Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə30/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   26   27   28   29   30   31   32   33   ...   158

65 
 
öyrənmək  üçün  dörd  nəfərdən  (S.Ağamalıoğlu,  C.Məmmədquluzadə,  V.Xuluflu, 
X.Səid)  ibarət  nümayəndə  heyəti  Bakıdan  Türküstana  “Əlifba  səyahətinə” 
yollandılar. Öncə, Ağməscidə gələn nümayəndə heyəti burada Bəkir Çobanzadəni 
nadir  bir  tapıntı  kimi  kəşf  edib  Azərbaycana  gəlməsinə  və  Yeni  Türk  Əlifba 
Komitəsinin  elmi  işlərinə  rəhbərlik  etməsinə  razılıq  aldılar.  Bu  əhvalatdan  sonra 
B.Çobanzadə elmi yaradıcılıqla, xüsusilə də yeni əlifbaya keçid məsələsi ilə daha 
da ciddi məşğul olmağa başlamışdır. Belə ki, S.Ağamalıoğlunun dəvəti ilə o, 1924-
cü  ilin  sentyabrında  Yeni  Türk  Əlifba  komitəsinə  elmi  rəhbərlik  etmək  üçün 
Bakıya  gəlir.  Bakıya  gələn  kimi  gərgin  elmi,  pedaqoji  və  ictimai  fəaliyyətə 
başlayır. O, Bakıda bir sıra vəzifələrdə çalışır: Yeni Türk Əlifba komitəsinin elmi 
rəhbəri,  ADU-nun  türk  dili  və  ədəbiyyatı  kafedrasının  professoru  və  müdiri,  Şərq 
fakültəsinin  dekanı,  Maarif  nazirliyinin  nəzdində  terminologiya  komitəsinin 
rəhbəri və s. O, Azərbaycanda fəaliyyət göstərdiyi 13 il müddətində dilçiliyimizin, 
ədəbiyyatşünaslığımızın,  habelə  dil  və  ədəbiyyat  tədrisi  metodikası  elminin 
inkişafına  dəyərli  töhfələr  verərək,  adı  çəkilən  sahələrə  aid  15  kitab  və  100-dən 
artıq  elmi  məqalə  qələmə  almışdır.    Ən  əsası  da  Azərbaycanda  dilçilik  elminin 
gələcək  inkişafını  təmin  edəcək  yüksək  ixtisaslı  milli  filoloq  mütəxəssislərin 
hazırlanmasında  B.Çobanzadənin  xidməti  yüksək  qiymətləndirilməlidir.  Yəni 
Azərbaycanın  filologiya  sahəsində  görkəmli  alimləri  olan  M.A.Dadaşzadə, 
M.Şirəliyev,  F.Qasımzadə,  Ə.Dəmirçizadə,  M.Hüseynzadə  və  başqaları 
B.Çobanzadənin yetirmələri olmuşlar. 
B.Çobanzadə ilə bağlı qeyd etdiyimiz bu məsələlər onun nə dərəcədə geniş 
– ensiklopedik yaradıcılığa malik bir şəxsiyyət olmasını bir daha göstərir.      
B.Çobanzadənin  əlifba  məsələsi  ilə  bağlı  fəaliyyətinə  və  bu  məsələ  ilə 
əlaqəli  olan  fikirlərinə  bir  sıra  mənbələrdə  rast  gəlinir.  Belə  mənbələrə  qeyd 
etdiyimiz  “Əlifba  səyahəti”ni,  həmçinin  səyahət  zamanı  baş  verən  hadisələri 
özündə əks etdirən və 1929-cu ildə Xalid Səid Xocayev tərəfindən birləşmiş yeni 
türk əlifbası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilən “Yeni əlifba yollarında əski 
xatirə  və  duyğularım”  adlı  kitabı,  B.Çobanzadənin  ayrı-ayrı  illərdə  əlifba 
məsələsinə həsr olunmuş məqalələrini, Türkoloji qurultayda və digər konfranslarda 
söylədiyi çıxışlarını aid etmək olar. 
B.Çobanzadənin  əlifba  ilə  bağlı  fikirlərinə  nəzər  salmaq  üçün,  əvvəlcə, 
X.Səidin adı çəkilən kitabına nəzər yetirək. Bu kitabda 1923-1929-cu illər arasında 
əlifba  məsələsi  ilə  əlaqəli  Xalid  Səidin  şahidi  olduğu  bütün  hadisələr  bir  az  da 
bədiiləşmiş  formada  öz  əksini  tapmışdır.  Həm  də  bu  kitab  Çobanzadənin  əlifba 
görüşləri  ilə  tanış  olmaq  üçün  ən  dəyərli  mənbə  hesab  edilməlidir.  Çünki  bu 
kitabda B.Çobanzadənin həm əlifba  səyahətinə çıxan nümayəndə  heyəti ilə əlifba 
məsələsi  ətrafındakı  mükalimələri,  həm  də  Yeni  Türk  Əlifba  komitəsində, 
Türkoloji  qurultayda  və  qurultaydan  sonrakı    dövrdə  əlifba  məsələsi  ilə  əlaqədar 
olan  fəaliyyəti  işıqlandırılmışdır.  Belə  ki,  əlifba  səyahətinə  gedən  nümayəndə 
heyətinin  üzvləri  ilə  söhbət  zamanı  və  həmin  məsələ  ilə  bağlı  keçirilən  iclasda 
B.Çobanzadə  yeni  əlifbaya  keçid  məsələsinə  münasibət  bildirmiş  və 


66 
 
S.Ağamalıoğlunun  çıxışından  sonra  onun  yeni  əlifbayla  bağlı  fikirlərinin  tamam 
dəyişdiyini  vurğulamışdır.  Yəni  o,  əvvəlcə,  yeni  əlifbaya  keçməyin  tərəfdarı 
deyildi. Məhz Səməd Ağamalıoğlunun çıxışı onu əvvəlki fikrindən döndərmişdir.  
  Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinin  əlifba məsələsi ilə 
bağlı  krımlıların  fikirlərini  öyrənmək  məqsədilə  Ağməsciddə  keçirdikləri  iclasda 
iclasın  sədri  B.Çobanzadəyə  də  söz  verir.  O,  fikrini  belə  izah  edir:  “Yoldaşlar, 
əlifbaya əvvəla elmi nöqteyi-nəzərdən yanaşalım: əlifbanı bir lisanda mövcud olan 
səslərə  görə  təşkil  etmək  lazımdır.  Ərəb  əlifbası  lisanımızda  olan  səsləri  ifadədən 
acizdir.  İkinci:  bir  lisan  şəxsi  deyildir,  ictimai  bir  müəssisədir  (əhalinin  ümumi 
nəzəri  etibara  alınmalı).  Üçüncü:  bir  cəmiyyətin  təşəkkülü  süni  deyil,  təbiidir; 
madam  ki,  cəmiyyət  təşəkkül  etmiş,  onun  mazisi  –  keçmişi  unudulmamalıdır. 
Dördüncü:  yazıda  fənni  tərbiyə  dəxi  nəzəri  etibara  alınmalıdır.  Beşinci:  bizə  bir-
birinə  yaxın  dildə  danışan  türk-tatar  xalqlarını  kəndi  ətrafına  hərs  –  elm  və 
mədəniyyət yolu ilə sürətlə irəlilədəcək bir əlifba lazımdır. 
Sizin  əvvəlcə  təklif  etdiyiniz  əlifba  xüsusunda  bizim  fikrimiz  tamamilə 
başqa  idi;  verdiyiniz  izahatdan  sonra  bizə  qənaət  hasil  oldu  ki,  mədəniyyətcə 
irəliləmək üçün bu əlifbanı (latın əlifbasını – R.B) qəbul etməkdən başqa çarəmiz 
yoxdur” (4, 21). Buradan aydın olur ki, B.Çobanzadə əlifba məsələsinə kor-koranə 
deyil, elmi nöqteyi-nəzərdən yanaşmağı məsləhət bilir. Yəni əlifba məsələsinə həm 
texniki,  həm  də  ictimai-siyasi  cəhətdən  yanaşmanı  vacib  hesab  edir.  Bu  da  onun 
əlifba  məsələsinə  heç  də  birtərəfli  yanaşmadığını  göstərir.  Burada  o,  ərəb 
əlifbasının  türk  dillərinin  səs  tərkibini  ifadə  etməkdə  aciz  olduğunu  qeyd  edərək, 
türk xalqlarını sürətlə irəli aparacaq yeni bir əlifbanın qəbul edilməsinin vacibliyini 
vurğulayır.  Həmçinin  buradan  Səməd  Ağamalıoğlunun  əlifba  ilə  bağlı  söylədiyi 
nitqə kimi B.Çobanzadənin yeni əlifbaya keçidin tərəfdarı olmadığı da aydın olur. 
Bunu  biz  B.Çobanzadənin  bu  nitqindən  əvvəl  Səməd  Ağamalıoğlunun  “...yoldaş 
Çobanzadə,  de  görüm,  burada  (Krımda  –  R.B)  yeni  əlifba  məsələsi  necədir?” 
sualına cavabında da görürük. Çobanzadə həmin suala belə cavab verir: “Əlifba və 
imla  xüsusunda  Krım  gəncliyində  üç  cərəyan  vardır:  birinci,  islahatçılar;  bunlar 
ərəb  əlifbası  üzərində  qazanlılar  tərəfindən  yapılan  islah  tərzində  bir  islahat 
yapmaq istəyirlər. İkincisi, latın hürufatı tərəfdarlarıdır. Bunlar hənuz müəyyən bir 
şəkil göstərməmişlər. Üçüncü, rus hürufatını qəbul etmək istəyənlərdir; bunlar da 
hənuz müəyyən bir şəkil göstərməmişlərdir” (4, 15). 
B.Çobanzadə  burada  göstərdiyi  cərəyanların  hansının  tərəfdarı  olmasını 
deməsə  də,  hər  halda  bizə  aydın  olur  ki,  o,  latın  əlifbası  haqqında  həmin  vaxta 
qədər  düşünməmişdir.  Professorun  məsələnin  mahiyyətini  dərk  edərək  fikrini 
dəyişməsini mütərəqqi hal hesab edirik. Onun həmin əhvalatdan sonra Bakıda yeni 
əlifba ilə bağlı gördüyü mühüm işlər bu qənaətimizi bir daha təsdiq edir. 
Həmin  iclasda  fikrini  davam  etdirən  professor  yeni  əlifbanın  həyata 
keçirilməsini  təmin  etmək  üçün  xüsusi  bir  komissiya  yaradılmasını  və  bu  işlərin 
vahid bir mərkəzdən idarə edilməsini təklif edir. Həmçinin Azərbaycanın paytaxtı 
Bakını  belə  bir  mərkəzin  yerləşəcəyi  məkan  kimi  dəyərləndirir.  Bu  işdə  isə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə