Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə41/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   37   38   39   40   41   42   43   44   ...   158

88 
 
olması  barədə  elmdə  mövcud  olan  mülahizədir.  Elə  buradaca  qeyd  edək  ki, 
tanqutları öz dilini dəyişmiş monqol, yaxud türk xalqı hesab edən tədqiqatçılar da 
var. Tibet  əlifbasının tanqut  yazısı ilə qarışıq  salınmasının  əsas səbəblərindən biri 
tanqut  yazısı  haqqında  məlumatın  azlığı,  eləcə  də  tanqutşünaslığın  zəif  inkişaf 
etməsidir.  Buna  görə  də  tanqut  yazısı  haqqında  qısa  məlumat  verməyi 
məqsədəuyğun hesab edirik.  
Tanqutlar, yaxud si sya xalqı tibetlilərə qohum olan bir xalqdır. Tanqutların 
X-XIII əsrlərdə Çinin şimal-qərbində (indiki Qansu vilayətində) müstəqil dövlətləri 
də  olmuşdur.  Tanqut  dövlətinə  1227-ci  ildə  Çingiz  xan  son  qoymuşdur.  Onların 
yaratdığı  yazı  da  si  sya  yazısı  adlanır.  Tanqut  yazısından    1036-cı  ildə  Tanqut 
imperatoru  Li  Yuan  Xaonun  (1032-1048)  fərmanı  ilə  istifadəyə  başlanılmışdır. 
Yazı  qısa  müddət  ərzində  tanqut  alimi  Yeli  Jen-yun  tərəfindən,  yaxud  onun 
rəhbərliyi  altında  hazırlanmışdır  (15,  s.  249-252).  Bu  yazı  ilə  yazılmış  son  mətn 
XVI  əsrin  sonu-XVII  əsrin  əvvəllərinə  aid  olunur.  Tanqut  yazısının  tədrisi 
məqsədilə dövlət məktəbləri açılmışdır. Tanqut dövləti daxilində rəsmi kargüzarlıq 
işləri  tanqut  yazısı  ilə  aparılmışdır.  Bununla  yanaşı,  diplomatik  sənədlər  tanqut 
dilində  tanqut  yazısı  ilə,  Çin  dilində  Çin  yazısı  ilə  tərtib  olunurdu.  Buddizmə  aid 
bütün  əsərlər  Tibet  və  Çin  dillərindən  tanqut  dilinə  tərcümə  olunmuş  və 
ksiloqrafiya üsulu ilə böyük tirajla çap olunmuşdur  
Azərbaycan 
toponimiyasında  tanqutların  izi  qorunmaqdadır.  Qax 
rayonundakı  Tanğıt  kənd  adı  bunu  aydın  şəkildə  göstərir.  Azərbaycanın  digər 
bölgələrində  bu  adda  toponim  müşahidə  olunmur.  Tanğıt  kəndi  Qıpçaq  kəndinin 
yaxınlığında  yerləşir.  Güman  etmək  olar  ki,  tanqutlar  Azərbaycana  monqolların 
tərkibində,  yaxud  monqol  istilası  zamanı  qıpçaqlarla  birgə  gəlmişlər.  Qax 
rayonunda  Qıpçaq  və  Tanğıt  kəndlərinin  qonşu  olması  bu  mülahizəni  daha 
inandırıcı edir.  
Bir  sıra  tarixi  mənbələrdə,  məsələn,  run  əlifbası  ilə  yazılmış  Bilgə  xaqan 
abidəsində,  eləcə  də  M.Kaşğarinin  “Divanu  luğat-it-türk”  əsərində  bu  adda 
etnonim  qeydə  alınmışdır.  Bilgə  xaqan  (716-734)  özünün  hərbi  səfərlərindən 
danışarkən  tanqutların  da  adını  çəkir:  Yeti  yegirmi  yaşıma  tanqut  tapa  sülədim. 
Tanqut  bodunığ  bozdum,  oğlın,  yotazın,  yılkısın,  barımın  anta  altım  “On  yeddi 
yaşımda  tanqutlara  qarşı  qoşun  çəkdim.  Tanqut  xalqını  məğlub  etdim,  oğullarını, 
qız-gəlinlərini,  ilxılarını,  var-dövlətlərini  o  vaxt  aldım”  (BXş,  24)  (1,  I,  s.  335). 
M.Kaşğariyə  görə,  tanqutlar  Çinin  şimal-qərb  ərazilərində  yaşamış  tayfalardan 
biridir.  Böyük  alim  onların  türk  mənşəli  olduğunu,  lakin  öz  köklərini  ərəblərlə 
bağladıqlarını da “Divan”ında qeyd edir (4, I, s. 28-29, 307; 4, III, s. 138, 325, 327, 
362). Qədim türk onomastikasını araşdıran Ə.A.Quliyev tanqut etnonimi barəsində 
yazır: “M.Kaşğari “Divan”da bir neçə  yerdə tanqutlardan bəhs etmiş, onların Çin 
yaxınında  oturan  bir  türk  boyu  olduğunu  yazmışdır.  Görünür  müəllifin  1028-də 
tanqutlarla  monqollar  arasında  baş  vermiş  qanlı  müharibədən  xəbəri  olmuş,  ona 
görə  əsərində  tanqutların  bu  döyüşlərdəki  igidliklərini  vəsf  edən  bir  neçə  şeir 
parçası  da  vermişdir”  (3,  s.  87).  Azərbaycan  tarixinə  aid  mənbələrdə  bu  bölgədə 


89 
 
Tanğut  adlı  adlı  vilayətin  olması  göstərilir.  Əmir  Teymur  Azərbaycana  hücum 
edərkən həmin vilayətdə olmuşdur. Tarixçilər tarixi Tanğut vilayətinin indiki Şəki 
rayonu ərazisində olması fikrindədirlər.  
Monqollara tabe olan tanqutların monqollarla birlikdə hərəkət etməsi barədə 
görkəmli şərqşünas V.V.Bartoldun əsərlərində kifayət qədər məlumatlar var (6; 7). 
Azərbaycana gələn tanqutlar burada müəyyən yaşayış məntəqələrinin, o cümlədən 
Tanğıt  kəndinin  əsasını  qoya  bilərdilər.  Belə  bir  faktı  nəzərə  almaq  lazımdır  ki, 
hələ  XIX  əsrdə  Azərbaycanı  tədqiq  edən  rus  alimlərindən  İ.P.Lineviç  5  evdən 
ibarət  Daykənd  yaşayış  məntəqəsinin  və  11  evdən  ibarət  Tanğıt  kəndinin  uzaq 
keçmişdə monqollar tərəfindən məskunlaşdırıldığını qeyd edir (2 ).   
  Tanqut yazısı loqoqrafik yazıdır, yəni söz-heca yazısıdır. Burada ayrı-ayrı 
işarələr bəzən bütöv bir sözü, bəzən də bir hecanı ifadə edir. Son tədqiqatlara görə, 
tanqut yazısı alloqraflar nəzərə alınmadan 5863 işarədən – simvoldan ibarətdir. Bu 
işarələr  Çin  yazısı  ideoqramlarına  bənzəyir.  Görkəmli  şərqşünas  B.Lauferə  görə, 
tanqut yazısı insan zəkasının icad etdiyi ən mürəkkəb sistemdir (31, s. 16). 
  Tanqut  abidələri  barədə  ilk  məlumatı  Çində  missioner  fəaliyyəti  ilə 
məşğul olan ingilis A.Uayli 1870-ci ildə vermişdir. Lakin nə A.Uayli, nə də ondan 
sonrakı  tədqiqatçılar  (Q.Deveria,  S.Buşel,  R.Bonapart)  bu  yazının  sirrini  aça 
bilməmişlər. 1908-ci ildə rus alimi P.K.Kozlov Monqolustanın Xara-Xoto adlanan 
yerində  tanqut  yazısı  ilə  yazılmış  böyük  bir  kitabxana  tapmış  və  özü  ilə  Sankt-
Peterburqa gətirmişdir. Məhz P.K.Kozlovun tapıntısından sonra alimlərin bu yazını 
oxumasına  ümid    xeyli  artmışdır.  Həmin  kitabxananı  araşdırarkən  professor 
A.İ.İvanov  unikal  bir  kitabla  rastlaşır.  Bu,  tanqutlar  üçün  Çin  dili  dərsliyi  idi. 
Bununla da tanqut dilinin fonetikasının rekonstruksiyası üçün imkan yaranmış olur 
(22, I, s. 16). Keçən əsrin 20-30-cu illərində N.A.Nevski tanqut mətnləri üzərində 
işləmiş, onun bu sahədəki araşdırmaları sayəsində 4 minə qədər ideoqramın mənası 
dəqiqləşdirilmişdir. 1930-cu illərin ikinci yarısında N.A.Nevski tanqut mətnlərinin 
lüğətini  tərtib  etməyə  girişir,  lakin  1938-ci  ildə  repressiya  olunduğundan  bu  iş 
yarımçıq qalır. N.A.Nevskinin araşdırmaları yalnız 1960-cı ildə (onun ölümündən 
sonra)  iki  cilddə  çap  olunmuş  (21),  bu  əsər  1962-ci  ildə  Lenin  mükafatına  layiq 
görülmüşdür. Həmin əsər 2007-ci ildə Çində təkrar nəşr olunmuşdur 
  XX  əsrin  50-ci  illərində  yapon  dilçisi  T.Nisida  tanqut  mətnləri  üzərində 
araşdırmalara  başlayır.  T.Nisida  P.K.Kozlovun  tapdığı  tanqutca-çincə  lüğət 
əsasında tanqut heroqliflərinin oxunma qaydalarını tapmağa cəhd edir (22, I, s. 27). 
Eyni üsulla tədqiqat aparan rus alimi M.V.Sofronov 1968-ci ildə iki cilddən ibarət 
“Tanqut  dilinin  qrammatikası”  kitabını  çap  etdirir  (22,  I,  II).  Tanqut  dilinin  və 
yazısının  tədqiqində  N.İ.Konrad,  Y.İ  Kıçanov,  M.V.Sofronov  və  başqa 
tədqiqatçıların böyük əməyi olmuşdur (14; 15; 16; 17; 13; 30; 22; 23).  
  Tanqut  yazısı  barədə  verdiyimiz  bu  kiçik  məlumat  da  göstərir  ki,  Tibet 
əlifbasını  “tanqut  əlifbası”  adlandırmaq  özünü  doğrultmur.  Çünki  bu  yazı 
sistemlərinin  biri  ideoqrafik  yazıya,  digəri  isə  fonoqrafik  yazıya  aid  olunur  və 
onların arasına bərabərlik işarəsi qoymaq qeyri-mümkündür. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə