Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə65/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   61   62   63   64   65   66   67   68   ...   158

137 
 
demək  olar  ki,  rast  gəlinmir,  çünki  bu  cür  sözlər  işləndiyi  məqamdan  asılı  olaraq 
həm  isim,  həm  də  sifət  hesab  edilə  bilir.  Məsələn,  qaraçay-balkar  türkcəsində 
sözçü,  alçi  (qabaqcıl),  qırğızcada  esepçi  (hesabçı),  altaycada  uykuçi,  balaçi  kimi 
sözlər  həm isim, həm də sifət funksiyalıdır (14, 104). Türkiyə türkcəsində də bu 
cür sözlər həm isim, həm də sifət kimi qəbul edilir: kalaycı, yabancı, deveci, evci, 
sözcü  və  aşçı,  balıkçı,  ekmekçi,  sütçü  və  s.  (11,  148).  Əski  türkcədə  -c  səsinin 
olmadığını,  bu  səsin    sonralar  –ç  səsindən  törədiyini  iddia  edən  M.Ergin  yazır: 
“Əski türkcədə ekin yalnız –çı, -çi şəkilləri vardı, -c  səsinin türkcədə  səsindən 
törəmiş  yeni  bir    səs  olduğunu,  bu  gün  –c-lı  olan  eklərin  əskidən  –ç-lı  olduğunu 
əvvəlcə səs bəhsində söyləmişdik... Əski imlada –ç-ların çox dəfə -c ilə yazılması 
şəklindəki  qarışıqlıq  ekin  –c-lı  şəkillərinin  qəti  olaraq  nə  zaman  ortaya  çıxdığını 
anlamağa imkan verməməkdədir” (11, 149). 
Özbək dilində -çı şəkilçisinin sözyaratmada rolundan bəhs edən A.Qulamov 
bu şəkilçinin isimlə yanaşı sifət və feli sifət də yaratdığını nəzərə çatdırır (14, 103; 
18, 16). 
Diqqət  etdikdə  görmək  olur  ki,  düşmənçilik,  mehribançılıq,  müsəlmançılıq 
kimi sözlərdə -çı şəkilçisi asemantik mövqedədir, yəni onun söz daxilində heç bir 
məna  yükü  yoxdur.  Şəkilçini  tərkibdən  çıxardıqda  sözün  ümumi  mənasına  xələl 
gəlmir:  düşmənlik,  mehribanlıq,  müsəlmanlıq.  Şəkilçini  öz  tarixi  formasına 
qaytardıqda  isə  məna  yükü  bərpa  olur:  düşməncillik,  mehribancıllıq, 
müsəlmancıllıq.  Digər  türk  dillərinin  çoxunda  bu  forma  mövcuddur:  xalikşildik-
xalqçıllıq  (qazax),  özümçüldük-özümcüllük  (qırğız)  və  s.  (14,  106).  Yazılı 
ədəbiyyatda  –çılıq
4
  formasının  çox  sonralar  –  XVIII  əsrdən  meydana  çıxdığını 
iddia  edən  H.Mirzəzadə  bu  gün  -çılıq  tərkibi  ilə  işlənən  mehribançılıq, 
peşimançılıq, ədavətçilik kimi sözlərin əvvəllər mehribanlıq, peşimanlıq, ədavətlik 
yazıldığınısöyləyir (19, 57)  
Bəzi  türk    dillərində  -çil  morfemi  –şilt,  -şiltim,  -kılt,  -qıltım,  -çılt 
formalarının tərkib hissəsi kimi çıxış edir: akşilt-akşiltim, qökşilt-qökşiltim-qökçil 
(qazax,  kumuk),  kızğılt,  sarğılt  (qırğız,  noqay,  türkmən),  əşklltem  –  turştəhər 
(tatar), sürqültüm – bozumtul (qırğız) və s.  
-Çıl morfemi ilə eyni fonosemantik əsasdan  törəmiş  şəkilçilərdən   biri də -
ıcı
4-
-dır.  Şəkilçinin  necə  yaranması  haqda  fərqli  mülahizələr  vardır.  Bu  barədə 
H.Mirzəzadə    yazır:  “-ıcı,  -ici  şəkilçisinin  –çı,  -çi  şəkilçisi  ilə  mənaca  yaxın 
olmasına görə, belə düşünmək olar ki, bu şəkilçilər bir mənşədən törəyərək başqa-
başqa istiqamətlərdə inkişaf etmişdir... Düşünmək olar ki, eyni mənşədən gələn bir 
şəkilçi zaman keçdikcə  məzmununu saxlamaq şərtilə  nitq hissələrinin xarakterinə 
görə başqalaşmışdır” (19, 84). Şəkilçinin necə formalaşması barədə M.Erginin də 
fikirləri maraq doğurur: “Bu ek (şəkilçi – K.B.) əski türkcədə -ı-ğçı, -i-gçi və -güci 
şəkillərində  idi.  Bu  şəkillərin  isə  feldən  isim  yapma  ekləri  –ğ,  -g  və  -ğü,  -gü  ilə 
isimdən  isim  yapma  eki  –çi,  -çi-dən  meydana  gəldikləri  anlaşılmaqdadır.  Batı 
türkcəsində eklərin sonundakı və başındakı ğ və g düşmüş, beləcə ek əski Anadolu 
türkcəsinə  -uçu,  -üçü şəklində keçmiş, sonradan –ç-nın sədalılaşması və  yuvarlaq 


138 
 
vokalın düzləşməsi ilə -ıcı, -ici şəklini almışdır” (11, 181). E.Sevortyan da –çı və -
ıcı
4
  –nı  eyni  mənşəli  və  eynimənalı  hesab  edir,  lakin  –ıcı
4
-nın  tarixən  necə 
formalaşmasında  qismən  fərqli   mövqe  tutur. Müəllifə  görə  əvvəlcə  fel  köklərinə 
feldən  isim  düzəldən    qədim  –ı  göstəricisi  artırılmış  (burada  o  öl+ü,  dir+i,  yaz+ı 
kimi  sözləri  nəzərdə  tutur),  ikinci  fazada    onun  üzərinə  -çı  əlavə  olunmuş,  daha 
sonra  hər  iki  şəkilçi  birləşərək  –ıçı  formasını  meydana  gətirmişdir.  O,  –ıcı-nın  ən 
qədim  formalarından  biri  kimi  –ğiçı-nı  xüsusi  vurğulayaraq  bu  şəkilçinin 
Azərbaycan,  o  cümlədən  bəzi  oğuz  qrupu  türk  dillərində  qorunub  saxlandığını 
üzgüçü  nümunəsi  ilə  diqqətə  çatdırır.  Müəllif  daha  sonra  fikrini  əsaslandırmaq 
üçün  M.Kaşğariyə  istinad  edərək  barğuçı,  turqüçı  sözlərini  misal  gətirir  (15,  92-
93).  M.Kaşğari  –ğüçı,  -ğüçi,  -kuçı  şəkilıçilərinin  işlənmə  arealı  haqda  yazır:  “Bu 
şəkilçi  çigil,  Kaşğar,  Balasağun,  arğu,  Barsğan  ləhcələrində,  Yuxarı  Çinədək 
uzanan uyğurların dilində feldən sifət yaradır. Məsələn: barğuçı, turğuçı, kurğuçı, 
kapğuçı, suvğarğuçı, ağkuçı, sağkuçı və s. (20, 70). 
Diqqət  etdikdə  məlum  olur  ki,  V.Sevortyanın    mülahizələri  M.Ergindən  o 
qədər də fərqlənmir. Əsas fərq bundadır ki, V.Sevortyan ğu+çı, M.Ergin isə -ığ+çı 
versiyasına  üstünlük  verir,  birincininki  qismən  regional,  ikinci  müəllifinki  isə 
ümumtürk səciyyəlidir. Məsələ burasındadır ki, əgər oğuz qrupu türk dilləri üçün 
sözyaratmada  əsasən  öl+ü,  dol+u,  yaz+ı,  sor+u  və  üz+gü,  çal+ğı,  sor+ğu,  bil+gi 
modeli  xarakterikdirsə,  əksər  türk  dilləri  üçün  öl+üg,  dol+uğ,  yaz+ığ,  bil+ig, 
sor+uq, üz+üg və yarığçı, soruğçu, üzügçü, barığçi, biligçi modeli məqbuldur. Bu 
gün  bizim  alıcı,  satıcı,  oxucu  şəklində  istifadə  etdiyimiz  bir  çox  sözlər  qıpçaq-
karluq qrupu dillərdə alıvçı, okuvçu, gelivçi, barıvşi və s. şəkillidir. 
M.Kaşğarinin “Divan”ında və qədim yazılı abidələrimizin dilində həm –ığ, 
-üğ,  həm də -ğu, -gü  formalarına paralel şəkildə rast  gəlinir.  –ığçı,  -ıgçi.  Bəzən 
-ığsı, -ogsi kimi işlənir: tavratığsı (tələsdirici), təprətigsi (tərpədici) və s. (20, 340). 
Beləliklə,  deyilənlərdən  bu  cür    nəticə  çıxarmaq  olur  ki,  -ıcı
4
  şəkilçisi 
tərkibi  şəkilçi  olmaqla    isim  düzəldən  –ı  və  sifət  düzəldən  –cı  şəkilçisinin 
birləşməsindən  yaranmışdır.  Əvvəllər  həm  isim,  həm  də  sifət  düzəltmə  funksiyalı 
olan –ıcı
4
 sonrakı inkişafda əsasən sifətdüzəltmə funksiyası üzrə sabitləşmişdir. Bu 
gün  isim  adlandırıla  bilən  dinləyici,  oxucu,  alıcı,  satıcı  kimi  sözlərə  isə 
substantivləşmə nəticəsi kimi yanaşmaq lazım gəlır. 
-Cıl  morfeminin allofonlarından biri kimi meydana çıxan –cı şəkilçisi təkcə 
isim  və  felləri  əlamətləndirməklə  qalmamış,  sonrakı  inkişaf  fazasında  –ıncı
4
 
formasında  sayların  da  əlamətləndirilməsində  aktiv  iştirak  etmişdir.  Bu  təyinat 
sifətin  azaltma  dərəcəsi  göstəricisi  –ımtıl  (-ımtır)  və  fellərə  -çıl  morfemlərinin 
qoşulması  modelinə  uyğun  bir  şəkildə  baş  vermişdir:  bir+in  (im)+ci(l); 
son+un+cu(l); orta+n+cıl. 
bax+ım+cıl = baxımcıl                       boz+um+tul = bozumtul 
öl+üm+cül =ölümcül                          ağ+ım+tıl = ağımtıl 
döz+üm+cül = dözümcül                    göy+üm+tül = göyümtül 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə