Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə58/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   54   55   56   57   58   59   60   61   ...   158

123 
 
altında  petrol,  neft  yağı  maddəsinin  əsərə  alınışı,  daha  bu  dövrlərdə  neftin 
Azərbaycan  üçün  yabançı  olmadığını  göstərdiyi  kimi,  əsərin  yazıldığı  sahənin 
təyininə və «Bizim məmləkət» təbiri altında hansı şivənin qəsd edildiyini anlamağa 
güclü  bir  dəlil  ola  bilər  qənaətindəyəm.  Yerli  türk  həyatını  təsvir  etməsi 
baxımından  Ibn  Mühənna  sözlüyü  heç  bir  vaxt  orijinallığını  qeyb  etməyəcəkdir» 
(5, II,149). 
Qeyd  edək  ki,  Ibn  Mühənna  və  onun  lüğətinin  Azərbaycan  dili  və  tarixinə 
çox  önəmli  olduğunu  nəzərə  alan  Ə.Cəfəroğlu  «Türk  dili  tarixi»  əsərindən  əvvəl 
dəfələrlə  onu  tədqiqata  cəlb  etmişdir.  (Bax:  2,  98-100;  3,  9-10).  Ankarada 
Azərbaycan  kültür  dərnəyinin  təşəbbüsü  ilə  keçirilən  konfransda  Ə.Cəfəroğlunun 
etdiyi  məruzə  əsasında  yaranan  «Azərbaycan  dil  və  ədəbiyyatının  dönüm 
nöqtələri» əsərində müəllif Ibn Mühənna və onun lüğəti haqqında məlumat vermiş, 
çox  dəyərli  fikirlər  söyləmişdir:  «Hələ  XIII  əsrdə    Orta  Asiya  türkcəsi  ilə    sair 
ölkələr  türkcəsi  arasında    hənuz  bariz  dil  və  yaxud  şivə  ayrılıqları  təşəkkül 
etmədiyi  dövrdə    eyni  yüzil  ərəb  filoloqlarından  (azərbaycanlı)  Ibn  Mühənnadan 
kafi olaraq  Azərbaycan elində məhəlli bir «məmləkət türkcəsi»nin, yəni ədəbi bir 
Azərbaycan  dilinin  meydana  gəlmiş  bulunduğunu  öyrənməkdəyik.  Belə  ki,  bu 
zatın bir neçə dilə aid kəlmə sərvəti və qrammatik şəkillərini içərisinə alan ərəbcə 
əsərində  olduqca  bolca  ədəbi  azəri  türkcəsinə  də  yer  verilmiş  və  bu  surətlə 
«məmləkət türkcəsi»nin xətiri də oxşanmışdır. Əksinə olaraq, bu çox  qiymətli «dil 
yadigarı»nda islam sxolastikasında dini təbir və istilahlara yer verilməməsi, «Dədə 
Qorqud»  dövrü  azəri  türkcəsinin  təyini  məsələsində  baha,  biçilməz  bir  xəzinə 
dəyərini qazanmış bulunmaqdadır» (3,9).  
Göründüyü  kimi,  burada  Ə.Cəfəroğlu  Ibn  Mühənnanın  Azərbaycan  əsilli 
olmasına, ərəbcə yazsa da, doğma məmləkətini nəzərə almasına, məhz bu keyfiy-
yətlərə  görə  də  həmin  əsərin  dilimizin  öyrənilməsi  üçün  mühüm  əhəmiyyət  daşı-
masına bir daha diqqət yetirmişdir. 
Azərbaycan  dilçiliyində  Ibn  Mühənna  lüğəti  ilə  bağlı  müxtəlif  tədqiqatlar 
aparılmışdır.  Professor  Səlim  Cəfərov  «Müasir  Azərbaycan  dili»  dərsliyində  bu 
barədə  yazır:  «Lüğətçilik  tariximizin  ikinci  gözəl  nümunəsi  Ibn  Mühənnanın 
«Kitabi-məcmuei-tərcümani-türki,  farsi  və  monğili»  əsəridir.  XIII  əsrdə  yazılmış 
olan bu əsər müxtəlif dilli lüğətlər sırasına daxildir. Professor B.Çobanzadə  həmin 
lüğətin  türk  dili  hissəsinin  Azərbaycan  dili  olduğunu  göstərmiş  və  bu  lüğətin 
şərhinə  aid  iyirmi  beş  çap  vərəqi  həcmində  əsər  yazmışdır  (əsər  hələ  çap 
edilməmişdir)» (6,129).  
Ə.Cəfəroğlunun  hələ  1932-ci  ildən  bəri  ayrı-ayrı  tədqiqatlarında  haqqında 
bəhs  etdiyi  İbn  Mühənna  lüğəti  2008-ci  ildə  professor  Tofiq  Hacıyevin  tərcüməsi 
ilə  Bakıda  nəşr  edilmişdir  (13).  Bu  əsərin  müəllifinin  mənşəyilə  bağlı  T.Hacıyev 
çox  maraqlı  mülahizələr  söyləmiş  və  özündən  əvvəlki  tədqiqatçılar  kimi  İbn 
Mühənnanın məhz Azərbaycan türkü olduğunu əsaslandırmışdır. 
Ə.Cəfəroğlu  heyranı  olduğu  Mahmud  Kaşğarlıdan  danışarkən,  türklərin 
tarixi  və  dilinin  onların  mənəvi  dünyasını  tam  mənası  ilə  dərk  edə  bilməyəcək 


124 
 
başqa  millətlər,  o  cümlədən  avropalılar  tərəfindən  dəqiqliyi  ilə  öyrənilməsinin 
qeyri-mümkünlüyünü  nəzərə  alaraq,  «Divani  lüğət-it-türk»ün  (9)  müəllifinin  türk 
olmasının əsərin dəyərini qat-qat yüksəltdiyinə ayrıca diqqət yetirmişdir.  
Professor  T.Hacıyev  isə  Murad  Acinin  «Qıpçaq  çölünün  yovşanı»  əsərinə 
həsr  etdiyi  «Qıpçaq  çölü  haqqında  elmi  ballada»    məqaləsində  qənaətlərini  belə 
yekunlaşdırmışdır: «Qıpçaq çölünün yovşanı» əsəri bizə deyir ki, hər türk  xalqının 
tarixini  öz  oğlu  yazmalıdır.  Düz  deyir.  Türk  xalqlarının  və  milli  dövlətlərinin 
dünyaya təqdim olunan, dünya ensiklopediyalarına salınan tarixini yadlar – özgələr 
yazıblar – öz xalqlarının və dövlətlərinin mənafeyi baxımından təsvir ediblər. Türk 
xalqlarının tarixi bir-birindən təcrid olunmuş şəkildə öyrənilib; ona görə də ümumi 
kökə gedən yol həmişə qaranlıq qalıb» (7).  
Sovet  ideoloji  sistemi  türk  dillərinin  qədim  köklərinin  araşdırılması,  tarixi 
həqiqətlərin    üzə  çıxmasına  nə  qədər  maneələr  yaratsa  da  (8),  XX  yüzilin 
sonlarından Vətənimizin  müstəqilliyinin  yenidən bərpası artıq  «qaranlıq  yol»ların 
işıqlandırılması üçün geniş imkanlar yaratdı. Lakin bu da məlumdur ki, uzun əsrlər 
böyük ərazilərdə hakimiyyətdə olmalarına baxmayaraq, türklərin ədəbiyyatı və ya 
dili ilə bağlı məlumatları bəzən yalnız digər  xalqların nümayəndələrinin  vasitəsilə 
aydınlaşdırmaq  mümkün  olur.  Belə  ki,  1926-cı  ildə  Bakıda  keçirilən  Birinci 
Türkoloji  qurultayda    akademik  V.V.Bartold  türk  xalqlarının  tarixini,  dilini 
araşdıran  alimlərlə  bağlı  demişdir:  «Tarixi  həyatı  boyu,  bəzi  istisnalar  olmaqla  
türklər öz  dillərində  tarixi  ədəbiyyat  yarada  bilməyiblər.  Köçəri türk tayfalarının 
ədəbiyyatı  bizə,  əlbəttə,  daha  çox  onların  mədəni  qonşularının  məlumatlarından 
bəllidir,  lakin  hətta  türklərin  istila  etdikləri  ölkələrdə  oturaq  həyata  keçdikləri  və 
türk  sülalələrinin  hakimiyyəti  altında  mədəni  dövlətlər  yaratdığı  yerlərdə  də 
məğlub edilənlərin mədəniyyətinin təsiri o qədər güclü idi ki, ədəbiyyatın, xüsusilə 
də nəsrin dili türk dili yox, onların dili olurdu...» (11, 31).  
Məhz 
buna  görə  də  həm  türk,  həm  də  digər  xalqların 
nümayəndələrinin,həmçinin  mühacirətdə  yaşayıb  yaradan  alimlərimizin,  xüsusən 
Əhməd  Cəfəroğlunun  tədqiqatlarını  öyrənmədən  dilimiz  və  ədəbiyyatımız 
haqqında  bütöv  bir  mənzərə  yaratmaq  mümkün  deyil.  Bu  məşhur    Azərbaycanın 
alimilə  bağlı  Türk  Kültürünü  Araşdırma  İnstitutu  tərəfindən  nəşr  edilən  «Türk 
qövmləri»  əsərinin  müqəddiməsində    yazılanlar  fikrimizi  sübut  etməkdədir: 
«Türkiyədə  türkologiyanın  qurucularından  biri  olan  professor  Əhməd  Cəfəroğlu 
yalnız Türkiyə türkolojisinin deyil, dünya türkolojisinin də gəlmiş-keçmiş olan ən 
böyük isimlərindən biridir. Əsərlərinin sayı da bunu göstərməkdədir. Əl atmadığı 
mövzu qalmamış,  sayılmayacaq qədər çox çeşidli  mövzularda  kitab və  məqalələr 
yazmışdır. «Bu fövqəladə çalışqan alim dünyada  ən tanınan türkoloqumuzdur»,  – 
deyə  bilərik.  Əsərləri  türkoloji  dünyasında  həmən-həmən  bütün  kitab  və 
məqalələrin biblioqrafiyasına girmişdir» (4, XII).  
 
ƏDƏBİYYAT 
1.
 
Баскаков  Н.А.  Введение  в  изучения  тюркских  языков,  Москва,  Изд-во 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə