Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə40/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   36   37   38   39   40   41   42   43   ...   158

86 
 
Tibet  əlifbasının  mənşəyi  barədə  elmdə  iki  mülahizə  mövcuddur.  Bu 
mülahizələrdən  biri  yerli  əfsanə  əsasında  formalaşmışdır.  Rəvayətə  görə,  Tibet 
əlifbası b.e. 630-cu ilində birbaşa Hindistandan götürülmüş və onun əsasında Tibet 
dilinə  qismən  uyğunlaşdırılmışdır.  İkinci  mülahizə  A.H.Franke  və  A.Hörnle 
tərəfindən  irəli  sürülmüşdür.  Onların  fikrincə,  Tibet  əlifbası  birbaşa  Hindistandan 
alınmamışdır.  A.H.Franke  və  A.Hörnle  sübut  etməyə  çalışırlar  ki,  Mərkəzi 
Asiyanın  monastrlarında  Şimali  Hindistan  əlifbalarının  bir  tipi  olan  qupta 
əlifbasının xüsusi forması işlənib hazırlanmış, həmin xüsusi variant sonralar Tibet 
əlifbasının əsasında dayanmışdır. Belə bir fikir XIX əsrdə yazı tarixi üzrə görkəmli 
alim  K.Faulman  tərəfindən  də  söylənilmişdir.  Onun  fikrincə,  bu  yazını  Thonmi-
Sambhoda  b.e.  VII  əsrində  hind  yazısından  alaraq  Tibet  dilinə  uyğunlaşdırmışdır 
(29,  s.  127).  İ.N.Komarova  yazır  ki,  VII  əsrdə  Tibet  hökmdarı  Sronszan  Qambo 
Thonmi-Sambhodanın rəhbərliyi altında Hindistana bir neçə alim göndərir.  Onlar 
Tibetə  qayıtdıqdan  sonra  hind  əlifbası  əsasında  Tibet  əlifbasını  yaradırlar  (12,  s. 
12).  
Qeyd  etmək  lazımdır  ki,  hər  iki  halda  Tibet  əlifbası  öz  mənşəyinə  görə 
brahmi  yazısına,  yaxud  onun  şimal  variantına  söykənir  (24).  İstənilən  hind 
əlifbasını  (brahmi,  kxoraştxi,  devanaqari,  qupta,  naqari,  benqali,  şarada,  oriya, 
krişna və s.) Tibet dilinin səs quruluşuna uyğunlaşdırmaq kifayət qədər çətindir və 
bir  sıra  problemlərlə  müşayiət  olunur.  Məsələ  ondadır  ki,  hind  əlifbaları  hind-
avropa dillərinin səs quruluşuna uyğunlaşdırılmış bir yazı sistemidir. Tibet dili isə 
hind-avropa  dili  deyil.  Bu  dil  tay-tibet  dilləri  ailəsinə  daxildir.  Bu  dillər  hind-
avropa  dillərindən  fərqli  olaraq  monosillabuk  dillər  olduqlarından  burada  tonlar 
mənafərqləndirici funksiya daşıyır. Yəni eyni sözü müxtəlif tonlarla dedikdə həmin 
sözün mənası dəyişir. Məhz bu baxımdan hind əlifbası Tibet dilinin səs quruluşuna 
uyğunlaşdırılarkən  əlifba  əlavə  işarələrin  hesabına  daha  çox  işarəyə  malik  olmalı 
idi. 
Tibet əlifbası da hind əlifbaları kimi heca yazısı ilə əlifba arasında olan bir 
yazı  sistemidir.  Hind  əlifbalarında  olduğu  kimi,  burada  da  hər  bir  qrafem  ayrıca 
samiti deyil, “samit + a” hecasını bildirir. Tibet yazısının əsas xüsusiyyəti bundan 
ibarətdir  ki,  hər  bir  hecadan  sonra  sətrin  yuxarısında  sağ  tərəfdən  nöqtə  işarəsi 
qoyulur. Bundan başqa, Tibet əlifbasının kəsir cəhətlərindən biri bu dildə mövcud 
olan  tonların  yazıda  öz  əksini  tapa  bilməməsidir.  Məsələ  ondadır  ki,  Tibet  dilinə 
qohum  olan  Birma  dilində  hind  əlifbası  əsasında  yaranmış  yazıda  tonları  ifadə 
etmək  mümkündür  (29,  s.  147).  Bu  cəhət  tay  (siam)  əlifbasına  da  aiddir. 
K.Faulman yazır ki, siam dili (tayca) təkhecalı bir dildir və Çin dili kimi, uyğun səs 
tərkibinə malik sözlər fərqli tonlar sayəsində ayırd edilir (29, s. 150).  
Elmi ədəbiyyatda Tibet əlifbasının iki variantı fərqləndirilir. Bunlardan biri 
kitab  və  çap  şriftləri  olan  u-çen  (yaxud  utşen)  (başlıqlı)  variantı,  digəri  isə  kursiv 
yazı  üçün  nəzərdə  tutulmuş  u-med  (yaxud  umin)  (başlıqsız)  variantıdır.  U-çen 
variantı  daha  qədim  yazı  tərzidir.  Bu  variant  özünü  lamaizmə  aid  müqəddəs 
kitablarda  qoruya  bilmişdir  və  qupta  yazılarına  çox  bənzəyən  bir  xarakterə 


87 
 
malikdir.  Tibet  kursiv  yazısı  (u-med,  yaxud  umin)  u-çen  əsasında  formalaşmışdır 
və  öz  növbəsində  müxtəlif  (bir  neçə)  yarımtiplərə  ayrılır.  Tibet  kursiv  yazısının 
daha da işlək forması olan kuqayi yazı növünü buna nümunə göstərmək olar. 
Tibet əlifbasını (yazısını) xüsusi tədqiq edən İ.N.Komarova bu əlifbanın altı 
növünü fərqləndirir: 1. U-çen; 2. U-mey; 3. Yig-qen; 4. Yik-qunq; 5. Kyuk-çhi; 6. 
Horyiq. U-çen növü rəsmi, kallioqrafik variant hesab olunur.  U-mey (u-med) növü 
yarımrəsmi,  kursiv  yazı  variantıdır.  Tibet  əlifbasının  bu  növü  kargüzarlıqda  və 
diplomatik  yazışmalarda  istifadə  olunur.  Yig-qen  növü  u-mey  (u-med)  növünün 
dəyişmiş formasıdır. Yig-qen və yik-qunq növləri yalnız əlyazma şəklinə malikdir. 
Tibet  əlifbasının  bu  növləri  qeyri-rəsmi  yazışmalarda,  fərdi  məktub  və  qeydlərdə 
istifadə  olunur.  Kyuk-çhi  növü  əlifbanın  digər  variantlarından  şriftlərin  yazılışına 
görə  əsaslı  şəkildə  fərqlənir.  Bu  variant  sürətli  yazı  zamanı  tətbiq  edilir.  Horyiq 
növü  (Tibet  əlifbasının  bu  növü  elmi  ədəbiyyatda  monqol  yazısı,  eləcə  də  uyğur 
yazısı da adlanır) dekorativ xarakterə malikdir (12, s. 12-14).   
Tibet  əlifbası  özündən  sonrakı  bəzi  əlifbaların  əmələ  gəlməsi  üçün  baza 
rolunu oynamışdır. Belə yazılara nümunə olaraq Passe-pa, lepça və ronq yazılarını 
göstərmək olar. 
Yuxarıda qeyd etdiyimiz kimi, Tibet əlifbası ilə yazılmış türkcə mətnlər çox 
azdır.  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  həmin  mətnlər  güclü  aşınmaya  məruz 
qalıb.  Belə  ki,    Tibet  əlifbası  ilə  yazılmış  türkcə  mətnlərin,  demək  olar  ki, 
hamısında  ya  cümlənin  əvvəli,  ya  ortası,  ya  da  axırı  pozulmuşdur.  Bu  da  öz 
növbəsində  bu  abidələrin  məzmunu  və  janrı  haqqında  müəyyən  fikir  söyləməyi 
çətinləşdirir. 
Türkcə  mətnlərdə  Tibet  əlifbasının  kursiv  variantından  deyil,  kitab  və  çap 
şriftlərindən  (u-çen)  istifadə  olunmuşdur.  Bu  mətnlərdə  samit  səsləri  yazıda  işarə 
etmək üçün brahmi yazı sistemindəki üsullardan istifadə edilir. Sait səslərin yazıda 
ifadə olunması baxımından brahmi yazısı ilə Tibet əlifbası arasında kiçicik bir fərq 
var. Belə ki, Tibet əlifbasında türkcənin ı səsi “i” səsini bildirən qrafemlə, səsi isə 
“iy” hecasını bildirən qrafemlə ifadə olunur. Məhz bunun əsasında deyə bilərik ki, 
Tibet əlifbası yeganə əlifbadır ki, qədim türk dövründə  yazıda  ı səsi ilə səsi bir-
birindən  fərqləndirilir.  Qədim  türk  (run)  əlifbası,  eləcə  də  uyğur,  manixey,  soqd, 
Suriya  və  digər  əlifbalarla  yazılmış  türkcə  mətnlərdə  biz  bunun  şahidi  olmuruq. 
Tibet  əlifbasında  türk  dillərindəki  ö  və  ü  saitlərini  ifadə  etmək  üçün  qrafemlər 
yoxdur  və  bu  səbəbdən  də  həmin  səsləri  ifadə  etmək  üçün  hərflərin  müxtəlif 
kontominasiyalarından  istifadə  olunur.  Buna  baxmayaraq  Tibet  əlifbası  ilə  türkcə 
yazılmış  mətni  transkripsiya  etmək  kifayət  qədər  çətindir.  Məsələn,  bilgə  biligin 
ifadəsini Tibet əlifbası ilə byil ga byi lig gin şəklində, sezik könüllük ifadəsini isə ze 
zig go ngol lug kimi yazmaq olar. Buradan aydın olur ki, bu yazı sistemində sözün 
sərhədi göstərilmir, hecalara bölünmüş şəkildə yazılır.   
Burada  bir  məsələyə  də  öz  münasibətimizi  bildirmək  istəyirik. 
Türkologiyaya aid bir sıra araşdırmalarda Tibet əlifbasını bəzən tanqut əlifbası da 
adlandırırlar.  Bunun  əsas  səbəblərindən  biri  tanqutların  Tibet  tayfalarından  biri 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə