Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə22/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   18   19   20   21   22   23   24   25   ...   158

49 
 
görə,  XI  əsrə  doğru  türk-tatar  ləhcələrinin  “açıq  lisani  xüsusiyyətlərlə  ayrılmış 
olması”  M.Kaşğarinin  ərəblərə  türk  dilini  öyrətmək  məqsədilə  yazdığı  bu  əsərdə 
türk  şivələrinin  təmizliyi  və  fəsahətindən  bəhs  etməsinə  əsas  olmuşdur. 
”Lüğətlərin(ləhcə  və  şivə)  ən  fəsihi  bir  lisandan  başqa  lisan  bilməyən,  farslarla 
qarışmayan,şəhərlərə  enmək  adətində  bulunmayan  xalqlar  da  bulunur.  İki  lisanda 
qonuşan, şəhər xalqı ilə ixtilatda bulunan xalqların dilində rəkət,qarışıqlıq bulunur 
(1,161).  Qeyd  etmək  lazımdır  ki,a  limin  elmi  üslubu  özünəməxsusluğu  ilə  seçilir. 
Əvvəla, türkcə təhsil almış poliqlot bir türkoloq dilçilik terminlərini yaratmağa da 
cəhd  edir.  Əsərdə  ədəbi  dil,  ləhcə,  dil,  şivə,  dialekt,  lisan,  ləfz  sözlərinin  hələ 
termin səciyyəsi olmasa da, onun formalaşmasına cəhdlər vardır. Məsələn, Avropa 
dilçilərinin  təbirincə,o  da  müasir  arqo  və  jarqonları  şivə  hesab  edir:  ”Zadəgan, 
burjua, köylü və işçilərin, əsnaf xəlqinin özlərinə məxsus şivələri bulunur (1,162). 
Əsərdə “ədəbi dil”in mahiyyəti də müasir dilçilikdə nəinki hər tədqiqatçıya, 
hətta  hər  şagirdə  məlum  olan  “Ədəbi  dil  canlı  xalq  danışıq  dilindən  seçmə  və 
əvəzetmə  yolu  ilə  yaradılmış,  normaya  salınmış  süni  dildir”  hökmünün  tam 
əksidir.Müəllif yazır: ”Ədəbi dil, təbir etdiyimiz dil, çox dəfə hakim sinfin şivə və 
ləhcəsindən başqa bir şey deyildir” (1,162). Göründüyü kimi, burada da “ləhcə” və 
“şivə”  termini  də  müasir  anlamdakı  kimi  deyildir.  Professor  məsələyə 
münasibətinin  əsasını  fransız  dilçiləri  Qaston  Pari  və  Pol  Meyerin  fransız  dilinin 
hüdudlarının mümkünsüz olmasını guya sübut etmələrinə bağlayır. Əslində isə, bu, 
fransız  dilinin  aristokrat  təbəqənin  dili  kimi  bütün  Avropada  qəbul  edilməsinə 
yönəlmiş  səhv  bir  ideya  idi.  Əfsus  ki,  bu  dil  mifi  nəinki  bütün  Avropanı 
bürüdü,hətta  onun  hüdudlarını  da  aşdı.  Müəllif  bununla  İohan  Şmidtin  “Dalğa 
nəzəriyyəsi”nə  tərəfdar  olduğunu  əsaslandır.  B.Çobanzadə  dialektolojinin 
əhəmiyyətini  sübut  etmək  məqsədi  ilə  yenə  də  Fransada  dilçilik  atlasının  tərtib 
olunmasından bəhs edərək bu işlə dilçilikdə “lisani coğrafiya”adlı yeni bir şöbənin 
açilmasını bildirir. Görünür ki, professorun da “Dialektoloji atlas” yaratmaq istəyi 
olmuşdur: ”Ümumiyyətlə, bütün Avropa  məmləkətlərində bir çox zaman əvvəllər 
başlanmış olan canlı şivələr tədqiqi keçirməkdə olduğumuz əsrin başlarına doğru, 
dediyimiz kibi, lisan coğrafiyası şəklində təkrar dirilmişdir və daha  konkret, elmi 
bir şəkil almışdır(1,164). 
B.Çobanzadənin  ”Türk  dialektolojisinin  tarixçəsi”  başlığı  altında  irəli 
sürdüyü  mülahizələri  də  maraqlıdır.  Məsələn,  alim  türk  şivələrinin  varlığından 
xəbər verən ədəbiyyatların “fəqirliyini”, şərq filoloji məktəblərinin daha çox ədəbi 
dillərlə  məşğul  olmasında  görmüşdür.  Professor  bu  fikrinin  tələbələrində  ruhi 
düşgünlük  yaradacağını  hiss  edərək,  böyük  türkoloq  M.Kaşğarinin  üçcildlik 
“Divani-lüğət-it-türk”  əsərini  xatırladaraq,  onun  mahiyyətini  şərh  edir.  Sonra  bu 
mövzuya həsr olunmuş ikinci əsərin Məhəmməd bin Qeys tərəfindən miladi 1220-
ci  ildə  vəfat  etmiş  Qütbəddin  Məhəmmədin  oğlu  Cəlaləddin  Munkəburni  adına 
yazılsa da,indi əldə olmadığını qeyd edir. Müəllif nəinki bu əsərlər barədə müfəssəl 
məlumat  verir,  həm  də  yeri  gəldikcə  tənqidi  fikirlər  bildirməklə  təəssübkeş  bir 
türkçü olmasını da nümayiş etdirmişdir. İbn Mühənnanın “Kitabü-hilyətül-insan və 


50 
 
həlbətül-lisan”  əsərinin  imla  xətalarından  tutmuş,  ta  ki  itib-batmış  digər  türk  dilli 
ləhcələrə  dair  yazılmış  əsərləri  də  xatırladır.  Bunların  sırasında  ərəb  dilçisi  Əbu 
Həyyan  əl    Qərnatinin  “Kitabül-idrak-li-lisanil-ətrak”  və  “Koman  məcmuəsi”ni 
xüsusi qeyd edir. 
Əsərin  “Türk-tatar  şivələrininqarşılıqlı  münasibəti  və  təsnifi”  bölməsində 
türkologiyada dillərin Ural və Altay dilləri üzrə bölgüsü geniş şərh olunur. Burada 
İsveç  alimi  Fon  Stralenberqin,  ondan  daha  əvvəl,  1713-cü  ildə  türk-tatar  və  fin-
uqor dillərinin qarşılıqlı əlaqəsi olduğunu irəli sürən filosof Leybnitsin,Danimarka 
alimi R.K.Raskın, M.Müllerin, Kasten və Şottun bu sahədəki elmi xidmətlərindən 
bəhs  olunur.  Görkəmli  alim  bu  tədqiqatların  fonunda  M.Kaşğarinin  “Divani-lüğət 
it  türk”  əsərinin  qiymətini  nümayiş  etdirməyi  qarşısına  məqsəd  qoymuşdur. 
”Türklərin  qürur  mənbəyi”  adlandırdığı  bu  əsər  barədə  alim  yeri  düşdükcə 
münasibətini  bildirir.  Müəllif  M.Kaşğaridən  verdiyi  bu  sitatla  razılaşaraq,  “Türk 
dillərini şimdiyə qədər tədqiq edən lisançılardan heç birinin bu məsələdə diqqətcil 
və  qətiyyətli    olmadıqlarına  təəssüf  etmişdir.  İradlarını  əsaslandırmaq  üçün  şəxsi 
mövqeyini  irəli  sürür:  ”Dialektoloji  üçün  başlıca  məsələ  bu  lisani-sövti-şəkli 
ayrılıqların  bulunub  meydana  çıxarılmasıdır  (1,172).  Alimin  də  razılaşdığı  bu 
meyar  əsasında  M.Kaşğarinin  verdiyi  şivə  və  şivə  qruplarının  səciyyəvi 
xüsusiyyətləri  böyük  təmkin  və  həssaslıqla  şərh  olunur.B.Çobanzadə  türk 
dialektlərinin  bölgüsü  məsələsində  rus  və  Avropa  türkoloqlarının  xidmətlərini  də 
unutmamışdır.  Əvvəlcə  V.Radlovun  iki  cildlik  “Türk  şivələrinin  sövti 
xüsusiyyətlərinə  görə  təsnifi”  əsərində  onların  dörd  qismə  bölməsi  təfərrüatı  ilə 
şərh  olunur.  Vaxtilə  V.Radlovun  bu  bölgüsünə  münasibət  bildirmiş  N.A.Aristov, 
H.Vamberi,N.F.Katanov,akademik  Korş  kimi  türkoloqların  nəzəri  fikirlərini  izah 
edir.  Professor  özü  də  İlminski  və  Samoyloviç  kimi  türkoloqların  da  qərara 
gəldikləri “türk-tatar şivələrinin təsnif işinin başa çatması üçün tarixi və müqayisəli 
türk qrammatikasının əsaslı işlənməsi” ideyasını qəbul edir. Beləliklə,1926-cı ildə 
Bakıda keçirilən I Türkoloji qurultayda “Türk şivələrinin münasibəti” mövzusunda 
çıxışında  mövzu  ilə  bağlı  problem  qaldırır.  Həmin  təkliflər  qurultay  tərəfindən 
qəbul olunmuş qərarda da öz əksini tapmışdır: 
1)  “Hər  dil  və  şivə  ayrı-ayrı  tədqiq  edilməli  və  bunların  müfəssəl,dərin 
tədqiqlər üzərinə tərtib edilmiş lüğət və elmi sərfləri meydana gətirilməlidir.                                                 
2)Türk  dilləri  və  şivələrinin  tarixi-müqayisəli  sərfini,müqayisəli  iştiqaq 
lüğətini  və  təsnifini  vücuda  gətirmək  üçün  lazım  gələn  hazırlıqlar 
görülməlidir(1,190). 
B.Çobanzadə özünə qədərki türk dillərinin müxtəlif bölgülərinin şərhindən 
sonra başlıca türk-tatar şivələrini 12 bölgüdə ümumiləşdirir:”Çuvaş-yakut-Sibir və 
Altay-Yenisey-Uryanxay-qazax  və  qırğız-Şərqi  Türküstan-Türküstan-Ural  və 
Volqaboyu-Qazax-Cənubi Rusiya-Kiçik Asiya“ (1,191). 
Alim adları qeyd olunan türk xalqlarının mənşəyi, yerləşdiyi ərazilər,təqribi 
sayları  barədə  məlumat  verməklə  bərabər,  həmin  şivələrin  tədqiqatçılarının 
mülahizələrinə  aydınlıq  gətirmişdir.  Əlbəttə,  Azərbaycanda  bir  alim  və  müəllim 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə