Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə63/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   59   60   61   62   63   64   65   66   ...   76

202 
 
Lisenziya  ilə  bağlı,  yaxud  lisenziya  əvəzinə  idxala  xüsusi  icazə  verilə  bilər.  Ilkin  icazə 
idxalı  səhiyyə,  yaxud  təhlükəsizlik  mülahizələri  həmçinin,  ətraf  mühitin  qorunması  üzrə 
beynəlxalq müqavilələrə əsasən digər məsələlər görə idxalı tənzimlənən malları üçün verilir. 
Kvotalaşdırma  –  fərdi,  tarif,  mövsümi,  qlobal  və  digər  faiz  məhduddiyyətləri  vasitəsi ilə 
idxalına icazə verilmış malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən 
kəmiyyət məhdudlaşdırılması tədbiridir. 
Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr 
üzrə razlaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları üç növə ayrılırlar: 
mütənasib  kvotalar
  bütün  kvotalar  çərçivəsində  keçən  dövr  ərzində  idxalda  hər  ölkənin 
payına  görə  təyin  olunur,  ikitərəfli  kvotalar  bir  tərəfin  əks  tərəfə  ticarət-siyasi  öhdəliklərinin 
qarşılığı  olaraq verilir  (bəzən ikitərəfli saziş  bağlanır), seçmə kvotalar hər hansı  bir  ölkə  və  ya 
ölkələr  qrupundan  alınan  malların  digər  regionlardan  alınanlara  nisbətən  məhdudlaşdırılması 
məqsədi ilə verilir. 
Tarif  kvotaları  gömrük  vergitutmasının  daha  əlverişli  rejimində  müəyyən  həcmdə  idxala 
icazə  verir.  Bu  həcmdən  artıq  idxal  üçün  daha  az  əlverişli  rejim  (idxalın  faktiki  qadağanına 
qədər) tətbiq edilir. 
Mövsümi  kvotalar  ilin  müəyyən  fəsillərində  ölkə  daxilində  istehsalın  yüksək  olduğu 
dövrlərdə  (ən  çox  kənd  təsərrüfatı  məhsulları  üçün)  tətbiq  edilir.  Idxalın  müəyyən  vaxt  dövrü 
nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. 
Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında 
bölüşdürülmədən  ümumi  idxalının  həcmini  müəyyən  edir.  Belə  yanaşma  idxalatçıya  mal 
göndərən ölkəni seçmək azadlığı verir. 
Faiz  kvotaları  bəzi  hallarda  idxal  kvotaları  ixracın  həcmindən  faiz  nisbətində  müəyyən 
edilir. 
Kvotalar,  həmçinin,  milli  istehsalı  stimullaşdırmaq  məqsədi  ilə  bir  malın  daxili  bazarda 
tədarük həcmindən faizlə hesablana bilər. 


203 
 
Idxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə 
olan mallara da belə kvotalar müəyyən edilə bilər. 
3)  Müəyyən  bir  malın  idxalının qadağan edilməsi  tamamilə  və  istisna olmadan  da  tətbiq 
edilə bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür. 
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı malahizələrinə görə) idxala 
faktiki qadağan kimi qiymətləndirilə bilər.  
Müəyyən bir ölkədən idxal və ixraca qadağan qoyula bilər ki, buna da embarqo deyilir. Bu 
hal  məcburi  tədbir  olub  beynəlxalq  təcrübədə  qəbul  edilmişdir,  prinsipial  xüsusiyyətlərə  malik 
olub  açıq  və  gizli  formalarda  edilə  bilər.  Belə  qadağanın  açıq  forması  adətən  BMT-nin 
qərarlarına əsaslanır və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. 
Örtülü  qadağanlara  xarici  gəmilərin  daxili  sulara  buraxılmaması  və  ya  ayrı-ayrı  idxal 
mallarının ölkənin pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar. 
4)  İxracın  məhdudlaşdırılması  barədə  sazişlər  güzəşt  (kompromis)  nəticəsi  olub 
ixracatçının  ixrac  həcmini  “könüllü  olaraq”  idxalatçınınn  məcburi  tədbirlərini  gözləmədən 
məhdudlaşdırmaq barədə razılığıdır. 
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində 
bağlana bilər. Bu tipli həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər. 
6.  Texniki  tədbirlər  malın  keyfiyyətinin,  təhlükəsizliyinin,  yaxud  inzibati  şərait, 
terminoloğiya,  simvollar,  sınaq  və  sınaq  üsulları,  qablaşdırmaya  tələblər,  markalanma  da  daxil 
olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan GTM tədbirlərinə deyilir. 
Texniki tədbirlərin aşağıdakı növləri var: 
1).  Texniki  tənzimləmə,  yəni  məhsula  bilavasitə  və  ya  dolayı  yolla  texniki  tələblər 
müəyyən  edilməsi.  Belə  tədbirlərə:  məqsədi  insan  və  heyvanların  həyat  və  sağlamlığının 
qorunması  olan  sanitariya  tənzimlənməsi,  bitkilərin  qorunmasına  yönəlmiş  fitisanitar 
tənzimlənməsi, ətraf mühitin və təbiətin qorunması, insanların təhlükəsizliyi, milli təhlükəsizlik 
tədbirləri aid edilir. 


204 
 
Bu  tədbirlər  müvafiq  təlimatlar  hazırlanmaqla  həyata  keçirilir.  Təlimatlar  gömrük 
orqanlarının nəzarət fəaliyyətini reqlamentləşdirir. 
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir necə növü var: 
a)  ətraf  mühiti  çirkləndirən  xammal  və  materialların  idxalının  qadağan  edilməsi,  yaxud 
məhdudlaşdırılması; 
b)  hazır məhsullara – istismarı atmosferin və havanın çirklənməsinə gətirib çıxaran sənayə 
avadanlığı, nəqliyyat vasitələrinə və s. münasibətdə proteksionist tədbirlərdən istifadə 
edilməsi; 
c)  istehlakçının  maraqlarını  malın  defekti  və  istifadə  zamanı  mümkün  olan  ziyandan 
qorunmaqla  malın  keyfiyyətinə  tələblər.  Bunlar  ilk  növbədə  məişət  elektrotexnikası, 
tibb preparatları, yeyinti məhsulları, uşaq mallarına və s. aiddir. 
Bir  sıra  ölkələrdə  ilk  növbədə  kənd  təsərrüfatı  mallarının,  ərzaq  mallarının,  ətriyyat 
mallarının  idxalına  yönəlmiş,  bu  malların  istehsalında  zərərli  əlavələrin,  heyvandarlıqda 
hormonların istifadəsini məhdudlaşdıran səciyyəvi sanitar-baytarlıq normaları qüvvədədir. 
Milli və beynəlxalq standartların müxtəlifliyi, həmçinin istehsal və onların parametrlərinin 
qiymətləndirilməsində  müxtəlif  ölçü  sistemlərinin  tətbiqi  dövlətlər  tərəfindən  məqsədəyönlü 
şə
kildə xarici mallara qarşı və milli istehsalşıların mənafəyinin müdafiəsi məqsədi ilə qeyri-tarif 
maneələrin yaradılması üçün istifadə edilir. Bu tədbirlər dünya ticarət dövriyyəsindəki malların 
30% əhatə edir. 
2.  Göndərilmədən  öncə  təftiş.  Idxalcı  ölkənin  sifarişi  ilə  müfəttiş-firma  malın  ixrac  edən 
ölkədən  göndərilməsindən  öncə  onların  miqdarının,  keyfiyyətinin  və  qiymətinin  məcburi 
araşdırılmasını təşkil edir. Qiymət nəzarəti göndərilən malın qiymətinin rüsum və ödəmələrdən 
qaçmaq niyyəti ilə artırılması və ya azaldılmasının qarşısını almaq məqsədi ilə keçirilir. 
3.  Xüsusi  gömrük  rəsmiyyətçiliyi.  Buraya  gömrük  orqanlarının  gömrük  yük 
bəyannaməsində  göstərilənlərdən  əlavə  məlumat  tələbi,  yalnız  müəyyən  edilmiş  gömrük 
buraxılış məntəqələrindən istifadə edilməsi və s. daxildir. 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə