Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə56/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   52   53   54   55   56   57   58   59   ...   158

119 
 
      Onu da qeyd edək ki,  əsasən ifadəçisi  «heyi-həvvəz» olan  [ ə ] saiti isə adətən 
uzun  və  qısalığından  asılı  olmayaraq  sistemli  şəkildə  kök  leksik  faktlarda  söz 
ortasında  əks  olunmasa  da,    onun  XVII  əsr  Azərbaycan  ədəbi  dilinin  yazı 
sistemində yalnız söz köklərinin sonunda ( yəni şəkilçidən əvvəl ) yazıldığı da bir 
reallıqdır. Məsələn:  
                               səbzəniş           ────    شین هزبس      (MD, s. 205) 
                               sadəlikdin        ────  نیدکیل هداس    (MD, s. 208) 
      Göründüyü kimi, kök morfemlərdə söz ortasında yer almayan ( təbii ki, hər bir 
şeydə istisnalar olduğu kimi burda da istisnalar mövcuddur ) bu sait söz kökünün 
sonunda  şəkilçidən  əvvəl  qeydə  alınır.  Bu,  XVII  əsr  Azərbaycan  ədəbi  dilinin 
fonetik  –  orfoqrafik  norması  üçün  xarakterik  haldır.    Ümumiyyətlə,  türk  mənşəli 
söz  və  şəkilçilərdə    saitin  ([  ə]  və  [  e]    saitləri    istisna  olunmaqla)  yazılıb 
yazılmaması məsələsində   bir  növbələşmə   qeydə  alınsa  da,  saitlərin   yazıda   
əks  olunmasının intensivliklə müşayət olunduğunu görürük. 
      Bu  da  bilidirilməlidir ki, XVII  əsr  Azərbaycan ədəbi  dilində  uzun  və  ya 
qısa  (əsasən  uzun)  saitlər  fonoloji  məzmun  daşıyıcısı  kimi  qeydə  alınmır.  Amma 
bu  saitlərin  yazıda  ifadə  məsələsində  bir  müxtəliflik  var.  Belə  ki,  XVII  əsr 
Azərbaycan  ədəbi  dilində  eyni  sözlərdə  sait  səs  fərqliliyinin  mövcudluğu  da 
diqqətdən  yayınmır.Yəni  eyni  bir  leksik  vahidin  sait  fonemə  görə  orfoqrafik 
göstəricilərində  paralellik  yarandığının  şahidi  oluruq.  Məsələn,  I  şəxs  təkin 
ifadəçisi olan mən əvəzliyi həmçinin min şəkli əlaməti ilə də yazıda görünür. Eyni 
sözü  II  şəxs  tək  əvəzliyi  olan  sən  əvəzliyi  haqqında  da  demək  mümkündür. 
Deməli,  məzmun  baxımından  bir-biri  ilə  ekvivalentlik  təşkil  etsələr  də,  imlaları 
variantlılıqla müşayət olunur. Nümunələrlə fikrimizin təsdiqinə rəvac verək: 
                      mən      //      min       ───        sən      //      sin 
بم        //       نیم        ───        نس       // 
نیس 
   
  نونجم   ﻭ    یلیل   تی اکح   رﻭریا   ضرغ   رﻭریا ین س  
 ■ Səni irür ğərəz irür hekayət Leyli və Məcnun      (MD, s. 203) 
 
نیس
   
ارذع   قماﻭ   رﻭریا   هناسفا   دارم   نیسرﻭریا
 
 ■  Sin irürsin murad əfsanə irür vaməq və üzra       (MD, s. 203) ───         
 
   میک
نم
   
    ادج   نی دناغلآ   مولکنوک   کن اسلیق   ین لدیب
 
 
■    Kim mən bidelni qılsaŋ köŋlüm alğandın cüda    (MD, s. 209) 
  زونیغاسرﻭدپولﻭا   همنیدیقفشاکشآر
 
نیم
   
میک
 
 ■    Sağınuz min kim olupdur meh şəfəqidin aşikar   (MD, s. 211) 
      Bu  tipli  leksik  vahidlərin  sayını    kifayət  qədər  çoxluqla  təqdim  etmək 
mümkündür: 
 kim      //      küm   (MD,s. 209, 293)     tik      //     tək  (MD, s. 285,238) 
میک 
   // 
موک 
 
کیت      // کت 
 qəra     //      qarə   (MD, s. 204; QD,s. 46)         heç     //     hiç  (MD, s. 214, 229) 
ارق 
   //         هراق 
 
 
 
چئه      // چیه 
 daxi     //      dəxi    (QD, s. 56, 29))                    nə      //      ni    (MD, s. 270,209) 
یخاد    // یخد 
 
 
 
هن      //  ین 


120 
 
  Ilə      //       ila    (MD, s.225, 214)       ki  //  ke  //  kim   (MD, s. 209, 211, 233) 
هلیا 
  // 
لایا 
یک  //  هک  //   میک            və s. kimi 
faktlar da bir dil nümunəsinin  yazıdakı  ikili orfoqrafik cildindən xəbər verir. Hətta  
bəzən eyni fonetik cildə malik olan leksik vahidlərin müxtəlif fonoforma ilə XVII 
əsr Azərbaycan ədəbi dilinin yazı sisteminə girdiyi də qeydə alınır: 
                kim       ──    میک   (MD, 233) 
  və       ──     هو    (MD, s. 210) 
                kim       ──  
مک   (MD, s. 
?
)          və      ──      ﻭ     (MD, s. 208) 
          Təbii ki, diqqətə çatdırılan  faktik dil  nümunələrində (və bu tip bütün leksik 
vahidlərdə)  sözün  xarici  səs  tərkibi  məzmuna  öz  təsirini  göstərə  bilmir,  o,  sadəcə 
öz fonetik cildini dəyişir. Beləliklə, məzmun qorunur, fərqlənmələr isə fonoforma 
əsasında  baş  verir.  Müasir  dildən  ayrıntılar  da  məhz  bu  paralellərdən  birinə  
əsaslanaraq meydana gəlir. Beləliklə, saitlərin mövqe müəyyənliyi, eləcə də mövqe 
müxtəlifliyi  XVII  əsr  Azərbaycan  ədəbi  dilinin  fonetik-orfoqrafik    sistemində 
sözün  fonetik  tərkib  baxımından    fərqlənmələrini  təmin  edir.  Nəticədə  bu,  ədəbi 
dilin haqqında danışılan zaman kəsiyində az və ya çox dərəcədə bir qrup lüğəvi dil 
nümunələrinin  fonoformasında  baş  verir  və,  nəhayət,  sözün  fonetik  cildində  baş 
verən  bu  reallıq  sözün  imlasında    bir-birindən  ayrılan  ikiləşməyə,  hətta  bəzən 
üçləşməyə belə meydan verir. Bu isə XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və 
orfoqrafik normasının tarixi təzahür formasının bir parçası kimi qəbul edilir. 
 
ƏDƏBİYYAT 
1. 
Axundov AAzərbaycan dilinin fonemlər sistemi. – Bakı: Maarif, 1973. -  302 s. 
2.Рясянен М.  Материалы по исторической фонетике тюркских языков. – М: 
Изд-во иностранной литературы,  1955. - 220 с. 
3. Çobanzadə Ç. Türk-tatar lisaniyyatına mədxəl. – Bakı: ASPOLİQRAF, 2006.- 
180 s. 
Almaz Həsənqızı

 
 
İBN MÜHƏNNA LÜĞƏTİ 
ƏHMƏD CƏFƏROĞLUNUN ARAŞDIRMALARINDA 
 
Görkəmli  türk  filoloqu  Mahmud  Kaşğarlıdan  sonra  yazılan  bir  çox  əsərlər 
uzun  müddət  onun  cazibəsindən  qurtara  bilməsə  də,  XII  –  XIII  yüzillərdə  artıq 
oğuz  –  qıpçaq  –  türkmən  dillərinin  lüğətlərə  təsiri  daha  çox  diqqəti  cəlb  edir. 
Monqolların hakimiyyəti illərində  müştərək türk ədəbi dilinin inkişafı üçün şərait 
mövcud olsa da, XIII yüzildən etibarən türk şivələrinin ayrılması prosesi başlayır. 
Bu  dövrün  ən  mükəmməl  yadigarı  isə  bir  neçə  nüsxəsi  mövcud  olan,  Əlinin 
«Qisseyi-Yusif» (10), yaxud «Yusifi Züleyxa» adlı əsəri hesab edilir. Onun dili ilə 
bağlı  geniş  araşdırma  aparan  Azərbaycanın  mühacir  alimi  Əhməd  Cəfəroğlu 
                                                           

  Həsənqızı Almaz - Bakı Qızlar Universitetinin dosenti. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə