217
5.Əsas interpritasiya qaydaları kodun təyini üçün kompleks vasitə hesab edilir. Belə
qaydalar altıdır. Birinci 5 qaydaya əsasən mal mövqeyi (ilk 4 işarə), altıncı qaydaya əsasən
submövqe (5 və 6 dərəcə) və yarım submövqe (7,8 və 9 dərəcələr) tapılır.
Birinci qayda.
Bölmələrin, qrupların və yarımqrupların adları MDB XİTƏN işdə rahat istifadə
edilməsi üçün nəzərə alınır: hüquqi məqsədlər üçün XİFəN-də malların təsnifatı mal
mövqelərinin mətnindən, bölmə və qruplara qeydlərindən çıxış edilməklə həyata keçirilir.
Ikinci qayda.
a) Mal mövqeyinin adındakı hər hansı qeyd şərti belə malın komplektləşdirilməmiş,
yaxud tamamlanmamış şəkilinə də aid edilməlidir, bu şərtlə ki,
komplektləşdirilməmiş və tamamlanmamış halda da bu mal bitkin malın əsas
xüsusiyyətlərini özündə əks etdirilmiş olsun.
Təcrübədə bir çox mallar komplektləşdirilməmiş və ya bitirilməmiş, yaxud yığılmamış
vəziyyətdə göndərilir. Belə halda göndərilən mal komplekt və bitkin malın xassələrinə malik
olmalıdır. Yəni göndərilən mal dərhal istifadəyə hazır deyil, amma hazır məmulatın təqribi
formasına malikdir və bəzi əməliyyatlar sayəsində tamamlana bilər. Bu qaydanın əsas
ideyası ondan ibarətdir ki, baxılan mallar bitkin mallarla eyni mövqedə yerləşir.
b) Mal mövqeyinin adındakı hər hansı qeyd-şərt belə malın qarışıq və birləşməsinə
də aid edilməlidir. Hər hansı materialdan əmələ gələn mala aid olan qeyd-şərt
tamamilə yaxud qismən bu materialdan ibarət olan mala da şamil edilir.
Üçünçü qayda.
Ə
gər ikinci qaydanın b) bəndinə yaxud bu və ya digər səbəbdən malın
Iki və ya daha artıq mal mövqeyinə aid edilməsi mümkündürsə, belə malların təsnifatı
aşağıdakı kimi həyata keçirilir:
a) O mal mövqeyinə üstünlük verilir ki, malın daha konkret təsvirini müəyyən edir.
Bununla belə, əgər iki yaxud daha çox mal mövqeyindən hər biri çox
218
komponentli məmulatın yaxud qarışığın yalnız bir hissəsinə aiddırsə, onlardan
birinin daha dəqiq təsvir verdiyinə baxmayaraq, belə mal mövqeləri bərabər
ə
həmiyyətli hesab edilir.
b) Müxtəlif materiallardan ibarət, yaxud müxtəlif komponentlərdən hazırlanmış
qarışıq və çox komponentli məmulatlar və bu qaydaların a) bəndi ilə
təsnifatlandırıla bilməyən mallar həmin malların əsas xüsusiyyətini
səciyyələndirən material və tərkib hissəsinə görə təsnifatlandırılmalıdırlar (əgər
bu meyar tətbiq edilə bilirsə).
c) Təsnifatı a) və b) qaydalarına görə təsnifatlandırıla bilməyən mallar mal
mövqeləri içərisində kodun böyüməsi qaydasında axırıncı mövqedə
təsnifatlandırılmalıdır.
Dördünçü qayda.
Ilk üç qayda ilə təşnifatlandırıla bilməyən mallar baxılan mallarla ən uyğun (yaxın)
olan malların mövqeyində təsnifatlandırılmalıdırlar.
Beşinci qayda.
Müəyyən məmulatların yaxud məmulatlar qrupunun saxlanılması üçün nəzərdə tutulan
və xüsusi forması olan qab-tara mənsub olduğu mallarla birgə təqdim edilirsə, qablaşdırdığı
məmulatlarla birgə (məsələn, musiqi aləti və çexolu) təsnifatlandırılmalıdır.
Altıncı qayda.
Hüquqi məqsədlər üçün hər hansı mal mövqeyinin submövqeyindəki malların təsnifatı
submövqelərə və onlara aid qeyd-şərtlərə uyğun olaraq bir səviyyədəki submövqelərin
müqayisə edilə bilən olması şərti ilə həyata keçirilə bilər.
Bu qaydanın məqsədləri üçün, həmçinin, bölmə və qruplara qeyd-şərtlər, əgər başqa
ş
ey nəzərdə tutulmamışsa, tətbiq edilə bilər.
Bu qaydanın bir səviyyədəki submövqelərin müqayisəsi baxımından izaha ehtiyacı var.
Məsələ bundadır ki, Ahəngdar sistemin xüsusiyyətlərindən biri də “defis sisteminin”
219
mövcudluğudur. Defis sistemi detallaşdırılan submövqelərin və yarımsubmövqelərin
adlarının qarşısında müəyyən sayda xətlərin (defislərin) qoyulmasının nəzərdə tutur.
Defislərin sayı submövqenin səviyyə nömrəsinə bərabər olur. Müxtəlif sayda defislərin
qoyulması detallaşdırılmanın dərinliyini göstərir və müəyyən edilmişalqoritm üzrə (azdan
çoxa) uyğun malların axtarışını asanlaşdırır.
6.Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi xarici ticarət əməliyyatlarının uçotu,
göstəricilərinin qeydiyyatı və analizi olmadan gözlənilən səmərəni verə bilməz.
Iqtisadiyyatda, xüsusiylə də xarici ticarətin iqtisadiyyatında obyektiv və subyektiv
amillərin, qanunauyğunluqlar, təsadüflərin təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb
edir. Bu amillərin təsirini müəyyən etmək, iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsini
təşkil etmək üçün statistikanın rolu əvəzsizdir.
Statistik üçot faktların elə qeydiyyatıdır ki, hər faktın ayrı-ayrılıqda yazılması ilə həmin
faktın sadəcə qeydiyyatı deyil, faktın ümumi məcmusu haqda təsəvvür əldə edilə bilsin.
Statistika elm kimi – kütləvi təsadüfi hadisə və proseslərin qanuna uyğunluqlarını
öyrənən sahələr sistemidir. Gömrük orqanları Az R-da xarici ticarətin cari vəziyyətini,
dinamikasını, inkişaf meyllərini və perspektivlərinin təhlil etmək, gömrük ödənişlərinin
dövlət büdcəsinə daxil olmasına nəzarəti, valyuta və ixrac nəzarətini həyata keçirmək
məqsədi ilə malların gömrük sərhədindən keçirilməsi barədə məlumatların toplanması,
təhlili, elektron üsullarla işlənməsi yolu ilə xarici ticarətin gömrük statistikasını aparırlar. Az
R-da xarici ticarətin gömrük statistikasının məlumatları Az R-nın Milli Məclisinə, Az r-nın
Mərkəzi Bankına, Az R-nın Prezidentinə, Nazirlər Kabinetinə, Az R-nın İqtisadi inkişaf
Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və Az R-nın Dövlət Statistika
Komitəsinə təqdim olunur.
Xarici ticarətin gömrük statistikasının müşahidə və öyrənmə predmeti xarici ticarət
dövriyyəsi, yəni, malların miqdar və dəyərlə ifadə olunmaqla ixrac və idxalı, həmçinin bu
dövriyyənin coqrafi istiqamətləridir.
Dostları ilə paylaş: |