Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə11/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   7   8   9   10   11   12   13   14   ...   158

25 
 
atdılar. Beləliklə, Azərbaycan dilinin tarixinə aid qiymətli əsər olan “Kitabi-Dədə 
Qorqud dastanının dili” və onlarla qiymətli əlyazması vərəq-vərəq  məhv oldu. 
Fevralın əvvəlində başqaları kimi, yalan, uydurma ittihamlar əsasında həbs 
edilən  B.Çobanzadəni  Bakıya  gətirirlər.  Əsl  faciəli  günlər  də  bundan  sonra 
başlanır.  1930-cu  ildən  nahaq  töhmətlərə,  yalan  ittihamlara  psixoloji  cəhətdən 
alışmış  olan  B.Çobanzadə  haqqında  cinayət  işi  qaldırılır.  Cinayət  işi  3  cilddən, 
1021 səhifədən ibarətdir. Cinayət işı başlanıb: 27-1-1937; qurtarıb: 1-09-1037 
İttiham edilir: Azərbaycan SSR CM. 64, 68, 70, 73-cü maddələri üzrə. 
B.Çobanzadə  Bakıya  gətirildikdən  sonra  fevralın  7-dən  avqustun  25-dək 
üst-üstə  57  dəfə  dindirilməyə  aparılmışdır.  Bu  dindirmələrin  11-i  3  gün  fasiləsiz 
davam  etmişdir.  Dindirmə  protokollarını  təmkinlə,  dəqiqliklə  araşdırdıqdan  sonra 
mütləq  statistik  məlumat  verməyi  lazım  bildik.  Birinci  cilddə  14  dindirmə 
protokolu, ikinci cilddə 12 dindirmə protokolu, üçüncü cilddə 8 dindirmə protokolu 
vardır. Aşağıda dindirmə tarixləri və dindirənlər haqqında tam və dəqiq məlumatı 
veririk (işdəki səhifələri göstərməklə). 
Birinci cilddə: 
7-9 fevral (səh. 18-69) - Şer, Ohanesov 
14 fevral - (70-82) - imzalar yoxdur, başqa xətlə yazılıb. 
16 fevral - (83-97) Şer, Ohanesov. 
17-19 fevral - (98-108) Şer tək. 
Buradaca  məlumata  müdaxilə  etmək  istəyirik;  3  gün  dindirmədən  sonra 
cəmi  10  səhifəlik  protokol  tərtib  edilir.Bu  o  demək  deyilmi  ki,  Şer  müttəhimin 
boynuna çox şeyləri qoya bilmir, öz siyahısını müttəhimə təkrar etdiıə bilmir.Buna 
görə də daha amansız cəllad X.Qriqoryan işə qarışmalı olur. Görün indi səhifələrin 
sayı necə çoxalır, “canilərin” siyahısı genişlənir: 
3-5 mart (səh.109-168) - Qriqoryan, Ohanesov 
16 mart (169-179) Şer Ohanesov 
17 mart (180-205) Şer, Ohanesov 
20 mart (206-213) Şer tək 
20 mart (214-230) Şer (bir gündə iki dəfə - A.B.) 
21 mart (231-246) Şer, Ohanesov 
23 mart (247-259) Şer tək 
24 mart (260-269) Şer tək 
17-20 aprel (270-332) X.Qriqoryan, Kerasimov 
23-25 aprel (333-359) X.Qriqoryan, Kerasimov 
Bu dindirmə ilə istintaq işinin birinci cildi tamamlanır.Oxucuya bu faktlara 
dərindən  nüfuz  etməyi  xahiş  edirəm.X.Qriqoryan  işə  girişən  kimi  dindirmələr 
günlərlə  uzanır  və  protokoldakı  səhifələr  də  çoxalır.Nələri  necə  soruşub 
müttəhimin  boynuna  qoyur,  bu  haqda  irəlidə  bəhs  edəcəyik.İstintaq  işinin  ikinci 
cildi  tamam  dindirmələrdən  ibarətdir.Qeyd  edək  ki,  bundan  sonra  dindirməni 
X.Qriqoryan aparır. 
27-29 aprel (360-393) - Qriqoryan, Ohanesov  


26 
 
4-7 may - (394-407) - Qriqoryan, Ohanesov  
7 may - (408-524) - Kerasimov, Qriqoryan, Ohanesov 
Görün  bugünkü  dindirmədə  nələr  olub:  İşgəncə,  qayışla,  təpiklə  vurmaq, 
təhqir etmək nəticəsində 80 səhifəlik protokola yerləşdirilə bilən “dəqiq” məlumat-
lar.  Kimin  ağlına  gələ  bilər  ki,  ölüm  qorxusu  altında  psixoloji  cəhətdən  əzilən, 
nəm,  rütubət  yerdə  gecələyən,  allahın  havasını  udmağa  belə  həsrət  olan  bir  adam 
cəlladların qabağında belə dəqiq ifadələr verə bilər. 
Bu  dindirmə  Özbəkistanda  olan  “əksinqilabçı”  pantürkistlərin  ifşa 
edilməsinə həsr edilmişdir. Yenə dindirmələr. 
14 may (525-528) - Qriqoryan (cəmi 3 səhifəlik dindirmə. AB) 
11 iyun (529-541) Qriqoryan, Ohanesov  
13 iyun (542-546) Qriqoryanın imzası  
25  iyun  (547-572)  Görün  neçə  saat  dindiriblər.  30  səhifəlik  protokol. 
Dindirmələr  -  cəlladlar  dəstəsi  XDİK  müavini  Kerasimov.  4-cü  şöbənin  rəisi 
Qriqoryan, şöbə rəisi Zıkov, IV şöbə katibi - Ohanesov. 
5-9 iyul (573-617) Qriqoryan, Ohanesov  
13-14 iyul (618-654) Qriqoryan, Ohanesov  
16-17 iyul (659-685) Qriqoryan, Ohanesov  
20-21 iyul (686-703) Qriqoryan, Ohanesov  
İkinci  cild  bu  dindirmələrlə  qurtarır.  Üçüncü  cild  yenə  dindirmələrlə 
başlanır: 
27 iyul (704-719) Qriqoryan tək.  
28-29 iyul (720-737) Qriqoryan, Ohanesov  
29 iyul (738-745) Qriqoryan, Ohanesov  
29 iyul (746-751) Qriqoryan, Ohanesov  
Diqqət edin: bir gündə üç dəfə dindirmə.  
2 avqust (752-756) Qriqoryan tək  
25  avqust  (757-758)  Qriqoryan  tək  cəmi  bircə  səhifəlik  protokol.  Çünki 
müttəhimi  dindirmək  olmur.  O,  ayaq  üstə  dura  bilmir,  cavab  vermək  iqtidarında  da 
deyildir.  
25 avqust (759-760) Qriqoryan tək. Göründüyü kimi, ikinci dəfə həmin gün 
dindirməyə cəhd göstərilir. Ona isti və soyuq su verilir. Onu döymək lazım deyil, 
çünki onsuz da taqəti yoxdur. 
Sentyabrın 1-də (761-771) altı günlük “istirahətdən” sonra Qriqoryan əzrail 
kimi yenə müttəhimin gözünə görünür.  
3-5 mart dindirməsi protokolundan:  
Sual: Sizdə bu fıkir (pantürkizm) nə vaxt varanmışdır? 
Cavab:  Pantürkizm  ideyası  hələ  mən  Türkiyədə  oxuyanda  məndə 
yaranmışdı.  Yuxarıda  dediyim  kimi  əksinqılabi  fikir  isə  məndə  1925-ci  ildə 
yarandı. 
Sual: Siz mübarizənin yolunu necə düşünürsünüz?  


27 
 
Cavab:  Mən  hesab  edirdim  1)  Tatarstan,  Özbəkistan,  Türkmənistan,  Krım, 
Qazaxıstan və Azərbaycan əksinqilabçılarının işini əlaqələndirib birləşmiş mərkəz-
dən  idarə  etmək.  2)  Emiqrasiyada  olan,  pantürkist,  əksinqilabi  əhval-ruhiyyəli 
dairələrlə  əlaqə  yaratmaq.  Bu  cəhətdən  mən  D.Seyidametov  prof.  Köprülüzadəyə 
ümid edirdim. (c.I. səh.158) 
Sual: Bu tədbirləri həyata keçirmək üçün siz nə etmişdiniz? 
Cavab:  Bu  suala  cavab  verərkən  mən  1925-30-cu  illər  arasındakı  əməli 
fəaliyyətimdən  danışacağam.  Bizim  əksinqilabi  təşkilat  Bakıda  5  əksinqilabi  qrup 
yaratmışdı. 
Birinci  qrup  -  Azəıbaycan  ziyalılarından  ibarət  idi.  Rəhbəri  -  Çobanzadə 
(niyə mən yox? - A.B.) 
İkinci qrup - Bakıda təhsil alan Krım tələbələri. Rəhbəri - Çobanzadə (yenə 
mən əvəhinə Çobanzadə - A.B.) 
Üçüncü qrup - Azəıbaycan ziyalıları - Rəhbəri - İsmayıl Hikmət: O, 1927-ci 
ildə  SSRİ-dən  gedəndən  sonra  qrupun  bir  hissəsi  mənim  ziyalılardan  ibarət 
qrupuma qoşuldu. 
Dördüncü qrup - Azərbaycan ziyalılarından ibarət idi. 
Rəhbəri - Qubaydulin Əziz idi. 
Beşinci qrup - Qazan tatarlarından ibarət idı. 
Rəhbəri Qubaydulin Əziz idi. 
Müstəntiq  Şer  dairəni  daha  da  genişləndirmək  məqsədilə  B.Çobanzadənin 
nəinki  tələbələrinin,  habelə  heç  tanımadığı  adamların  adlarını  da  buraya  əlavə 
etdirirdi.  Görün  3  gün  aramsız  davam  edən,  əzab  və  işkəncələrlə  dolu  dindirmə 
protokolunda  nə  qədər  əksinqilabçı,  millətçi  adamların  adları  meydana  gəlir. 
Yuxarıda deyilən 5 qrupun siyahısına baxın: 
Sual: Əksinqilabçı qrupların tərkibini deyin. 
Cavab: Əksinqilabçı qrupların aşağıdakı üzvləri mənə məlumdur.  
I qrup: - Rəhbərı Çobanzadə (yenə niyə birinci şəxs yox – A.B.) – 15 nəfər, 
II qrup – 19 nəfər, III qrup – 14 nəfər, IV qrup – 9 nəfər, V qrup – 3 nəfər.  
İndi  oxucu  təsəvvürünə  gətirə  bilərmi  ayaq  üstə,  soyuq,  rütubət,  qaranlıq 
yerdə  qalasan,  işgəncələr  verələr,  sonra  da  döyülüb  təhqir  ediləndən  sonra 
cəlladının  qabağında  60  nəfər  haqqında  dəqiq  məlumat  verə  biləsən,  özü  də  hər 
qrupu  ayrı-ayrı.  Yəni  birinci  qrupda  15  nəfər,  ikinci  qrupda  19  nəfər,  üçüncü 
qrupda 14 nəfər, dördüncü qrupda 9 nəfər, beşinci qrupda 3 nəfər. 
Buradan  cəlladın  siyahını  necə  bəzən  savadsız-məntiqsiz  tərtib  etməsi  də 
aşkarlanır.  
Yenə həmin dindirmədə müstəntiq soruşur: 
-Siz  Azərbaycanda,  Özbəkistanda  və  başqa  respublikalarda  pantürkist  işlər 
aparmaq üçün əksinqilabi mərkəz yaratmışdınızmı? 
Cavab: Yox. 
Apıelin  17-dən  başlayaraq  Qriqoryan  işə  qarışır.  Bundan  sonra  suallar 
ciddiləşir.Dindirmə  günlərlə  3  gün  davam  edir.Bundan  əlavə  suallar  sərtləşdikcə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə