Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə60/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

193 
 
Müvəqqəti  ixrac  əməliyyatları  xarici  ölkələrdə  xidmət  göstərilməsi,  lizinq 
ə
məliyyatlarının  aparılması,  sərgilərdə,  yarmarkalarda  iştirak  və  s.  üçün  malların  yenidən 
işlənmədən (dəyişdirilmədən) Az R-na qaytarılması şərtilə ixracını nəzərdə tutur. 
Dövlət  müəssisələri  tərəfindən  müvəqqəti  olaraq  göndərilmiş  mallar  üzrə  bağlanmış 
müqavilələrdə nəzərdə tutulmuş müddət bitdiyi gündən həmin mallar 30 gün ərzində Az R-
na  qaytarılmalıdır.  Bu  mallar  İqtisadiyyat  və  Sənayə  Nazirliyinin  icazəsi  ilə  istifadə 
olunduğu  ölkələrdə  satıla  bilər.  Valyuta  vəsaiti  malla  satıldığı  gündən  10  gün  müddətində 
ixracatçının Az R-da müvəkkil bankdakı hesabına daxil edilməlidir. 
Dövlət müəssisəsi olmayan ixracatçılar tərəfindən isə, müvəqqəti ixrac olunmuş mallar 
yüxarda  qeyd  olunmuş  Təlimata  və  Az  R-nın  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq 
müvafiq  gömrük  rüsumları  ödənilməklə  istifadə  olunduğu  ölkələrdə  satıla  bilər.  Bu  halda 
valyuta vəsaitləri mallar satıldığı gündən 10 gün müddətində ixracatçının Az R-da müvəkkil 
bankdakı  hesabına  daxil  edilməlidir.  Başqa  halda,  həmin  mallar  bağlanmış  müqavilələrdə 
nəzərdə tutulmuş müddət bitdiyi gündən 30 gün ərzində Az R-na qaytarılmalıdır. 
Müvəqqəti ixrac əməliyyatları rəsmiləşdirilərkən gömrük orqanları tərəfindən aşağıdakı 
sənədlər tələb olunur: 

istehsalçı  ilə  ixracatçı  arasında  bağlanmış  müqavilə  (ixracatçı  qeyri-dövlət 
müəssisəsi olduqda); 

ixrac  olunan  mal  dövlət  müəssisəsində  istehsal  edilmişdirsə,  ixracatçı  qeyri-
dövlət  müəssisəsi  olduğu  halda  onun  dəyərinin  istehsalçıya  tam  ödənilməsini 
təsdiq edən müvafiq bank sənədi; 

xarici  tərəflə  bağlanmış  müqavilə  (ixracatçı  dövlət  müəssisəsi  olduğu  halda 
İ
qtisadiyyat və Sənayə Nazirliyində qeydiyyatdan keçirilməklə); 

müvəqqəti ixrac olunan malın mənşə sertifikatı; 

müqavilə  şərtlərinə  uyğun  olaraq  müvəqqəti  ixrac  olunan  malların  geriyə 
qaytarılacağı barədə zəmanət öhdəliyi; 

Uçot kartoçkası; 

Deklarant tərəfindən tərtib olunmuş YGB. 
Son (sənədli) nəzarət – gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra aparılır. Gömrük 
orqanının  Yük  şöbəsinə  ixracatçı  tərəfindən  təqdim  olunan  sənədlər  rəsmiləşdirilərək 
maliyyə-tarif şöbəsinə verilir və aşağıdakılar yerinə yetirilir: 

hər bir ixrac əməliyyatı üzrə dosye açılır, ixracatçının ərizəsi ilə birlikdə ərizədə 
göstərilən  sənədləri  sürətləri  və  təlimatın  2-ci  bəndindəki  müvafiq  ixrac 
prosedurasına uyğun tələb olunan sənədlər əlavə edilir; 


194 
 

Uçot  kartoçkasındakı  məlumatların  düzgünlüyü  yoxlanılmaqla,  təqdim  olunan 
YGB məlumatları ilə üzləşdirilir; 

Uçot  kartoçkası  tərtib  olunmaqla,  gələcəkdə  valyuta  vəsaitlərinin  daxil 
olacağının və ya malın geri qaytarılacağının son müddətləri təyin olunur; 

Uçot  kartoçkasına  qeydiyyat  nömrəsi  verilməklə  UK  rejestrinə  salınır  və  onun 
sürəti isə DGG valyuta nəzarəti şöbəsinə göndərilir; 

göndərilmiş malların müqabilində ödəniş vaxtının bitməsi bərədə ixracatçıya və 
DGK valyuta nəzarəti şöbəsinə bildiriş göndərilir; 

valyuta  vəsaitlərinin  daxil  olması  barədə  müvəkkil  bank  tərəfindən  təsdiq 
edilmiş  Uçot  kartoçkası  və  ya  malların  gəri  qaytarılması  barədə  deklarant 
tərəfindən tərtib edilmiş idxal JGK ixracatçı tərəfindən gömrük orqanına təqdim 
edildiyi təqdirdə UK nəzarətdən çıxarılır; 

valyuta  vəsaitlərinin  vaxtında  mədaxil  olmaması  və  ya  malların  geriyə 
qaytarılması  müddətinin  başa  çatması  ilə  əlaqədar  (fors-major  baş  verdiyi  və 
yaxud ixracatçı tərəfindən ixrac müqavilələrinə müvafiq olaraq nəzərdə tutulan 
apbitraj  proseduralarının  yerinə  yetirilməsi  halları  istisna  olmaqla)  gömrük 
orqanı  (maliyyə-tarif  şöbəsi)  mövcüd  qaydada  araşdırma  aparır,  protokol  tərtib 
edir  və  toplanmış  materialları  gömrük  orqanının  müvafiq  (qaçqamalçılıq  və 
gömrük  qaydalarının  pozulması  ilə  mübarizə)  şöbəsinə  təqdim  edir.  Aidiyyatı 
üzrə bu  işi  icra  edən  şöbə təhqiqatı  aparmaqla,  eyni  zamanda  qərar  qəbul  edir, 
həmçinin  Təlimatın  2  saylı  əlavəsinin  “B”  bölməsinə  uyğun  olaraq  ixracatçıya 
qarşı Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən sanksiya tətbiq edir və bu 
barədə DGK-nə məlumat verir. 
Ixracatçılar  tərəfindən  ixrac  olunan  malların  (xidmət  və  əqli  mülkiyyətin)  Az  R-sı 
ə
razisindən  çıxarılması  gömrük  orqanları  tərəfindən  yalnız  onların  haqqının  qabaqcadan 
ödənildiyi  və  yaxud  geri  çağırılmayan  akkreditiv  açılması  müvəkkil  banklar  tərəfindən 
“Uçot Kartoçkası”nın “A1” və “A2” bölmələrində qeyd edilməklə təsdiq olunduqdan sonra 
həyata keçirilir. 
Ixracatçılar  tərəfindən  aparılan  ixrac  əməliyyatlarının  hesablaşmalar  hissəsi,  Az  r-sı 
müvəkkil  banklarının,  malların  gömrük  sərhədindən  şıxarılması  isə  gömrük  orqanlarının 
nəzarəti altında həyata keçirilir. 
Ixracatçılar,  Təlimatın  tələblərinin  pozulmasına  görə  Az  R-nın  qanunvericiliyinə 
müvafiq  olaraq,  həmçinin,  Təlimata  uyğun  xarici  valyuta  vəsaitlərinin  (və  ya  malların 
geriyə) respublikaya vaxtında və tam həcmdə köçürülməsini (gətirilməsini) mövcud qaydada 
təmin  etmədikləri  təqdirdə,  Az  R-sı  Gömrük  Məcəlləsinin  maddəsinə  uyğun  müəyyən 
edilmiş qaydad məsuliyyət daşıyırlar. 


195 
 
Ixrac  əməliyyatlarında  malların    Az  R-sı  gömrük  ərazisindən  çıxarılmasina  gömrük 
orqanları, bu malların müqabilində valyuta vəsaitlərinin ödənilməsinə isə müvəkkil banklar 
nəzarət edirlər. 
Təlimatın  tələblərini  pozulması  halları  aşkar  edildiyi  təqdirdə  gömrük  orqanları  və 
müvəkkil  banklar  müvafiq  tədbirlər  görülməsi  üçün  aidiyyatı  dövlət  orqanlarına  təqdimat 
verməlidirlər.  
 
 
 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə