Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə42/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   38   39   40   41   42   43   44   45   ...   158

90 
 
  Tibet  əlifbası  ilə  yazılmış  türkcə  mətnlərin  VIII-XI  əsrlərdə  Şərqi 
Türküstanda yazıldığı məlumdur. Bu dövrdə türk xalqları müxtəlif əlifbalardan və 
yazılardan  (qədim  türk  (run),  soqd,  uyğur,  manixey,  Suriya,  yunan,  yəhudi 
əlifbaları,  Çin  və  brahma  yazıları)  istifadə  edirdilər.  Belə  olduğu  halda  türklərin 
Tibet  əlifbsından  istifadə  etməsinin  səbəbi  nədir?  Biz  bu  fikirdəyik  ki,  türklərin 
Tibet  əlifbsından  istifadə  etməsi  iki  səbəblə  bağlı  ola  bilər.  Bunlardan  birincisi 
Tibet  təbabətinə  aid  olan  əsərlərin,  ayrı-ayrı  reseptlərin  tərcüməsi  zamanı  Tibet 
əlifbasının saxlanılmasıdır. Əgər nəzərə alsaq ki, indinin özündə belə tibb elminin 
dili  latın  dilidir  və  reseptlərdə  dərmanların  adı  latın  dilində  və  latın  əlifbası  ilə 
yazılır,  belə  bir  ənənənin  keçmişdə  olduğunu  da  güman  etmək  olar.  Başqa  sözlə 
desək,  tibbə  aid  əsərlər Tibet dilindən  türk  dilinə  tərcümə  edilərkən  Tibet  əlifbası 
ilə yazılmışdır. 
  Türklərin  Tibet  əlifbasından  istifadə  etməsinin  başqa  səbəbi  də  ola  bilər. 
Bu,  dini  dünyagörüşdür.  Yəni  lamaizmə  etiqad  edən  türklər  lamaizmə  aid  dini 
əsərlərin tərcüməsi zamanı Tibet əlifbasından istifadə edə bilərdilər. 
  Lamaizmin  vətəni  Tibet  hesab  olunur.  Məhz  Tibetdə,  iki  nəhəng 
mədəniyyətin (Çin  və hind  mədəniyyətinin) qovuşduğu  yerdə, buddizmin  yeni bir 
forması olan lamaizm meydana çıxdı. Belə bir cəhət qeyd olunmalıdır ki, lamaizm 
buddizmin  daha  çox  püxtələşmiş  formasıdır.  Bu  onunla  bağlıdır  ki,  lamaizm 
buddizmin digər formaları ilə müqayisədə daha sonralar formalaşmışdır. 
  Lamaizmin  (Tibet  dilində  lama  sözü  “yüksək”  mənasındadır)  əsas 
doktrinasını buddizm təşkil etsə də, lamaizmi buddizm hesab etmək olmaz. Çünki 
lamaizmdə  buddizmlə  birlikdə  Tibetin  daha  əski  inamı  olan  bon  (yaxud  bon-po) 
buddizmlə  qaynayıb  qarışmışdır.  Lamaizm  Çin  Xalq  Respublikasının  Tibet  və 
Mərkəzi  Monqolustan  vilayətlərində,  Monqolustanda,  Nepalda,  Birmada 
yayılmışdır.  Rusiya  Federasiyasında  yaşayan  xalqlardan  türk  mənşəli  tuvalılar, 
monqol mənşəli buryat və kalmıklar lamaizmə tapınırlar. 
  Lamaizmin  formalaşmasında  buddizmin  Mahayana  forması  (yaxud  şimal 
forması)  əsas  olmuşdur.  Lakin  buddizmin  cənub  forması  hesab  edilən  Hinayana 
(Buddizmin  daha  qədim  forması  hesab  olunan  Hinayana  Tailand,  Şri-Lanka, 
islamaqədərki  İndoneziya,  Kampusiya  və  s.  bölgələrdə  yayılmışdır),  bon  və 
tantrizm  (http://med-stud.narod.ru)  lamaizmin  formalaşmasında  əsas  rollardan 
birini oynamışlar.  
Tədqiqatçılar  buddizmin  Tibetə  ilk  gəlişini  b.e.-nın  V  əsrinə  aid  edirlər. 
Lakin VII əsrə qədər onun bu bölgədə geniş yayıldığını söyləmək çətindir. Tibetdə 
buddizmin dövlət səviyyəsində himayə olunması məşhur Tibet hökmdarı Sronszan 
Qambonun  (629-649)  hakimiyyəti  illərinə  təsadüf  edir.  Onun  ölümü  buddizmin 
zəifləməsinə,  bon  tərəfdarlarının  güclənməsinə  səbəb  olur.  VIII  əsrin  ortalarında  
Sronszan  Qambonun  nəslindən  olan  hökmdarlardan  biri  yenidən  Tibetdə  təqib 
olunan  buddizmi  himayə  etməyə  başlayır.  Bunun  üçün  o,  Şimal-Qərbi 
Hindistandan  tantrizmin  (27,  s.368-385)  tanınmış  bilicisi  Padma  Sambxavanı 
Tibetə dəvət edir. Beləliklə, buddizm Tibetin rəsmi dövlət dini olur. Lakin qısa bir 


91 
 
müddət  buddizm  Tibetdə  yenidən  təqib  olunmağa  başlayır.  Buddizmin  təqib 
olunmasının müəyyən səbəbləri var idi. Tibetlilər əvvəllər bon dininə inandıqlarına 
görə buddizmi qəbul edə bilmirdilər. İkinci bir tərəfdən buddizm, eləcə də onun bir 
forması  olan  lamaizm  insanpərvərlik  təbliğ  etdiyinə  görə  tibetlilərin  hərbi  əhval-
ruhiyyəsinə  pis  təsir  göstərmişdi.  Bunun  nəticəsində  Tibet  Çin  ilə  müharibəni 
uduzmuşdu.  
Buddizmin  Tibetə  ikinci  gəlişi  X  əsrin  ikinci  yarısına  təsadüf  edir.  Bu 
dövrdə  Tibet  bir-birindən  asılı  olmayan,  bir-birləri  ilə  mübarizə  aparan  kiçik 
knyazlıqlara  parçalanmışdı.  Bunun  nəticəsində  bu  bölgədə  buddizmin  ayrı-ayrı 
təriqətləri  və  sektaları  meydana  çıxmışdı.  Məhz  bu  zamandan  başlayaraq 
lamaizmdə birinci şəxs olan Dalay-lamanın nüfuzu həddindən artıq artır.  
Lamaizmin  bir  dünyagörüş  kimi  formalaşmasında  rahib  Szonkabanın 
(1357-1419)  çox  böyük  rolu  olmuşdur.  Əslən  tibetli  olan  Szonkaba  gənc 
yaşlarından özünün müstəsna qabiliyyətləri ilə xalq arasında şöhrət qazanır. Yaxşı 
buddist  təhsili  alan  və  cavan  yaşlarında  yüksək  dini  rütbəyə  layiq  görülən 
Szonkabanın çoxlu tələbəsi və ardıcılı vardı. Onun yaratdığı bir neçə məbəd XIV-
XV  əsrlərdə  böyük  təsir  qüvvəsinə  malik  mərkəzlər  idi.  Məhz  Szonkabanın 
apardığı  reformalar  nəticəsində  buddizmin  bu  qolu  lamaizm  adlanmağa  başlayır 
(http://med-stud.narod.ru/.    
Lamaizm  buddizmdən  fərqli  olaraq  insanın  çatacağı  son  nöqtə  -  Nirvananı 
əsas  doktrinadan  çıxarmışdır.  Burada  insanlara  yasaq  olunan  və  edilməsi  tələb 
olunan on hərəkət tövsiyə olunur. Lamaizmə görə, bu işləri yerinə yetirən adamlar 
öz  karmalarını  yaxşılaşdıraraq  növbəti  doğuluşda  lama  ola  bilərlər.  Lamaizmə 
görə, bu dinin qanunlarını pozanlar etdikləri günahın ağır, yaxud yüngüllüyündən 
asılı olaraq növbəti doğuluş zamanı müxtəlif cəzalara məhkum oluna bilərlər. Yəni 
onlar  yeni  dünyaya  ağılsız  heyvanlar  formasında,  müxtəlif  xəstəliklərlə,  qısa 
ömürlə,  lamaizm  olmayan  ölkədə  doğulmaqla  cəzalandırıla  bilərlər.  Lamaizm 
asketizmin  əleyhinədir.  Yalnız  tək-tək  adamlara  asket  həyatı  sürmək,  öz  daxili 
aləmini zənginləşdirmək yolu ilə son nöqtəyə - Nirvanaya çatmağa icazə verilir. 
Müasir  dövrdə  lamaizm  başda  Dalay-lama  olmaqla  dünyanın  aparıcı 
dinlərindən birinə çevrilmişdir. Hətta lamaizmə etiqad etməyən və buddizmin digər 
tərəqətlərində olan adamlar arasında Dalay-lamanın çox böyük nüfuzu var. Tibetin 
Çin  tərəfindən  işğalından  sonra  (1945)  Dalay-lama  tibetlilərin  bir  dəstəsi  ilə 
(təqribən  100  min  nəfər)  Himalay  dağlarının  Hindistana  aid  hissəsinə  mühacirət 
etmiş  və  bu  gün  də  Tibetin  müstəqilliyi  uğrunda  mübarizəsini,  mühacir  şəklində 
olsa da, davam etdirir. 
Müasir  dövrdə  türk  xalqları  arasında  lamaizmə  etiqad  edənlər  tuvalılar  və 
sarı uyğurlardır. Lakin məlumdur ki, tuvalılar lamaizmi XVII-XVIII əsrlərdə qəbul 
etmişlər.  Tibet  əlifbası  ilə  yazılmış  türkcə  mətnlər  isə  VIII-XI  əsrlərə  aid 
olduğundan  güman  etmək  olar  ki,  məhz  həmin  əsrlərdə  Tibetə  yaxın  ərazilərdə 
yaşayan türklər lamaizmə tapınmışlar. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə