Görkəmli dilçi alim, ədib professor


takasaltanq “ailəsiz, sərbəst,  boş (subay) adam”  mürəkkəb sözünün tərkibində də  rastlanır.  Türk  dilinin  dialektlərində  salt,  zalt,  saltan



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə52/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   48   49   50   51   52   53   54   55   ...   158

111 
 
takasaltanq “ailəsiz, sərbəst,  boş (subay) adam”  mürəkkəb sözünün tərkibində də 
rastlanır.  Türk  dilinin  dialektlərində  salt,  zalt,  saltan  “yalnız,  tək,  sadəcə” 
şəkillərində işlənən sözlər də eyni köklə bağlıdır (11, 353). Qırğız və uyğur (suvay 
- saltan) dillərində subay - saltan “uşağı olmayan qadın” qoşa sözünün tərkibində 
saltan sözü subay sözünün mütləq sinonimii kimi özünü göstərir. Güman edirik ki, 
Azərbaycan  dilindəki  Subaylıq  sultanlıqdır  ifadəsinin  yaranmasındasubay  - 
saltanifadəsininrolu olmuşdur; ilkin dövrdəsubay - saltanşəklində işlənən ifadə söz 
oyunu  nəticəsində,  sözün  tərkibindəki  bir  saitin  dəyişilməsi  ilə  atalar  sözünə 
çevrilmişdir.  Salt  /  saltañsözləri  V.V.  Radlov  lüğətində  “yüksüz,  boş  (at  və  atlı 
haqqında); yalnız, tək, boş”, L. Budaqov lüğətində “yüksüz; tək, boş, sırf, sadəcə” 
(salt  atlığ  “yüksüz  atlı,  kavaleriya”,  salt  akça  “nəğd  pul”),  “Tarama  Sözlüğü”ndə 
“yalnız,  sadəcə”  mənalarında  qeydə  alınmışdır.  Bir  sıra  tədqiqatçılar  subaysözü 
kimi  salt  /  saltañ  sözünün  də  monqolcadan  alındığını  güman  edirlər  (11,  353). 
Həqiqətən  də,  monqolcadakısaltanq  “yüksüz  (baqajsız),  boş  (atlı  haqqında”), 
habelə  bu  sözlə  bağlı  olansalan“səliqəsiz,  pinti,    başıboş”,  salxqar“geniş,    boş 
(paltar  haqqında)”,  saltaan“aralıq,  boşluq”    və  s.  sözlər    türk  dillərində  işlənən  
salt/  saltañ  sözlərinə  yaxın  mənadadır  və  eyni  kökdəndir.  Lakin  bu  sözlərin 
monqolcada işlənməsi onların həmin dildən alınma olduğuna tam zəmanət vermir.  
Salt/  saltañ  sözləri  türk  diliəri  materialları  ilə  də  izah  oluna  bilir.  Fikrimizcə,  bu 
sözlər  türk  dilləri  zəminində  sal  -  “boş  buraxmaq,  sərbəst  buraxmaq”  felindən 
yaranmışdır:  Ol  aradan  atın  başın  saldılar,  Seğirdim  ile  kapuya  sürdüler  (Süh. 
XIV); Gözünden saldıbu fani  cihanı, Civar - ı Hakka pervaz etti  canı (Şeh.Ş. XVI 
) və s. (23, V, 3278 - 3279). Türk dillərində bu kökdən  yaranmış salak  “başıboş, 
səliqəsiz, avam, pinti (türk, qırğız), salañ“bacarıqsız, avam” (yakut), salı “həftənin 
2 - ci günü; boş gün” (türk), salma“boş, azad edilmiş, sərbəst” (türk; Azərbaycan - 
salma çay “boş çay (şəkər əlavə edilməmiş çay), salqın“sərbəst verği”, salma ko - 
“sərbəst buraxmaq”, salt“yalnız, sadəcə”, salı ver - “boş, sərbəst buraxmaq” (türk),  
salta  “tamamilə”  (qırğ.)  və  s.  derivatlara  rast  gəlmək  mümkündür.  Azərbaycan 
dilinin  Şamaxı  və  Bakı  dialektlərində    işlənən  səlt“bütünlüklə,  tamamilə”,  Quba 
dialekti  və  Cəbrayıl  şivəsində    rast  gəlinən  səllimi  “özbaşına,  başlı  -  başına, 
sərbəst”  sözlərini  də  bu  nümunələrə  əlavə  etmək  olar  (5,  358).  Salt  (<salıt) 
sözündən  yaranmış  saltan  -  “sərbəst,  boş  buraxılmaq”  felinə  Anadoluda  tərcümə 
edilmiş XIV əsrə aid “Qisasül - ənbiya” adlı əsərdə təsadüf edilir:  Ay bulara haber 
gelmedi  mi  kim  deve  yerini  öğler  ve  yatağın  anar,  satltanuban  makamına  gider 
(Enb.  XIV)  (23,  V,  3288).  Eyni  zamanda  qırğız  dilindəki  sal  “subay,  gənc    və 
qüvvətli  oğlan”,  sal  -  manap  “boş  və    məqsədsiz  şəkildə  dolaşaraq  vaxtlarını 
əyləncələrdə  keçirən  varlı  balaları”  sözlərində  sal  -  “boş  (sərbəst)    buraxmaq” 
felinin  ad  korrelyatı  əks  olunmuşdur.  Müasir  türk  dillərində  saltansözü  yalnız 
insanlara aid keyfiyyəti bildirir. Görünür ki, ilkin dövrlərdə bu söz  “boş, sərbəst” 
mənası  ifadə  etmiş,  daha  sonra  bu  məna  əsasında  həm  heyvanlara,  həm  də 
insanlara  aid  edilə  bilən  “qısır,  doğmamış”  mənası  ortaya  çıxmışdır.  Müqayisə 
üçün göstərək ki,  hazırda türk dillərində (azərb, özbək) işlənən və yalnız insanlara, 


112 
 
xüsusilə  erkək  cinsindən olan adamlara şamil edilənsubaysözü monqol dilində “ 
bir il boyu bala verməmiş (qısır) dişi heyvan (inək, at və s.)” mənasında işlənir (20, 
1136.)  Bütün  bunlara  əsasən  biz  KDQ  -  dəki  ن  اطلس  yazılışını  saltanşəklində 
oxuyur  və “qısır, doğmamış” kimi mənalandırırıq. Onu da  əlavə edək ki, qısır və  
doğmayan heyvan daha kök və əti dadlı olur. “Kitabi - Dədə Qorqud” haqqındakı 
ilk  yazılarımızın  birində  biz  sığın  keyik  birləşməsinin  “dişi  ceyran”  mənası 
bildirdiyini    irəli  sürmüşdük  (33,  154  -  155  ).  “Beyrək  boyu”nda  həmin 
birləşmədən  əvvəl  işlənmiş  saltan“qısır,  doğmamış”  sözü  bizim  ehtimalımızın 
doğru olduğunu bir daha təsdiq edir.  
 
ƏDƏBİYYAT 
1.
 
Araslı H. Kitabi - Dədə Qorqud, Bakı , 1962.  
2.
 
Araslı H. Kitabi - Dədə Qorqud, Bakı , 1978.  
3.
 
Arazkulıyev S., Ataniyazov S., Berdiyev R., Saparova Q. Türkmen diliniñ qısqaca 
dialektoloqik sözlüqi, Aşqabat, 1977.  
4.
 
Aşırov Annaqurban. Kitabı Dədem Qorkut ve xekayatı oguznamayı Qazan beg ve 
qayrı, Aşqabat, TMQİ, 1997. 
5.
 
Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı , 1964. 
6.
 
Бартольд    В.В.  Книга  моего  деда  Коркута,  Издательство  Академия  Наук 
СССР, Москва - Ленинград, 1962. 
7.
 
Будагов  Л.  Сравнительный  словарь  турецко  -  татарских  наречий,  I,  Санкт-
Петербург, 1869; II, 1871. 
8.
 
Cəmşidov Ş. Kitabi- Dədəm Qorqud, Bakı, 1995. 
9.
 
Древнетюркский словарь, Ленинград, Наука,1969.  
10.
 
Ebu Hayyan. Kitab al - İdrak li - lisan al Atrak, Hazırlayan: A. Caferoğlu, Evkaf 
Matbaası, İstanbul, 1931. 
11.
 
Eren Hasan. Türk Dilinin Etimolojik Sözlüğü, Ankara, 1999. 
12.
 
 Ergin Muharrem. Dede Korkut Kitabı, I, Giriş-Metin-Faksimile, Ankara, 1958; II, 
İndeks - Gramer, Ankara, 1963.              
13.
 
  Əlizadə S., Zeynalov F. Kitabi - Dədə Qorqud, “Gənclik”, Bakı , 1988. 
14.
 
Этимологический  словарь  тюркских  языков,  I,  Москва,1974;  II,  Москва, 
1978; III,Москва,1980; IV, Moсква, 1989.  
15.
 
 Gökyay Orhan Şaik. Dedem Korkudun Kitabı, İstanbul , 2000. 
16.
 
 Gökyay Orhan Şaik. Destursuz Bağa Girenler, Dergah Yayınları, İstanbul, 1982. 
17.
 
 Kaçalin  Mustafa  S.  Oğuzların  Diliyle  Dedem  Korkudun  Kitabı,  Kitabevi 
Yayınları, İstanbul, 2006. 
18.
 
 Kaçalin  Mustafa  S.  Dedem  Korkut’un  Kazan  Bey  Oğuznamesi,  Kitabevi 
Yayınları, İstanbul, 2006. 
19.
 
Kaşgarlı Mahmud. Divanü Lugat - it- Türk, Çeviren: B. Atalay , 4. Baskı, Ankara, 
1998. 
20.
 
 Lessinq F.D. Moğolca - Türkçe sözlük, II, Çeviren: G. Karaağaç, Ankara,   
2003. 
21.
 
Киргизско - русский словарь, I - II, Москва, 1985. 
22.
 
Книга  моего  Деда  Коркута,  перевод  акад.В.В.Бартольда,  Москва  - 
Ленинград, 1962. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə