Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə66/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   62   63   64   65   66   67   68   69   ...   158

139 
 
Əşyanın  sıralanmada  yeri  ilə  bağlı  sayların    əlamət  məzmunu  kəsb  etməsi 
K.Dmitriyevin nəzərindən qaçmamış və o qeyd etmişdir ki, bu cəhət sıra saylarını 
sifət  kateqoriyasına  yaxınlaşdırır  (21,  192).  Sıra  saylarına  həm  sayın  (neçənci?), 
həm də sifətin (hansı?) suallarını verə bilmək və sıra saylarının cümlədə sifət kimi 
təyin rolunda çıxış etmək xüsusiyyəti də buradan irəli gəlir. 
Türkoloqların bir çoxu  –ıncı
4
  formasının  sonralar  yarandığını,  qədimdə  bu 
şəkilçinin  –nç  olduğunu  iddia  edirlər.  Orxon-Yenisey  abidələrində,  qədim 
uyğurcada və  M.Kaşğaridə də belədir. “10-dan aşağı olan saylarda kökə özündən 
əvvəlki  sayın  arxasından  gəldiyini  bildirmək  üçün  n  və  ç  [nç]  artırılır,  törtünç, 
beşinç  kimi”  (13,  189).  M.Ergin  uzun  tarix  boyunca-ıncı  şəkilçisində  mühüm 
dəyişikliklərin  baş verdiyini diqqətə çatdıraraq ilkin formanın –nc şəkilli olduğunu 
söyləyir: “Ek əslində sadəcə -nç şəklində olub ikincidən başqa digər sıra sayları bu 
eklə  yapılırdı: birinç, ikinti, üçünç, törtünç, beşinç, altınç kimi” (11, 159). Diqqət 
yetirdikdə  görmək  olur  ki,  həm  M.Kaşğarinin,  həm  də  M.Erginin  söylədikləri  ilə 
gətirdikləri  nümunələr  arasında  kiçik  bir  ziddiyyət  vardır.  Əgər  praforma  –nç 
şəklində  olmalıdırsa,  nə  üçün  beşinç,  üçünç,  törtünç  saylarında  bu  –inç,  -ünç 
şəkillidir.  M.Kaşğarinin  “Divan”ı  ilə  təxminən  eyni  dövrdə  qələmə  alınmış, 
“Qutadğu Biliğ”də bunun tam əksini görürük: “Divan”da –nçı, -ınçı, -inçi, -unçu, -
ünçü şəkilçisi qeydə alınmamışdır. Halbuki “Qutadğu Biliğdə bu, həm də bunun –
nç, -ınç, -inç, -unç, -ünç variantı işlədilmişdir (22, 225). 
R.Əskər V.M.Nasilova istinadən yazır ki, XI-XIV əsrlərdə  Heratda qələmə 
alınmış uyğur abidələrində sıra saylarının yaradılma prosesində -nçı variantı daha 
işlək olmuşdur (22, 226). 
Türkoloqlar  arasında  –ıncı
4
  şəkilçisinin  arxetipini  müəyyənləşdirmək 
məsələsində yekdil fikir yoxdur. Bunlardan bir neçəsini nəzərə çatdırmaq istərdik: 
S.V.Jastremski belə güman edir ki, yakut dilində istifadə edilən –ıs, -is, -us, 
-üs forması daha qədimdir: ikkis, ühüs, tördüs, behis və s. (23, 73). T.M.Matveyev 
buna bənzər formanın çuvaş dilinin dialektlərində də mövcud olduğunu qeyd edir: 
ikiniş - ikinşi, altınış – altınşı (24, 11). 
 O.Bötlinq  də  bu  fikirdədir  ki,    yakut  dilindəki  forma  daha  qədim  olub 
sonralar –nç və -ınç formalarının meydana gəlməsinə səbəb olmuşdur (14, 146).  
 V.V.Radlova  görə  sıra  sayı  göstəricisinin  ən  qədim  forması  –nı,  -ni 
olmuşdur.  O,  yakutcadakı  ayların  adına  əsasən  bu  fikrə  gəlmişdir:  altınnı-altıncı 
(oktyabr),  settinni-yeddinci  (noyabr),  axsınnı-səkkizinci  (dekabr),  toxsunnu-
doqquzuncu (yanvar) və s. (3, 193). 
D.Sinor  –ıncı-nın  ilkin  formasını  axtararkən  qədim  türcədəki  ikinti  sıra 
sayındakı  –nti  üzərində  dayanmışdır,  Y.Nemet  və  Q.Ramstedə  görə  sıra  sayı 
göstəriciləri etimoloji cəhətdən sənət, peşə mənalı –çi, -ji ilə eynidir (14, 146-147). 
A.N.Kononovun  –di//-ji//-çi  formalarını  III  şəxsin  qədim  mənsubiyyət  göstəricisi 
hesab  etməsinə  A.M.Şerbak  qarşı  çıxaraq  söyləyir  ki,  nə  qədimdə,  nə  də  müasir 
türk dillərində bu formalı III şəxs mənsubiyyət göstəricisi olmamışdır (14, 147). 


140 
 
N.İ.Aşmarin  çuvaş  dilindəki  ikkemeş-ikinci,  vissemes-üçüncü,  tavattameş-
dördüncü sıra saylarındakı –meş morfemini III şəxsin mənsubiyyət göstəricisi daha 
qədim  forma  olan  -əm,  -em-in  fonovariantı  hesab  edir:  viçem-üçüncü,  toutom-
dördüncü,  altom-altıncı  və  s.  (25,  181-182).  L.Ş.Levitskaya  da  bu  fikri 
dəstəkləyərək  –meş  göstəricisindəki  –m  elementini  “fərqləndirici  –cəmlik 
şəkilçisi”  adlandırır,  -eş-i isə  ümumtürk səciyyəli III şəxs şəkilçisi  –si-yə  bərabər 
tutur (26, 48-49). 
Türk dillərinin əksəriyyətində -ınçı
4
 və -ımcı
4
 şəklində mövcud olan müasir 
formanın  necə  yaranması  və  hansının  daha  ilkin  olması  haqda  da    türkologiyada 
müxtəlif mülahizələr öz yerini tapmışdır. V.Banqa görə -imçi daha əvvəl mövcud 
olub,  -inçi  sonrakı  variantdır.  M.Rəsenen  çuvaş  və  köhnə  özbək  dillərini  əsas 
götürərək –imçi variantını daha qədim sayır. A.Şerbak V.Banqın mülahizəsini daha 
inandırıcı  sayaraq  m→n  dəyişməsini  sonrakı  proses  hesab  edir  (14,  149). 
B.Serebrennikov  V.Banq  və  A.Şerbakın  mülahizələrinə  qoşularaq  qeyd  edir  ki,  -
ımcı şəkilçisi cəmlik göstəricisi –ım(-im) -in üzərinə ayırıcı (ümumidən biri və ya 
bir  neçəsi)  –çı,  -çi  şəkilçisinin  artırılması  ilə  yaranmışdır.  O,  türk  dillərində  sıra 
saylarının  yaranması qaydasını həmin  sxemə uyğun sayır, öz fikrini təsdiq üçün 
sıra saylarındakı –çı hissəsini bəzi türk dillərində felin əmr formasını yaradan eyni 
formalı  –çı  ədatı ilə  müqayisə  edir (barçı  –  gəl də)  və  bunları eynimənşəli  hesab 
edir (2, 129-30).  
Bəri  başdan    deyək  ki,  B.Serebrennikovun  bu  mülahizələri  morfonoloji 
ölçüyə  heç  cür  sığmır.  Onun  çuvaş  dilindəki  sıra  sayı    göstəricisi  –meş-dəki    m 
elementini  –ımçı,  -ınçı    morfemlərindəki  –ım,  -ın  hissələri  ilə  eyniləşdirərək 
bunları  yuvarlaq  çoxluq  (собирательной  множественности)  şəkilçisi 
adlandırması  və  fikrini  təsdiq  üçün  türk  dilindən  birim  (bir-bir),  Azərbaycan 
dilindən  üçəm  (üç-üç),  tatar  dialektlərindən  bişəm  (beşdən  biri)  kimi  nümunələrə 
istinad edib buradakı –m elementini də çoxluqdan ayırma  göstəricisi kimi təqdim 
etməsi  inandırıcı  görünmür.  Ən  azı  ona  görə  ki,  türk  dillərinin  bir  çoxunda,  o 
cümlədən  Azərbaycan  dilində  də  saylara  qoşulan  bu  şəkilçi  onlarda  təkcə  çoxluq 
və ya çoxluqdan ayırma mənası deyil, daha çox tərz, hərəkətlə bağlı əlamət və ad 
məzmunu yaradır. Məsələn, Qoyun üçəm balaladı. O boyda meşədə təkəm-seyrək 
bir-iki ağac qalmışdı. Atını dördəm (dördnala) çapıb uzaqlaşdı. 
Haqqında  bəhs  edilən  –ım,  -m,  -ın,  -n  şəkilçiləri  türk  dillərində  iki  əsas 
mənaya  xidmət  edir,  ya  qoşulduğu  sözlərdə  yiyəlik  –  mənsubiyyət  məzmunu 
yaradır, ya da müxtəlif nitq hissələrindən ad bildirən sözlər düzəldir. Məsələn;  
a)
 
gözüm, əlim, ayağım, üçüm, beşim, atam, anam, ağrım, acım və s. 
b)
 
dözüm, ölüm, itim, görüm, bakım, yaşam, önəm, uçurum; 
c)
 
əkin, biçin, səpin, axın, talan və s.  
Sıra  saylarında  da  bu  qayda  özünü  doğruldur,  yəni  bunlarda  da  əvvəlcə 
sayın  üzərinə  -ım,  -ın  bufer-keçid  addüzəltmə  morfemləri  əlavə  olunur,  sonra  isə 
sayın sırada yerini əlamətləndirməyə xidmət edən –çı(-cı, -çe, -ji, -çi, -si) şəkilçisi 
artırılır:  birinci,  ekinçi,  öçençe,  dördünjü,  beşinşi,  altınsı  və  b.k  Funksional  və 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə