Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə63/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   59   60   61   62   63   64   65   66   ...   158
    Bu səhifədəki naviqasiya:
  • nasıl

133 
 
olan  –sıl  morfeminin  mənşəyi  ilə  bağlı  bəzi  fikirlər  də  bizdə  şübhə  doğurur. 
Türkiyə türkcəsində bu formanın işlək olmadığını qeyd edən M.Ergin nasıl? sual 
əvəzliyindən  bəhs  edərkən  onu  nə  (ne)və  ərəbcədən  keçən  asıl  kəlmələrinin 
birləşməsi  hesab  edir  (11,  241).  Maraqlıdır  ki,  V.Radlov  da  nasıl  sözünü  hansı 
nəsildən,  hansı  kökdən  kimi  izah  edir,  lakin  türkcədən  verdiyi  nümunələr    özünü 
doğrultmur.  Məsələn,  nümunələrdən  birinə  diqqət  edək:  nasıl-ki  yaşarsak,  öylə 
ölürüz  –  nə  cür  (necə?)  yaşayarıqsa,  elə  ölərik  (5,  657).  Diqqət    etdikdə  görmək 
olur ki, burada heç bir əsl-nəcabətdən söhbət getmir, söhbət yaşam tərzi, yəni necə 
yaşamaq  haqqındadır,  cümlədə  nasıl  sözü  mənaca    necə  və  nə  cür  sual 
əvəzliklərinə tam bərabərdir. 
Bu  fikrə    F.İsxakovda  da  rast  gəlinir.  Türkcədə    sual  əvəzliklərindən  bəhs 
edərkən  yazır:  “Türkcədəki  nasıl,    görünür,  belə  yaranmışdır:    ne+asıl”  (3,  239). 
Özünü  təkzib  mövqeyində  duran  müəllif  unudur  ki,  bir  az  öncə  aksıl,  küksel 
sifətlərindən  bəhs  edərkən  həmin  sözləri  kök  və  şəkilçi  hissələrinə  o,  belə 
bölmüşdür: aksıl = ak+sı+l, küksel = kük+se+l (3, 147). Bizcə, əlavə şərhə ehtiyac 
yoxdur. 
Əvvəldə  qeyd  etdiyimiz  kimi,  -çıl  morfemi  türk  dillərində  geniş  fonetik 
variasiyalara  və  semantikaya  malikdir.  Mirzə  Kazım  bəy  bu  şəkilçidən  bəhs 
edərkən  qoşulduğu  sözlərdə  onun  yaratdığı  mənaları  bu  cür  qruplaşdırır:  bir  şeyə 
meyil etmək, özəllik, bacarıq, şəxsin nəyəsə aludəçiliyivə s. (12, 157). 
 Nümunələrə diqqət edək: zarafatcıl, söhbətcil, ölümcül, yuxucul, doğruçul, 
qumsal,  yoxsul  (Azərb.);  akçıl,  gökçil,  kumsal,  kürəsel,  kayğıcıl,  uykuçul  (türk, 
türkmən); qapçıl (özbək, türkmən); akşıl, kımızşıl (qazax); xuyanatsıl (xəyanətcil), 
xuyalıksıl-  təsərrüfatcıl  (başqırd);  yaançıl-yağışlı,  sağımçıl  (qırğız);  üpkəçel-
tezinciyən  (tatar);  artıkşıl  –  çox,  inakşıl  -  əziz  (tuvin);  akhıl-ağaçalan  (başqırd, 
çuvaş) və s.  
İlk  dövrlərdə  isimdən  sifət  düzəltmə  funksiyalı  olan  –çıl  və  onun 
fonovariantları  sonrakı  inkişafda  digər  nitq  hissələrindən  də  sifət  düzəltmə 
vəzifəsini icra etmişdir: öncül, qabaqcıl, ortancıl, doğruçul, ardıcıl, bahacıl, qəfilcil 
(Azərb.);  akçıl,  kökçil,  akşil,  kökşil  (türk,  özbək,  tatar  və  b.).  Məna  genişlənməsi 
nəticəsində  -cıl  şəkilçili  sözlərin  bir  çoxu  həm  də  ad  mahiyyətli  olmuşdur: 
dovşancıl, balıqcıl kimi sözlərdən  bunu aydın görmək olur. 
Əksər türk dillərində -çıl morfemi onunla eyni fonosemantik xətdə birləşən 
–çan,  -çen,  şan,  -şen  şəkilçiləri  ilə  paralel  işlənir:  oğuşçan  –  dalaşqan,  erikçen  – 
darıxdırıcı,  kerişçen – davakar (altay); buycan – boylu,  küldəksan – köynəkcədə, 
öyalsan  –  utancaq (başqırd); aşuşan  –  tez  qızışan,  sözşen  –  sözcül,  terşen  –  tərli 
(qazax); atçan – atlı, işşen – işcil (qırğız), yaşavçan – yaşayan, xalıxçan – xalqcanlı 
(tatar);  uyçan  –  fikirləşən,  suzcan  –  dilavər,  ğayratçan  –  qeyrətli,  unutuvçan  – 
unutqan (özbək) və s. Bu forma Osmanlı türkcəsində də kifayət qədər geniş intişar 
tapmışdır: gökçen – “göyçək”, dilçen – “dilli-dilavər”,  korkçan – “qorxaq”, işçen 
–  “işcil”  və  b.k.  Türkmən  dilində  -can  morfemi  əsasən  –jan  şəkillidir:  qaxarjan 
(qəhərli), utanjan (utancaq), qısqanjan (qısqanc). 


134 
 
Azərbaycan dilində -çan  morfeminə  müstəqil şəkildə  yalnız bir neçə sözdə 
rast gəlmək olur: soxulcan, badı(a)mcan və s. Bu şəkilçi dilimizdə daha çox tərkibi 
formada,  -lı  şəkilçisi  ilə  birgə  istifadə  edilir:    ailəcanlı,  qohumcanlı,  övladcanlı, 
uşaqcanlı və s. Nümunələrdən  göründüyü kimi , -canlı əsasən bir şeyə meyillilik, 
istək məzmunu ifadə edir.  
Sifətin  azaltma  dərəcəsinin  göstəricisi  –şın  şəkilçisini  də  -çıl  və  -çan-ın 
fonovariantlarından hesab etmək olar. Bu şəkilçi daha çox oğuz qrupu türk dilləri 
üçün  xarakterik  olub  rəng  bildirən  sifətlərə  qoşulur:  qaraşın,  sarışın  (Azərb.); 
karaşın, mavişin, akşın, gökşin (türk). M.Kaşğari “Divan”ında   həm –şın, həm də -
çın forması qeydə alınmışdır: kökşin (13,  430) balıkçın (13,  487).  A.Şerbak –çin 
şəkilçisinin genetik cəhətdən –çi ilə yaxınlığına aydınlıq gətirməyə çalışaraq qeyd 
edir  ki,  türk  dillərində  bu  şəkilçinin  işləndiyi  isimlərə  az  da  olsa  rast  gəlinir.  O, 
qədim  türkcədən  balıkçin,  başqırd  dialektlərindən  isə  kükrəkçin  (kürk), 
barmakçin (barmaqlıq) sözlərini nümunə gətirir (14, 104). Buradan  çıxış edərək 
demək  istərdik  ki,  bəzi  etimoloqların  ümumən  quş  məzmunlu  söz  kimi  təqdim 
etdikləri  və  bir  neçə  quş  adında  rast  gəlinən  –çın  morfemini  də  -şıl  və  ya  –çıl-ın 
allomorfu  kimi  qəbul  etmək  daha  doğru  görünür.  Müqayisə  üçün  deyək  ki, 
balıkçın, balıqcıl, dovşancıl sözlərində -cıl və -çın hansı funksiyadadırsa, göyərçin, 
sığırçın,  bildirçin  (bıldırçın)  sözlərində  də  həmin  funksiyadadır.  Zənnimizcə, 
Akşın,  Elçin,  Gülçin,  Temirçin,  Yalçın,  Laçın  və  s.  şəxs  adlarının  apelyativinin 
ümumi  mənasını  da  bu  morfemdə    aramaq  lazımdır.  “Qutadğu  bilig”-də  -çin 
şəkilçisindən  bəhs  edən  R.Əsgər  onu  –şın  şəkilçisinə  bərabər  tutur:  “Bu  –çin 
şəkilçisi dilimizdəki sarışın, qaraşın sözlərində  görünən –şın şəkilçisi ilə eynidir, 
daha  doğrusu, etimoloji başlanğıcıdır”  (7, 229-230). M.Kaşğaridə  sığırçın  sözünə 
sığırçıq kimi də rast gəlinir (13,  479). 
Azərbaycan  dilində  şəkilçi  kimi  –cıl  adətən  isimlərə  daha    çox  qoşulur, 
digər nitq hissələrinə aid sözlərə, o cümlədən fellərə artırılarkən şəkilçi ilə kök söz 
arasına –ım
4
 morfemi əlavə edilir. Başqa sözlə, fel əvvəl isimləşir, sonra sifətləşir: 
dözümcül,  yanımcıl,  baxımcıl,  verimcil  və  s.  Bu  cəhət  onu  sifətin  azaltma 
dərəcəsini əmələ gətirən –ımtıl
4
 şəkilçisi ilə eyni xətdə birləşdirməyə imkan verir. 
İlk baxışda  zahiri oxşarlıq kimi nəzərə çarpan bu xüsusiyyət əslində -cıl
4
 şəkilçisi 
ilə -tıl və irəlidə görəcəyimiz kimi –cı
4
 və -cür formalarının genetik yaxınlığından 
irəli gəlir, yəni –cül=tül=tür=cü. 
Məna  baxımından  bozumcul-bozumtur-bozumtul,  ağımcıl-ağımtır-ağımtıl, 
göyümcül-göyümtür-göyümtül  formalı  sifətlər  arasında  fərq  yoxdur.  Şəkil 
baxımından isə -cıl qədim, -tır dialekt, -tıl isə hazırkı ədəbi dil formasıdır. Adlara 
artırılarkən əgər –cıl
4
  onlara  müəyyən əlamət və ya keyfiyyət çaları qazandırırsa, -
tıl  formasında  sifətlərə  artırılarkən  burada  əksinə  -  əlamət  və  keyfiyyətin 
zəiflədilməsi  funksiyasına  xidmət  edir,  yeni  forma  yeni  məzmun  yaratmış  olur. 
Başqa sözlə, əgər əvvəllər –cıl və onun fonovariantları yalnız bir mərkəzi mənaya 
xidmət  edirdisə,  sonrakı  inkişafda  bu  mərkəzi  məna  bir  neçə  müxtəlif  mənaya 
diferensiasiya edilmiş oldu. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə