Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə59/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   55   56   57   58   59   60   61   62   ...   158

125 
 
Высщая школа 1969  
2.
 
Caferoğlu  Ahmet.  Şarkta  ve  Garpta  azeri  tetkikleri,  Azerbaycan  yurt  bilgisi, 
Istanbul, 1932  
3.
 
Caferoğlu  Ahmet.    Azerbaycan  dil  ve  edebiyatının  dönüm  noktaları,    Ankara,  
1953 
4.
 
Caferoğlu Ahmet. Türk kavimleri, Istanbul, Türk Kültürünü Araştırma Enstitüsü, 
Ankara. 1983 
5.
 
Caferoğlu Ahmet. Türk dili tarihi, Istanbul, Enderun kitabevi, 2000 
6.
 
Cəfərov Səlim. Müasir Azərbaycan dili (leksika), Bakı, Maarif, 1968 
7.
 
Hacıyev Tofiq. Qıpçaq çölü haqqında elmi ballada, «Ədəbiyyat qəzeti», 12 avqust 
2005 
8.
 
Həsənqızı Almaz. Əhməd Cəfəroğlunun folklorşünaslıq tədqiqatları sovet ideoloji 
təbliğatına qarşı, Folklor və etnoqrafiya, 2006, № 2, səh. 56-62 
9.
 
Kaşğari    Mahmud.  Divanü  lüğat-it  türk  (nəşrə  hazırlayan:  Ramiz  Əskər),  Bakı, 
Ozan, 2006 
10.
 
 Qisseyi - Yusif. (Çapa hazırlayan E.Əlibəyzadə), B., Azərnəşr, 1995 
11.
 
 Nərimanoğlu  Kamil  Vəli,  Ağakişiyev  Əliheydər.  1926-cı  il  Birinci  Bakı 
Türkoloji qurultayı (Stenoqramm materialları, biblioqrafiya və foto-sənədlər), Bakı, Çinar-
çap, 2006 
12.
 
 Nəvai Əlişir. Mühakimətül-lüğəteyn (tərc. edən K.V.Nərimanoğlu), Bakı, Yurd, 
1999 
13.
 
 Seyid  Cəmaləddin  İbni  Mühənna.  Hilyətül-insan  və  həlbətül-lisan  (Tərcümə 
edən və nəşrə hazırlayan:Tofiq Hacıyev), Bakı,  Kitab aləmi, 2008 
 
İslam Vəliyev

 
 
XƏTAİ TƏBRİZİNİN “YUSİF VƏ ZÜLEYXA” MƏSNƏVİSİNİN 
FONETİK-ORFOQRAFİK XÜSUSİYYƏTLƏRİ 
 
XV  əsr  Azərbaycan  ədəbiyyatı  və  dilinin  mənzərəsini,  inkişaf  istiqamətini 
araşdırmaq  üçün  bu  dövrdə  Xətai  təxəllüslü  şairin  qələmə  aldığı  “Yusif  və 
Züleyxa”  məsnəvisi  lüğət  tərkibinin  zənginliyi,  qrammatik  kateqoriyalarının 
genişliyi  ilə  diqqəti  cəlb  edir.  Mövzusu  səmavi  kitablardan  alınmış,  Asiya  və 
Afrika xalqları folklorunda geniş yayılmış,Yaxın və Orta Şərq ədəbiyyatında çoxlu 
müəllif  tərəfindən  qələmə  alınmış  “Yusif  və  Züleyxa”(2,  5)  Azərbaycan 
ədəbiyyatında  da  işlək  mövzulardan biri olmuşdur. Azərbaycan dilində  “Yusif  və 
Züleyxa” əsərini işləyən şairlər içərisində Xətai Təbrizinin qələmə aldığı məsnəvi 
həcminin  böyüklüyünə  və  bədii  sənətkarlıq  xüsusiyyətlərinə  görə  maraq  doğurur.
 
“Xətai”  təxəllüslü  şairin  bu  əsəri  haqqında  bir  sıra  ədəbiyyatşünaslar- 
Ə.Xəyyampur,  N.S.Dolu,  A.S.Ləvənd,  M.F,Köprülüzadə  dəyərli  fikirlər 
söyləmişlər.  Azərbaycanda  H.Araslı,  Ə.Hüseynzadə,  Ə.Məmmədov,  T.Haciyev, 
                                                           

Vəliyev İslam - Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru. 


126 
 
C.Nağıyeva  və  başqaları  ədəbiyyat  və  dil  tariximizin  müxtəlif  sahələrinə  aid 
yazdıqları tadqiqatlarında bu və ya digər dərəcədə abidəyə müraciət etmişlər (5, 5). 
Xətai Təbrizinin “Yusif və Züleyxa” məsnəvisi ilə bağlı ilk məlumata Məhəmməd 
Tərbiyətin  ”Daneşməndani-Azərbaycan”  əsərində  rast  gəlirik.  Həmin  kitabda 
qədim dövrlərdən başlayaraq Azərbaycanın minə yaxın görkəmli elm,ədəbiyyat və 
incəsənət xadiminin həyatı, yaradıcılığı haqqında yazılmış yığcam bilgidə dahi şair 
və  dövlət  xadimi  kimi  Şah  İsmayıl  Xətainin  ədəbi  fəaliyyəti  haqqında  məlumat 
verildikdən  sonra,  “Xətai”  təxəllüsü  ilə  yazan  şairin  də  mövcud  olduğunu 
xatırladılır. Hətta M.Tərbiyət ”İbtida qıldum be name ol kərim, Ey ki,bismillahir-
rəhmanir-rəhim”  beyti  ilə  başlanan  bir  əlyazmasının  onun  kitabxanasında 
saxlandığını da qeyd edir (9, 336).   
 
 
Poema  haqqında  geniş  məlumata  T.Z.Əkbərovun  “X.Təbrizinin  “Yusif  və 
Züleyxa”  əsərinin  tekstoloji  tədqiqi”  mövzusunda  yazdığı  dissertasiya  işində  rast 
gəlirik  (8,  310).  T.Əkbərov  göstərir  ki,  Xətai  Təbrizinin  “Yusif  və  Züleyxa” 
poemasının  dövrümüzə  qədər  gəlib  çatmış  yeddi  əlyazma  nüsxəsi  mövcuddur  (5, 
6-7). Bu nüsxələr  üzərində, onların qarşılıqlı  müqayisəsi baxımından aparılan işin 
nəticəsi  olaraq  2004-cü  ildə  Xətai  Təbrizinin  “Yusif  və  Züleyxa”  məsnəvisinin 
elmi-tənqidi  mətni  və  transfoneliterasiyası  kitabı  çapdan  çıxmışdır.  T.Əkbərov 
həmin  kitabda  poemanın    tam  mətninin  tərtibi  üçün  yeddi  əlyazması  nüsxəsini 
tədqiqata  cəlb  etmişdir  (5,  7-10).  Azərbaycanın  müxtəlif  bölgələrindən  tapılmış 
həmin  əlyazmalardan  üçü  tam,  dördü  isə  naqisdir.  “Belə  əlyazmalar  bilavasitə 
Azərbaycanla  bağlı  olduğundan  onlar  dilimizin  fonetik,  leksik  və  qrammatik 
quruluşunu  öyrənmək,  lüğət  fondu  ilə  tanış  olmaq,  bu  gün  üçün  arxaikləşmiş 
sözləri müəyyənləşdirmək, xüsusilə Azərbaycan dilinin əsrlər boyu inkişaf tarixini 
izləmək  üçün  son  dərəcə  böyük  əhəmiyyətə  malikdir”  (5,  6-7).  T.Əkbərov 
M.Tərbiyətin gəldiyi nəticə ilə razılaşaraq poemanın, güman ki, 1478-1490-cu illər 
arasında  Təbrizdə  qələmə  alındığı,  şairin  isə  XV  əsrin  ikinci  yarısında  yaşadığı 
qənaətinə  gəlmişdir.  Xətai  Təbrizi  öz  əsərini  dövrün  hakimi  Sultan  Yəquba  ithaf 
etmişdir.  Sultan  Yəqubun  hakimiyyəti  dövründə  onun  sarayında  Baba  Fəğani, 
Baba  Nəsimi,  Dərviş  Dəhqi,  Ənsari,  Heyrani,  Şahidi,  Humayun,  Qatili,  Əhli  və 
başqa  sənətkarlar  kimi  Xətai  Təbrizi  də  Şərqdə  əsas  mədəniyyət  mərkəzi  sayılan 
Təbrizdə  yaşayıb  yaratmışdır  (5,  5).  Məlum  təzkirə  və  tarixi  mənbələrdə 
X.Təbrizinin  əsəri,  həyatı,  yaradıcılığı  haqqında  heç  bir  qeydə  rast  gəlinmədiyi 
üçün onun haqqında geniş biblioqrafik məlumat vermək imkan xaricindədir. Lakin 
məsnəvinin  müxtəlif  yerlərində  iki  dəfə  Xətainin  adının  yazıldığı  müşahidə 
olunur:”Ey 
Xətai,dünya 
mehmanxanədür, 
Neçələr 
anun 
əlindən 
yanədür”(5a);”Ey,Xətai,ömrə  aldanma  ki,var,  Bir  əsər  yeldir,  yelə  yox 
etibar“(12a). 
XV əsr ədəbi-bədii dilimizdə başlıca olaraq iki üslub—klassik kitab üslubu, 
danışıq-folklor    üslubu  fəaliyyət  göstərirdi.  XV  əsr  ədəbi-bədii  dilimiz  öz 
xarakteri,məziyyətlərinə  görə,  sadəliyi  baxımından  digər  dövrlərdən  se?ilirdi.  Bu 
barədə  H.Araslı  belə  yazmışdır:  “...XV  əsr  şairlərinin  dilindəki  sadəlik  XVI  əsr 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə