Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə60/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   56   57   58   59   60   61   62   63   ...   158

127 
 
sənətkarlarından fərqlənir” (1, 314). Bu da XV əsr ədəbi-bədii dilimizin ümumxalq 
danışıq dilinə daha çox yaxın olması, onunla qaynayıb-qarışması ilə bağlılığından 
irəli gəlirdi. 
Tarixən 
ədəbi-bədii  dilimizin  inkişafında,  qrammatik  normaların 
dəqiqləşməsində və dildə yeni-yeni formaların meydana çıxmasında, eləcə də lüğət 
tərkibinin  zənginləşməsində  X.Təbrizinin  “Yusif  və  Züleyxa”məsnəvisinin 
müstəsna  rolu  olmuşdur.  Bu  yazılı  abidə  vasitəsilə  ümumxalq  dilinin  leksik 
vahidləri,  fonetik  xüsusiyyətləri,  qrammatik  əlamətləri  ədəbi  dilə  nüfuz  edərək 
vətəndaşlıq hüququ qazanmağa başlayır. Konkret dövrdə yazılı ədəbi dilin fonetik 
və  morfoloji  sistemi  üzrə  müxtəlif  cəhətlərin  izah  olunması  Azərbaycan  dilinin 
imla məsələlərinin aydınlaşdırılmasına şərait yaradır. 
 
 
 
Ərəb  əlifbası  konsonant  olmaqla  türk  dilləri  (xüsusilə  Azərbaycan  dili) 
üçün  az  əlverişlidir.  Bu  əlifba  türk  dillərində  danışıq  səslərinin  keyfiyyət  və 
kəmiyyətini dəqiq əks etdirməkdə acizdir, həm də “haraya daxil olmuşsa, orada bir 
xüsusiyyət kəsb etmişdir”(3, 8-9). Azərbaycanın orta əsrlərdə yaşamış xəttatları da 
ərəb  dilinin  və  imlasının  sirlərinə  yiyələndikləri  üçün  tarixi  orfoqrafiyamızı 
nəstəliq 
xətti 
timsalında  ərəb  qrafikasını  dilimizin  fonetik  sisteminə 
uyğunlaşdırmışlar.  Nəticədə  xəttatlar  imla  sabitliyinə,  ədəbi  normativliyə  əsasən 
riayət etmişlər. Bir sıra hallarda isə bəzi qrafemlərin fonetik funksionallığına yanlış 
münasibət  bir  çox  söz  və  şəkilçilərin  ənənəvi  şəkildə  səhv  oxunub  yazılmasına 
səbəb  olmuşdur.  Həm  də  orta  əsrlər  müəllifləri  öz  əsərləri  üzərində  daim  işləmiş, 
düzəlişlər etmiş və təkmilləşmə işi aparmışlar. 
Məqalə yazılarkən Xətai Təbrizinin “Yusif və Züleyxa” məsnəvisinin daha 
qədim,  əhəmiyyətinə  görə  digərlərindən  fərqlənən  nüsxəsi  tədqiqat  obyekti  kimi 
götürülmüşdür.  Əvvəldən  və  sondan  naqis  olan  bu  nüsxə  18  vərəqdən  ibarətdir. 
Nəstəliq xətti ilə qələmə alınmış əlyazma nüsxəsinin mətni azərbaycanca, başlıqları 
isə farsca yazılmışdır (müqayisə etməli: “Birun şodane Yusif be zindan”, “Amədən 
pesəre  Yusif  be  pişe  İbn-Yamin”,  “Şekayəti-Züleyxa  əz  gərdişi-dövran”,  “Qoftən 
şirəçi əhvali-Yusuf be Soltan” və s.). 
 
 
 
 
Əlyazma  əvvəldən  və  sondan naqis olduğundan onun köçürülmə  tarixini 
və katibini müəyyən etmək mümkün olmamışdır. Lakin əlyazmanın paleoqrafik və 
orfoqrafik  xüsusiyyətləri,  tarixi  dialektologiya  baxımından  vəziyyəti,  mövzusu  , 
süjeti, janrı araşdırılaraq belə  bir nəticəyə  gəlmək olur ki,  məsnəvinin bu nüsxəsi 
XVII  əsrdə  qələmə  alınmışdır.  Əlimizdə  olan  nüsxə  vasitəsilə  XV  əsr  ədəbi-bədii 
dilimizin çox dəyərli nümunəsi kimi dövrün fonetik sistemi, əlyazmadakı səslərin 
tarixi inkişaf yolu, habelə fonetik hadisələr və orfoqrafik xüsusiyyətlərin izlənməsi 
və həlli ilə bağlı zəngin dil materialı əldə etmək olur. Çünki Xətai Tabrizinin XVII 
əsrə aid ən qədim əlyazma  nüsxəsi sayılan “Yusif və  Züleyxa” məsnəvisi fonetik 
və orfoqrafik xüsusiyyətlər baxımından olduqca zəngin və rəngarəngdir. 
A  Xətai  Təbrizinin  “Yusif  və  Züleyxa”  məsnəvisinin  səciyyəvi  fonetik 
xüsusiyyətləri: 


128 
 
1.
 
Bir  hecalı  kök  və  şəkilçi  morfemlərin  sonunda  açıq  saitlərin  qapalı 
saitlərə ke?məsi abidənin dilində çox yayılmış hadisə kimi diqqəti cəlb edir: 
a>ı      :    Kimsə  səndən  duymiyə    he?  hali-bar  (11a);  Ki  zülf  ilən  xəzinə 
artmiyə mal(17b); Artmiyəydi dərdimiz bizim dəxi(10a); 
ə//e>i :  Dünyayə sən sidq ilə bilbağlama(11b); Nə diyub, nə söyləmək olur, 
ey  yar  (10a);  Əmin  ol  çəkmiyəsən  təşvişi,  Uymasa  göz  görmiyə  könlin  işi  (116); 
Hər necə kim, mal gərək alyi, otur (6b) 
2.
 
o səsinin a səsinə keçməsi də məsnəvinin dilində geniş yayılmışdır; Tənri 
savaşa  illa  bizdən  ol  işi(11a);  Mülk  anundur,  hökm  anun,  təqdir  anun 
(11a); Ta mən əlimlən cilavın dutmiyəm(5b) 
3.
 
ı>u:  Yastuq  üstə  təkyə  qıldılar  həman(1);  Vay  yazuq  bizim  bu  miskin 
başumuz(1);  Züleyxa  kəfü  atdı  ol  qəmçi  saruyə(7a);  Getdi  ol  mən  belə  yalquz  
qalmışam(2a). 
4.
 
i>ü:  Şah  odlara  büşdü  hörmət  qılmədi(13b);  Sevməsin  zinhar  məni,  ey 
şah, yigit, Sevgü yavuzdur, var anun tərkin et(9b). 
5.
 
p>b və b>p: Çoq çəmənlər cümləsi tobraq   olə (14a); Pəs  səlam virdi, 
Yusif aydur, yigit (8b);  Pəs  bu sözdən biz gəl imdi qayıdəli(17b). 
6.
 
q>x:  Yeddi    arux    həm  daxi  andən,  ey  yar(12b);  Sonra  yeddi  simüzin 
aruxləri(12b) 
Sual  və  təyin  əvəzlikləri  XV  əsrdən  başlayaraq    q  ilə  deyil,    x  ilə 
işlənmişdir:  Sən  xaçan  razı  olun  bu  kor  gözə(7b);  Quruyub  qalə    xamı  həmvar 
olə(14b);  Dedi:  siz  xandan  gəlürsiz,  ey  cavan(19a);  Xamısı  anun  dininə 
girdilər(10b). 
7.
 
b>m:  Belə  xüsusiyyət  bu    işarə  əvəzliyi  hallanarkən  özünü  göstərir: 
Yusif  aydur:  munun  özgə  halı  var(6a);  Çün  muni  eşitdi  dilxoş  buldı  ol(6a);  Sən  
muna  şükr eylə ki, nandur gidər(3a); Mundə  qalməz həqdən özgə kimsə kəs(11b). 
8.
 
z>t:  Xətai  Təbrizinin  “Yusif  və  Züleyxa”  məsnəvisinin  dilində    qıtlıq, 
qəhətlik,  quraqlıq    məzmunu  bildirən  qızlıq    sözü  işlənmişdir:    Qızlıq  olduğunun 
cəhanün ayıdəli(17b). 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  XV  əsrə  qədər  qələmə  alınmış  “Yusif  və 
Züleyxa” poemalarının hamısında bu lüğət vahidinə rast gəlinir. 
9.
 
b>v: Verdilər həm qul, qəravaş oldugin(18a). 
10.
 
 g>n: Fəth olə soni, ogi  gər bənd olə(10b); Nagəhi ogundən  uğradı bir 
ər(17a); Çıxubən gəldi ogundə durdılar(17b). 
 
 
 
 
Sağır  nunhərfi:  Dil  arxası,  sonor,  burunda  tələffüz  edilən  ŋ  səsini  ifadə 
edən bu hərf Xətai Tabrizinin “Yusif və Züleyxa” əsərində söz başında işlənmir. 
və hərflərinin birləşməsindən düzələn bu işarə ancaq sözün ortasında və sonunda 
özünü  göstərir.  Əslində  XVI  əsrdən  Azərbaycan  yazılı  abidələrinin  dilində 
işlənməyə  başlayan  n  və  k  diqrafı  Xətai  Təbrizinin  dilində  ancaq  kök  və  şəkil?i 
morfemlərdə ( II şəxsin mənsubiyyət və şəxs, yiyəlik hal) işlənərkən inprozitiv və 
postpozitiv mövqe tutmuşdur(3,20): Yeddi yıldən son qəhətlikyetdi,bil (18a); çünki 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə