Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə16/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   12   13   14   15   16   17   18   19   ...   158

37 
 
Onun  fikrincə,  tarixi  dövrləşdirmədə  əsas  götürülən  və  geniş  yayılan  ikinci 
prinsip “ədəbiyyatla əlaqəsi, onun inkişafına təsir etdiyi fərz olunan siyasi, iqtisadi 
və ictimai əlamətlər”in əsas götürülməsidir. Bu tip tarixi dövrləşdirmə prinsiplərinə 
rus və türk ədəbiyyatı tarixlərindən nümunələr gətirilir. 
Alim  M.Friçenin  “Qərbi  Avropa  ədəbiyyatının  tarixi  taslaqları”  (Очерк 
развития  Западно  Европейской  литературы.  М.  1922)  əsərində  tarixi 
dövrləşdirməni  “iqtisad  və  təsərrüfat  dövrlərini  əsas  alaraq”  apardığına  da  diqqət 
çəkir.  O,  tarixi  dövrləşdirmə  üçün  təklif  edilən  bu  prinsiplərlə  qismən  razılaşır. 
Eyni  zamanda  ədəbiyyat  tarixinə  elmi  nüfuzu  tam  şəkildə  gerçəkləşdirə  biləcək 
prinsiplərin  tapılması  zərurəti  üzərində  düşünür.  Mövcud  prinsiplərdə  onu  ən  çox 
narazı salan cəhət dövrləşdirmədə iqtisadi, ictimai, siyasi və digər amillərin ön plan 
keçməsi, ədəbiyyatın inkişaf qanunauyğunluqlarının burada təsbit olunmamasıdır.  
B.Çobanzadə  iqtisadi,  ictimai,  siyasi  amillərin  “ədəbiyyat  üzərinə  təsiri”ni 
qəbul edir, lakin tarixi dövrləşdirmədə “ədəbiyyatın xüsusi bir hadisə olaraq inkişaf 
və  təkamül  dövrlərinin”  nəzərə  alınmasının  zəruriliyi  məsələsi  onu  daha  çox 
düşündürür.  O,  elmi  və  metodoloji  cəhətdən  bu  gün  də  çox  müasir  və  haqqında 
fikirləşməyə  dəyən  bir  sual  qoyur:  “Ədəbiyyat  özünün  xüsusi  təbiətinə,  ümumi 
ictimai  və  iqtisadi  qanunlardan  əlavə,  öz  xüsusi  inkişaf  yollarına,  qanunlarına  da 
malik deyilmi?” (4, 253) 
Alim tarixi dövrləşdirmənin prinsiplərində elmiliyə təminat verəcək əsas tələb 
kimi iqtisadi, ictimai və  siyasi amillərlə bir  sırada  ədəbiyyatın  “öz  xüsusi inkişaf 
yolları”nı,  “qanunları”nı da nəzərə almağın vacibliyini əsas tələb kimi irəli sürür: 
“Buna  görə  də  ədəbiyyat  tarixini  dövrlərə  ayırmaq  da  bu  xüsusi  əlamətləri  göz 
önündə  tutmaqla  qabil  ola  bilər.”²  B.Çobanzadə  bu  qənaətdədir  ki,  müəyyən  bir 
zaman  kəsiyindəki  ədəbiyyatın  şəkil  və  mündəricəsindəki  “üzviyyət”i–“xüsusi 
inkişaf  yolları”  və  “qanunları”  tapmaqla  “həmin  bu  ədəbi  üzviyyətin 
təkamülündəki mərhələləri” müəyyənləş- dirmək olar. 
O,  ədəbiyyata  elmi  yanaşmada  və  tarixi  dövrləşdirmənin  prinspləri  üzərində 
düşünərkən  özünün  “xarici”,  Sakulinin  isə  “geterogen  prinsipləri”  adını  verdiyi 
başqa  bir  prinsipi  də  məqbul  hesab  edir.  Bu  prinsipin  nəzəri  əsaslandırmalarında 
artıq  ədəbiyyat  ictimai,  iqtisadi,  siyasi  və  digər  amillərdən  sərf  nəzər  edilir, 
əlahiddə,  özünəməxsus,  inkişaf  qanunlarına,  təkamül  xüsusiyyətlərinə  malik 
avtonom  bir  sahə  kimi  götürülür.  B.Çobanzadə  yazır:  “...  professor  Sakulin 
“geterogen prinsipi” (Гетерогенный принцип) adını verərək öz tərəfindən yalnız 
ədəbi və muxtariyyətli, avtonom prinsip üzərində təsnif yapılmasını təklif edir” (4, 
253).  Əslində  bu  prinsip  B.Çobanzadəyə  ədəbiyyatın  spesifikasını  və  inkişaf 
qanunauyğunluqlarını tam şəkildə nəzərə alan prinsip kimi daha elmi görünür və o 
bu prinsipi qeyd – şərtsiz qəbul edir. Lakin B.Çobanzadə eyni zamanda “ədəbiyyat 
tarixini  bu  surətlə,  yəni  özünəməxsus  əlamətlərinə  görə  sistem  altına  almaq  və 
dövrlərə  ayırmaq  prinsipinin  çox  mühüm  olmaqla  bərabər,  tətbiqi  də  çox  çətin” 
olduğunu yaxşı başa düşür.  


38 
 
Alim türk ədəbiyyatı üzrə aparılan tarixi dövrləşdirmələrdə vahid bir prinsipin 
əsas götürülməməsini, dövrləşdirmənin fərqli prinsiplər əsasında aparılmasını, əsas 
götürülən  bəzi  prinsiplərin  isə  ədəbiyyatın  mühüm  estetik  xüsusiyyətlərini  ehtiva 
etməməsini onların qüsurlu cəhətləri kimi qeyd edir və yazır: “... Bütün bu təsniflər 
nə prinsip etibarilə  vəhdətə  malikdir, nə də xarakteristikləri etibarilə aydındır” (4, 
255). 
B.Çobanzadə  Azərbaycan  ədəbiyyat tarixçiliyi ilə  bağlı özünə  qədər aparılan 
tədqiqatlarda dövrləşdirmə ilə bağlı ağıllı – başlı heç bir qeydə və mülahizəyə rast 
gəlmədiyini  yazır  və  türk  ədəbiyyatı  tarixində  mükəmməl  elmi  prinsiplərə, 
Azərbaycan  ədəbiyyatı  tarixində  isə  ümumən  bu  barədə  “heç  bir  qeydə”  rast 
gəlməməsini  ədəbiyyatlarımızın  tarixinin  lazımi  səviyyədə,  onun  “tarixinin 
keçirdiyi  inkişaf  və  təkamül  mərhələlərini  gözəlcə  qavramaq”  səviyyəsində 
öyrənilmədiyini,  bu  istiqamətdə  ciddi  işlərin  görülməsi  lüzumunu  qabardır.  O, 
ədəbiyyat  tarixini  həm  üfüqi,  həm  də  şaquli  istiqamətlərdə  öyrənmək  prinsipini 
müdafiə  edir.  Həm  Avropa,  həm  də  rus  ədəbiyyat  tarixçiliyində  bunun  kifayət 
qədər  təcrübəsi  olduğuna  diqqət  çəkir.  Üfüqi  istiqamət  deyərkən,  B.Çobanzadə 
Azərbaycan ədəbiyyatını türk xalqları ədəbiyyatının tərkib hissəsi kimi öyrənməyi 
nəzərdə  tutur.  B.Çobanzadəyə  görə,  məhz  bu  tipli  tədqiqat  zamanı,  “müxtəlif 
şivələrdə  bulunan  ədəbiyyat  məhsulları  arasındakı  müşabehət  və  fərqlər 
özlüyündən meydana çıxacaqdır” (4, 257). 
Alim  “şaquli  cizgi  ilə,yaxud  muqəttələ”  yolu  ilə  tədqiqat  deyərkən  türk 
xalqları  ədəbiyyatının  hər  hansı  bir  zaman  kəsiyinə  məxsus  olan  dövrünün  bütün 
təmayülləri (ancaq əsas istiqaməti və nümayəndəsinin yaradıcılığı əsasında yox) ilə 
öyrənmək  prinsipini  səmərəli  hesab  edir.  Alim  hesab  edir  ki,  hər  bir  dövrdə 
müxtəlif  təbəqə  və  zümrələrə,  o  cümlədən  hakim  və  məhkum  siniflərə  məxsus 
ədəbiyyat  tipləri  olduğundan  bu  ədəbiyyatları  bütövlükdə  tədqiqata  cəlb  etməyən 
“ədəbiyyat  tarixçisi  vəzifəsini  ikmal  etmiş  olmaz.”  O,  F.Köprülüzadənin, 
İ.Hikmətin  tədqiqatlarında  bu  istiqamətdə  müəyyən  işlərin  görüldüyünü  də  qeyd 
edir.  
“Hər  halda  hər  hansı  bir  ölkə  və  yaxud  şivənin  ədəbiyyatını  ayırıb  alaraq 
tədqiqdə bulunmaq və daha fənası belə tədqiqlərə dayanaraq inkişaf mərhələlərini 
təyin  etmək  qabil  deyildir”²  qənaətinə  gələrək  alim  1926  –  cı  ildə  Birinci 
Ümumittifaq  Türkoloji  qurultayda  türk  ədəbiyyatının  üfüqi  və  şaquli,  coğrafi  və 
tarix  kəsmələrində  dərinliyi  və  genişliyi  ilə  tədqiqini  ədəbiyyat  tarixinin 
öyrənilməsi və dövrləşdirilməsi baxımından məqbul elmi prinsiplər kimi qəbul və 
təqdir edir.  
Alim  Azərbaycan  ədəbiyyatını  türk  xalqları  ədəbiyyatının  tərkib  hissəsi  kimi 
öyrənmək konsepsiyasını irəli sürəndə “türk birliyinə rus müdaxiləsi dövlət siyasəti 
səviyyəsində  cərəyan  edirdi”  (1,  20).  “Ədəbi  dildəki  parçalanmalar,  ortaq 
mədəniyyətlərin  məhəlli  mədəniyyətlərə  dönüşdürülməsi,  Türkiyə  amili  ilə 
Türküstan amili arasındakı doğma bağların, əlaqələrin özülündən zədələnməsi” (1, 
10) bu siyasətin tərkib hissəsi idi. Azər Turan öz tədqiqatında tamamilə doğru yazır 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə