Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə57/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   53   54   55   56   57   58   59   60   ...   158

121 
 
(1899-1975) «Türk dili tarixi» əsərində yazır: «Nəşr edilən kiçik bir parça üzərində 
yapdığım  araşdırma  bunun  şivəcə  cənub  türkcəsinin  azəri  şivəsinə  meyl  edən 
«Dədəm Qorqud» xarakterində olduğunu açıqca göstərməkdədir» (5, II, 137). 
 V.Pertshə  görə,  «Qisseyi-Yusif»in  Kazan,  Th.  Hautsmana  görə  isə  Buxara 
türkcəsinə  bənzədiyinin  qeyd  edildiyini  xatırladan  Əhməd  Cəfəroğlu 
C.Brokelmanın  (1869-1930) dəlillərinin daha tutarlı olduğunu əsaslandırmış, onun 
mülahizələrini şərh etmişdir. Belə ki,  alimin qənaətlərinə görə, bir sıra əlamətlərə, 
məsələn, söz əvvəlində «b» əvəzinə  «m» səsinin verilməsi (bin – min,  bən - mən), 
söz  sonunda  «ğ»nın  çox  vaxt  düşməsi  (uluğ  –  ulu,  qapuğ  -  qapu),  «bulmaq» 
əvəzinə  «tapmaq»  işlənməsi    və  s.  xüsusiyyətlərə  istinad  edərək,  əsərin  dili 
haqqında  aydın  təsəvvür  yaratmaq  mümkündür.  Əhməd  Cəfəroğlu  Əli  adlı  biri 
tərəfindən  yazılan  «Qisseyi-Yusif»in    XIII  yüzilin  özəlliklərini  daşıdığını,  burada 
qıpçaq  dili  elementlərinə  də  təsadüf  olunduğunu  qeyd  etməklə  yanaşı,  abidənin 
oğuzlara məxsus olmasının şübhə doğurmadığını əsaslandırmışdır. 
Monqol  istilası  dövründə  türk  dilinin  əhatə  dairəsi  genişlənməyə  başlayır. 
«Etnik  yerləşmələr  və  daşmalar  baxımından  önəmli  bir  inqilab  dövrü  yaradan 
monqol  istilası  bir  çox  türk  uruqlarının  yeni-yeni  sahələrdə  yerləşməsini  və 
bunların yerli sosial və mədəni həyat üzərində etkili olmalarını təmin etmişdir. Bu 
türdən  olaraq  monqol  istilası  nəticəsində  bugünkü  Iran  Azərbaycanı  başdan-başa 
bir  türk  ölkəsi  şəklini  almış  və  burada  yeni  qurulan  Elxanilər  dövləti  içərisində 
türkcə  səlcuqlarda  olduğu  kimi rəsmi dövlət dili olaraq işlədilmişdir» (5, II,144). 
Marağada  Nəsirəddin  Məhəmməd  bin  Həsən    ət-Tusi  (1201-1274)  rəsədxana 
açmış, bir çox alimin buraya toplaşmasına şərait yaratmışdır. 
 XIII  əsrdə  Hulaku  xan  (1213-1265)  öz  hakimiyyəti  altındakı  torpaqların 
sahəsini  xeyli  genişləndirməklə  yanaşı,  elm  və  mədəniyyətin  inkişafına  xüsusi 
diqqət  yetirmiş,  Elxanilər  dövlətinin  yaranması  isə  türk  etnik  tərkibində 
Azərbaycanın irəli çıxmasına xüsusi şərait yaratmışdı. Bu dövrün dilçiliklə bağlı ən 
mühüm nümunəsi isə Seyid Cəmaləddin Ibn Mühənnanın «Hilyətül-insan həlbətül-
lisan»  («Hilyətül-lisan  həlbətül-bəyan»)  əsəri  hesab  edilməkdədir.  Bu  lüğətdə 
türkcə, farsca ilə yanaşı, monqol dili də müəyyən dərəcədə öz əksini tapmışdır və 
həmin  faktı  Əhməd  Cəfəroğlu  belə  əsaslandırmışdır:  «...Ibn  Mühənna  yerli  kültür 
hərəkatına bağlı qalaraq monqol hakimiyyəti altındakı digər sahələrdə yazılan bəzi 
sözlüklər kimi, öz lüğətini türk, fars və  monqol dilləri üzrə tərtib etməyi lüzumlu 
görmüşdür. Əsərdə monqol dilinə türk və fars dilləri ölçüsündə yer vermiş olması 
bu  dilin  Elxanilər  sahəsində  dövlət  dili  olaraq  işlədilməsindən  irəli  gəlmişdir»  (5, 
II,145). 
Ə.Cəfəroğlu dilimizin tarixini aydınlaşdırmaq baxımından yüksək dəyərlən-
dirdiyi  Ibn  Mühənna  lüğətini  «türk  kültürünə  işıq  saçan»  əsər  adlandırmış, 
müəllifin  bəzən  türk,    bəzən  Türkistan  (bizim  məmləkət  Türkistan)  ifadələrinə 
əsaslanaraq, onun  iki müxtəlif şivədən bəhs etdiyinə diqqəti yönəltmiş, xarakterik 
cəhətləri  incələdikdən  sonra  belə  bir  nəticəyə  gəlmişdir:  «Demək,  Ibn  Mühənna 
əsərində  yalnız  Türküstan  türkcəsi  lüğətlərini  toplamamış,  bəzən  də  «Bizim 


122 
 
məmləkət    türkləri»nin  şivəsindən,  yəni  Iran  Azərbaycanı  türkcəsindən  kəlmələr 
almışdır.  Nəhayət,  əsərdə  Elxanilər  sahəsində  rolları  ihmal  edilməyəcək  olan 
türkmənlərin  şivəsinə  də  azacıq  olsa,  yer  verilmişdir.  Bu  surətlə  Ibn  Mühənna 
lüğətinə başlıca üç ədəbi türk şivəsini toparlamağa çalışmışdır» (5, II,147). 
Ə.Cəfəroğlu  həmin  türk  şivələrinin  Müştərək  Orta  Asiya  və  ya  xaqaniyyə, 
Azərbaycan  və  türkmən  dilləri  olduğunu  faktlarla  şərh  etsə  də,  məhz  Azərbaycan 
ədəbi  dilininin  varlığını  sübuta  yetirməsi  və  həmin  dövrdəki  mənzərəsini  
yaratması baxımından Ibn Mühənna lüğətinin çox mühüm dəyər daşıdığını xüsusi 
qeyd  etmişdir.  Məlumdur  ki,  Azərbaycan  dilinin  tarixini  araşdırmaq  baxımından 
son  dərəcə  əhəmiyyətli  olan  bu  mənbə  ilə  bağlı  ilk  dəfə  P.M.Melioranski  (1868-
1906)  tədqiqat  aparmış,  lakin  müəllifin  və  lüğətin  adı  tam  dəqiqləşmədiyindən  
alim    «Ərəb  filoloqu  türk  dili  haqqında»  («Араб  филолог  о  турецском  языке») 
adı ilə çap etdirmişdir.  Bir qədər sonra Kilisli Rüfət (1873-1953) Istanbulda yeni 
bir  əlyazma  taparaq,  sözlüyün  və  tərtib  edənin  adını  müəyyənləşdirmiş,  əsər  «Ibn 
Mühənna lüğəti» adı ilə Istanbulda hicri 1338-1340-cı (miladi 1919/20 – 1921/22 –
ci) illərdə, daha sonralar A.Battal tərəfindən 1934-cü ildə nəşr edilmişdir (5, II,149; 
1,73).    Lüğətin  müəllifinin  şəxsiyyətini  tam  dəqiqləşdirmək  isə  mümkün 
olmamışdır. 
 Görkəmli türkoloq  N.A.Baskakov da «Türk dillərinin öyrənilməsinə giriş» 
monoqrafiyasında «Hilyətül-insan  həlbətül-lisan» əsərinin oğuz dillərindən birinin 
linqvistik  xüsusiyyətlərini  əks  etdirdiyini  və  P.M.Melioranskiyə  istinadən  əsərin 
XIV  əsrdə  Iranın  şimali-qərbində,  yaxud  Azərbaycanda  yazıldığına  diqqəti 
çəkmişdir (1,73). 
Ə.Cəfəroğlu türkcə sözlərin seçilib sıralanmasında özünəməxsus bir sistem 
və  metoddan  istifadə  olunduğu    Ibn  Mühənna  lüğətindən    Mir  Əlişir  Nəvainin 
(1441-1501)    də  yararlandığını,  1499-cu  ildə    eyni  üsulla  fars  dilinə  qarşı  türk 
dilinin üstünlüklərini  əks etdirən «Mühakimətül-lüğəteyn» (12) adlı sözlük tərtib 
etdiyini nümunələrlə əsaslandırmışdır.  
Elxanilər  dövrü  Azərbaycanında  sosial  və  dini  təsəvvürləri  öyrənmək 
baxımından  da  Ibn  Mühənna  lüğətinin  çox  əvəzsiz  bir  məxəz  olduğunu  xüsusi 
nəzərə çatdıran Ə.Cəfəroğlu yazır: «Yüzdən artıq sənətə və ziraətə aid türkcə əsnaf 
təbir və adlarının əsərdə toplanması, o dövr Azərbaycanında ticarət, ziraət və sənət 
həyatının  çox  yüksək  səviyyədə  olduğunu  göstərməkdədir.  Sənətə  aid  terminlər 
içərisində qopuzçu, qalxançı, çağırçı-şərabçı, yapığçı-memar, yarmaqçı-para kəsən, 
sünğüçü - süngü düzəldən, sığtaçı - ölüyə ağlayan kimsə, saxışçı - mühasibəçi və 
ilaxır  kimi  məslək  adlarının  olması  ilə  bu  dövr  Azərbaycan  həyatının  hər  bir 
baxımdan zəngin və xatırı sayılır bir səviyyədə bulunduğunu göstərməkdədir» (5, 
II,148). 
Ibn  Mühənnanın    əsərində  neftlə  əlaqədar  ifadələrin  öz  əksini  tapması 
lüğətin Azərbaycanla bağlılığını bir daha sübut etdiyinə Ə.Cəfəroğlu xüsusi diqqət 
yetirmiş, həmin faktın «bizim məmləkət türkcəsi» ifadəsinə də  aydınlıq gətirdiyini 
və  beləliklə,    onun  əhəmiyyətini  artırdığını  göstərmişdir:  «Hələ  «yer  yağı»  adı 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə