Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

196 
 
Gömrük işində qeyri-tarif tənzimləmələr. 
Suallar: 
1.  Qeyri-tarif məhdudiyyətlərin mahiyyəti. 
2.  Para-tarif tədbirləri. 
3.  Qiymətlər üzərində nəzarət tədbirləri. 
4.  Maliyyə tədbirləri. 
5.  Kəmiyyət nəzarəti tədbirləri. 
6.  Texniki tədbirləri. 
7.  Monopolist tədbirləri. 
8.  Avtomatik lizenziyalaşdırma. 
9.  Dünya təcrübəsində GTM və onların tətbiq sahələri. 
 
Hər  hansı  iqtisadi  fəaliyyət  kimi  malların  idxalı  və  ixracı  dövlət  siyasəti  obyekti  sayılır. 
Dünya ticarətinin inkişafı prosesində bu siyasətin bir sıra vasitələri yaradılmış və bütün ölkələrdə 
istifadə  edilir.  Dünya  təcrübəsində  qeyri-tarif  məhdudiyyətlərinə  münasibət  kifayət  qədər 
ziddiyətlidir.  Ümumdünya  ticarət  təşkilatı  rəsmi  olaraq  belə  tədbirlərin  ləğv  edilməsi  və 
müstəsna  olaraq  tarif  üsullarından  istifadə  edilməsi  məsələsini  qoyur.  Həmin  təşkilata  üzvlük 
ə
rəfəsində olan Az R-sı üçün bu tələblərə münasibət mühüm əhəmiyyət kəsb etməkdədir. 
Bununla  bərabər  tələblərin  birmənalı  şəkildə  qəbul  digər  məsələlərdə  arzuolunmaz 
nəticələrə  də  gətirib  çıxara  bilər.  Belə  ki,  Ümumdünya  Ticarət  təşkilatının  üzvü  olan  ölkələr 
xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm indi istifadə etməkdədirlər. 
Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür, belə ki, 
daxili iqtisadi siyasətin digər ölkələrdə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. 
Bununla  belə,  beynəlxalq  ticarət  sistemi  tərəfindən  qanuniləşdirilmiş  qeyri-tarif 
tənzimləmə tədbirləri, daha doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata 
vurulan  zərərin  qarşısının  alınması  məqsədi  güdən  müdafiə  tədbirləri,  həmçinin  xarici 


197 
 
ixracatçılar  tərəfindən  qeyri-sağlam  rəqabətin  qarşısının  alınmasına  yönəlmiş  digər  tədbirlər 
mövcüddür. 
Idxal  əməliyyatlarına  qeyri-tarif  məhdudiyyətlər  –  xarici  malların  daxili  bazara  nüfüz 
etməsinin  qarşısını  alan  məhdudlaşdırma  –  qadağan  xarakterli  tədbirlər  kompleksidir.  Bu 
tədbirlərin məqsədi yalnız idxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm 
də  milli  sənayenin  müdafiəsi,  əhalinin  heyat  və  sağlamlığının,ətraf  mühitin,  əxlaqın,  dinin  və 
milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac əməliyyatlarında da istifadə edilir. 
Xarici  təcarəti  tənzimləyən  qeyri-tarif  tədbirləri  şərti  olaraq  7  qrupa  bölünür:  para-tarif, 
qiymətlərə  nəzarət,  maliyyə,  kəmiyyət  nəzarəti,  monopolist  tədbirlər,  texniki  tədbirlər, 
lizenziyalaşdırma.  Qeyri-tarif  tədbirlərinin  rengarənğ  olmasına  baxmayaraq  onları  iki  böyük 
qrupa bölmək olar: iqtisadi və inzibati tədbirlər. 
Iqtisadi QTM-ə aşağıdakılar aiddir: 
-  xüsusi növ rüsumlar; 
-  müxtəlif vergi və yığımlar; 
-  idxal depozitləri; 
-  valyuta tənzimlənməsi tədbirləri. 
Inzibati QTM daha çoxcəhətlidir: 
-  embarqo; 
-  lisenziyalaşdırma və kvotalaşdırma; 
-  ixracın məhdudlaşdırılması; 
-  monopolist tədbirlər; 
-  proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi; 
-  əlavə gömrük sənədləri və əməliyyatları. 
Iqtisadi  məhdudiyyətlər  bazar  mexanizmi  vasitəsi  ilə  təsir  göstərərək  idxal  və  ixrac 
mallarını  bahalaşdırır,  inzibati  məhdudiyyətlər  isə  bazar  münasibətlərindən  başqa  idxal 
mallarının daxil olmasını və ixrac malların xaricə çıxarılmasını məhdudlaşdırır. 


198 
 
Iqtisadi  QTM  tətbiq  edildikdə  istehlakçı  öz  seçimini  özü  müəyyən  edir  və  daha  bahalı 
idxal,  yaxud  ucuz  milli  mal  alacağına qərar  verir.  Inzibati  QTM  tətbiq  edildikdə dövlət  faktiki 
olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən 
qoruyur,  həm  də  çətin  tapılan  milli  məhsulun  çatışmazlığın  qarşısını  alır.  Bu  halda  istehlakçı 
sərbəst seçimindən məhrum olur. 
2.Para-tarif  tədbirləri  gömrük  sərhədindən  keçirilən  mallara  tətbiq  edilən  elə  ödənc  və 
yığımlara  deyilir  ki,  gətirilən  malın  dəyərini  gömrük  rüsumundan  əlavə  olaraq  artırır  (ya 
müəyyən faiz, ya da mal vahidinə əmsal). 
Tarixən  paratarif  tədbirləri  idxalçının  malın  gömrük  təmizləmələri  üzrə  xərclərinin 
ödənilməsi  bazasında  meydana  gəlmişdır.  Gömrük  rüsumlarının  və  onunla  bağlı  olaraq  fiskal 
gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə gəlirlərinin artmasında paratarif tədbirlərə 
meyl etməsi təbii olur. 
Paratarif tədbirlərə aşağıdakılar daxildir: 
-  gömrük  əlavələri  –  ticarət-siyasi  məqsədlərlə,  büdcənin  doldurulması,  yaxud  milli 
istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar; 
-  əlavə  yığımlar  –  daxili  analoqu  olmayan,  idxal  mallarından  gömrük  rüsum  və 
vergilərindən  artıq  (əlavə)  tutulan  ödənclər.  Onlar  xarici  ticarətlə  bağlı  fəaliyyətin  müəyyən 
növlərini  maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulur.  Bunlara,  adətən,  xarici  valyuyanın 
köçürülməsinə  qoyulan  vergi,  idxal  lisenzyası  üçün  yığım,  liman  yığımları,  statistik  vergi, 
nəqliyyat vasitələrinə vergi aid edilir; 
-  daxili  vergi  və  yığımlar  –  milli  mallardan  idxal  ölkəsində  tutulan  dolayı  vergilərə 
ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, aksiz, emissiya yığımları, məhsula görə vergi, 
sair inzibati yığımlar aid edilir; 
-  diskretləşdirilmiş  gömrük  qiymətləndirilməsi  –  gömrük  rüsum  və  yığımlarının 
hesablanması üçün gömrük dəyərinin inzibatı yolla müəyyən edilməsi praktikası. 
3.  Qiymətlər  üzərində  nəzarət  tədbirləri  daxili  qiymətlərin  stabiləşdirilməsi  və  ya 
səviyyəsinin  saxlanılması  məqsədi  ilə,  həmçinin  xarici  rəqiblərin  əlieyri  təcrübəsinin  vura 
biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə