Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə64/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   60   61   62   63   64   65   66   67   ...   158

135 
 
E.Sevortyanın  –cı
4
  (-çı
4
)  şəkilçisinin  fonosemantik  inkişafı  ilə  bağlı 
söylədiyi  mülahizələri  –cıl  şəkilçisinə  də  şamil  etmək  lazım  gəlir.  Müəllifə  görə, 
ilk vaxtlar adlardan ad və əlamət bildirən bir şəkilçi kimi çıxış edən –cı(-çı) sonrakı 
inkişafda  ümumi  səciyyə  daşıyaraq  fellərdən  də  -ıcı
4
  şəklində  isim  və  sifət 
düzəltməyə başladı. Beləliklə, -ıcı
4
 göstəricisində həm işi görənin “təmiz” mənası, 
həm  də  onun  icra  etdiyi  hərəkətin  daimi  mənası  birləşmiş  şəkildə  ifadə  edilmiş 
oldu, yəni bu şəkilçi ilə -qan, -ağan; -qa; -qaç; -qın; -aq;  -caq və s. şəkilçilərin də 
mənası ifadə edildi (15,  17). 
Buradan  belə  nəticə  çıxarmaq  olur  ki,  isim  və  sifət  düzəldən  bir  çox 
şəkilçilər  kimi  –cıl
4
  da  əvvəllər  adətən  aid  olduğu  sözün  real-əşyavi  məzmunu, 
əlaməti  və  keyfiyyəti  ilə  bağlı  olmuş,  sonralar  isə  zaman  keçdikcə  sözün  əşyavi 
mənası ilə əlaməti kifayət qədər bir-birindən fərqlənməyə başlamışdır. Dilin müasir 
mərhələsində  mövcud  olan  şəkilçi  morfemlərin  əksəriyyətinə  məhz  bu  prizmadan 
yanaşmaq lazım gəlır; yəni türk dillərində sözün kökünün konkret olaraq hansı nitq 
hissəsinə mənsubluğunun sözyaratmada elə də bir rolu yoxdur. 
Bir  məsələni  də  qeyd  etmək  istərdik  ki,  -ımtıl
4
  bir  müqayisə  dərəcəsi 
göstəricisi  kimi  çox  sonralar  meydana  gəlmişdir.  Sırf  oğuz  mənşəli  bu  morfem 
əsasən  Azərbaycan  türkcəsi  ilə  bağlıdır.  M.Kaşğarinin  “Divan”ında  bu  şəkilçiyə 
rast  gəlinmir.  Digər  türk  dillərində,  o  cümlədən  Azərbaycan  dilinin  dialektlərində 
şəkilçinin  –sıl  və  -tır  variantı  da    mövcuddur:  sarımsıl,  göyümsül,  ağımtır, 
göyümtür, bozumtur (9, 179), karamtır, sarğımtır, ekşimtir (özbək).   İkinci  forma 
-ımtırak  morfeminin  tərkib  hissəsi  kimi  daha  işləkdir:  sarımtırak,  ağımtırak, 
acımtırak, göyümtürək (Azərb.), ekşimtirek, mavimtırak, morumtırak (türk). 
M.Ergin  –mtırak  şəkilçisinin  türk dilində bənzərlik, kimlik  məzmunu ifadə 
etdiyini vurğulayaraq bunu funksiya baxımından onunla eyni olan –msı formasına 
bərabər sayır: “Funksion baxımından –msı, -msi, -msu, -msü ilə aralarında heç bir 
fərq yoxdur. Yalnız bu şəkilçinin istifadə sahəsi daha dardır. Dad və daha çox rəng 
isimlərindən  dad  və  rəng  isimləri  (burada  isim=sifət  –  K.B.)  yapmaqda  işlənir: 
acımtırak, ekşimtırak (turştəhər), beyazımtırak, yeşilimtırak”...” (11, 162-163). 
Deməli, osmanlı türkcəsində hazırda azaltma dərəcəsi göstəricisi kimi çıxış 
edən  –msı,  -msi  şəkilçisi  əslində  -msıl  və  ya  –mtıl-ın  sonrakı  şəklidir.  Bu 
dəyişməni  belə  ifadə  etmək  olar:  karamtıl-karamsıl=-karamsı,  acımtıl-acımsıl-
acımsı, morumtul-morumsul-morumsu və s. Özbək və uyğur dillərində -tır-ın –çil, 
-çir fonovariantları da vardır: akçilrak, akuçirak, köküçirak və s. (14, 117). 
Müşahidələr onu deməyə əsas verir ki, -çıl şəkilçisinin derivatlarından biri 
də  -çı  morfemidir.  –çı-nın  –çıl-la  məna  bərabərliyi  doğruçu-doğruçul,  küyçü-
küyçül,  qənaətçi-qənaətcil,  inadçı-inadçıl,  uykuçu-uykuçul  nümunələri  ilə  təsdiq 
oluna bilir. Türk dillərində -çı şəkilçisinin –cı; -ça; -sı; -so; -zə; -şı; -jı; -kı; -hı; -qı 
kimi  variantları  mövcuddur:  ovçu,  işçi  (Azərb.),  koyçi  (şor),  koşso  (başqırd), 
jılkışı,  xabarşı  (qazax),  odunji,  xoyji  (tatar,  tuvin),  puləzə,  ataça  (çuvaş)  vatansi, 
staxanovsi (başqırd), suvaçı, deveçi (türk) və s. 


136 
 
-Çı-nın  sözlərdə  yaratdığı  məzmun  çalarlarından  bəhs  edən  A.Şerbak  bir 
neçə  əsas  mənaya  üstünlük  verir.  Onun  fikrincə,  bu  şəkilçi  şəxsin:  peşə 
məşğuliyyətini,  fəaliyyət  və  vərdişini,  ictimai  mənsubluğunu  (vətənçi,  millətçi, 
respublikaçı), məkana mənsubluğunu ( nalçikçi, nartançı, xabazçı) və s. ifadə edir 
(14,  103).  M.Hüseynzadə  və  S.Cəfərov  isə  şəkilçinin  təxminən  6-9  mənasını 
fərqləndirirlər:  “Azərbaycan  dilində  -çı
4
  şəkilçisi    isimlərdən  peşə,  məşğələ,  adət, 
xasiyyət,  əqidə,  meyil,  hal-vəziyyət,  keyfiyyət,  məkan  mənsubiyyət  və  s.  mənalı 
düzəltmə isim  əmələ gətirir” (16, 29; 17, 174-175). 
-Çı  morfeminə  dair  sadalanan  mənaların  heç  də  hamısını  –çıl-a  aid  etmək 
olmur.  Deyək  ki,  xasiyyət,  meyil,  adət  mənaları  hər  iki  şəkilçiyə  aid  ola  bilsə  də, 
peşə, məşğuliyyət, əqidə, məkani mənsubiyyət mənaları yalnız –çı ilə məhdudlaşır. 
Məsələn,  küyçü-küyçül,  doğruçu-doğruçul,  gopçu-gopcul,  əməkçi-əməkcil, 
qənaətçi-qənaətcil  kimi  nümunələrdə  -çı  və  -çıl  eyni  mənalı  olub  bir-birinin 
sinonimi  kimi  çıxış  edə  bildiyi  halda,  arabaçı,  dənizçi,  kömürçü,  ədəbiyyatçı, 
kəndçi, tərbiyəçi, musiqiçi və s. kimi sözlərdə bu mümkün deyildir. Yaxud əksinə, 
qabaqcıl, ardıcıl, ölümcül, yuxucul kimi sözləri qabaqçı, ölümçü, yuxuçu şəklində 
işlətmək olmur. Belə görünür ki, şəkilçinin forması dəyişdikcə bu dəyişiklik onun 
funksional-semantik  təyinatında  da  yeniləşməyə  səbəb  olmuş,  əvvəllər  yalnız 
əlamət və keyfiyyət ifadə edən –çıl sonrakı inkişafda daha geniş məna çalarlarının; 
bənzərlik,  oxşarlıq,  meyillik,  sahiblik,  mənsubiyyət  və  s.  ifadəçisinə  çevrilmişdir. 
Əvvəldə qeyd etdiyimiz kimi, başlanğıcda isim və ya sifət düzəltməyə xidmət edən 
eyni bir şəkilçi sözün həm əşyavi, həm də əlamət və keyfiyyət məzmununu özündə 
ehtiva edirdisə, zaman keçdikcə şəkilçi morfemdə baş verən diferensiallaşma meyli 
sözün əşyavi mənası ilə onun əlamət və keyfiyyət mənası arasında mühüm fərqləri 
ortaya  qoymuş,  hər  bir  nitq  hissəsi  özünə  məxsus  şəkilçi  morfemə  sahib  olmağa 
başlamışdır. Beləliklə, ilk dövrlərdə tutaq ki, gopçul, əməkcil, küyçül, formasında 
olan  sifət  sonralar  sonuncu  samitin  düşməsi  sayəsində  gopçu,  əməkçi,  küyçü 
formalarını  alaraq  bir  müddət    sifət,  keyfiyyət  funksiyasını      yerinə  yetirsə  də,  
sonralar  əşyavi  məzmunun    üstün  mövqeyi  sayəsində    isimləşməyə  doğru 
təmayülləşmişdir.  Nəhayətdə  -çı  bir  şəkilçi  kimi  türk  dillərində,  o  cümlədən 
Azərbaycan  dilində  artıq  şəxsin  sənət  və  peşəsini  bildirən  bir  şəkilçi  funksiyasına 
yiyələnmışdir. Sonrakı    fazada şəxsin  sənəti ilə sənətinin adı arasında    fərqi ifadə 
etmək  zərurəti  yarandıqda  isə  -çı  digər  bir  şəkilçi  ilə  birləşərək  –çılıq  forması 
almışdır. –lıq şəkilçisindəki mücərrədlik çaları –çı-dakı konkret  sənət, peşə çaları 
ilə  birləşərək  nəticə  etibarilə  yeni  və  daha  ümumi  səciyyəli  bir  şəkilçinin 
yaranmasına  səbəb  olmuşdur:  papaqçılıq,  yazıçılıq,  dənizçilik,  dəmirçilik, 
dulusçuluq, kömürçülük və s.   
Bu  nümunələrdən  fərqli  olaraq  daha  çox  mücərrədləşməyə  məruz  qalmış 
mehribançılıq, düşmənçilik,  qəribçilik,  avaraçılıq,  müsəlmançılıq  kimi  sözlərdə 
-cılıq
4
  morfemini  tərkibinə  parçalamaq  zahirən  mümkünsüz  görünür,  ona  görə  ki, 
dilimizdə  mehribançı,  düşmənçi,  qəribçi,  avaraçı  kimi  müstəqil  işlənə  bilən  isim 
yoxdur. Azərbaycan  dilindən fərqli olaraq digər türk dillərində belə bir problemə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə