205
Stabil iqtisadi şəraitdə inzibati vasitələr iqtisadi təsir vasitələrinin səmərəliliyi kifayət qədər
olmadıqda müvəqqəti tətbiq edilən əlavə tədbirlər hesab edilir.
Ancaq iqtisadi tənəzzül və iqtisadiyyatın tarazlığının pozulduğu zamanlarda onlar digər
dövlətlərlə xarici ticarət əlaqələrinin tənzimlənməsində əsas vasitəyə çevrilirlər.
Qeyri-tarif məhdudiyyətlərin xarici ticarətə nüfüz dərəcəsi tarif tədbirlərində olduğundan
daha çoxdur. Qeyri-tarif xarakterli maneələr müxtəlif ölkələrin ticarət-siyasi münasibətlər
sistemində müxtəlif rol oynayır və çox zaman üstüörtülü şəkildə göstərir. Hökümət tərəfindən
müəyyən edilən tarif məhdudiyyətlərindən fərqli olaraq QTM-in bəziləri müxtəlif dövlət və yerli
idarəetmə strukturları tərəfindən qoyula bilir. QTM kateqoriyalarından biri müdafiə tədbirləridir.
Onların bir qismi: idxala kəmiyyət məhdudiyyətləri; gömrük rəsmiyyətçiliyi və sənədləri;
gömrük, fraxt və liman yığımları və s. sərhəddə istifadə edilir və nisbətən aşkar xarakter daşıyır,
tətbiqi isə adətən, ticarət müqavilələri və müxtəlif beynəlxalq sazişlərlə tənzimlənir.
Bu baxımdan belə QTM gömrük tarif tədbirlərinə daha yaxındır və onlarla birləşir.
QTM digər qismi, malın qiymətinə təsir edən daxilli iqtisadi tədbirlər: vergilər, aksiz
yığımları, kreditlərin faiz stavkaları, subsidiyalar, həmçinin malların istifadəsini müəyyən edən
inzibati sərəncamlar, texniki norma və standartlar isə xarici malların daxili bazara nüfuzunu
məhdudlaşdıran örtülü proteksionist vasitələr hesab edilir. Çünki belə tədbirlər rəsmi olaraq idxal
ə
leyhinə yönəlməmişlər və bəzi malların istifadəsinin müxtəlif inzibati və texniki qaydalarını
müəyyən edirlər, xarici malları yerli mallarla eyni səviyyəyə gətirirlər. Bununla bərəbər, belə
tədbirlər mahiyyətcə fiskal, yaxud inzibati diskriminasiya rejimi yaradır və xarici mallara
münasibətdə daxili istehsalçıların mövqeyini möhkəmləndirir.
Qeyd etmək lazımdır ki, gömrük rüsumlarının aşağı salınması ilə ticarət siyasi məqsədlərlə
vergi sisteminin istifadə edilməsinin əhəmiyyəti artır. Məsələn, inkişaf etmiş ölkələr üçün vergi
stavkalarının səviyyələrində, onların alınması üsullarında vergiqoyma strukturunda fərqlər
ə
vvəllər gömrük rüsumlarında olan fərqlərin rolunu oynayır.
9.XX əsrin ortalarında xarici iqtisadi fəaliyyətin tənzimlənməsində idxalın kəmiyyət
məhdudlaşdırılması, həmçinin valyuta məhdudlaşdırılması mühüm yer tuturdu.
206
Sosialist sistemi çıxılmaqla dünya üzrə xarici ticarət dövriyyəsinin əksər hissəsinə kəmiyyət
məhdudlaşdırılması tətbiq edilirdi. Əsrin ikinci yarısından başlayaraq inkişaf etmiş ölkələr bu
məhdudiyyətlərin tətbiq sahələrini kiçiltməyə və onlardan istifadənin ümumi prinsiplərini
yaratmağa başladılır. Bunlar QATT sazişi əsasında təşəkkül taptı.
Ticarət-siyasi və gömrük tənzimlənməsinin ağırlıq mərkəzi inkişaf etmiş ölkələrdə tarif
tədbirlərinə doğru yerini dəyişməyə başladı. Buna görə də bir tərəfdən gömrük tarifləri azaldılır,
idxala kəmiyyət məhdudiyyətlərinin tətbiqi dairəsi kiçilir, digər tərəfdən isə çevik daxili-vergi və
yığım sistemi, sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrinin subsidiyalaşdırılması,
inzibati norma və rəsmiyyətçiliklər daha geniş tətbiq edilir.
Ə
ksər inkişaf etmiş ölkələrdə müdafiə tədbirlərindən istifadəyə tədrici dönüş artıq keçmiş
ə
srinin 60-cı illərdən hiss edilməyə başladı. GTM ticarət siyasi vasitələr arsenalında ilk yerlərdən
birini tutdu. Bu ərəfədə dünyanın 19 inkişaf etmiş ölkəsi GTM-in 2 mindən artıq növündən
istifadə edirdi.
Xarici ticarətin tənzimlənməsinin maliyyə tədbirləri inkişaf etmiş ölkələrdə indi
ə
vvəlkirolunu oynaya bilmir. Keçmiş əsrinin 90-cı illərin əvvəllərinə qədər ixracatçılar
tərəfindən əldə edilən valyutanın məcburi satışı təcrübəsi Avropa Birliyinin bir sıra ölkəsində -
Fransa, İtaliya, İspaniya, Portuqaliya, Danuimarka, Belçikada saxlanılmışdı. Valyuta nəzarətinin
mövcud sisteminə görə ixrac üzrə ödənişin təxirə salınması və idxal üzrə avansın verilməsi 2
ildən artıq olduqda rəsmi icazə tələb edilir. Dünyada avtomatik lisenziyalaşdırma və monotorinq
kifayət qədər geniş tətbiq edilir. Bəzi hallarda onlar real müdafiə tədbirləri tətbiq ediləcəyindən
xəbər verirsə, digər hallarda müəyyən bazara dövlət rəsmilərinin marağını ifadə edir. Kəmiyyət
nəzarət tədbirlərinin tətbiqi çoxcəhətli olub. GATT sazişinin tələbləri nəzərə alınmaqla həyata
keçirilir.
Qeyri-avtomatik (sadə) lisenzoyalaşdırma tədbirləri təkçə kvotalaşdırılan malları əhatə
etmir. Müəyyən malların idxalına xüsusi icazə zərurəti – daxili bazarın müdafiəsi üçün geniş
tətbiq edilən üsuldur. Məsələn, ABŞ və Kanadada təbii qazın idxalı lisenziyalaşdırılır. Lakin belə
lisenziyalaşdırmanın əsas obyekti kənd təsərrüfatı və yeyinti sənayəsi məhsullarıdır.
207
Müəyyən malların idxalına dövlət inhisarı helə də ttəbiq edilməkdədir. Məsələn,
Yaponiyada duz, düyü, buğda, arpa, yağlar, süd tozu, etil spirti 905 yuxarı, xam ipək idxalı
dövlət inhisarındadır.
Beynəlxalq miqyasda standartların unifikasıyası cəhdlərinə baxmayaraq xarici malların
idxalına texniki maneələr qalmaqdadır. Ümumdünya ticarət təşkilatı və digər beynəlxalq sazişlər
texniki tələblərin maksimum dərəcədə sadələşdirilməsini tələb edir ki, ticarətə maneələr aradan
qalxsın. Gömrük əməliyyatlarının harmonikləşdirilməsi Ümumdünya Gömrük Təşkilatı
çərçivəsində həyata keçirilir. Bu sahədə YGT tövsiyələri aşağıdakılardır:
- gömrük xidmətləri tərəfindən məqsəd və onların həyata keçirilməsi üçün vasitələrin
müəyyən edilməsi;
- gömrük əməliyyatlarının təftiş edilməsi, səmərəli olmayan və artıq əməliyyatların ləğv
edilməsi;
- gömrük sənədlərinin elektron daşıyıcılar ötürülməsi daxil olmaqla informasiya
texnologiyasından geniş istifadə edilməsi;
- seçmə nəzarətin tətbiq edilməsi.
Məlum olduğu kimi, tariflər xarici malların daxili bazarda yalnız dolayı yolla
məhdudlaşdıırılmasına gətirir. Idxal gömrük vergitutması hesabına bahalaşmış olur. GTM
isə, bahalaşma effektindən başqa birbaşa maneələr müəyyən edir, idxal və ya daxili istehlak
üçün miqdar və qiymət üzrə limitlər müəyyənləşdirir.
Ə
gər tarif siyasətində idxalın bahalaşdırılması malın qiymətinə rüsum əlavə edilməsi
hesabına əldə edilirsə, kvota və lisenziyaların ttəbiqi idxal təklifini azaldır, bu isə bazarda
tələbin ödənilməməsi hesabına qiymətlərin artmasına gətirir. Beləliklə, artıq bu funksiyanın
yerinə yetirilməsində GTM tərəfdən daha effektiv olur. Ən mühümü isə odur ki, əgər
gömrük tarifi idxal edilən xarici malların həcmini idxal qiymətləri səviyyəsi ilə tərs
mütənasib dəyişirsə, kvota və lisenziyalar idxalı müəyyən bir səviyyədə saxlayır, istehlakın
artımı ilə onun artmasına imkan vermir.
Idxalın bahalaşdırılmasına və ixtisarına, həmçinin, daxili vergiqoymanın
diskriminasiya yönlü quruluşu və paratarif baryerlər də təsir edir. GTM tariflərdən daha
Dostları ilə paylaş: |