Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə62/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

199 
 
Belə tədbirlərə aşağıdakılar aiddir: 
-  qiymətlərin inzibati qaydada müəyyən edilməsi – idxalçı ölkənin hakimiyyət dairələri 
istehsalçı  və  istehlakçının  daxili  qiymətlərini  nəzərə  alaraq,  qiymətlərin  aşağı  və  yuxarı 
hüdüdlarını müəyyən edir, yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayırlar. 
-  ixrac  qiymətlərinin  “könüllü”  məhdudlaşdırılması  –  ixracatçının  öz  mallarının 
qiymətlərini müəyyən səviyyədən aşağı endirməməyi razı olduğu məhdudlaşdırıcı razlaşmalar; 
-  sürüşkən yiğımlar – idxal kənd təsərrüfat və ərzaq mallarının idxal qiymətlərinin daxili 
qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənclər; 
-  antidempinq  tədbirləri  –  ixracatçıdan  milli  istehsalçılara  vurulan  zərərə  görə 
kompensasiyanın  tutulmasından  ibarət  olub,  dempinq  faktı  və  ondan  irəli  gələn  ziyan  aşkar 
edildikdə  idxalatçı  ölkənin  müvafiq  orqanı  tərəfindən  ixracatçının  ticarət  təcrübəsini 
təhqiqatının yekünlarına görə tətbiq edilir; 
-  kompensasiya  tədbirləri  -  əgər  idxal  olunan  mallar  subsidiyalaşdırılırsa  və  belə 
subsidiyalaşdırma  milli  istehsala  zərər  vurduğunu  təhqiqat  təstiq  edirsə,  əlavə  maliyyə 
ödənişləri tətbiq edilir. 
4.  Maliyyə  tədbirlərinə idxalatçıların xarici valyuta onlar  üçün  valyutanın  qiymətlərinə, 
həmçinin  ödənc  şərtlərinə  müdaxiləsini  tənzimləyən  tədbirlər  aid  edilir.  Bu  tədbirlər  idxalın 
dəyərini yüksəldə bilərlər. Bu kateqoriyaya QTM-ə aşağıdakılar aid edilir: 
- idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi. 
Bu tələblərə öncəlikli idxal depozitivlərinin, əvəzi ödənilən depozitivlərin acılması, nəqd 
ödəniş, gömrük rüsumlarının qabaqcadan ödənilməsi da daxildir; 
-  valyuta məzənnələri çoxluğu. 
Bu  müxtəlif  kateqoriyalı  mallar  üçün  müxtəlif  məzənnələrin  müəyyən  edildiyi  dövlət 
tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər 
mallar kommersiya məzənnəsi və ya xarici valyutanın auksionlar vasitəsi ilə alınması hesabına 
ödənilir. 


200 
 
-  xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər. Ölkə daxilində valyuta əməliyyatları 
aparılmasına müxtəlif icazə, viza və s. Alınmasını nəzərdə tutur. 
-   ödənişə  müddət  müəyyən  edilməsi,  ödənc  növbəliliyi.  Bu  tədbirlərlə dövlət  malların 
göndərildiyi  tarixdən  idxal  hesablamalarının  bitməsinə  qədər  yol  verilən  minimal  müddətləri 
müəyyən edir. 
5. Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarınnı kvotalaşdırılması 
və  lisenziyalaşdırılması  deməkdir.  Kvotalaşdırma  (fiziki  həcm  və  dəyər  üzrə)  və 
lisenziyalaşdırma  (müəyyən  malların  göndərilməsi  və  ya  gətirilməsinə,  bəzən  də  müəyən 
ölkələrə, yaxud onlardan ticarətinə xüsusi icazənin alınması) idxal və ixracın ən ənəvi qeyri-tarif 
tənzimlənməsi  üsullarıdır,  onların  məqsədi  hər  hansı  malın  idxal  və  ya  ixracını  ümumilikdə, 
yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. 
Bu  tədbirlər,  adətən,  bir-biri  ilə  bağlıdır,  çünki,  lisenziyalaşdırma  kvotanın  fərdi 
idxalatçılara  və  ixracatçılara  müəyyən  həcm  bitənə  qədər  lisenziya  vermək  yolu  ilə 
bölüşdürülməsi mexanizmi kimi çıxış edir. 
Kəmiyyət nəzarət tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta 
siyasi xarakterli məsələlər həll edilir: ölkə daxilində analojı rəqabət edən malların istehsalçı və 
istehlakçısının müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, 
digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi və s. 
Lisenziyalaşdırma  –  idxal  və  ixraca  müvafiq  hakimiyyət  orqanlarının  öz  mülahizəsinə, 
yaxud  hər  hansı  konkret  meyarlara  əsasən  verdiyi  xüsusi  icazələrin  tətbiqidir.  Beynəlxalq 
ticarətdə  lisenziyalaşdırma  rengarəngliyi  ilə  seçilir.  Lisenziyada  idxal  və  ixracın  həyata 
keçirilməsi  qaydası  da  müəyyən  edilə  bilər.  Lisenziyalaşdırma  dünya  təcrübəsində  ticarətin 
arzuolunmaz  həcmlərini  müəyyən  müddət  ərzində  məhdudlaşdırıldığı  zaman  həyata  keçirilən 
müvəqqəti tətbir kimi təfsir edilir. 
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas 
ola bilər. Bu yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur. 


201 
 
Gömrük  rüsumlarından  istifadə  edilmədikdə  və  ya  onların  təsiri  səmərəsiz  olduqda 
lisenziyalaşdırma  zərurəti  meydana  çıxır.  Bu  iş  həm  qarşılıqlı  güzəşt  əldə  edilməsi,  həm  də 
diskriminasiya  məqsədi  ilə  görülə  bilər.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  lisenziyalaşdırma 
müvəqqəti tədbir hesab edildiyindən əvvəllər bağlanmış dövlətlərarası ticarət sazişlərinə yenidən 
baxılmasını nəzərdə tutmur. 
Lisenziyalar xarakterinə görə baş lisenziya, fərdi lisenziya və idxala xüsusi icazə şəkilində 
olur. 
Baş lisenziya – hər hansı şəxsə müəyyən malların həcmi və dəyəri məhdudlaşdırılmadan 
idxalı hüququ verən daimi icazəyə deyilir. 
Lisenziyada,  əgər  belə  məhdudiyyət  nəzərdə  tutulmuşsa,  ölkələrin  siyahısı  göstərilir. 
Bəzən lisenziyada idxalı qadağan edilən mallar da göstərilir. Baş lisenziyalar malların siyahısı ilə 
bu  və  ya  digər  ölkənin  xarici  ticarətə  nəzarət  məlumatlarını  əks  etdirən  rəsmi  nəşrlərdə  dərc 
edilir. 
Fərdi lisenziya – konkret mal növləri ilə bir ticarət əməliyyatına verilən birdəfəlik icazədir. 
Bu lisenziyada, həmçinin alıcı, miqdar, dəyər, mənşə ölkəsi barədə məlumatlar göstərilir. Fərdi 
lisenziya konkret şəxsin adına yazılır, məhdud müddəti olur və başqa şəxsə istifadə üçün verilə 
bilməz.  Birdəfəlik  lisenziya  (diskret  lisenziya)  idxal  nəzarəti  siyahısına  daxil  edilən  malların 
ticarətin nəzarət altında olduğu ölkələrdən alınmasına görə verilir. Nadir hallarda malların qeyri 
məhdud miqdarda gətirilməsinə görə açıq fərdi lisenziyalardan istifadə olunur. 
Lisenziyalaşdırmanın  əsas  tərkib  elementi  dövlət  tərəfindən  müəyyən  müddət  ərzində 
dəyər  kvotaları  qoyulmaqla  və  malların  nomenklaturasını  məhdudlaşdırmaqla  idxal  və  ixraca 
nəzərətin təmin edilməsi, yəni kontingentləşdirmədir. 
Yalnış  müəyyən  məqsədlər  üçün  –  investisiya  lahiyələri,  ixracın  inkişafı  və  s.  –  konkret 
malların gətirilməsinə lisenziya verilə bilər. Lisenziyanın verilməsi dövlətin maraqlarından irəli 
gələn hər hansı şərtlərlə əlaqələndirilə bilər. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə