Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə25/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   21   22   23   24   25   26   27   28   ...   158

55 
 
kateqoriyanın əlamətlərini qəbul edirsə, buna xüsusi qrammatik kateqoriya deyilir. 
Məsələn,  ismin  hal,  felin  növ  kateqoriyası  kimi.  Görkəmli  türkoloqun  da 
sözdəyişdirici şəkilçiləri iki qismə ayırmasında bu məntiqi uyğunluğu görmək olur: 
“Sözdəyişdirici  şəkilçiləri  iki    böyük  qismə  ayırmaq  mümkündür:  Birinci  qisim 
həm  fel,  həm  isim,  həm  də  sifət  mənasında  işlənən  bütün  sözlər  üçün  ümumi 
olanlar, ikinci qisim isə yalnız fellərə məxsus şəkilçilərdir”  

4, s.131


Bəkir  Çobanzadə  “Türk  dili”  (1928)  kitabında  isə  qrammatik  şəkilçiləri 
digər  bir  cəhətdən  –  dildəki  roluna  görə  dörd  qismə  ayırır:    a)  tərəf,  cəhət 
bildirənlər: -da
2
, -dan
2
,-a
2
 (-ya
2
); b) zaman bildirənlər: -dı
4
, -ır
4
, -mış
4
, -ar
2 ; 
c) əşya 
və  işin  sahibini  bildirənlər;  -ım
4
,-  ın
4
...      d)  çoxluq  və  birlik  bildirənlər:  -lar
2

3, 
s.159


Lakin alim sonrakı tədqiqatlarında qrammatik şəkilçilərin rolu və mövqeyi 
barəsində  dediklərini  daha  da  təkmilləşdirərək  əvvəlkindən  fərqlənən  yeni 
yanaşmalar  irəli  sürmüşdür.  F.Ağazadə  ilə  birgə  müəllifi  olduğu  “Türk  qrameri” 
(1930)  əsərində  artıq  onun  sözdəyişdirici  şəkilçilərin  qrammatik  kateqooriyalar 
çərçivəsində izahına çalışdığının şahidi oluruq. 
Beləliklə,  tədqiqatçı  yaradıcılığında  aşağıdakı  qrammatik  kateqoriylardan 
bəhs etmişdir: 
Kəmiyyət kateqoriyası. Dilimizdə bu kateqoriyanın ifadə vasitəsi -lar, -lər 
şəkilçisidir.  Bu  morfem  qədim  yazılı  abidələrimizin  dilindən  bu  günümüzə  qədər 
işləkdir.  Orxan-Yenisey  abidələrinin  dilində  bu  şəkilçi  bir  qədər  dar  əhatədə    - 
əsasən canlı varlıqların adlarını bildirən isimlərdə rast gəlinsə də, zaman keçdikcə 
öz  işlənmə  tezliyini  artırmışdır.  B.Çobanzadə  bu  morfemi  dildəki  funksiyasına 
uyğun  olaraq,  ümumi  sözdəyişdirici  şəkilçi  adlandırır:  “Ümumi  sözdəyişdirici 
şəkilçilridən  biri  –lar,  -lər  şəkilçiləridir.  Bu  şəkilçi  məna  etibarilə  “cəm-çoxluq” 
mənasını  ifadə  edər:  uşaq+lar,  yoldaş+lar,  biz+lər,  gün+lər,  bir+lər,  yazdı+lar
kim+lər” 

4, s.131

. Nümunələrdən də görünür ki, kəmiyyət anlayışı bu dilin bütün 
leksik vahidlərini əhatə edir və onun qrammatik forması həmin bu vahidlərə əlavə 
oluna  bilir.  Təbii  ki,  burada  da  bir  neçə  fərqli  məqam  var.  Belə  ki,  -lar,  -lər 
şəkilçisinin  adlar  və  fellərdəki  funksiyaları  müxtəlifdir;  çünki  o,  bir  neçə 
kateqoriya  fonunda  özünü  büruzə  verir.  Görkəmli  türkoloq  bu  kateqoriyanın 
cümlədə ədəbi dilin qrammatik normasına uyğun işlənməsini ayrıca bir qeyd kimi  
təqdim  edir:  “Ümumiyyətlə,  türk  ləhcələrində  olduğu  kibi,  azəricədə  də  hər  cəm 
mənası  olan  yerdə  cəm  şəkilçisini  işlətmək  lazım  gəlməz.  Bunu  xüsusən  say 
adlarından sonra gələn sözlər və fellər üçün söyləyə biləriz” 

4, s.133


Onu  da  qeyd  edək  ki,  türkologiya  kəmiyyət  kateqoriyasının  formal 
əlamətlərini  –lar
2
şəkilçisi  ilə  məhdudlaşdırmaq  hallarına  da  təsadüf  edilir.  Lakin 
sırf  ana  dilmiz  üçün  nəzərdən  keçirmiş  olsaq,  deyə  bilərik  ki,  kəmiyyət  anlayışı 
digər kateqoriyalar fonunda da özünü göstərə bilir. 
Bəzən  belə  bir  fikir  irəli  sürülür  ki,  “İsim  topluluq  mənasında  işlənəndə 
morfoloji  çoxluq  fakultativ  olur” 

7,  с.180

,  yəni  “İsimlər  -lar,  -lər  şəkilçisi 
olmadan  kollektiv  cəmlik  ideyası  daşıyır:  at  –лошадь,  лошади” 

7,  c.70




56 
 
Dilimizdə  topluluq  bildirən  isimlər  çoxdur,  ancaq  onlar  da  (bəzi  sözlər  istisna 
olmaqla) bu kateqoriyanın əlamətlərini qəbul edirlər (xalqlar, sürülər). 
Hal kateqoriyası. Bəkir Çobanzadənin hal şəkilçiləri ilə bağlı araşdırmaları 
da geniş və tutarlı olduğundan müasir dilçiliyimiz üçün qiymətlidir: həmin fikirlər 
bu gün də öz elmi çəkisini və dəyərini saxlamaqdadır. İlk olaraq dilimizdə ismin 7 
halını  göstərən  müəllif  sonradan  onun  sayını  5-ə  endirmişdir.  B.Çobanzadədən 
əvvəl Mirzə Kazım bəy də dilimizdə 7 hal olduğunu qeyd etmişdir. O, yeddinci hal 
kimi  çağırış  halını  (звательный  падеж)  əlavə  etmişdir.  Eynilə  Nəriman 
Nərimanov da öz dərsliyində ismin 7 halını verir, lakin sonuncu hal kimi birgəlik 
halı (творительный падеж) göstərir 

10, s.29


Dediyimiz  kimi,  Bəkir  Çobanzadə  əvvəlcə  “Türk  dili”  kitabında  ismin  7 
halını qeyd edir. Müəllif burada sonuncu hal kimi indi dilçiliyimizdə qoşma olaraq 
qəbul  edilmiş  “ilə”  morfemini  təqdim  edir.    Lakin  sonradan  bu  uyğunsuzluğu 
görərək, “Türk qrameri”ndə 5 halla kifayətlənir. Burada artıq o, adlıq (nominativ) 
və ilə morfemi ilə təqdim etdiyi halları bu sistemdən çıxarır. Tədqiqatçı “mücərrəd 
hal” adlandlandırdığı adlıq hal barəsində  yazır: “Təsrif şəkilçilərini havi olmayan 
isim,  söz  “mücərrəd”  adlanır  ki,  rusların  “именетельный”,  latınların  və  həmən 
bütün  Avropa  sərflərinin  “nominativ”,  yaxud  “nominativus”una  müqabildir... 
Bununla  bərabər  hər  təsrif  şəkilçisini  havi  olmayan  sözü  mücərrəd  halında  fərz 
etmək  doğru  olmaz”  (Məsələn;  Qoyun  kəsdilər,  Adam  soydular  kimi  nümunələr) 

4, s.136


O,  sonuncu  (yeddinci)  halın  hal  sistemindən  çıxarılmasına  gəlincə  haqlı 
olaraq qeyd edir ki, dildə xeyli sayda bu cür formalara nəzər yetirsək, halların sayı 
gərək çox olsun: “Bəzi hallarda “relativus” adı ilə (məsələn. Professor Deni)   -ca, -
cə  şəkilçiləri  ilə  yayılan  digər  bir  hal,  bəziləri  “məf’ul  məə”  adı  ilə  -la,  -lə 
şəkilçiləri  ilə  səbəbiyyət  mənasını  verən  –çun,  -çün  şəkilçiləri  yapılan  halları... 
əlavə  edirlərsə  də,  yuxarıda  qeyd  etdiymiz  beş  hal  ilə  nə  ümumiyyət,  və  nə  də 
vəzifə  etibarilə  müqayisə  edəməyiz.  Əgər  belə  halları  tanıyacaq  olursaq,  o  vaxt 
halların məcmusu ondan-on beşə qədər vara bilir ” 

4, s.137


Bəkir  Çobanzadənin  bu  kateqoriya  ilə  bağlı  toxunduğu  problemlərdən  biri 
halların  adlandırılmasıdır.  Həmin  dövrdə  dilimizdə  müvafiq  terminlər 
olmadığından  müəllif  ərəb  mənşəli  terminlərə    (qarşılıq  kimi  Avropa  mənşəli 
terminlərdən də istifadə edib) müraciət etməli olmuşdur
 
Müzaf ileyh (genetivus)     -         -ın
4
, -nın

 
Məf’ul bih (accusativus)     -       -ı

 
Məf’ul ileyh (dativus)          -        -a
2
, -ya

 
 
Məf’ul fih (locativus)           -       -da
2
, -ta
2
 
 
Məf’ul ənh (exessivus)         -      -dan
2
, -tan

Alim  əslində  həmin  terminlərin  işlədilməsinin  əleyhinədir:  “Bu  təbirlərin 
həm lisaniyyat, həm də tədrisat nöqteyi-nəzərindən əlverişli olmadığı meydandadır. 
Lakin indiyə qədər bu cür istilahlar türkcədə düzəldilməmişdir. Onun üçün imdilik 
əski istilahları işlətməkdən başqa çarə yoxdur” 

4, s.137

. O bildirir ki, qazan-tatar, 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə