Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə12/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   8   9   10   11   12   13   14   15   ...   158

28 
 
cavablarda  özünü  ittiham  daha  da  canlanır.17-20  aprel  dindirməsində  (Bu  13-cü 
dindirmə idi) müstəntiq Qriqoryan və Gerasimovun imzası belə yoxdur.Başqa xətlə 
Ohanesov qol çəkmişdır. 
İşin ciddiləşdiyini görən B.Çobanzadə özünün ən qəddar cəlladından aman 
diləmək belə istəyir.Lakin ona imkan vermirlər. 
İşin  ikinci  cildi  də  tam  dindirmələrdən  ibarətdir.Cinayət  işinin  üçüncü 
cildində alimin bədbəxtlik yoldaşları, cəlladın ölüm dəyirmanında üyüdülən başqa 
ziyalılarımızın  döyülərək  B.Çobanzadə  haqqında  verdikləri  ifadələr  də  vardır. 
Bunlara nəzər yetirin: 
1.  Vəli  Xuluflunun  29-I-1937,  26-27-II-1937,  25-28-II-1937,  20-IV-1937, 
8-V-1937-ci il dindirmə protokolundan çıxarışlar. 
2. Əli Kərimovun 15-17-IV-1937-ci il 
3. Ruhulla Axundovun -9-IV-1937-ci il 
4. Hənəfi Zeynallının 15-17-IV-1937-cı il tarix, 15-20-V-1937, 25-29-V 
5. Qubaydulin -19-20-IV-1937, 23-30-IV-1937, 19-23-V-1937, I-VII-37, 4-
5-VII, 4-5-VIII-37, 16-17-VIII 
6. Mahmudzadə A. - 27-IV-37, I-VI-37, 4-VII-37, 4-VII-37, 7-VII-37 
7. Tixomirov B.N. - 10-V-1937 
8. Biləndərli H. - 20-23-V-1937, 26.VIII-1937 
9. Yaqub Zəki - 13-VI-37, 21-VI-37, 21-25-IV-37, 21-25-VI 
10. Dadaşov Ağakərim - 19.VI-37, 27-VII-37 
11. Xəlifin- 19-VI-37, 13-19-VI-37, 13-14-VII-37 
12. Xalid Səid - 6-21-VI-37, 13-14-VII-37 
13. Əfəndiyev M. 27-II-37, 26-VI-37, 27-VI-37 
14. Salmanov Rza - 23-VI-37, 29-VI-37 
15. Kərimov Əli - 8-9-VII-37, 27-VII-37 
16. Dövlətov İ.N. - 7-VII-37 
17. Əhməd Cavad - 25.VII-37 
18. Səfərov Həsən - 27.VII-37, 7-VIII-37 
19. Fərəczadə A. - I-VIII-37 
20. Kamal Sami Suriya -2-VIII-1937. 
27 iyul 1937-ci il dindirməsində təzəcə rütbəsi artırılmış 4-cü şöbənin rəisi 
Dövlət  təhlükəsizliyi  baş  leytenantı  X.Qriqoryanın  “Sizə  məlıım  olan  əks 
inqilabçılann tərkibini deyin” sualına B.Çobanzadə aşağıdakı cavabı verir: 
Cavab: Mənə məlumdur ki, əksinqilabçı tərkibə aşağıdakılar daxildir: 
1. Baqri Aleksandr Vasileviç - professor, Slavyanşunas 
2. Juze Panteleymon Krestoviç - professor, tarixçi 
3. Yelpitevski Sergey Vladimiroviç - professor, botanik 
4. Pisarevski Qriqori Qriqoreviç - tarixçi, professor 
5. Uvar-uvar (adı - A.B.) - elmi işçi 
6. Belyayev (adı yox - AB) - dilçi, indi Rostovdadır 
7. Ryumin -(adı yox - AB) - elmi işçi 


29 
 
8.  Aşmarin  Nikolay  İvanoviç  -  dilçi  professor  (1926-da  Bakıdan  gedib  - 
AB) 
9. Baybakov - (adı - AB) - tarixçi professor 
10. Lapuxin - (adı - AB) - professor 
11. Kovonko Aleksandr Serqeeviç - professor, riyaziyyatçı  
12. Konfovski Boris Borisoviç - professor, pedaqoq 
13. Makovelski Aleksandr Osipoviç - professor, psixoloq 
14. Yevlaxov Aleksandr Mixayloviç - tarixçi, professor 
15. Fridoloin Pyotr Petıoviç - professor 
16. Şirokoqorov İvan İvanoviç - professor, təbib 
17. Akimov (adı yox - AB) - dos. şərqşünas 
18. Paxomov Yevgeni Aleksandıoviç - dos. arxeoloq 
19. Budnik Svirski - elmi işçi 
20. Linin (adı) - indi Rostovdadır 
21. Sısoev (adı) - dosent 
22. Selixanoviç - professor pedaqoq 
23. Mizerpitski Polin Qriqoreviç - tobıb professor, Moskva 
24. Lukov İvan İvanoviç - professor  
Görün,  Qriqoryan  bəzilərinin  adlarını  belə  bilmədiyi  halda  tərtib  etdiyi 
əksinqilabçılar siyahısına bircə erməni salıbmı. 
Çobanzadəni  V.Xuluflu  vo  Qııbaydulin  Əzizlə  1  avqustda  Ruhulla 
Axundov 22 avqustda üzləşdirmişlər.  
Ümumiyyətlə, B.Çobanzadənin işi 1021 səhifədən ibarətdir.Avqustun 22-də 
R.Axıındovla  üzləşdirirlər.B.Çobanzadəni  əvvəlcədən  R.Axundovun  əleyhinə 
hazırlamışlar.Burada  B.Çobanzadənin  R.Axundov  haqqında  dedikləri  ikinci  dəfə 
qəti şəkildə rədd edir.Üzləşdirməni Qriqoryan aparır. 
Sentyabrın 2-də Azərbaycan Xalq DİK Sumbatovun təsdiqi ilə 9 səhifədən 
ibarət ittiham qərardadı (заключение) tərtib edilir. Burada göstərilir ki, guya: 
1.  Həbs  edilən  günə  qədər  əksinqilabçı-pantürkist  təşkilatın  mərkəzinin 
üzvü  olaraq  ÜİK  (b)P  və  Sovet  hakimiyyəti  ilə  barışmaz  mübarizə  ınövqeyində 
olmuşdur. Bu, təşkilat Milli Respublikaların SSRİ-dən silah işlətməklə ayrılmasını 
və “vahid-türk-tatar dövləti” yaratmağı planlaşdırırdı. 
2.  Krımda,  Azərbaycanda,  Özbəkistanda  və  Dağıstanda  silahlı  üsyana 
hazırlaşmaq üçün bilavasitə və fəal iş aparmışdır. 
3. Türkiyə və Polşa kəşfiyyatının agenti olaraq fəal cəsusluq işi aparmışdır. 
Başqa  sözlə,  Azərbaycan  SSR  CM  21/64,68,70,73-cü  maddələri  üzrə 
cinayətdə ittiham edilir (vəssalam - AB). 
Bundan başqa ittiham maddəsi, sübut-dəlil yoxdur. 
Bundan sonra, müttəhim yenə də ümidini itirmədən görün kimə ərizə yazır. 
Azərbaycan  Sovet  Sosialist  Respublikası  Xalq  Daxili  İşlər  Komissarı  3-cü 
dərəczli komissar Y.D.Sumbatova prof-filologiya doktoru Çobanzadədən: 
Ərizədə alim özünün “günah”larını etiraf edir və aman diləyir. 


30 
 
Beş  səhifəlik  rusca  çox  savadlı,  amma  şəraitsizlikdən  əyri  sətirlərlə,  göy 
mürəkkəblə  yazılmış bu aman diləmə ərizəsinin üstündə sentyabrın 29-da qırmızı 
karandaşla yazılıb: “тов.Григорян, сшитьвдело!” - vəssalam. 
Bu da böyük ümidlə həyatını xilas etmək üçün əl atılmış son saman çöpü. 
Cinayət  işinin  10-15-ci  səhifəsində  SSRİ  Ali  Məhkəməsinin  hərbi 
kollegiyasının  səyyar  sessiyasının  hazırlıq  iclasının  protokolu  gəlir.  (11-X-1037) 
İnsanlığın  -  bəlkə  də  bizim  millətin  ən  qəddar  düşmənlərindən  olan  cəllad 
İ.Matuleviçin,  İ.M.Zaryanovun,  Y.K.Jiqurun,  SSRİ  prokurorunun  baş  köməkçisi 
V.S.Rozovskinin  iştirakı  ilə  “təıtib  edilən”  protokol  bircə  səhifədir.  Hər  şey 
əvvəldən  yazıılıb.Təkcə  açıqca  seçilən  ittiham  qurbanının  familiyası  başqa 
makinədə yazılır. 
Qərar hissəsi (əvvəlcədən hazırdır) belədir. 
1. İşə (adı çəkilənlər) 1 dekabr 1934-cü il qanunu ilə baxılsın. 
2.  B.Çobanzadə  (başqa  xətlə  yazılıb  –  A.B.)  64,  63-1,  70,  73  maddələrlə 
məhkəməyə verilsin. 
3. İşə bağlı məhkəmə iclasında müdafiəçisiz, ittihamçısız, şahidsiz baxılsın. 
4. Qəti imkan tədbiri kimi həbs qüvvədə saxlanılsın. Bu haqda müttəhimdən 
qəbz  də  alıblar.(Qanunun  “aliliyinə”  bax  ki,  özünə  ittihamnamə  vermək  haqqında 
qəbz  də  alırlar  -  A.B.).Bağlı  məhkəmə  iclasının  protokolu  cəmi  səhifə  yarımdır. 
İclas 11:20-də başlanıb 11:40-da qurtarıb. 
Bu  20  dəqiqənin  içində  sədr  kimin  işinə  hansı  maddə  ilə  baxılacağını  elan 
edir.Katib  məlumat  verir  ki,  müttəhim  gətirilib,  şahidlər  çağırılmayıb  (görəsən 
kimə məlumat verir, axı cəlladlar özü qurbanlarını qabağında görürdü.– A.B.) 
Sədr  işin  mahiyyətini  müttəhimə  izah  edir  və  özünü  günahkar  bildiyini 
soruşur.Müttəhim özünün cinayətini tamamilə boynuna alır. 
Sonra  sədr  müttəhimə  son  söz  verir.(Görəsən  bu  nə  üçün  imiş,  axı  hər  şey 
hazırdır).Məhkəmə müşavirəyə gedir.Bundan sonra hökm oxunur. 
Hökm: Sovet Sosialist Respublikaları İttifaqı adından SSRİ Ali Məhkəməsi 
hərbi  kollegiyasının  səyyar  sessiyası  (Motuleviç,  Zaryanov,  Jiqur)  12  oktyabr 
1937-ci  ildə  B.V.Çobanzadənin  64,  63-1,  70,  73-cü  maddələr  üzrə  cinayət  işinə 
baxaraq qərara alır: 
B.V.Çobanzadə  əmlakı  müsadirə  edilməklə  ən  yüksək  cəzaya  - 
güllələnməyə məhkum edilsin.Hökm qətidir.Ondan şikayət vermək olmaz. 
SSRİ  MİK  1  dekabr  1934-cü  il  qərarına  əsasən  hökm  dərhal  yerinə 
yetirilməlidir. 
İşin 1021-ci səhifəsində B.Çobanzadənin 13-X-1937 il tarixdə güllələnməsi 
haqqında  Şevolovun  imzaladığı  arayış  vardır.  Güllələnmə  haqqında  akt  SSRİ 
XDİK 1-ci şöbəsində cild -8 səh.33 saxlanılır. 
 
 
 
 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə