Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə29/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   25   26   27   28   29   30   31   32   ...   158

63 
 
onun  əleyhinə  “İnqilab  və  mədəniyyət”  jurnalında  məqalələr  çap  olunmağa 
başlayır”  [2, 6]. Bunlardan biri Mikayıl Rəfilinin “Professor Çobanzadənin burjua 
metodologiyası  əleyhinə”  adlı  məqaləsidir.  Tənqidçi  Çobanzadənin  türkçülük 
haqqında görüşlərini antiproletari, antimarksist adlandırmış və onun dili ilə desək, 
alimin burjua konsepsiyasının ifşasını dövrün başlıca siyasi vəzifəsi hesab etmişdir. 
Alimin  “Türk  tatar  lisaniyyətinə  mədxəl”  adlı  kitabını  əsas  ifşa  hədəfi  götürən 
M.Rəfili  böyük  türk  təəssübkeşi  Çobanzadənin  “böyük  Turan”  iddiasında 
olduğunu,  türk-tatar  dillərini  ümumi  bir  əsas  üzrə  birləşdirməyi  -  türk  dillərinin 
birliyini qarşısına vəzifə qoyduğunu, türk-tatar xalqlarının ədəbiyyatlarının da bir-
birinə  bağlı  olaraq  tədqiq  edilməsinin  vacibliyi  vurğulayaraq  onu  bu  görüşlərinə 
görə  pantürkist  və  burjua  millətçisi  kimi  adlarla  damğalamışdır.  Təəssüflə  qeyd 
etməliyik  ki,  tənqidçi  Çobanzadənin  türk  xalq  və  ədəbiyyatının  böyüklük  və 
qüdrətini  göstərmək,  türk  xalqlarının  ümumi  yolunu  göstərmək  və  onun  tarixi 
keçmişini  yüksəltmək  yolundakı  əvəzolunmaz  milli  təəssübkeçliyini  kəskin  ifşa 
edir və Çobanzadəni repressiyaya  aparan yolu genişləndirmək üçün əlindən gələni 
əsirgəmir.  Özünü  marksist  və  proletar  ədəbiyyatın  ciddi  tərəfdarı  hesab  edən 
M.Rəfili  qəti  bir  inamla  “kommunist  və  marksist  tənqidinin  amansız  atəşi 
Çobanzadənin burjua mahiyyətini ifşa edəcəkdir” [3, 34] deyə vurğulayır.  
Beləliklə,  B.Çobanzadə  həm  bir  dilçi  alim,  həm  də  görkəmli  ədib,  şair  və 
publisist  kimi türk dünyasının  yetirdiyi  ən görkəmli şəxsiyyətlərdən biri olmaqla, 
çoxşaxəli  yaradıcılığı  ilə  dünya,  eləcə  də  Azərbaycan  tədqiqatçıların  diqqətini 
özünə cəlb etməkdədir. Bu gün türk dünyasında B.Çobanzadənin anadan olmasının 
120  illiyinə  həsr  olunmuş  konfransların,  simpoziumların  keçirilməsi,  əsərlərinin 
nəşri, haqqında yazılan məqalələr və s. buna əyani dəlil və sübutdur. 
 
ƏDƏBİYYAT 
1. 
Abid Tahirli. Bəkir Çobanzadə ve İsmayıl Qaspıralı haqqında // 525-ci qəzet, 22 
iyun 2012. 
2.  İradə  Əliyeva.  Yarımçıq  qalmış  ömrün  hekayəti  //  “Azərbaycan”  qəzeti,    2 
sentyabr 2012. 
3.  Mikayıl  Rəfili.  Professor  Çobanzadənin  burjua  metodologiyası  əleyhinə”  // 
İnqilab və mədəniyyət jurnalı, səh. 34, Bakı, 1931. 
4. Ramiz Əskər. Böyük alim  və  ədib Bəkir  Çobanzadə /  ön söz-Bəkir  Çobanzadə. 
Seçilmiş şeirləri,  səh. 7-8, Bakı, 2011. 
5.  Repressiyaya  məruz  qalan  türk  alimi  Bəkir  Çobanzadə  //  “Azadlıq”  qəzeti,  23 
iyun 2011. 
6. Vilayət Quliyev. Bəkir Çobanzadə // 525-ci qəzet, 23 oktyabr  2010.
  
 
 


64 
 
Ramil Bayramov
*
 
 
BƏKİR ÇOBANZADƏ VƏ ƏLİFBA MƏSƏLƏSİ 
 
Əlifba  bir  xalqın  yalnız  yazıb-oxuma  texnikasını  özündə  ehtiva  etdirmir. 
Əlifba  xalqın  düşüncəsini,  psixoloji  durumunu  və  bir  qədər  də  cəsarətlə  desək, 
adət-ənənəsini  özündə  təcəssüm  edir.  Yəni  əlifbaya  təkcə  texniki  cəhətdən  deyil, 
həm  də  ictimai-siyasi  nöqteyi-nəzərdən  də  yanaşılmalıdır.  Yalnız  bir  faktı  demək 
kifayətdir ki, dünyada onlarla  ərəb ləhcələri olduğu halda ərəb əlifbası bütün ərəb 
dünyasını  birləşdirə  bilir.  Buna  görə  də  hər  hansı  əlifbanı  öyrənməyə  çalışsaq, 
həmin əlifbanın mənsub olduğu xalqın etnopsixoloji durumuna, etnogenezisinə və 
etnoqrafiyasına  nəzər  yetirmədən  keçinmək  mümkün  deyildir.  Bu baxımdan  XIX 
əsrdən  başlayaraq  türk  xalqlarının  istifadəsində  olan  ərəb  əlifbası  və  bu  əlifbanın 
türk dillərinə həm texniki, həm də ictimai-siyasi baxımdan uyğun gəlib-gəlməməyi 
barədə müxtəlif fikirlər meydana gəldi. İlk dəfə M.F.Axundov ərəb əlifbasının türk 
dillərinin milli ruhuna uyğun olmadığını və bu əlifbanın nə fonetik, nə də morfoloji 
baxımdan türk dillərinə, xüsusilə də  Azərbaycan dilinə  yaramadığını elmi şəkildə 
izah etmişdir. Hətta Axundov ərəb əlifbası üzərində islahat işləri apararaq bir neçə 
əlifba  layihəsi  də  hazırlamışdır.  Lakin  sonda  bu  əlifbada  islahat  aparılmasının  da 
faydasız  olduğunu  dərk  edərək,  yeganə  çıxış  yolunu  latın  qrafikalı  əlifbaya 
keçməkdə  görmüşdür.  Məhz  Axundovdan  sonra    bir  sıra  görkəmli  mütəxəssislər 
türk əlifbasının islahatı yolunda və yeni əlifbaya – latın əlifbasına keçməklə bağlı 
fəaliyyət  göstərmişdilər.  Belə  görkəmli  alimlərdən  biri  də  əslən  Krım  tatarı  olan 
professor Bəkir Çobanzadə olmuşdur.  
        Qeyd  edək  ki,  Bəkir  Çobanzadə  Azərbaycan  xalqının  elmi-mədəni  və 
ictimai  həyatında  çox  mühüm  işlər  görmüşdür.  O,  ədəbiyyat,  dil,  dil  tarixi, 
dialektologiya, əlifba, imla – orfoqrafiya, metodika və s. məsələlərlə  bağlı bir çox 
ilkinlərə  imza  atmışdır.  Bu  ilkinlər  sırasından  “Türk-tatar  lisaniyyətinə  mədxəl”  
(1924)  adlı  əsərini  göstərmək  kifayətdir.  Belə  ki,  o,  bu  əsəri  yazmaqla 
Azərbaycanın  dilçilik  elmi  tarixində  yeni  bir  sahənin  –  “Türkologiya”nın  əsasını 
qoymuşdur.   
  Bəkir  Çobanzadənin  yaradıcılıq  xəritəsi  o  qədər  genişdir  ki,  onun 
hamısından danışası olsaq, cild-cild kitablar yazmalı olarıq. Bu məqaləmizdə onun 
əlifba  məsələsi  ilə  bağlı  fəaliyyətini,  xüsusilə  də  Azərbaycanda  latın  əlifbasının 
qəbulu prosesindəki fəaliyyətini işıqlandırmağa çalışacağıq.  
Bəkir Çobanzadənin  Azərbaycana  gəlişi çox  maraqlı bir  əhvalatla bağlıdır. 
1923-cü  ilin  sentyabrında  Azərbaycandan  türk  xalqlarının  yaşadıqları  ərazilərə 
oradakı  insanların  yeni  əlifbanın  qəbul  edilməsi  məsələsinə  münasibətlərini 
                                                           
*
Bayramov  Ramil  -  Bakı  Dövlət  Universitetinin  “Türkoloji  araşdırmalar”  elmi-tədqiqat 
laboratoriyasının  əməkdaşı,  Azərbaycan  Dillər  Universitetinin  filologiya  üzrə  fəlsəfə 
doktorantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə