Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə37/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   33   34   35   36   37   38   39   40   ...   158

80 
 
mizdə  çox  böyük,  çox  yüksək,  hündür  mənasını  da  ifadə  edir:  göyün  yeddi  qatı 
(mərtəbəsi), göy boyda dağ… Yuxarıdakı onomastik vahidlərin tərkibindəki -cə isə 
qoşmadır.  Deməli,  Gögcə  dağ  «çox  hündür  dağ»,  Gögcə  dəŋiz  isə  «çox  böyük 
dəniz  (göl)»  mənasındadır.  Oğuzun  oğullarından  dördüncüsünün  adının  səma 
anlamlı  «Gög»  olması  da  dediklərimizi  təsdiqləyir:  «Altı  oğuldan  ən  böyüyünün 
adı  Gün  idi,  yəni  Günəş,  ikincisinin  adı  Ay,  yəni  ay  (mah),  üçüncüsünün  adı 
Yulduz, yəni ulduz (setarə), dördüncüsünün adı Gög, yəni göy (səma), beşincisinin 
adı Taq-yəni dağ (kuh) və altıncısının adı Dəniz, yəni dəniz (dərya idi)».
‡‡‡‡
 
Başqa  faktlara  diqqət  yetirək:  M.Seyidov  səma  anlamlı  «Göy»  sözünün 
ilkinliyini  xüsusi  olaraq  vurğulayır:  «Türkdilli  xalqlarda  Göy  –  tanqrı  sayılırmış. 
Hər  şey  onun  iradəsinə  tabe  imiş.  Buna  görə  də  tanrı-Göy  sonralar  tanqrı  –  allah 
anlamını  da  almışdır.  Bəllidir  ki,  tanqrı  ilkin  göy  –  səma  demək  imiş».
§§§§
 
R.Qafarlı  «Kitab»da  işlənmiş  «Qazan  gög  alan  çəmənə  çadır  dikdirdi» 
cümləsindəki «gög» sözünü mifik dünya modeli baxımından izah edir: «…burada 
qurulan  çadır  göylə  əlaqələndirilir.  Məhz  qam  inamında  göstərilir  ki,  dünyanın 
bütövlüyünə qarşı yönələn təhlükələr aradan qaldırılanda el Göy Tanrının şərəfinə 
göy altında mifik dünya modelini simvollaşdıran göy rəngli, başı göyə çatan çadır 
qurmalıdır;»
*****
  H.Məmmədli  «Gögcə  tağ»  oroniminə  təkcə  «Kitab»ın  coğrafi 
koordinatları yox, həm də müasir türk toponimikası kontekstində yanaşaraq maraq-
lı mülahizələr irəli sürür: «Gögcə dağ, Cızıqlar, Ala dağ bir-birinə yaxındır. Vaxtilə 
bu  ərazidə  yaşayan  aborigen  azərbaycanlılar  arasında  bu  dağ  Göy  dağ,  həm  də 
Göydağlar  adlanmışdır.  Göy  dağ  Çıldır  gölünün  şərqindədir.  Axalkələk 
ərazisindəki Mingöllər sıra dağlarına aiddir. Otlaqlarla zəngin, göz oxşayan, gözəl 
yaylası  var»
†††††
  (haşiyə:  burada  adı  çəkilən  dağlar  qorqudşünas  Hüseynqulu 
Məmmədlinin  hər  daşına,  gülünə,  çiçəyinə  bələd  olduğu,  qarış-qarış  gəzdiyi,  buz 
bulaqlarından  doyunca  su  içdiyi,  başı  dumanlı-çiskinli,  qarlı  dağlardır);  S.Vurğun 
«Göyəzən»  oronimini  məhz  səma  anlamlı  «göy»  sözü  ilə  müqayisəli  şəkildə 
təqdim  edir:  Göylərə  baş  çəkir  Göyəzən  dağı…;  Nəhayət,  «Gögcə»  oronimini 
«Kitab»dakı  «Yarpağlu  gökçə  çəmən  güzə  qalmaz»  atalar  sözünün  tərkibindəki 
«gökçə»  sözü  deyil,  «Gög  alaŋ  görklü  çəmənə  çadır  tikdi»  cümləsindəki  böyük, 
hündür  anlamlı  «gög  alaŋ»  vahidi  kontekstində  araşdırmaq  lazımdır.  Əslində, 
burada  geniş  bir  araşdırmaya  da  ehtiyac  yoxdur.  Sadəcə  olaraq,  Qazan  xan  və 
təhkiyəçinin  dilindən  verilmiş  parçaları  qarşılaşdırmaq  lazımdır.  Qazan  obrazının 
dilində:  «Kafər  sərhəddinə  Cızığlara,  Ağlağana,  Gögcə  tağa  aluban  çıqayın…»; 
Təhkiyəçinin dilində: «Av avladı, quş quşladı. Sığın – keyik yıqdı. Gög alaŋ görklü 
çəmənə çadır tikdi» (bu cümlələr eyni sintaktik bütövdən götürülmüşdür). Bu isə o 
deməkdir  ki,  təhkiyəçi  «gög  alaŋ  görklü  çəmən»  (böyük  gözəl  çəmən)  deməklə 
                                                           
‡‡‡‡
Ф.Ряшидяддин. Оьузнамя. Бакы, 1992, с.25. 
15
 М.Сейидов. Азярбайъан халгынын сойкюкцнц дцшцняркян. Бакы, 1989, с.163-164. 
*****
Р.Гафарлы. Азярбайъан тцркляринин мифолоэийасы. Бакы, ДДА, 2010, с.30. 
†††††
Щ.Мяммядли. Дядям Горгуд эязян йерди бу йерляр. Бакы, 1999, с.193. 


81 
 
birbaşa «Gögcə» dağına işarə edir. Bu qeydlər belə bir həqiqəti də söyləməyə im-
kan verir: Gögcə tağ və Gögcə dəŋiz vahidlərinin semantika baxımından eyni xətdə 
birləşməsi «Kitab»da dağ və su kultlarının birlikdə təzahür etdiyini göstərir. 
Yazılı və şifahi ədəbiyyatımızda Göyçə dağı və Göyçə gölü adlarına çox rast 
gəlinir  ki,  bu  da,  heç  şübhəsiz,  mətnin  poetik  siqlətini  qüvvətləndirməyə  xidmət 
edir. Burada bir bayatını xatırlatmaqla kifayətlənirik: 
Tər çiçək Göyçə eli, 
Güzgüsü Göyçə gölü, 
Ələsgər yaradıbdı, 
Sazında «Göyçə gülü». 
Günortac.  Basat  obrazının  dilində  müşahidə  olunur:  «Qalarda-qoparda 
yerim  Günortac!»  A.Hacıyev  «Günortac»la  bağlı  V.V.Bartold,  A.N.Kononov, 
H.Araslı,  M.Cahangirov  kimi  alimlərin  fikirlərini  saf-çürük  etdikdən  sonra 
M.Kaşğarinin  «Divan»ında  işlənmiş  günəş  görməyən  anlamlı  «kuz  dağ»  (quzey 
dağ)  birləşməsinin  leksik-semantik  yükünə  əsaslanaraq  yazır:  «Kuz  dağ  «quzey 
dağ  anlamını  verdiyi  kimi  «Gün  Ortac»da    «Güney  Ortac»,  yəni  Şərq  Ortac 
anlamını verir. Bu mülahizə həm də Basatın Boz oqlardan olması və öz növbəsində 
Boz  oqların  Ulu  Oğuz  yurdu  Ortağın  sağ  yönümündə,  yəni  güney,  günçıxan 
tərəfində yaşamaları ilə bağlı tarixi həqiqətlərə uyğun gəlir. «Ortac» sözünə gəlincə 
isə  o,  qeyd  etdiyimiz  kimi,  qədim  Oğuz  yurdu  «Ortaq»  adının  fonetik  dəyişikliyə 
uğramış  variantıdır…  «Ortac»  yer  adı  «uca  dağ»  deməkdir.  Həmin  toponimin 
sonralar  «Ulu  dağ»  adlandırılması  bu  mülahizənin  düzgünlüyünə  yetərincə  əsas 
verir».
‡‡‡‡‡
  S.Rzasoy  Oğuz  mifoloji  görüşləri  ilə  bağlı  mənbələrə  istinad  edərək 
maraqlı  mülahizələr  söyləyir:  «…Kosmosu  təmsil  edən  Basatın  Oğuz  kosmik 
dünya  modelindəki  yeri  kosmik  zirvə  –  Günəşin  zenit  vəziyyətində  durduğu  mə-
qamdır. Bu halda Təpəgözün yeri ona tərs proyeksiyada dayanan xaosdadır. Basat 
Günəşi,  gündüzü,  Təpəgöz  gecəni  simvollaşdırır.  Təpəgözün  gözü  onun  bir  gecə 
olaraq udduğu Günəşdir. Basat onun gözünü çıxarmaqla Günəşi azad edir…».
§§§§§
 
Deməli, A.Hacıyev «Günortac»ı Oğuzların yaşadığı yer-yurd mənasında, S.Rzasoy 
isə Oğuz mifoloji düşüncə sistemi müstəvisində təhlil süzgəcindən keçirir. Hər iki 
izah  mətnin semantik  yükünə əsaslanılmaqla  verildiyi,  həm də tutarlı arqumentlər 
gətirildiyi üçün elmi və inandırıcıdır. 
«Kitab»da  «Günortac»  sözü  ilə  səsləşən  «Ortac  qır»  yer  adına  da  təsadüf 
olunur: 
Ağ  qayanıŋ  qaplanınıŋ  erkəgində  bir  köküm  var,  Ortac  qırda  siziŋ 
keyikləriŋüz turğurmıya. 
A.Hacıyev «Ortac qır» barədə yazır: «Qır sözünün qədim «təpə» mənasına 
istinad  edərək  bu  birləşməni  «Ortac  təpə»  kimi  anlamaq  olar».
******
  Fikrimizcə, 
                                                           
‡‡‡‡‡
А.Щаъыйев. «Дядя Горгуд китабы»: охунушлар, ачымлар. Бакы, 2007, с.178-179. 
§§§§§
С.Рзасой. Оьуз мифи вя Оьузнамя епосу. Бакы, 2007, с.138-139. 
******
А.Щаъыйев. «Дядя Горгуд китабы»: охунушлар, ачымлар. Бакы, 2007, с. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə