Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə24/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   20   21   22   23   24   25   26   27   ...   158

53 
 
görə  də  tədris  prosesinin  müasir  tələblərinə  uyğun  yeni  dərslik  yaratmaq 
məsuliyyəti  görkəmli  alimin  üzərinə  düşdüyündən  nəinki  qrammatik  qanunlar 
haqqında,  habelə  yeni  qrammatikanın  elmi-metodoloji  əsasları  haqqında  da 
qiymətli  fikirlər  söyləmişdir.  Tədqiqatçı  dəfələrlə  qeyd  etmişdir  ki,  Azərbaycan 
dilini  öyrədən  sərf  (morfologiya)  kitabları  ehtiyacımıza  qarşılıq,  dərdimizə  əlac 
deyildir. 
Qrammatikanın  mahiyyətini  anlamayanlar  onun  araşdırılmasına  ciddi 
əhəmiyyət  vermir,  ümumiyyətlə,  dilçilərin  özlərindən  uydurma  qanunlar  icad 
etdiklərini  iddia  edirdilər.  Lakin  B.Çobanzadə  qrammatikanın  mahiyyətini 
anlamayanlara belə cavab verirdi: “Sərf icad edilməz, necə ki Amerika yaradılmaz. 
Hər  ikisi  kəşf  oluna  bilər.  Dilin  tabe  olduğu  qaidələr  insanların  məntiqində  deyil, 
bəlkə sövqi-təbiisindən, zehnindən, ruhindən çıxır. Bunun üçün sərf kitabı yazanlar 
uydurmazlar, ancaq qeyd edə bilərlər” 

2, s.121


B.Çobanzadə  müasir  elmi  qrammatikanın  həm  nəzəri,  həm  də  praktik 
xüsusiyyətlərini  verməklə  bu  sahədə  öz  yaradıcılıq  istiqamətlərini  müəyyənləş-
dirmişdi. Hətta o, bu sahə ilə məşğul olan dilçilərin hansı məsələləri bilmələrini də 
xüsusi  olaraq  qeyd  edirdi.  Buna  görə  də  dilimizin  morfoloji  quruluşunu  ətraflı 
tədqiq  edən  alimin  elmi  araşdırmalarında  bir  məqsəd  də,  əvvəldə  qeyd  etdiyimiz 
kimi, ana dilimizin tədrisindəki elmi nöqsanları aradan qaldırmaq idi. 
Azərbaycan dilinin qrammatik quruluşu   qrammatik kateqoriyaların varlığı 
və  ifadə  imkanlarının  genişliyi  ilə  müəyyənləşir.  Məlum  olduğu  kimi,  qrammatik 
kateqoriya  qrammatik  formanın  qrammatik  şəkilçilərlə  ifadəsidir.  Deməli, 
qrammatik  şəkilçi  dilin  quruluşunda,  ümumiyyətlə,  dilin  milli  xarakterinin  əsas 
elementi  kimi  vacib  əhəmiyyət  daşıyır:  “Şəkilçilər  bizim  üçün  ən  əhəmiyyətli 
sözlərdir:  bunlar  olmazsa,  danışmaq  qabil  olmazdı.  Bunların  rolunu  ağacların, 
nabatların canlanmasına xidmt edən faydalı mikrobların roluna bənzətmək qabildir. 
Şəkilçilər  sayəsində  dil  canlanır,  hərəkətə  gəlir,  sözlər  bir-birinə  bağlanır” 

3, 
s.130


Məlumdur  ki,  dilimizin  qrammatik  quruluşunda  vacib  rol  oynayan 
sözdəyişdirici  şəkilçilər  qrammatik    kateqoriyalar  fonunda  öyrənilir:  yəni  onların 
hər  biri  dildə  müəyyən  vəzifəni  yerinə  yetirdiyindən  qruplaşdırılır.  Eyni  zamanda 
sözügedən  məsələdən  əsasən,  morfologiyada  bəhs  edildiyindən  buna  morfoloji 
kateqoriya  da  deyilir.  Deməli,  bu  kateqoriyaları  araşdırmaq  dilimizin  morfoloji 
quruluşunu  dərindən  təhlil  etməyə  yönələn  bir  hadisədir.  Əsrin  əvvələrində 
B.Çobanzadənin  dilimizin  morfologiyası  haqqında  söylədiyi  fikirlər  o  dövr  üçün 
sözün  əsl  mənasında  yenilik  idi:  “Bizim  dövrümüzdə  şəkliyyat  (morfologiya) 
məsələləri  çox  mühümdür.  Çünki  şəkliyyat  dilimizin  quruluşunu  göstərir,  dilin 
bilxassə  nə  surətdə  qurulub  təşəkkül  etdiyini  bilmədikcə  o  dili  öyrənmək,  daha 
mühümü o dili öyrətmək qabil deyildir” 

3, s.157

. Bir daha  onun bu fikirindən də 
görürük  ki,  görkəmli  alim  bu  tədqiqatlarında  təkcə  dilimizin  öyrənilməsi  deyil, 
həmçinin onun tədrisinin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlamışdır. 


54 
 
B.Çobanzadə  dildəki  funksiyalarına  görə  sözdəyişdirici  şəkilçilərə  iki 
mövqedən yanaşır: 
1.  “Sözdəyişdirici  şəkilçilər  sözləri  bir-birinə  bağladıqlarından,  bunlara 
“nəhvi şəkilçilər”  təvir olunur” 

3, s.132


2.  “Sözdəyişdirici  şəkilçilər  cümləyapıcı  ünsürlər  olduğundan  eyni 
zamanda “nəhvi şəkilçilər” dəxi deyilir” 

3, s.157


Təbii  ki,  sözdəyişdirici  şəkilçilər  sözlər  arasında  əlaqə  yaratmağa  xidmət 
etməklə cümlə texnologiyasının vacib elementləridir. Müəllif o cəhəti də qeyd edir 
ki,  bir  sıra  dünya  dillərində  sözlər  şəkilçiyə  ehtiyac  olmadan  cümlədə  əlaqələnib 
bağlanırlar.  Bu dillərdə şəkilçi funksiyasını vurğu, inversiya, ahəng və intonasiya 
kimi  vasitələr  yerinə  yetirir.  Türk-tatar  dillərində  isə  şəkilçisiz  cümlə  qurmaq 
mümkün  deyil.  Lakin  B.Çobanzadə  dilimizdə  də  bu  yolla  –  yəni  qrammatik 
şəkilçilərin köməyi olmadan bəzi cümlələr yaratmağın mümkünlüyünü vurğulayır. 
Fikrimizcə, o, qrammatik şəkilçilərin köməyi olmadan qurulan cümlələr deyərkən, 
müasir dilçiliyimizdə bəhs olunan adlıq cümlələri nəzərdə tutmuşdur. 
Tədqiqatçının  qrammatik  şəkilçilər  içərisində  təqdim  etdiyi  morfemlər 
arasında  köməkçi  nitq hissələrinə  aid şəkilçiləşmiş vahidlərə  də  rast gəlmək olur. 
Məsələn, o, -
4
 sual ədatını “sorğu işarəti” olan sözdəyişdirici şəkilçi hesab edir. 
Təbii  ki,  şəkilçiyə  bərabər  funksiyanı  yerinə  yetirən  köməkçi  sözlər  (və  onların 
şəkilçiləşən  formaları)  hələ  o  dövr  üçün  ciddi  araşdırma  obyekti  olmadığından 
müəllif ilk axtarışlarında bu qənaətlərlə razılaşmalı olub. Amma B.Çobanzadə söz 
sonunda sual məqsədilə baş verən uzanmanın mənşəyi ilə bağlı verdiyi qeydlərdən 
aydın olur ki, onun bu mövqeyinin səbəbi nədir: “Azəri ləhcəsində çox dəfə sorğu 
şəkilçisi işlədilməyib, yalnız sözün son səsi uzadılaraq tələffüz olunar ki, bu da fars 
dilinin təsiri olsa gərəkdir” 

3, s.169

. Deməli, o, -mı

ədatı sual yaratma əlamətinin 
yeganə  qrammatik  göstəricisi  hesab  etdiyindən  onu  sözdəyişdirici  kimi  qəbul 
etmişdir. 
Əvvəldə  qeyd  etdiyimiz  kimi,  qrammatik  şəkilçilər  qrammatik 
kateqoriyanın  göstəricisidir.  B.Çobanzadənin  yaradıcılığında  qrammatik  şəkilçilər 
geniş  şəkildə  araşdırılsa  da,  xüsusi  olaraq  qrammatik  kateqoriya  başlığı  altında 
təqdim  edilməmişdir.  Amma  onu  deyək  ki,  şəkilçilərin  tədqiqi  və  təhlili 
istiqamətində  söylədiyi  fikirlər,  demək  olar  ki,  qrammatik  kateqoriya  haqqındakı 
müasir nəzəri müddəalarla üst-üstə düşür. Müəllif qrammatik kateqoriya haqqında 
sözdəyişdirici  şəkilçilər  fonunda  bəhs  edir;  yəni  həmin  termini  birbaşa  işlətməsə 
də, qrammatik şəkilçilərin qruplaşdırılmasında bu barədə danışır. 
Onun  bu  istiqamətdə  dediyi  fikirlərində  ilk  olaraq  diqqətimizi  çəkən  bir 
məqamla  qarşılaşdıq.  Uzun  illərdir  ki,  qrammatika  kitablarında  morfoloji 
kateqoriyalar  “Ümumi  qrammatik  kateqoriyalar”  başlığı  altında  təqdim  edilir. 
Lakin  son  dövrlərdə  aparılan  tədqiqatlarda  qrammatik  kateqoriyaların  ümumi  və 
xüsusi  olmaqla  iki  qismə  ayrılıdığını  görürük.  Buradakı  yanaşmada  mövqe 
düzgündür: əgər kateqoriya yalnız bir nitq hissəsinə aiddirsə və digər sözlər yalnız 
həmin  nitq  hissəsinin  müəyyən  əlamətlərini  qəbul  edəndən  sonra  bu  qrammatik 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə