Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə23/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   19   20   21   22   23   24   25   26   ...   158

51 
 
kimi  fəaliyyət  göstərmiş  B.Çobanzadənin  Azərbaycan  türklərinin  dili  barədəki 
fikirləri  müasir  elmi  ictimaiyyət  üçün  çox  əhəmiyyətlidir.  Müəllif  “Qafqaz 
türkləri” başlığı altında yazdığı hissədə Qfqaz türklərini iki qismə ayırır: Şimali və 
Cənubi  Qafqaz  türkləri.  Professorun  fikrincə,  Şimali  Qafqazda  türk-tatar  xalqları 
cənubdakılara  nisbətən  daha  əvvəl  məskunlaşmışlar.  Maraqlı  cəhət  ondadır  ki, 
böyük  türkoloqu  bu  ərazinin  oborigenlərinin  qeyri-türk  olması  fikrinə  gəlməyə 
hansı elmi mənbə əsas vermişdir?  
”Bu  gün  Şimali  Qafqazda  yerləşmiş  olan  balkar,  qaraçay  və  kumuk 
xalqlarına gələçək olursaq,bunlar lap əski Qafqaz yerli xalqları ilə qarışmış mələz 
türklərdir.Bununla  bərabər,bu  cəhət  yalnız  onların  etnoloji,məişət  cəhətlərinə  aid 
olub, dilləri haqqında doğru deyildir”. 
Görünür,  professor  unudur  ki,  xalqın  etnik  və  məişət  münasibətləri 
toxunulmaz dəyərlərdir.Bu məsələdə dilin daha çevikliyi və dinamikliyi tarixdə də 
sübut  olunmuşdur.Əgər  bir  xalqın  dili  tarixin  bütün  sınağından  qalib  çıxıbsa,  bu, 
xalqın  özünütəsdiqinin  ən  bariz  sübutudur.  Buradaca  alimin  “kumuk  dilinin 
Dağıstanda beynəlxalq bir dil olması” fikrinə də  münasibətimizi bildirmək yerinə 
düşərdi.Çox  maraqlıdır  ki,türk  dilni  bilməyən  Rus  inqilabçı-dekabristləri  azəri 
türkcəsininin  Qafqazdakı  statusunu  fransız  dilinin  Avropadakı  mövqeyi  ilə 
müqayisə etdikləri halda,türk dillərinin böyük bilicisi kiçik bir etnik qrupun dilini 
ortaq  ünsiyyət  vasitəsi  kimi  görmüşdür.  Professor  yazır:”Azəri  türkləri  bir  kaç 
əsrlik  olduqca  işlənmiş  və  çox  uzaqlarda  yaşayan  türk-tatar  xalqlarının 
ədəbiyyatlarına  da  öz  təsirini  göstərən  bir  ədəbiyyata  malikdirlər”(1,214). 
Tamamilə doğrudur, fakt qarşısında artıq danışıq yersizdir. Çünki azəri türklərinin 
dili və ədəbiyyatı  nəinki digər türk  xalqlarının  ədəbiyyatlarına, hətta tanrısı ilə öz 
dilində  danışıb  onun  verdiyi  istedadla  Azərbaycan  dilində  yazıb-yaratmiş  erməni 
və gürcü şairlərinə də şeir dili kimi doğma olmuşdur.   
Bəs  bütün  Rusiyada  şərqşünaslığın  və  türkologiyanın  möhtəşəm  təməlini 
qoymuş  Mirzə  Kazımbəyin  əsərlərini”qeyri-kafi”  qiymətləndirməyə  nə  səbəb 
olmuşdur?Yoxsa,böyük satirik Mirzə Ələkbər Sabirin sözlərinin yeri görünür?! 
                          Turanlılarız, adiyi-şüğli sələfiz biz! 
                          Öz qövmümüzün başına əngəlkələfiz biz 
 
ƏDƏBİYYAT 
1.
 
Bəkir  Çobanzadə.  Seçilmiş  əsərləri.  V  cilddə.  I  cild.  Bakı:  ”Şərq-
Qərb” nəşriyyatı, 2007. 
 
 
 
 


52 
 
Pərvin Eyvazov

 
 
BƏKİR ÇOBANZADƏNİN DİL TƏDQİQATLARINDA 
QRAMMATİK KATEQORİYALARIN ŞƏRHİ 
 
“Şəkilçilərin rolunu ağacların, nabatların canlanmasına 
xidmət edən faydalı mikrobların roluna bənzətmək qabildir... 
Əgər bir çox isimlərin və sifətlərin fel damarlarından 
yapıldığını nəzəri-etibara alacaq olursaq, türk dilinə “fel 
dili” demək mümkündür”
Bəkir Çobanzadə 
 
Görkəmli  türkoloq,  professor  Bəkir  Çobanzadə  XX  əsrdə  Azərbaycan  
dilçilik  elminin,  ədəbi-mədəni  və  ictimai-siyasi  fikrinin  formalaşmasında  tarixi 
əhəmiyyətli rol oynamış simalardan biridir. O, istər elmi və bədii yaradıcılığında, 
istərsə  də  ictimai-siyasi  fəaliyyətində  türk  xalqlarının  tərəqqisi  naminə  çalışmış, 
özündən sonra qoyduğu zəngin irslə bu millətə yüksək səviyyədə xidmət etmişdir. 
B.Çobanzadənin  elmi  yaradıcılığı  türkologiyanın  ən  aktual  məsələlərinə 
həsr  olunmuşdur.  Mirzə  Kazım  bəydən  sonra  türk  dünyasında  dilçilik  elminin 
ağırlıqlarını öz çiyinlərində daşımaq bu görkəmli alimin üzərinə böyük məsuliyyət 
qoymuşdur.  Xüsusilə  də  onun  Azərbaycan  dili  haqqındakı  tədqiqləri  dilçilik 
elmimizə çox əvəzolunmaz töhfələr vermişdir. 
Məlumdur  ki,  Mirzə  Kazım  bəydən  sonra  dilçiliyimizdə  uzun  illər  davam 
edən bir durğunluq meydana gəlmişdi. Əsrin əvvəllərində ölkəmizin ictimai-siyasi, 
ədəbi-mədəni həyatında mühüm dəyişikliklər baş verməsinə rəğmən, dilçiliyimizdə 
ciddi  boşluqlar  yaşanırıdı.  Lakin  uzun  fasilədən  sonra  Bəkir  Çobanzadə  dilimiz 
haqqında yeni mərhələdə - tədqiqatların, demək olar ki, sistemsiz və bəsit olduğu 
bir  zamanda  böyük  məktəb  yaratmış  oldu.  Beləliklə  də,  dilimizin  fonetik,  leksik, 
qrammatik  quruluşu,  tarixi  inkişaf  mərhələləri  haqqında  geniş  və  əhatəli  orijinal 
əsərlər  ortaya  çıxardı.  Elmi  yaradıcılığında  dilimizin  müasir  vəziyyəti  ilə  yanaşı, 
onun  tarixi  inkişaf  mərhələləri,  bu  mərhələlərdə  baş  verən  mühüm  dəyişikliklər 
haqqında tutarlı faktlarla araşdırmalar  apardı. 
Dilimizin  qrammatikasını  sistemli  şəkildə  tədqiq  edən  görkəmli  alim  bu 
istiqamətdə  xeyli  məqalələr  yazmış,  dərsliklər  hazırlamışdır.  Əlbəttə,  dilin  milli 
varlığını mühafizə edən qrammatik quruluşun sistemli öyrənilməsi o dövrün böyük 
elm hadisəsi idi. 
B.Çobanzadəyə  qədər  Azərbaycan  dilinin  qrammatikasına  dair  daha  çox 
məktəb  metodikası  səviyyyəsində    bir  sıra  əsərlər  yazılsa  da,  onlar  həm  elmi 
cəhətdən    zəif  idi,  həm  də  yeni  tədris  və  təlim  metodları  üçün  köhnəlmişdi.  Ona 
                                                           

  Eyvazov  Pərvin  –  Bakı  Dövlət  Universitetinin  “Türkoloji  araşdırmalar”  elmi-tədqiqat 
laboratoriyasının əməkdaşı, BDU-nun filologiya üzrə fəlsəfə doktorantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə