və tətbiqi, qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirirlər.
Lakin XİF iştirakçıları heç də həmişə hüquqi normaların yerinə yetirilməsinə
çalışmırlar. Müəyyən qrup şəxslər bilərəkdən və ya bilməyərəkdən bu normaları pozurlar ki,
dövlət orqanları lazımi tədbirlər görməyə məcbur olur və onların üzərinə qoyulmuş mühafizə
funksiyasını yerinə yetirərək, bu hüquqpozmaların qarşısını alırlar.
Tətbiq edilən normanın qorunması XİF iştirakçıları və gömrük orqanlarının vəzifəli
şə
xslərinin müsbət, arzuolunan, hüquqi və qeyri-hüquqi hərəkətlərinin müdafiəsində,
həmçinin gömrük sahəsində meydana şıxan və dövlət, cəmiyyət və şəxsiyyət üçün zərərli,
habelə təhlükəli münasibətlərin aradan qaldırılması və qarşısının alınmasında təzahür tapır.
225
Gömrük orqanlarının fəaliyyətinin bu hissəsi hüquq normaları ilə müəyyən edilmiş
hüquqa zidd hərəkətlərə, yaxud hərəkətsizliyə qadağanlarda, qadağanların pozulmasına görə
nəzərdə tutulmuş sanksiyalarda, həmçinin gömrük orqanları tərəfindən bu sanksiyaların
tətbiq edilməsində öz əksini tapır.
2.Hüquq-mühafizə fəaliyyəti gömrük orqanlarının qarşısında qoyulan məqsəd və
vəzifələrdən asılı olaraq bir-biri ilə bağlı olan və biri digərini tamamlayan müxtəlif
formalarda həyata keçirilir.
Ə
məliyyat-axtarış, inzibati-hüquqi, inzibati-prosessual, cinayət-hüquqi, cinayət-
prosessual və s. formalar gömrük orqanları üçün səciyyəvidir.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi forması – gömrük
və valyuta nəzarətini həyata keçirilməsi, malların gömrük rəsmiləşdirilməsi, təşkilat daxili
idarəetmə fəaliyyəti və digər dövlət orqanları ilə əlaqələr yaratmaq hesabına inzibati
huquqpozma əlamət və faktlarının, həmçinin də qanunvericiliyin cinayət, gömrük, vergi və
s. sahələri üzrə pozuntuların aşkar edilməsində təzahür edir.
Nəticə etibarı ilə gömrük orqanlarının hüquq-mühafizə fəal-nin inzibati-prosessual
forması aşkara çıxarılmış inzibati-hüquqi normalarla və gömrük qaydaları ilə müəyyən
olunan tələblərdən kənara çıxma faktlarının yoxlanılmasına, pozuntulara aidiyyəti olan
şə
xslərin aşkar edilməsinə, törədilmiş hərəkətlərin təsnifatlandırılmasına və məsuliyyət
dərəcəsinin müəyyən edilməsinə, habelə, qeyri-qanuni hərəkətlər nəticəsində dövlətin
maraqlarına dəyən ziyanın qarşısının alınmasına, yaxud, azaldılmasına yönəlmiş inzibati-
prosessual hərəkətlər edilməsində əks olunur.
Bu hərəkətlər aşkar edilmiş inzibati hüquqpozmalar və ya gömrük qaydalarının
pozulması halları barədə protokollar tərtib edilməsi, inzibati hüquqpozmalar, gömrük
qaydalarının pozulması üzrə işlərin açılması və onların icraatı, cərimələrin baxilması və
tətbiqi kimi formalarda həyata keçirilir.
Obyektiv olaraq gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin cinayət-prosessual
forması mübarizə edilməsi səlahiyyəti gömrük orqanlarına verilmiş cinayətlərin fakt və
226
ə
lsmətlərinə görə cinayət işi qaldırılması, bu işlər üzrə təhqiqat aparılması, həmçinin istintaq
hərəkətlərində iştirakı ilə özünün birüzə verir.
Vəzifə və funksiyalarını yərinə yetirərkən gömrük orqan-nın hüquq-mühafizə fəal-nin
mühüm formalarından biri də öz təhlükəsizliyinin təmin edilməsidir.
Dövlət tərəfindən verilmiş səlahiyyət növlərindən biri kimi əməliyyat-axtarış fəaliyyəti
gömrük orqan-nın kriminalistika, kəşfiyyat və axtarıç kimi xüsusi elementləri özündə
birləşdirən hüquq-mühafizə fəal-nin mühüm formalarından biridir.
3.Şəxslərin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada malların və nəql.
vasit-nin Az R-nın gömrük sərhədindən keçirilməsi, onlara gömrük nəzarəti, gömrük
rəsmiləşdirilməsi, onların gömrük ödənclərinə cəlb edilməsi və ödənilməsi, gömrük
güzəştləri verilməsi və onlardan istifadə edilməsi qaydalarının pozulmasına yönəlmiş
hərəkətləri, yaxud hərəkətsizliyi gömrük qaydalarının pozulması kimi qəbul olunur.
Gömrük qaydalarının pozulmasının obyektiv tərəfi inzibati hüquqpozma kimi qəbul
olunan, ictimaiyyət üçün təhlükəli, yaxud, dövlət üçün zərərli qanunazidd hərəkətlər
edilməsi ilə şərtlənir.
Gömrük qaydalarının zərərli, yaxud ictimai təhlükəli hal olaraq pozulması həm fəal
hərəkətlərdən, həm də passiv davranış yəni XİF iştirakçısının etməli olduğu, lakin etmədiyi
hərəkətlərdən ibarət ola bilər.
Gömrük qaydalarının pozulması ilə bağlı qanuna-zidd hərəkətlərə misal olaraq gömrük
orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil
olmasına maneçilik törədilməsini; gömrük sərhədindən keçirilən malların gömrük
nəzarətindən gizlədilməsini; sənədlərdən və ya identifikasiya vasitələrindən aldatma yolu ilə
istifadə etməklə malların və nəqliyyta vasitələrinin Az R-nın gömrük sərhədindən
keçirilməsini, malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzğün bəyan
edilməməsi, gömrük nəzarət zonası rejiminin pozulmasını göstərmək olar.
Hüquqpozmanın obyektiv tərəfi gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti
altında olan malların daşınması, yüklənməsi, boşaldılması, bir yerdən başqa yerə daşınmasş,
Dostları ilə paylaş: |