Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə55/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   51   52   53   54   55   56   57   58   ...   158

117 
 
Qızılgül Abdullayeva

 
 
XVII ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ SAİTLƏRİN 
İŞLƏNMƏ MÖVQEYİ 
 
        Dildə  mövcud  olan  saitlərdən  söhbət  açan  B.Çobanzadə  yazır  ki,  «səslər 
yalnız həqiqətdə mövcud olanların ən başlıcalarıdır ki, hər əlifba, hər yazı  ancaq 
nə qədər sövti, fonetik olursa olsun, yalnız bunları təsbit edə bilmişdir. ... Üç-dörd 
işarəti (   

١
ي
٥
   )  - ərəb əlifbasına görə olan millətlərdə hətta ən sövti, ən fonetik 
yazılara  malik dillərdə  belə  bütün  səslərə  müqabil  və  məsavi  ədəddə  işarət (hərf) 
yoxdur» (3, s. 38). XVII əsr Azərbaycan ədəbi dilinin fonetik sistemində bütün sait 
səslərin  sözün  müxtəlif  mövqelərində  iştirakınln  şahidi  oluruq.  Yuxarıda  qeyd 
etdiyimiz  kimi,  sait  fonemlərin  həm  uzun,  həm  də  qısa  variantlarına  rast  gəlinir. 
Uzun saitlər sözün mövqelərinə görə müxtəlif cür paylansa da, bəzi saitlərin uzun 
variantları qeydə alınmır. [ ı ]  və  [  ü ] sait fonemləri buna nümunədir. Təbii ki, 
uzun saitlər əsasən alınma sözlər üçün xarakterik olduğundan (biz ilkin uzanmanı 
nəzərdə  tuturuq)  işləklik  əcnəbinin  xeyrinədir.  Sözün  müxtəlif  mövqelərindəki 
uzanma  tezliyinə  görə  saitlərdə  ayrılmalar  da  qeydə  alınır.  Məsələn,  [a:]  saiti  ilə 
[e:]  saitinin  işlənmə  tezliyi  eyniyyət  təşkil  etmir.  Fikrimizə  bir  az  da  dəqiqilik 
qatsaq, ikinci saitin uzanması ilə müqayisədə birinci saitin uzanması öz aparıcılığı 
ilə  diqqəti  daha  çox  cəkir.  Uzun  [e:]    sait  səsinin  mövcudluğu  isə  digər  uzun 
saitlərlə müqayisədə o qədər də qədim görünmür(2, s. 9-10).
 
Ümumiyyətlə, qədim  türk dilində  uzun  saitlərin olub olmaması özü bir  mübahisə 
obyektidir.  Görkəmli  türkoloqların  fikirlərində  belə  əks  mövqelərin  olması 
fikrimizi təsdiq edir. V.V.Radlov qədim türk dilində uzun saitlərin mövcudluğunu 
əsaslı  şəkildə  inkar  edirsə,  Bötlinq  bu  fikrə  əks  mövqedən  yanaşaraq  konkret 
faktlarla  bu  mövcudluğu  təsdiq  edir(2,  s.  59).  M.Rəsənen  də  türk  dillərində  ilkin 
sait uzanmasının yoxluğuna tərəfdar çıxır və o, bu hadisəni əcnəbi mənşədən olan 
leksik vahidlərdə qeyd edir, sonrakı uzanmanın isə bəzi samit səslərin düşümü ilə ( 
γ , g , b ,  v , j , η  )  müəyyənləşdiyini  diqqətə  çatdırır(2, s. 58).Eyni fikri (yəni 
türk  mənşəli  sözlərdə  ilkin  uzanmanın  olmamasını)  paylaşan  A.Axundov  uzun  
saitlərdən    danışarkən  həm  də  uzun  sait  fonemin  müəyyənləşməsində  mənşə 
məsələsinin  əhəmiyyətsizliyini  də  qeyd  edir.  Alim  uzun  saitlərin  alınma  sözlərdə 
işləkliyinə  baxmayaraq,  həmin  leksik  vahidlərin  dilimzdə  mövcudluğunu  nəzərə 
alaraq,  bunu  Azərbaycan  dilinin  öz  fonetik  quruluşunun  məhsulu  hesab  edir(1,  s. 
71).XVII  əsr  Azərbaycanədəbi  dilininfonetik  sistemində  qeydə  alınan  sonrakı 
uzanmaya  gəlincə,  vurğulanmalıdır  ki,  bu,  türk  dilləri  ücün,  o  cümlədən 
Azərbaycan dili üçün  xarakterik bir hadisədir. Bu hadisə müasir dilimizdə olduğu 
                                                           

Abdullayeva Qızılgül - Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru. 


118 
 
kimi,  XVII  əsr  Azərbaycan  ədəbi  dilində  də  söz  daxilindən  səs  düşümü  ─  sait, 
yaxud  da  ki,  samit  səslərinin  düşümündən    sonra    müəyyənlik    tapır.  Təbii    ki,  
sonrakı  uzanma  türk  dillərində aparıcılıq  qazansa  da, bunu  yalnız  türk  mənşəli  
sözlərin  payına  yazmaq  olmaz. Çünki burada alınma sözlərin da iştirakı görünür.                               
       Ümumən  klassik  dilin,    eləcə  də  XVII  əsr  Azərbaycan  ədəbi  dilinin  yazı 
sisteminə aid olan məlum bir faktı da təkrarlayaq ki, uzun saitlər yazıda öz yerini 
alsa da, qosa saitlər əks olunmur. Təbii ki, bu, alınmalara  aiddir. Bu,  ərəb və fars 
mənşəli  sözlərdə  sistem  xarakteri  daşıyır.    Türk  mənşəli  leksik  vahidlərdə  isə 
saitlərin yazıda işlənməsinə gəlincə, növbələşmə qeydə alınır.Yəni sait gah imlaya 
girir,  gah  da  orfoqrafik  sistemdə  görünmür.  Müqayisədə  işlənmə  faizinə  diqqət 
yetirsək, aparıcılıq yazı sistemimizdə işlənənlərin xeyrinə həll olunur. Nümunələrə 
diqqət yetirək: 
                        bulmaydur           ─── 
رویام لو ب     (MD, s. 285) 
                        sinsiz                   ─── 
 
زیسنیس          (MD, s. 255) 
                        kilür                    ─── 
 
رولیک            (MD, s. 288) 
                        olubdurur            ─── 
 
رﻭرﻭدبولﻭا     (MD, s. 293) 
                        qoymədur            ─── 
رﻭد همیوق       (MD, s. 207) 
       Təqdim  olunnan  bütün  leksik  vahidlərin    kök    morfemlərində  sait  səslər  öz 
əksini  tapıb.  Amma  XVII  əsr  Azərbaycan  ədəbi  dilində  saitlərin  əks  olunmadığı 
söz köklərinə də rast gəlinir:      
                                    səni            ───    
ینس             (MD, s. 203)                                     
                                    mən            ───       نم               (MD, s. 209) 
        Bəzən saitin yazılıb yazılmaması nöqteyi – nəzərindən  eyni bir leksik vahidin  
(həm əsas və həm də  köməkçi nitq hissələrinin ) fonoforma müxtəlifliyinə də rast 
gəlinir.  Bu  baxımdan  seçdiyimiz  nümunələr  də  fikrimizin  təsdiqləyicisi  rolunda 
çıxış edir:                     kimi             ───   یمک 
          (MD, s. 203)             
                                    kimi             ───     یمیک             (MD, s. 279) 
       Milli sözlərimizdə və milli şəkilçilərimizdə (leksik, eləcə də qrammatik şəkilçi 
morfemlər  nəzərdə  tutulur)  qısa  saitlərin  həm  yazılıb,  həm  də  yazılmadığı 
iləqarşılaşırıq: 
       şəkilçi morfemdə:  köŋlüm  ─  ملکنوک     bimarını  ─ ینرامیب  (MD, s. 242, 286) 
       kök morfemdə:      düştüm  ─  موت ش د  (MD, s. 205)  
       Alınma  sözlərə  qoşulan  milli  şəkilçilərdə  də  bəzən  saitin  yazıda  əks 
olunmadığını görürük. Məsələn:    canimə   ─   همناج    (MD, s. 235).                                     
       Amma  şəkilçi  morfemlərin  daxilində  saitlərin  yazıda  əks  olunması  bizi  
yüksək kəmiyyət çoxluğu ilə qarşılaşdırır. Ümumən XVII əsr Azərbaycan ədəbi – 
bədii  materiallarının  dilinə  söykənmə  bizim  fikrimizin  reallığıına  əsas  verir. 
Məsələn:                ol   +   ur     ───       رولﻭا         (MD, s. 286) 
                               ol   +   mış   ───       شیملﻭا           (MD, s. 303) 
                                il    +   in     ───      نیلیا               (MD, s. 302) 
                                sin  +  din    ───       نیدنیس           (MD, s. 271) 
                                bil   +  ür     ───       رولیب             (MD, s. 286)     


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə