Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə50/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   46   47   48   49   50   51   52   53   ...   158

107 
 
qiymətləndirməsi,  bizim  fikrimizcə,  o  qədər  də  dəqiq  deyil.  Türkməncədə  qapsa 
sözünün əsas mənası “qapının və ya pəncərənin layı, qanadı (“створка”) ”dır.  (31, 
135.).  Bu  faktı  nəzərə  aldıqda  qabza  sözünün  mətndə  “çadır  örtüyü;  örtük”  
mənasında işləndiyini söyləmək mümkündür. Məsələ burasındadır ki, çadır örtüyü 
ayrı  -  ayrı  hissələrdən  təşkil  olunur.  Bu  hissələrə  qanad  adı  verilir.  Qaynaqlarda 
qanad sözü həm çadırın ağac şəbəkəsinin hissəsi, həm də çadır örtüyü mənasında 
qeydə alınmışdır. Müasir qırğız dilində qanad  sözü “çadır örtüyü”  mənasında  altı 
kanat ak ordo “altı qanadlı ağ çadır” və on eki kanat çon üy “on iki qanad böyük 
ev”  birləşmələrinin  tərkibində  işlənməkdədir.(21,  I,  339).  Vaxtilə  biz    “Kitabi  - 
Dədə  Qorqud”un  Drezden  nüsxəsində  üç  yerdə  keçən  Qanadlaruñ  ucı 
qırılmasunalqışındakı  qanad  sözünün  “çadır  örtüyünün  hissəsi,  çadır  örtüyü” 
mənasında  işləndiyini  qeyd  etmişdik.  (34,    68  -  69).  Bizcə,  abidədəki  qabza  və 
qanad  sözləri  eyni  mənanı  -  “çadır  örtüyünün  hissəsi;  çadır  örtüyü”  mənasını 
bildirir. Bu fikrin doğruluğunu D. 52- də qabza sözünün yerində işlənən qan bürə 
(Dünlügi altun ban evümüñqan bürəsi
 
یس هربنق oğul!) ifadəsi də təsdiq edir. İndiyə 
qədər  qəbzə  sözünün  səhv  yazılışı  şəklində  izah  olunan  və  nəşrlərdə  qəbzə  kimi 
oxunan  qan  bürə  ifadəsi  “gön  çadır  örtüyü”  mənasını  ifadə  edir.  Bu  sözə    M. 
Kaşğarlı  lüğətində  kandır    “xam  gön”,  “Şəcəreyi  -  Tərakimə”də  kan    “çadırın 
üstünə  örtülən  xam  gön”  mənasında  rastlanır.  Bürü-/bürə-    felindən  yaranmış  
bürə  sözü    isə  “örtük”  mənasındadır.  Beləliklə,  gətirdiyimiz  faktlar  bunu 
söyləməyə  imkan  verir  ki,  “Kitabi  -  Dədə  Qorqud”da  üç  yerdə  keçən    “Dünlügi 
altun  ban  evümüñ  qabzası  یس  هضبق  oğul!”  cümləsindəki  qabza  sözü  qəbzə  “bir 
şeyin  tutacaq  yeri”  sözündən  fərqli  olaraq  “çadır  örtüyü”  mənası  ifadə  edir.  Bu 
məna həmin cümlənin ümumi semantik tutumunu müəyyənləşdirir: Ana öz oğlunu 
çadırın  (evin)  örtüyünə  bənzədir;  örtüyün  olmaması  bütövlükdə    evin  (çadırın) 
dağılmasına bərabərdir. 
Yegə هَک
َی“qarınqulu, yeyəgən, sümsük; ziyankar”. Drezden və Vatikan nüsxələrində 
bu  sözün  keçdiyi  parça  aşağıdakı  şəkildədir:  Gəldük  ol  kim  tolduran  topdur, 
dapadanca yerindən örü turdı, əlin - yüzin yumadın obanuñ ol ucından bu ucına, bu 
ucından  ol  ucına  çarpışdurdı,  qov  qovladı,  diñ  diñlədi,  öylədəncə  gəzdi,  öylədən 
soñra evinə gəldi. Gördi kim, oğrı köpək, yegəهَکَیtana evini bir birinə qatmış, [evi] 
tavuq  küməsinə,  sığır  tamına  dönmiş  (D.  8);  Üçüncisi  toldurum  topdur.  Quşlıq 
uyxudan  oyanur  qalqar,  əlin  -  yüzin  yumadın  obanuñ  ol  ucından  bu  ucına,  bu 
ucından ol ucına qov qovlayu, diñ diñləyü sabahdan öyləyə dəkincə gəzdi. Öylədən 
soñra evinə gəldi. Gördi kim,oğrı köpək, yegə
 
 هَکِی tana evini biri - birinə qatmış (V. 
5).Bu sözü və bütövlükdə yegə tana ifadəsini  M. Ergin yiketana, H. Araslı yeyə - 
dada (1962), yekə dana(1978), O. Ş. Gökyay yige dana, S. Əlizadə yekə tana, S. 
Tezcan - H. Böhöten, M. Kaçalin və  S. Özçəlik yige tana“ziyankar dana”şəklində 
oxumuşlar.  H.  Araslınınyeyə  -  dadaşəklindəki  ilkin  oxunuş  variantını  qrammatik 
cəhətdən  izah  etmək  qeyri  -  mümkündür:  dada  (tata)  feli  bağlamasına  paralel 
olaraqyeyə  (yegə)  kimi  oxunan  sözün  kökünü  ye  -  və  feli  bağlama  şəkilçisini  -  ə 
kimi müəyyənləşdirdikdə -y- (-g-) samitinin hansı funksiya daşıdığı məlum olmur. 


108 
 
Ye  -  felinin  feli  bağlama  funksiyasında  işlənməsi  üçün  söz  ‘yə’  hərfi  ilə  deyil, 
‘kəf’lə yazılmalı idi. Görünür, bu səbəbdən də o, həmin oxunuş variantını sonrakı 
nəşrdə  yekə  ilə  əvəz  etmişdir.  O.  Ş.  Gökyay  mətndə  yigeşəklində  oxuduğu  sözü 
Anadolu  ağızlarında  işlənənyige  /  yege«başıboş  gezmeye  alışmış  yarı  vahşi 
hayvan;  hırsız;  ziyankar»  kimi  izah  etməklə  yanaşı  yekə«böyük»  şəklində  oxuna 
biləcəyini  də  istisna  etməmişdir  (15,  312).    Sözün  Drezden  nüsxəsindəki  yazılış 
variantında ‘kəf’in sərkeşi üzərində üç nöqtə qoyulmuşdur. Bu, onu göstərir ki, söz 
‘ke’ ilə (yekə) oxuna bilməz, ‘ge’ ilə yegə/ yigə kimi oxunmalıdır. Həmçinin sözün 
yekə «böyük»  şəklində oxunuşu  mətnin semantik quruluşuna da ziddir.Yekə sifəti 
əlamət,  oğrı  sifəti  isə  keyfiyyət  bildirir  və  sadalanan  həmcins  mübtədaların 
təyinləriarasında  uyğunsuzluq  yaranır.  Buna  görə  oğrı  köpək  birləşməsindəki 
oğrısifətinəparalelyegətanabirləşməsindəki  yegə  sifətinində  keyfiyyət  bildirməsi 
normal hal kimi qəbul edilə bilər. Yekəoxunuşu ilə bağlı bu uyğunsuzluğa ilk dəfə 
T.Təkin  diqqət  yetirmiş,  O.  Ş.  Gökyayın  verdiyi  variantlar  içərisində  yige  / 
yege«hırsız,  ziyankar»  oxunuş  variantını  daha  məqbul  variant  hesab  etmişdir: 
«Gerçekten  Anadolu  ağızlarında  yeğe,  yiğe  diye  bir  kelime  vardır  ve  anlamları 
«hırsız,  ziyankar,  itaatsiz»dir.  Bu  ibareden  önceki  oğrı  köpek  «hırsız  köpek» 
ibaresi  göz  önünde  tutulursa  yige  tana«ziyankar  dana»  metnin  gelişine  uygun 
düşmektedir.  Yeke  /  yekketana«koca  dana»  ise  iki  ibare  arasındaki  koşutluğu 
bozmaktadır... «Hırsız, ziyankar» anlamında yege / yigekelimesiye - / yi - fiilinden 
türemiş olmalıdır (krş. Eski Türkçe  bilge)» (28, 144). S. Tezcan da O. Ş. Gökyay 
və  T.  Təkinin  fikirlərinə  şərik  çıxaraq  sözü  yige«hırsız,  ziyankar»  şəklində 
oxumuş,  əlavə  olaraq  Anadolu  dialektlərində  işlənənyeğe«azgın,  kötü,  zararlı 
(hayvan,  insan  için)»,  yiğe  «hırsız,  zarar  veren  (hayvan,  insan  için)»,  yiye  «zarar 
verici, obur (hayvan)» və s. örnəklər vermişdir. Lakin o, T. Təkindən fərqli olaraq 
sözün ye- felindən şəkilçisi ilə yaranması fikrinə şübhə ilə yanaşmış, Anadolu 
türkcəsinə qonşu dillərdən (hansı dildən? - V. Z) alınma olduğunu irəli sürmüşdür 
(29, 60 - 61).  
        Bizim  fikrimizcə,  T.  Təkinin  ehtimalı  doğrudur;    mənfi  keyfiyyət  bildirən 
yegə“qarınqulu,  yeyəgən,  sümsük,  ziyankar”  sifəti  ye  -  felinə  sifət  düzəldən  -   
şəkilçisi  artırılması  yolu  ilə  yaranmışdır.  Həmin  sözə  XV  əsr  türk  yazılı 
abidələrindən  «Maarifnamə»də də təsadüf edilir: Bir  yigəهکییkelp olur elindeki eti 
ısırır, sen kovduğunca ol turur demür gibi (23, VI, 4588). «Tarama Sözlüğü»ndə bu 
söz  «güclü,  qüvvətli»  mənasında  yanlış  izah  edilmişdir  (23,  VI,  4588).  Halbuki 
mətnin  məzmunundan  da  aydın  olur  ki,  it  acgözdür,  sümsükdür.  Bu  məna  isə 
«Kitabi  -  Dədə  Qorqud»dakı  məna  ilə  tam  üst  -  üstə  düşür.  -  Ğa  /  -  gə  sifət 
düzəldən  şəkilçisinə  başqa  türk  dillərində,  o  cümlədən  də  qədim  türk  yazılı 
abidələrində  də  təsadüf  edilir:  bilgə  (<bil  -  ),  qısğa  (<qıs  -),  ögə  «müdrik»  (<ö  - 
«düşünmək»)  (9,  651),  küygə«gözləyən,  güdən,  gözləyici»  (<küy  -  /  küd  - 
«güdmək,  gözləmək»)  (Codeks  Kumanikus),  donqa  «donqar»  (azərb.),  sızğa 
(azərb.),  yorğa(azərb.)(<  *yor-,  yort-),  öreke  «hörücü,  hörgü  aləti»  (Kr.  tatar.) 
(<öre- «hörmək»), kıska (qırğ.) və s. Bu şəkilçinin izlərini kölgəsısqadamğa və 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə