Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə15/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   11   12   13   14   15   16   17   18   ...   158

35 
 
ədəbiyyatının tarixi inkişaf yolunu bu cərəyanlardan kənarda düzgün başa düşmək, 
qavramq mümkün deyildir. 
Eyni zamanda o, belə hesab edirdi ki, bu ədəbi cərəyanlar türkdilli xalqların, o 
cümlədən  Azərbaycan  ədəbiyyatının  tarixi  estetikasını  və  müasir  inkişaf  yollarını 
da  müəyyənləşdirmək  üçün  nəzəri  baza  ola  bilər.  Birincisi,  ona  görə  ki,  “türk  – 
tatar  ədəbiyyatında  da  buna  bənzər  ictimai  siniflər,  ədəbi  məktəblər  doğmamış 
deyildir”.  İkincisi,  B.Çobanzadəyə  görə,  çağdaş  türk–tatar  ədəbiyyatında  rus  və 
Avropa ədəbiyyatının müəyyən təsiri özünü göstərməkdədir. Buna görə də, müasir 
ədəbiyyatın “ideolojik, şəkli və mündəricəvi əsaslarını”meydana çıxarmaq üçün bu 
ədəbi cərəyanların estetik prinsiplərini bilmək vacib şərtlərdəndir: “Bütün bu ədəbi 
cərəyanların  məktəblərimizdə  bilxassə  ideoloji  və  şəkil,  mündəricə  cəhətindən 
tədqiqləri  ya  Qərb  ədəbiyyatı  nümunələri  ilə  bağlı  olaraq,  yaxud  bu  məktəblərin 
son  dövr  şairlərimizə  təsiri  etibarilə  tədqiqi  vacibdir.  Avropa  ədəbi  cərəyanları 
üzərində  çalışmağı  öyrənən  ədəbiyyat  müəllimimiz  öz  ədəbiyyatının  ideolojik, 
şəkli və mündəricəvi əsaslarını da asanlıqla kəşf edə bilər” (4, 328).  Bədii əsəri və 
yaxud  hər  hansı  bir  sənətkarın  yaradıcılığını  mənsub  olduğu  ədəbi  cərəyanın  və 
metodun  tələbləri,  estetik  prinsipləri  əsasında  tədqiq  etməyin  zəruriliyi  ideyasının 
irəli  sürülməsi  zamanı  üçün  olduqca  aktual  bir  məsələ  idi.  Burada  böyük  alimin 
Azərbaycan  ədəbiyyatı  tarixinin  yazılması,  yaradılması  prosesində  hər  bir 
sənətkarın  yaradıcılığına  onun  mənsub  olduğu  ədəbi  məktəb  və  yaxud  cərəyanın 
estetik  prinsipləri  əsasında  təhlil  verilib  verilməyəcəyi  ilə  bağlı  narahatçılığı  da 
ifadə  olunurdu.  Bu  narahatçılığın  obyektiv  əsasları  var  idi.  B.Çobanzadə  “ədəbi 
məktəblər və onların mahiyyət və mənşəyi haqqında” “ədəbiyyat dərsliklərimizdə” 
məlumatların  çox  az  olmasından  narahat  olurdu.  30–cu  illərin  tənqid  və 
ədəbiyyatşünaslığında  istər  tarixi,  istərsə  də  çağdaş  ədəbi  prosesin 
qiymətləndirilməsində  yol  verilən  elmi  –  metodoloji  qüsurlar  böyük  alimin  haqlı 
olduğunu  göstərdi.  Ən  müxtəlif  ədəbi  cərəyanlara  məxsus  sənətkarların 
yaradıcılığına  realist  sənət  qanunuları  ilə  yanaşma  (ən  yaxşı  halda)  20–ci  illərin 
sonu,  30–cu  illərdə  saysız–hesabsız  elmi–metodoloji  yanlışlıqlara  yol  açdı. 
B.Çobanzadənin  sənəti  mənsub  olduğu  ədəbi  cərəyanın  estetikasına  uyğun  təhlil 
ideyası  indi  də  öz  müasirliyini  saxlayır.  Bu  gün  də,  misal  üçün,  postmodernist 
estetikanın prinsipləri ilə yazılan əsərlərə realizmin (və hətta az qala sosrealizmin) 
prinsipləri ilə yanaşma təcrübələrinə kifayət qədər rast gəlirik.  
“Türk  dili  və  ədəbiyyatının  tədris  üsulu”  kitabında  B.Çobanzadə  bədii 
ədəbiyyatı  tədqiq  və  öyrənmənin  dünya  ədəbiyyatşünaslığında  mövcud  olan 
üsulları  haqqında  da  müfəssəl  məlumat  verir  (Bədii  üsul  (estetik  metod),  əxlaqi 
üsul, publisist üsulu, tarixi – siyasi üsul, tarixi üsul, tarixi – ruhi üsul, müqayisəli – 
tarixi üsul, təkamül üsulu, filoloji üsul, təbii üsul, şəkli üsul (formal metod), ictimai 
üsul  (sosioloji  metod)  və  yazır:  “Bu  bəhsdə  zikr  olunan  üsulların  bir  çoxu  gərək 
ədəbiyyat  tarixinə  dair  tədqiqlər  yapılırkən,  gərəksə  bu  xüsusda  yazılmış  hazır 
tədqiqlərdən  tənqid  gözilə  faydalanırkən  oxucunun  işinə  yarayacaqdır”  (4,  243). 
Əlbəttə,  Avropa  və  rus  ədəbiyyatşünaslığında  irəli  sürülən  bu  təhlil  metodlarının 


36 
 
hamısı bədii əsəri elmi qiymətləndirmədə eyni dərəcədə effektli deyil və bunların 
əksəriyyəti  tarixi  nöqteyi-nəzərdən  əhəmiyyətlidir.  Lakin  məsələ  bunda  deyil. 
B.Çobanzadə  milli  ədəbiyyat  tarixçiliyinə  bədii  əsərə  yanaşmanın,  ona  təhlil 
verməyin müxtəlif üsullarını təklif edirdi. Dünya ədəbiyyatşünaslığında bədii əsərə 
müxtəlif baxış bucaqlarından nəzər salındığına diqqət çəkirdi. B.Çobanzadə sübut 
edirdi  ki,  bədii  əsərə  hansı  metodla  yanaşmanın  zəruriliyini  bədii  materialın 
xarakteri  “diktə”  edir.  Bu  bir  növ  bədii  materiala  fərdi  yanaşmadır.  O,  fikrini 
professor  N.Sakulinin  “Ədəbiyyatşünaslıqda  sosioloji  metod”əsərindən  gətirdiyi 
sitatla  əsaslandırır:  “Əvvəldən  üsul  öyrənmək,  təyin  etmək  olmaz.  Üsul  özbaşına 
nə  yaxşı,  nə  pisdir.  Bütün  məsələ  üsulun  nəyə,  hansı  mövzuya  tətbiq 
olunacağındadır. Hər tədqiq mövzusu əsas etibarilə öz üsulunu tələb edir. Yaxşı ola 
bilmək  üçün  üsul  tədqiq  olunacaq  materialın  sinif  və  mahiyyətinə  uyğun 
olmalıdır...  Yaxud  başqa  dürlü  deyəcək  olursaq,  üsul  tədqiq  olunacaq  mövzunun 
xarakteri  və  mahiyyətindən  nəşət  edən  çalışma  yollarının  heyəti  –  məcmuəsidir” 
(4, 230). 
Alimin  bədii  ədəbiyyata  və  onun  tarixinə  elmi  –  nəzəri  baxış  sistemində 
ədəbiyyatı  tarixi  dövrlərə  və  mərhələlərə  ayırmağın  mükəmməl  prinsiplərini 
müəyyənləşdirmək  əhəmiyyətli  yer  tutur.  Alimə  görə,  ədəbiyyatı  tarixi  dövrlərə 
bölmədən, ümumi halda ona elmi münasibət bildirmək heç bir səmərəli nəticə verə 
bilməz. Ədəbiyyatın tarixi dövr və mərhələ prinsiplərini aydınlaşdırmaq istəyərkən 
o, Riçard Meyer, Fridrix Kummer, Sakulin, F.Köprülüzadə və b. məşhur Avropa, 
rus  və  türk  alimlərinin  təklif  etdiyi  və  əsaslandırdığı  təsnifat  prinsiplərini  gözdən 
keçirir.  Lakin  B.Çobanzadə  heç  bir  dövrləşdirmə  prinsipinə  aludəçilik  göstərmir. 
Bu  prinsipləri  elmi  –  analitik  və  tənqidi  yanaşma  ilə  təhlil  edərək  öz  qənaətlərini 
irəli sürür. B.Çobanzadə tarixi dövr anlayışına R.Meyerin verdiyi xarakteristika ilə 
razılaşır:  “  Elmi  və  bilxassə  tarixi  əsərlərdə  “dövr”  namı  altında  müəyyən  bir 
vəhdət  altına  alına  bilən  və  müəyyən  vəsflərlə  gərək  özündən  əvvəl  və  gərəksə 
sonra  gələn  dövrlərdən  ayrılan  zaman  parçasını  anlayırıq”  (4,  250).  Tədqiqatçıya 
görə,  dövr  anlayışının  mahiyyəti  izah  edildikdən  və  başa  düşüldükdən  sonra, 
ədəbiyyatı dövrlərə ayırmanın məna və mahiyyəti üzərində düşünmək lazım gəlir. 
“Ədəbiyyatın  məntiqi  və  elmi  bir  tərzdə  dövrlərə  bölünməsi  onun  inkişaf  və 
təkamül cəhətindən asanca anlaşılmasını və tədris edilməsini intac edir” qənaətinə 
gələn  alim  mükəmməl  dövrləşdirmədə  əsas  götürülən  zaman  kəsiyi,  onu 
xarakterizə  edən  cəhətləri  və  estetik  xüsusiyyətləri  meydana  çıxarmağa  imkan 
verən prinsipləri ortaya qoymağı ən mühüm məsələ hesab edir.  
B.Çobanzadə  xronoloji  üsuldan  tarixi  dövrləşdirmənin  ən  geniş  yayılmış 
üsullarından biri kimi söz açır. Rus və Avropa ədəbiyyatşünaslığında tam məqbul 
bir  üsul  kimi  qəbul  olunmasa  da,  hər  halda  bu  üsula  kifayət  qədər  müraciət 
olunması  onun  diqqətindən  yayınmır:  “Məsələn,  rus  ədəbiyyatında  “otuzuncu 
illər”, “qırxıncı illər” kimi təbirlərə hər zaman rast gəlirik... Əgər rus ədəbiyyatında 
otuzuncu, qırxıncı... illərdən bəhs olunursa, bu illər içində onun müəyyən şəkli və 
mövzusu, vəsflərə malik olduğu qeyd olunmaq istənilər” (4, 251). 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə