Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə61/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   57   58   59   60   61   62   63   64   ...   158

129 
 
dan atdı yenə acam dedi(18a); Həm yenə biz qanlu köŋləgin həman(4a); Bir şikəstə 
köŋlümi sormaz, ey şah(4b); Saldıŋ əlindən sapıŋ üştə rəvan(7a). 
Məsnəvinin  bir  neçə  yerində  sağır  nun    səsi  ancaq  kaf  hərfi  ilə  ifadə 
olunmuşdur: Ol duşıŋdə dünyadən nəql etdilər(18a); Dinlənuŋ  kim tas nələr söylər 
dedi (16a). 
11. Söz əvvəlindəysamitinin işlənməsi: Yusif aldı yüzinə  bürqə o dəm(8b); 
Sonrə daxi yeddi yıl hökm eylədi(17b); Ey yüzi nurlu yigit, xoş gəlmişin(8b). 
12.  Söz  əvvəlində  y    v    samitinin  düşməsi:  Aluban  öz  qoluna  urdu  
rəvan(9a);  İbn-Yamin  qoluna    urdu  rəvan(8b);  Hüsn  iyəsi    çarə  yox  böhtan 
çəkər(9b). 
13.  Söz  əvvəlində  sürtünən,  cingiltili  ğsamitinin  işlənməsi  məsnəvinin  dili 
üçün  xarakterik  cəhətdir.  Belə  sözlərin  əksəriyyəti  dilimizə  ərəb  dilindən 
keçmişdir.  Uzun  müddət  belə  sözlərin  dilimizdə  öz  imlasını  saxlamasına 
baxmayaraq,  canlı  danışıq  dilində  birinci  səs  q  kimi  tələffüz  olunmuşdur 
(H.M.,21):Ğəm yedükcə ömrün olur kəm sənün (11b); Ğəmlu gündə yarinə yoldaş 
olə(2b);  Pəs  bu  dövranı  ğənimət    bil  bugün  (11a);  çün  məlul  olma  başında  çəkə 
ğəm (11b). 
14.  Söz  sonunda  karlaşma  hadisəsi  məsnəvinin  dilində  geniş  yayılmışdır: 
Necə dapmış qurt  anun cisminə yol (10a); Dört  min aləm gəldi hiç kim bilmədi 
(13b);  Bir  acayib  hallı  düşdür,  ey  yigit  (13b);  Sonradən  dedilər  anı  qurt    yemiş 
(9b).  
15. “Yusif və Züleyxa” məsnəvisinin dilində sözlərdən birinin digərinə təsir 
edən,  təmsilə  uğrayan  səslər  də  öz  əksini  tapmışdır.  Danışıq  dili  xüsusiyyətlərini 
özündə  qoruyan  Xətai  Təbrizinin  bu  əsərində  bir  neçə  yerdə  assimilyasiya 
hadisəsinə uğrayan  sözlərə təsadüf  olunur: Bənzəri saru donni bir tiq görər (17a); 
Ol zamannan bəri kim, eşqin məni, Etdi pabənd olmadım bir ləhzə şad (6b);Yusif 
böhtammı etmişdin dedi (15a). 
16.  Ön  cərgəli  sait  olan  e  saitinin  uzanan  variantına  abidənin  dilində  rast 
gəlinir: Tərkibində  samiti olan sözlərdə  y samitinin düşməsi  nəticəsində e səsi 
uzanmışdır:  Der    anı  bir  çahə  salmışlar  bular(16a);  Sonrə  üç  gündən  Yusif  həm 
gəldi  der, Özi Züleyxa eşigindən girdi der (16b). 
B  Xətai  Təbrizinin  “Yusif  və  Züleyxa”  məsnəvisinin  orfoqrafik 
xüsusiyyətləri: 
  Xətai Təbrizinin “Yusif və Züleyxa”məsnəvisində morfoloji göstəricilərin
sözdəyişdirici şəkilçilərin elə növlərinə rast gəlinir ki, bunlar müasir dilimiz üçün 
xarakterik deyil, ancaq bir sıra şəkilçilər ayrı-ayrı şivələrdə qorunub saxlanmışdır. 
Elə qrammatik göstəricilərə də təsadüf olunur ki, bunların müəyyən hissəsi müasir 
ədəbi dilimizdən yalnız qrafik variantlarının çoxluğu ilə seçilir. Bu da onu göstərir 
ki,  canlı  xalq  danışıq  dili  üslubunda  qələmə  alınmış  əlyazmalarda  ya  orfoqrafik 
sabitsizlik mövcud olmuş, ya da dialekt xüsusiyyətləri ədəbi dildə yazılmış əsərlərə 
də  təsir  etmişdir.  Abidənin  dili  ilə  bağlı  bəzi  orfoqrafik  xüsusiyyətləri  nəzərdən 
keçirək:  


130 
 
1.
 
Ən qədim hallardan biri kimi yiyəlik halı bir sıra özünəməxsus morfoloji 
əlamətlərə  malik  olmuşdur.  Bunlardan  biri  də  samit  səslə  qurtaran  sözün  sonuna 
samitlə  başlanan  şəkilçinin  artırılmasıdır.  Qədim  özbək  dilinin  təsiri  ilə  yazan 
sənətkarların dilində belə xüsusiyyətin mövcudluğu heç də o demək deyildir ki, bu 
hadisə  Azərbaycan  dili  üçün  səciyyəvi  olmuşdur.  Tədqiq  olunan  məsnəvinin 
dilində də bu cəhətə bir neçə dəfə rast gəlinir: Ol ətəgün yırtduğumnı anlagil (17a); 
Könlümizni dərd ilən zar eylədi (2a); Gül  yüzümni  görməgə gün zar idi (4b); Nə 
əcəb düşdür görün bu düşni dir (12b). 
2.
 
Felin məsdər şəkilçisi -maq, - məq, -mək, - mağ ilə ifadə olunmuşdur: Gül 
yüzimni  görməgə    gün  zar  idi(4b);  Ol  ki,nadandır  deməkdən    nə  bitər(4a);  çox 
yatub uymaq yavuz hudur oyan (11a). 
3.
 
Felin  əmr  şəkli  daha  geniş,  rəngarəng  formada  təmsil  olunmuşdur:  Bu 
sözü sən bilgilən, bir mən bilim (4a); Yusif aydur,işbu adları degil, Sən nədən etdin 
oları  söyləgil  (4a);  Dur    ayağa  hər  sözün  var,  söyləgil  (5b);  Sən  bizi  qoygil  ki, 
mundə gidəli, ol düşi xəlvətdə təbir idəli (12b).  
Əmr  şəklinin  3-cü  şəxsində  dodaq  variantı  üstünlük  təşkil  edir:  Azdı,  var 
söylə, Yusif gəlsün dedi (8b). 
4.
 
Xəbərlik şəkilçisi iki qrafik variantda  -dur//- dür, həm də -durur//-dürür 
kimi  işlənmişdir:  Həm  bu  beş  gün  kim,  sana  möhnətdürür  (12a);  Bu  mənimdür 
xandə gidər xandədür (9a); Didilər bu bir acayib işdürür, Bəlməzüz zahirmidür, ya 
dışdurur (9a). 
5.
 
Cəm  şəkilçisi  -lar,  -lər  “Yusif  və  Züleyxa”  məsnəvisinin  dilində  ancaq 
bir  variantda  -lər  kimi  yazılmışdır:  Ol  yaranlər    çün  bu  sözi  söylədi  (9b);  Ol 
yigitlər  köşkə  çıxsunlər  didi  (9a);  Yenə  qərdaşləri  çahə  saldugın  (9a);  Oğlanlər 
aydur: on birüz, bir evdədür (19a). 
6.
 
Felin şühudi keçmiş zamanının şəkilçisi iki qrafik variantda -dı, -du kimi 
verilmişdir. Bunlardan birincisi üçüncü şəxsdə, ikincisi isə birinci və ikinci şəxsin 
tək və cəmində işlənmişdir: Həm yenə çahdən çıxub satdugın (9b); Mən gəlürkən 
azdum, ana uğradum, Böylə comərd cahanda görmədüm, Yolu sordum, yolu salıq 
verdi ol (9a). 
7.
 
Məsnəvidə  bir  sıra  hallarda  birinci  şəxsin  təki  -mən  şəxs  sonluğu  ilə 
işlənmişdir:  Yandururmən  yoxsə  qəmçin  tək  səni  (7a);  Ey  dəriğa  bilməmişmən 
tanrımı (8a). 
8.
 
Xətai  Təbrizinin  “Yusif  və  Züleyxa”  məsnəvisində  indiki  zamanın,  feli 
bağlamanın  ancaq  dodaq  variantlarına  təsadüf  olunur:  İmdi  aşiq  istəyür  məşuq 
danar  (16b);  Sonradan  həm  qul  diyüb    satmışlar  bular  (16a);  Ağlaşübən  əl-ayağə 
düşdilər (16a); Həmin qalur cəhandə yəxşi bir ad (18b); Bu mənzildə gəlüb bulduğ 
muradı (18a); Sürüyübən ilətdi, satdı ol dəm (5a). 
9.
 
Məsnəvinin dilində birinci şəxsin cəminə  aid  şəxs  sonluqları ancaq -q, -
k, -avuz, -əvuz,  -alım  şəkilçi variantları ilə yazılmışdır: Kimsə bilməz sağınurduq 
biz anı (1); Mərg ilə dəvasızdur gəlür, Bidəvadur bir gəlürsə, bir varur (2b). 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə