Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   58   59   60   61   62   63   64   65   ...   158

131 
 
10.
 
İndiki zamanın şivələrimizdə səsləşən -əd və -adur variantları “Yusif və 
Züleyxa”    məsnəvisinin dilində  də  işlənmişdir:  Diyəd: namərd dünya bir gün  var 
idi,  Ol  ulu  dövlət  mənimlən  yar  idi  (4b);  Yusif  aydər:  dünya  işi  böylədür,  Kim 
gələdür, kimgidədür, öylədür (2a); Necələr anun əlindən yanədür (5a). 
Xətai  Təbrizinin”Yusif  və  Züleyxa”  məsnəvisinin  fonetik  və  orfoqrafik 
xüsusiyyətlərinin  tədqiqi  ədəbi  dilimizin  təşəkkül  dövrü  ilə  bağlı  tarixi  fonetika, 
tarixi  orfoqrafiya,  eləcə  də  tarixi  dialektologiya  haqqında  tam  və  dolğun  təsəvvür 
əldə  etməyə  imkan  verər.  Ümumiyyətlə  isə,  orta  əsrlərə  aid  Azərbaycan 
əlyazmalarının fonetik və orfoqrafik xüsusiyyətlərinin araşdırılması yazılı ədəbi dil 
tarixinin  hərtərəfli  və  dərindən  öyrənilməsi  işində  mühüm  əhəmiyyət  daşıyır 
(7,92). 
 
ƏDƏBİYYAT 
1. 
Araslı. H. 
Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1960 
2. 
Cami Əbdürrəhman 
“Yusif və Züleyxa” (farscadan çevirəni M.Mübariz). 
Bakı, 1989 
3. 
Əlizadə S. 
Orta əsrlər Azərbaycan yazı dili. Bakı,1985 
4. 
Xətai Təbrizi 
Yusif və Züleyxa. M.Füzuli adına AMEA-nın Əlyazmalar 
İnstitutu, şifrə No.: M-187(Mötərizədə həmin nüsxədən 
toplanan nümunələrin səhifələri göstərilmişdir) 
5. 
Xətai Təbrizi 
Yusif və Züleyxa (elmi-tənqidi mətni və transfoneliterasiyası 
T.Əkbərovundur). Bakı, 2004  
6. 
Mirzəzadə H. 
Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990 
7. 
Nağısoy Möhsüm 
XVI əsrAzərbaycan tərcümə abidəsi “Şühədanamə”. 
Bakı, 2003 
8. 
Suli Fəgih  
Yusif və Züleyxa (tərtib edənlər Sənan İbrahimov, Səbuhi 
İbrahimov).Bakı,2008 
9. 
Tərbiyət M. 
Daneşməndane-Azərbaycan (görkəmli elm və sənət 
adamları). Bakı,1987 
 
Kamil Bəşirov

 
 
TÜRK  DİLLƏRİNDƏ –ÇIL (-CIL) ŞƏKİLÇİSİ VƏ ONUN 
DERİVATLARINA DAİR 
 
Türkologiyada  vaxtilə  İ.Deni  tərəfindən  “boz”,  “xallı”  kimi  mənalan-
dırılaraq  əlamət  bildirən    müstəqil  söz  kimi  xarakterizə  edilən  –çıl
4
    morfemi  (1, 
37-38) müasir mərhələdə artıq şəkilçiləşərək türk dillərində müxtəlif fono-semantik 
                                                           

Bəşirov Kamil - Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə 
doktoru.  


132 
 
variasiyalarla işlənməkdədir: -cıl
4
; -çıl
4
; -şıl
4
,  -sıl
4
;  -tür,   -tıl; -sal;     -hıl; -şın
4
, -
çın
4
, -çan
2
; -çən
2
 və s. 
Bəri  başdan  deyək  ki,  İ.Deninin  morfemin  məzmunu  barədə  mülahizələri 
bizə  doğru  görünmür,    ən  azı  ona  görə  ki,  bu  morfem  qoşulduğu  sözlərdə  “boz”, 
“xallı”  mənasını deyil,  əlamət və  keyfiyyətlə  bağlı bir çox digər  mənalar  yaradır. 
Görünür, -çıl morfemi ilə eyni formalı olan rəng bildirən bir söz (çil, çilçil = xallı) 
bu  versiyanın  meydana    gəlməsinə  səbəb  olmuşdur.  Əslində  isə  -cıl  və  onun 
fonovariantları  bəzi  türk  dillərində  sıl,  digərlərində  -cür  şəklində  bu  gün  də 
müstəqil  söz  kimi    mövcud  olan  əlamət  və  keyfiyyət  məzmunlu  leksemdən 
törəmədir.  Məsələn,  Azərbaycan  və  osmanlı  türkcələrindəki  nə  cür?  nasıl?  sual 
əvəzliklərinə diqqət yetirək. Burada cür və sıl necə, nə təhər, nə şəkildə, nə növdə, 
nə  xasiyyətdə  məzmunlu  müstəqil  sözlər  kimi  çıxış  edir.  Dilimizdəki  cür 
komponentli  cürbəcür,  dörd  cür,  hər  cür,  o  cür,  bu  cür,  neçə  cür  (hər  tür) 
sözlərində  isə  söz  növ,  bənzətmə,  mənsubiyyət  və  s.  çalarlıdır.  B.Serebrennikov  
türk  dillərində  sual  əvəzliyi  kimi  işlənən  nə  tərkibli  sözlərin  2-ci  hissəsinin  isim 
olduğunu  mülahizə  edərək  nə  cür?  əvəzliyindəki  cür  tərkibini  növ  (sort)  kimi  
mənalandırır (2, 142). 
Onu  da  qeyd  etməliyik  ki,    türkologiyada  cür  və  sıl    morfemlərinin 
mənşəyinə dair yekdil fikir yoxdur. Məsələn, türkoloq alim F.İsxakov Azərbaycan 
dilində  cür-dən  nə  cür?  sual  əvəzliyinin  tərkib  hissəsi  kimi  bəhs  edərkən  bu 
formanın digər türk dillərində  rast gəlinmədiyini əsas götürərək onu fars mənşəli 
hesab  edir  (3,  238),  lakin  unudur  ki,  çuvaş  dilində  ver  və  müasir  türkcədəki  tür 
formaları  həm  funksiya,  həm  də  forma  baxımından  cür-ə  tam  adekvatdır. 
Azərbaycan dilinin Qərb  şivələrində işlənən “həncəri” (qancarı) sual əvəzliyi həm 
də  necə,  nə  cür  mənasını  ifadə  edir  (4,  264).  Digər  türk  dillərində  rast  gəlinən  –
gür,  gük,  -ğük,  -cük,  -çük  variantlarını  da  buna  əlavə  etsək,  bizcə,  mənzərə 
tamamlanmış olar: özgür -/sərbəst (türk), nəgük = nə cür? (uyğur), nəçuk=nə cür? 
(türkmən, karaim), nə cük=nə cür? (Azərb.dialektləri) və s. (5, 674, 683; 6, 297; 7, 
266; 8, 90;  9, 188). 
Deməli,    cür  tərkibli  yalnız  Azərbaycan  dili  üçün  xarakterikdirsə  və  bu 
forma    digər  türk  dillərində  rast  gəlinmirsə,  bu  o  demək  deyildir  ki,    morfem 
alınmadır.  Başqa  türk  dillərində  bu  söz  əsasən  –k  və  ya  –g  başlanğıclıdır:  sezgir 
(sezən) – özbək,  dilgir (dilli),  sütkür (südlü)- tuvin; körgür (yaxşı görən),  seskir 
(yaxşı eşidən), tapkir (tapan) – altay; ütkir (itilənmiş) qazax; ölgür (öləsi) kumuk 
və  s.  Morfonoloji  baxımdan  k//g//ç//c  paralelliyinin  mümkünlüyü  göstərilən 
morfemləri  eyni  bir  yuvadan  çıxmış  invariantlar  kimi  qavramağa  əsas  verir  (10, 
105). 
Bir sıra türk dillərində cür-ə adekvat olaraq onunla eyni funksiyalı day, dəy, 
tağ (tay, tək – K.B.),  cük, çik, neŋ (türkmən), şək, sək və s. formalardan istifadə 
edilir:  kanday  (qaraqalpaq,  özbək,  qırğız,  qazax);  kandeğ,  kandiy  (altay,  yakut); 
niçik,  nineŋ  (türkmən);  sırğançik  (sürüşkən)  –  özbək,  kunançik  (qəmli)  –  şor; 
nişek, nisək (tatar, başqırd) və s. Bu gün nisbətən az işlək və ən arxaik formalardan 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə